Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-738/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi; kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 21(103)-3533/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiya təyin edildikdən sonraki dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaq şərti ilə aparılmasının cavabdehə həvalə edilməsini xahiş etmiş.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/2023 nömrəli, 5 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
3. Cavabdeh həm in qərardan apellyasiya şikayəti vermişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-350/2023 nömrəli qərarı ləğv edilməklə, ona pensiya təyin edildikdən sonraki dövr üzrə fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3533/2023 nömrəli qərarı ilə B Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7629/2023 nömrəli, 5 iyun 2022-ci il tarixli qə rarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdi.
7. Cavabdeh xx.xx.2024-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır.
10. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər
11. Cavabdehin ərizəsi həmin normanın tələblərinə uyğundur.
12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin.