Məhkəmə qərarları › İş №2-1(102)-738/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-738/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-738/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( faktiki sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının 64 yaşdan təyin edilməsi, birdəfəlik ödəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə İ ddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı təhsil aldığı və işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək faktiki sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-681/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1955-ci ildə Qubadlı rayonu, Tinli kəndində anadan olmuşdur, hazırda orada qeydiyyatdadı r. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya təyin edilərkən digər dövrlərin də nəzərə alınması üçün ərizə ilə Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu, **********0 saylı, xx xxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, sığorta stajı ilə bağlı məhkəməyə müraciət edə bilər. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci ildən xx.xx.1976-cı ilə qədər hərbi xidmətdə olduğu və təhsil aldığı dövrləri, xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahankənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi müddəti sosial sığorta stajına daxil etməklə pensiyasının yenidən hesablanmasının c avabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Ona xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya təyin edilərkən digər dövrlərin də nəzərə alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, vətəndaş İddiaçı pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.2.1 maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra 5523.42 manat pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən 164,95 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əlavə olaraq bildir ilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Vətəndaşın əmək kitabçasında da qeyd olunmuş xx.xx.1976-xx.xx.1993-cü illər dövrünün sosial sığorta stajının yoxlamaq zərurəti yaranmışdır. Vətəndaşın xx.xx.1976xx.xx.1993-cü illərdə işlədiyi Qubadlı rayon Xocahan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından onun sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığor ta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərində təhsil dövrü qeyd olunmadığından vətəndaşın təhsil dövrünün sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)972/2019 saylı qərarı ilə (hakim İ.R.Quliyev) iddia təmin edilmiş, iddiaçının 1972-1976-cı illərdə hərbi xidmətdə olduğu və təhsil aldığı dövrləri və əmək kitabçasında qeyd olunan xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər işlədiyi dövrləri onun sosial sığorta stajına daxil etməklə pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh t ərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı isə apelyasiya instansiyası məhkəməsinə iddiaçının dəyişdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən xx.xx.1972-ci ildən xx.xx.1976-cı ilə qədər təhsil aldığı müddət və xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahan kənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” AR Qanununun 22-1.3 maddəsinə əsasən, faktiki sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və M.Ə.Rzayev) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(085)-972/2019 saylı qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1976-cı ilə qədər təhsil aldığı müddətin və xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahan kənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” AR Qanununun 22-1.3 maddəsinə əsasən, faktiki sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apelyasiya i nstansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı həm qanunla müəyyən edilmiş yaş həddinə çatdığından, həm də xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 25 ildən çox olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.3 maddəsinə əsasən, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən faktiki sığorta stajı nəzərə alınaraq yaşa görə pensiya təyin edilməlidir. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdehə müraciət edərək, xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu və təhsil aldığı dövrlərin, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Xocahankənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, sonuncu ərizəçinin əmək kitabçasında qeyd olunan müddətlərin qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığından, ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hes abın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsində qeyd edilir ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.2.7-ci maddəsinə qeyd edilir ki, pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Məhkəmə kollegiyası işdə olan sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyi qənaətində olduğunu qeyd etsə də, yuxarıda göstərilən hallara düzgün qiymət verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasını n iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırıl mış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1976-cı ilə qədər təhsil aldığı müddəti, xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahan kənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi müddəti mübahisələndirir və hesab edir ki, əmək kitabçasında olan qeydlərin yerində qarşılıqlı yoxlanılması mümkün olmadığından apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Təhsil müddətinin sığorta stajına əsassız olaraq daxil edilməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş 010156 saylı diplomdan görünür ki, iddiaçı 1972-ci ildə Bakı Bədən Tərbiyəsi texnikumuna daxil olmuş, 1976-cı ildə həmin texnikumun bədən tərbiyəsi ixtisası üzrə tam kursunu bitirmişdir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci madd əsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx.xx.1972-ci il tarixli 590№-li qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu maddəsinin “z” bəndində təsbit edilmişdi ki, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil alma müddəti pensiya almaq hüququ verən ümumi iş stajına daxil edilir. Beləliklə də müəyyən olunur ki, cavabdeh, təhsil müddətinin iş stajına daxil edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını mübahisələndirsə də, istinad olunan normalardan göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdu. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya bildirir ki, iddiaçının təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1976-cı ilə qədər təhsil aldığı illəri sosial sığorta stajı kimi nəzərə alan apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahankənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına əsassız olaraq daxil edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətində əks edilmiş mövqeyə gəlincə, bununla əlaqədar olaraq kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçıya 1993-cü il tarixdən 2019cu ilə kimi müəllim kimi işlə təmin olunmadığına görə ona məcburi köçkün kimi orta aylıq əmək haqqı verilmiş və bu məbləğdən müvafiq məcburi sosial sığorta ödənişləri tutulmuş, cavabdeh inzibati orqan həmin dövrləri iddiaçının sosial sığorta stajı kimi nəzərə almış və inzibati orqan tərəfindən iddiaçının avtomatlaşdırılmış qaydada 25 il sosial sığorta stajı və 5523.42 manat pensiya kapitalı toplanması müəyyən olunmuşdur. İddiaçının xx.xx.1976-xx.xx.1993-cü illərdəki əmək fəaliyyətinə münasibətdə isə cavabdeh iddiaçının işlədiyi Qubadlı rayon Xocahan kənd orta məktəbinin arxiv sənədlərinin işğal zonasında qaldığından onun sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını bildirmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi isə iddiaçının xx.xx.1976-xx.xx.1993cü il lərdəki işlədiyi dövrləri onun sosial sığorta stajına daxil edərək hesab etmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahankənd orta məktəbində idman müəllimi vəzifəsində işləməsi öz əksini tapmışdır. İddiaçının həmin dövrlərə aid sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyət orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçının adına açılmış, Azərbaycan Respublika sı Təhsil Nazirliyi Qubadlı rayon Təhsil şöbəsi tərəfindən təsdiq olunmuş əmək kitabçasının təkrarından görünür ki, xx.xx.1976-cı il tarixdə iddiaçı orta pedaqoji təhsilli bədən tərbiyə müəllimi ixtisası üzrə Qubadlı rayon Xocahan kənd orta məktəbə müəllim təyin edilmişdir. Əmək kitabçasındakı növbəti qeyddən görünür ki, xx.xx.2019-cu il tarixdə Ulaşlı kənd orta məktəbin müəllimi pensiya yaş həddi tamam olduğu üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona verilən dondurulmuş əmək haqqı dayandırılmışdır. İşə əlavə edilmiş 118606 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı 1993-cü il tarixdə Qubadlı rayonunu tərk etmişdir. Bundan əlavə, iş materiallarından olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qubadlı rayon təhsil şöbəsi tərəfindən verilmiş 10 saylı, xx xxxx 2019-cu il tarixli arayışdan görünür ki, Ulaşlı kənd orta məktəbinin orta aylıqda olan müəllimi İddiaçı rayonun işğalından əvvəl xx xxxxxxxx 1976-cı il tarixdə ixtisası üzrə Xocahan kənd orta məktəbdə pedaqoji fəaliyyətə başlamış və xx xxxxxx 1993-cü il tarixdən rayon işğal olunduqdan sonra isə Ulaşlı kənd orta məktəbinin müəllimi kimi özlərindən asılı olmayaraq iş yerlərini itirdikləri üçün xx xxxxxx 2019-cu il tarixədək orta aylıqda olmuşdur. (səh 26) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” xx xxx 1994-cü il tarixli, 181 №-li qərarının 2-ci bəndində qeyd olunub ki, Maliy yə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsinlər. Beləliklə də müəyyən olunur ki, iddiaçı təhsilini bitirdikdən sonra xx.xx.1976-cı il tarixdə Xocahan kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, sonra məlum səbəblərdən Qubadlı şəhərindən köçkün düşmüş və 1993-cü il tarixdən 2019-cu ilə kimi müəllim kimi işlə təmin olunmadığına görə ona məcburi köçkün kimi orta aylıq əmək haqqı verilmişdir. Yuxarıda istinad olunan qərardan göründüyü kimi, orta aylıq əmək haqqı isə Respublikamıza edilmiş hərbi təcavüz nəticəsində işğal altında qalmış torpaqlarda işləyən və iş yerlərindən məhrum olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, işlə təmin etmək məqsədilə verilmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1976-cı ildən xx.xx.1993-cü ilə qədər Xocahankənd orta məktəbində idman müəllimi vəzifəsində işlədiyi dövrlərin mötəbərliyi şübhə altına alınmadığından, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsində apelyasiya instansiayası məhkəməsi düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadı ğı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İşə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Belə olduğu təqdirdə iddiaçının yaşa görə pensiya hüququ 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə yaranmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm qanunla müəyyən edilmiş yaş həddinə çatdığından, həm də xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 25 ildən çox olduğundan “Əmək pensiyaları haqqında” AR qanununun 22-1.3 maddəsinə əsasən, ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən faktiki sığorta stajı nəzərə alınaraq yaşa görə pensiya təyin edərkən apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarına düzgün əməl etmişdir. Bundan əlavə, iddiaçıya pensiya hüququnun yarandığı va xtdan yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir, (maddə 31.1, 3 2.1, 32.1-1, 37.7) Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2019-cu il tarixdən yarandığından və həmin tarixdən ona pensiya təyin olunduğundan, lakin hazırda mübahisələndirdiyi təhsil və işlədiyi müddətlər vaxtında, yəni iddiaçıya pensiya təyin olunarkən onun sosial sığorta stajına daxil edilmədiyindən, həmin müddətlər ona pensiya təyin olunduğu tarixdən onun sığorta stajına daxil edilməli və yeni pensiya təyinatı aparılarkən həmin tarixədək yaranmış məbləğ fərqi də birdəfəlik ödənilməlidir. Belə olduğu halda kollegiya hesab edir ki, iddiaçı hazırki iddiası ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmiş, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə iddiaçıya imtina cavabı verməkdə olmamış, bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvə də saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)681/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar