Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-739/2021 27.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: Azərbaycan dilinin orfoqrafiya qaydalarına uyğun olmayan adın qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iş üzrə “uşağa Muhammed adının qoyulması” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 2-1(103)-578/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2020-ci il tarixində oğlu doğulmuşdur.
2. İddiaçı övladının “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh isə 21.02.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, seçilmiş “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəki lən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı doğulmuş uşağının “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı doğulmuş uşağın doğumunun dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bak ı Cavabdehndə yerləşən Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qeydiyyat şöbəsində uşağın qeydiyyata alınmasından 21.02.2020-ci il tarixli, 05/Q-417/76 saylı məktubla imtina edilmişdir. Cavabdehin imtinası qanunusuz və əsassızdır. Belə ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqda Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarının 1.4-cü maddəsinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Sözügedən qərarda adların verilməsi ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Yəni adın fonetikası və ya orfoqrafiyası barədə hər hansı tələblər əks etdirilməyib.
6. Bakı İnzibati Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(112)-4081/2020 saylı qərarı ilə (hakim – Aytən Oruczadə) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 1.1, 1.2, 2.1.10, 2.1.11-ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı «uşağa Muhammed adın qoyulması» tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir.
8. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul o lunmasını xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 21(103)-578/2021 nömrəli qərarına görə (sədrlik edən – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(112)-4081/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı iddiaçıya 09.02.2021-ci il tarixində təqdim edilmişdir.
12. İddiaçı 25.02.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 2-1(103)-578/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarında gəldiyi nəticə ilə vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bərabərlik hüququnu pozmuşdur. Həmçinin, iddiaçının şikayətini əsaslandırdığı sübutlara qiymət verməmişdir. Belə ki, iddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4 Azərbaycan vət əndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının Konstitusiya ilə təsbit olunmuş bərabərlik hüququnu pozaraq qərara gəlmişdir ki, cavabdehin iddiaçıya verdiyi imtina əsaslıdır. Halbuki, cavabdeh inzibati orqan imtinasını qanunla əsaslandıra bilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi heç bir normaya istinad etmədən, öz mülahizəsi əsasında qeyd etmişdir ki, iddiaçının övladına verdiyi “Muhammed” adı ərəb mənşəli söz olaraq Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik vahid kimi “Məhəmməd” formasında mövcud olduğu üçün “Muhammed” adının qeydiyyata alınması mümkün deyildir. Həmçinin, cavabdeh tərəfindən bu faktı təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.11.2012-ci il tarixli, 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin 1.1, 1.2, 2.10, 2.11-ci maddələrində isə ümumi olaraq Terminologiya Komissiyasının fəaliyyətinin əsası və prinsipləri göstərilmişdir.
15. Göründüyü kimi, “Muhammed” adının Azərbaycan Respublikasının lüğət tərkibində olmaması barədə, Azərbaycan dilinin leksikologiyasına uyğun olmaması barədə hər hansı bir hüquqi əsas olmadığı halda cavabdeh inzibati orqan öz mülahizəsi ilə qanunsuz qərar qəbul etmiş, birinci və apellyasiya instansiyası məhkəmələri isə iddiaçının dəlillərinə münasibət bildirməyərək öz mülahizələri əsasında cavabdeh inzibati orqanın qanunsuz qərarını qüvvədə saxlamışlar. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012 -ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir.
21. Həmin Əsasnamənin 1.2-ci bəndinə görə komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.
22. Həmin Əsasnamənin 2.1-ci bəndinə görə komissiyanın əsas vəzifələri aşağıdakılardır: 2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tariximənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; 2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi;
23. İnzibati-Prosessual Məcəllə: Maddə
93. Kassasiya şikayəti verən şəxs və apellyasiya instansiyası məhkəməsində inzibati məhkəmə icraatının iştirakçıları olmuş digər şəxslər həmin şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
24. A zərbaycan Respublikası Konstitusiyası: Maddə
32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 25. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyy ətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Maddə 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın...32-ci... maddələrində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün... məhdudlaşdırıla bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.3 və 1.4-cü bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
27. Ailə Məcəlləsi: Maddə 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Maddə 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Maddə 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 28. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya: Maddə
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mentzen Latviyaya qarşı” iş üzrə qərarındakı hüquqi mövqeyinə görə, "Mentzen" soyadının "Mencena" olaraq köçürülməsi zamanı Latviya orqanları bi r tərəfdən soyadın yazılı formasını uyğunlaşdırmaq, digər tərəfdən isə adın tələffüzünü Latviya qrammatikasının xüsusiyyətlərinə uyğunlaşdırmaq məqsədi daşıyan xarici mənşəli soyadların və adların istifadəsini tənzimləyən qanuni və tənzimləyici müddəaları tətbiq etdilər. Nəticə etibarilə, Məhkəmə, iddianın adın məcburi dəyişdirilməsi deyil, adın istifadəsinin tənzimlənməsinə aid olduğunu düşünür. Məhkəmə qərarda qeyd etmişdir ki, ərizəçinin soyadını pasportuna daxil edərkən Latviya səlahiyyətliləri “tz” affrikativ samitini “c” kimi köçürmüş və adı fleksional sonluqla vermişlər. Məhkəmə bu iki dəyişikliyin ayrı-ayrılıqda araşdırılmasını vacib hesab etməmiş, sadəcə qeyd etmişdir ki, uyğunlaşdırılmış yazılı forma (“Mencena”) ilə orijinal yazılı forma (“Mentzen”) arasındakı görmə fərqi adi m üşahidəçiyə həmin soyadların eyni soyad olubolmadığını şübhə altına almağa imkan verir. Ərizəçi izah etdi ki, onunla əlaqəli bəzi rəsmi sənədlərdə, xüsusən də Alman qurumları tərəfindən verilmiş olan sənədlərdə onun soyadının orijinal versiyası var, buna görə bəzən həm Latviyada, həm də xaricdə olduğu zaman şəxsiyyəti və iki yazılı formanın mövcudluğu onun sosial və peşə həyatında problemlərə və narahatçılığa səbəb ola bilər. Bununla əlaqədar olaraq, Konvensiyanın 8-ci maddəsi mənasında şəxsi həyata hörmət etmək hüququnun digər insanlarla münasibətlərdən istifadə etmək və normal bir ictimai həyat sürmək hüququnu da əhatə etdiyini təkrarlayır (bax: yuxarıda göstərilən Burghartz, s. 28, § 24, və NiemietzAlmaniyaya qarşı, 16 dekabr 1992-ci il tarixli qərar, Seri A No. 251-B, s. 33-34, § 29). Yuxarıda qeyd edildiyi kimi, “Mentzen” və “Mencena” arasındakı yazılı formalar arasındakı fərq, iki versiyanın bərabərliyinə şübhə doğuracaq qədər böyükdür. Nəticə etibarilə, ərizəçi və əri soyadlarının fərqli yazılı formalarını ehtiva edən müvafiq pasportlarından istifadə etdikdə, bir ailə vahidləri kimi müəyyənləşdirilməsi müəyyən vəziyyətlərdə çətinləşə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİ YA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, iddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi uşağa “Muhammed” adının qoyulmasını qanunauyğun hesab etməsə də, bununla bağlı heç bir normaya istinad etməmişdir.
34. Bununla bağlı iddiaçının dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-22-ci bəndlərində göstərilən normaların məzmunundan da görünür ki, şəxs adlarının verilmə prinsiplərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası müəyyən edir.
35. Həmin Komissiyanın 23.04.2021-ci il tarixli rəyində isə qeyd olunmuşdur ki, “Məhəmməd” adının onomastik adlar sistemində iki forması – “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış formasıdır. Digər formalarda “Muhammed”, “Mühəmməd”, “Mohammad” formaları Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmir. 2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (səh. 825) orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd ” formasında yazılışı düzgün hesab edilir.
36. İşə baxan məhkəmələr də göstərilən rəyi əsas tutaraq adın “Muhammed” kimi yazılmasını qanunauyğun hesab etməmiş və haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının oğlunun adının “Muhammed” kimi qeydiyyata alınmasından imtina edilməsi onun hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
37. Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyya tının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.
38. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.
39. Oxşar işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hazırkı qərarın 29-cu bəndində göstərilən hüquqi mövqeyindən də görünür ki, ad və soyadın seçilməsi hər bir dövlətin özünəməxsus orfoqrafik qaydalarından asılı olduğundan, bu sahədə dövlət orqanlarına müvafiq ad və soyadın qoyulmasına razılıq verilib-verilməməsi istiqamətində geniş səlahiyyətlər verilmişdir.
40. Bununla bağlı AİHM-nin qeyd etdiyi və hazırkı işin hallarına da uyğun olan əsas mövqeyi ondan ibarətdir ki, soyadların və adların verilməsi, tanınması və istifadəsi prosesi, milli xüsusiyyətlərin ən güclü olduğu və Razılığa gələn Dövlətlərin daxili qaydaları arasında praktik olaraq heç bir yaxınlaşma nöqtəsinin olmadığı bir sahədir. Bu sahə, Avropa Şurasına üzv dövlətlər arasındakı böyük müxtəlifliyi əks etdirir. Bu ölkələrin hər birində adların istifadəsi tarixi, dil, dini və mədəni mahiyyətli bir çox amildən təsirlənir ki, ortaq məxrəc tapmaq son dərəcə çətindir, hətta mümkün deyil. Nəticə eti barilə, dövlət orqanlarının bu sahədə istifadə etdikləri səlahiyyətlər həddi xüsusilə genişdir.
41. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərə kət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.
42. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək kollegiya qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq ed ilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
43. Göstərilənlərin hazırkı işə tətbiqi ilə bağlı olaraq kollegiya aşağıdakılar qeyd edir.
44. Şəxslərin seçdiyi xarici mənşəli adın və ya soyadın Azərbaycan dilinin lüğət tərkibindəki forması həmin adın orijinal variantından hədsiz fərqlənmirsə, dövlət orqanları tərəfindən həmin adın və ya soyadın Azərbaycan dilindəki formasının qoyulması məqsədəuyğun hesab edilə bilər.
45. Nəzərə alınmalıdır ki, bir dövlətin səlahiyyətli orqanları fərqli bir yazı forması istifadə edən bir ölkədən bir şəxsin adını köçürmək məcburiyyəti qarşısında olduqda əlifbalar arasındakı fərq transliterasiyanı zəruri edə bilər. Adı daşıyan şəxsin ev sahibliyi etdiyi ölkənin bütün sosial münasibətlərinə inteqrasiyasını davam etdirərkən eyni tərcüməni tətbiq etmək üçün müxtəlif metodlardan istifadə edilə bilər. Bununla birlikdə, ən geniş yayılmış metod fonetik transkripsiyadır. Onun məqsədi adın tələffüzünü mümkün qədər onun orijinal formasına uyğunlaşdırmaqdır.
46. Hazırkı qərarın 29-cu bəndində göstərilən işdə "Mentzen" soyadının "Mencena" soyadından əhəmiyyətli dərəcədə fərqlənir, həmin soyadların yazılı formaları arasındakı fərq, iki versiyanın bərabərliyinə şübhə doğuracaq qədər böyükdür.
47. Hazırkı işdə isə “Muhammed” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları arasında əhəmiyyətli fərq yoxdur. İddiaçının övladının adının “Muhammed” yox, məhz “Məhəmməd” olması Azərbaycan dilinin milli köklərinin və dilin orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır. Dövlət d ilinin qorunması özlüyündə legitim məqsəddir və AİHM-nin və Konvensiyanın yuxarıda əks olunmuş mövqeyindən də göründüyü kimi, müdaxilə legitim məqsədə yönəlmiş olduğu halda hüquq pozuntusu kimi qəbul edilə bilməz.
48. Belə ki, sözügedən legitim məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da Konvensiyanın pozulması kimi qiymətləndiriləcək həddə deyil. Odur ki, orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
49. İddiaçı məhkəmənin heç bir normaya istinad etmədən əsassız qərar qəbul etdiyini bildirsə də, məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı qərarın 24-28-ci bəndlərindən göründüyü kimi, şəxsi həyatın toxunulmazlığı iddiaçının konstitusion hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər, məhdudlaşdırma isə Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
50. Ad və soyadın qoyulması və ya dəyişdirilməsi şəxsi və ailə həyatının toxunulmazlığı ilə əlaqədardır ki, bu hüquq da Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuşdur. Hazırkı qərarın 25-ci bəndində göstərilən normaların məzmunundan isə görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar dövlət təhlükəsizliyi mənafel əri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
51. Artıq məlum olduğu kimi hazırkı iş üzrə “Muhammed” adının qoyulmasından imtina edilməsi Azərbaycan dilinin milli köklərinin və orfoqrafik qaydalarının qorunması məqsədi daşıyır ki, dilin milli köklərinin və orfoqrafik qaydalarının qorunması da birbaşa olaraq dövlət təhlükəsizliyi mənafeləri ilə bağlıdır.
52. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının övladına “Muhammed” adının qoyulmasından imtina edilməklə iddiaçının Konstitusiyada nəzərdə tutulmuş hüquqları məhdudlaşdırılsa da, bu məhdudlaşdırma qanuni məqsədə yönəlmişdir.
53. Eyni zamanda, iddiaçının övladına qoymaq istədiyi “Muhammed” adı ilə onun ənənəvi fonetik prinsipə uyğun olan “Məhəmməd” və “Məmməd” adları aras ında əhəmiyyətli fərq olmadığından cavabdehin imtinası qanuni məqsədə yönəlməklə yanaşı, həm də həmin məqsədə mütənasibdir.
54. Beləliklə, iddiaçının övladına “Muhammed” adının qoyulmasından imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü bəndinə uyğundur və bu zaman iddiaçının hər hansı bir konstitusion hüququnun pozulmasından söhbət gedə bilməz.
55. Odur ki, iddiaçı cavabdeh orqanın imtinasının hüquqi əsasının olmamasına istinad edərək imtinanın qanunsuz olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin imtinası qanunidir və iddiaçının Konstitusiya ilə təsbit edilmiş hüququnun məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğundur.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 21(103)-578/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.