Məhkəmə qərarları › İş №2-1(102)-739/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-739/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-739/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-739/2022) (Açar sözlər: mübahisələndirmə haqqında iddianın mümkünlüyü; iddia müddəti) Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X9 və X10) “aqrar islahat komissiyasının qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(105)-114/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı ic raat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi - 0*******; FİN kodu – xxxxxxx; Doğum tarixi – xx xxxx 1986-cı il) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Torpağa mülkiyyət hüququna dair JN-477 saylı, kodu 30217018 olan Dövlət Aktına əsasən ünvan 2 sakini X6 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.84 ha torpaq sahəsi verilmişdir. X2 rayonu, Nərəcən kəndində xüsusi mülkiyyət hüququ əsasında kənd təsərrüfatlı təyinatlı 0.84 ha əkin torpaq sahəsini 17 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və X3 adına 8 aprel 2017-ci ildə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarı şla qeydiyyata alınmışdır.

3. Torpağa mülkiyyət hüququna dair JN-475 saylı, kodu 30217018 olan Dövlət Aktına əsasən ünvan 2 sakini X11 dörd nəfər ailə tərkibində Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.84 ha torpaq sahəsi verilmişdir. X13 ilə İddiaçı arasında bağlanılmış 8 sentyabr 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı X13 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 7 iyun 2000-ci ildə verilmiş JN0475 saylı, kodu 30217018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən, 8400.0 kv.m torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə vermişdir.

4. İddiaçı cavabdehlər X6 və X7 qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X4 adına verilmiş JN 477 KOD 30217018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının, onun əsasında U.M.Bəşirovanın adına DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında cavabdehlər arasında 17 fevral 2013-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-1 N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh X3 adına DƏDRX-nın 5 saylı ərazi İdarəsi tərəfindən verilmiş 8 aprel 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriya lı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, hal-hazırda DƏDRXnin 5 saylı ərazi idarəsində 0,84 ha torpaq sahəsi ilə əlaqədar cavabdeh X3 adına olan qeydiyyatın reyestrdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1529/2019 saylı, 5 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərardadı ilə qətnamə ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 13 oktyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə ilə müraciət edərək JN 477 KOD ********* olan torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsinə əsas olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 8 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 0.84 ha torpaq sahəsini satın almışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. 6 aprel 2017-ci il tarixdə iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etdikdə elektron baza məlumatlarına görə həmin torpaq sahəsinin başqa şəxsin adına qeydə alındığı bildirilmişdir. Daha so nra vəkil sorğusu vasitəsilə ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi 11 aprel 2012-ci il tarixdə X5 adına qeydə alınmış, 17 fevral 2013-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən X3 adına keçirilmişdir. Göstərilən 0.84ha torpaq sahəsi uzun illərdir iddiaçının istifadəsindədir, onun həmin sahədə çoxillik əkmələri vardır. E.Bəşirovanın adına qeydə alınmış 0.84 ha torpaq sahəsi isə faktiki mövcud deyildir. Çünki aqrar islahatlarının aparılması zamanı Urfuzər Bəşirovanın adına 0.84 ha torpaq sahəsinin qeyd edilməsi texniki səhv üzündən baş vermişdir. Həmin qeyd 0.24 ha kimi göstərilməlidir. Həmin vaxt “İliç yolu” sovxozu üzrə adambaşına verilən payların norması 0.24 ha olmuşdur. Baş vermiş bu texniki xəta nəticəsində bütün sənədlərdə səhvən 0.84 ha göstərilmişdir. Nəticədə o, qan uni surətdə əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirə bilməmişdir. O, müvafiq sənədlərin ləğv edilməsi ilə bağlı Xaçmaz rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin 5 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi dövlət aktının verilməsi üçün əsas olmuş aqrar islahat komissiyasının qərarının ləğv edilməli olmasını izah etmişdir.

7. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.

8. Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2-1(118)-389/2021 nömrəli qərardadı (hakim: X18 ) ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə və digər iş materiallarına əsasən iddiaçı mübahisələndirilən qərarın mövcudluğundan hələ 2017ci ildə xəbərdar olmuşdur. Lakin həmin vaxt həmin qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırmamışdır. 2019-cu ildə Urfuzər Bəşirovanın adına verilmiş dövlət aktını, alqısatqı müqaviləsini və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirmiş, həmin məhkəmə çəkişməsi ilə bağlı məhkəmə qərarlarında da mübahisələndirilən qərara istinad olunmuşdur. Beləliklə, iddiaçının cavabdehə qarşı aqrar islahat komissiyasının qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmamalıdır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(105)-114/2022 nömrəli qərardadı (hakimlər: X19 (sədrlik edən və məruzəçi) X20 və X21) ilə Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan JN-477 saylı, kodu 30217018 olan Dövlət Aktının və onun verilməsinə əsas olan Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə uyğun deyildir.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın m ümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, U.M.Bəşirovaya islahat vaxtı 1 pay torpağı olan 0,24 ha torpaq sahəsi düşdüyü halda onun adına olan Dövlət Aktında AİK-nın qərarına əsasən 0,84ha torpaq sahəsinin verilməsi göstərildiyindən sonradan adına alınmış çıxarışda da həmin ölçüdə torpaq sahəsi qeyd olundugundan iddiaçı qanuni əsaslarla əldə edilən 0,84 ha torpaq sahəsinə çıxarış ala bilməmişdir. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. U.M.Bəşirovaya 0,24ha əvəzinə qanunsuz olaraq 0,84 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi adına olan dövlət Aktında Xaçmaz rayon AİKnın 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən baş tutduğu göstərildiyindən həmin qərarın ləğvi zəruridir. İşə baxmış məhkəmə qərardadında qeyd etmişdir ki, 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərar qanunla müəyyən edilmiş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Ona görə də göstərilən qərarın ləğv edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə uyğun olmamışdır. İddiaçı iddia tələbini əsaslandıraraq həmin qərarın ləğv edilməsini xahiş etmişdir ki, qərar U.M.Bəşirovaya aid hissədə qanunsuzdur və onun mövcudluğu iddiaçının mülkiyyət hüquqlarını pozu r. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Torpaq islahatı haqqında” Qanun: Maddə

22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

17. Mülki Prosessual Məcəllə: Madd ə

296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə

297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüida rə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlər indən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə

298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunve ricilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 296-298-ci maddələr çıxarılmışdır.

18. İnzibati Prosessual Məcəllə: Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olun duğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiay a cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziy ana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,84 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq üçün 3-cü şəxsin adına tərtib edilmiş Dövlət Aktının verilməsinə əsas olan aqrar islahat komissiyasının qərarının ləğv edilməsini tələb edir.

24. İddiaçının mübahisə açdığı aqrar islahat komissiyasının qərarı İnzibati Prosessual Məcəllə qüvvəyə minm əzdən əvvəlki dövrdə qəbul edilmişdir.

25. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əl aqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.

26. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

27. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

28. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan mаrаqlаrının pozulduğunu əsaslandırdığı hаllаrdа mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqınd a və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

30. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia müddəti buraxıldığına görə mümkünlük şərtlərinə cavab vermədiyindən iddia haqlı olaraq mümkün sayılmamışdır.

31. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası mə hkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-1(105)-114/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar