Məhkəmə qərarları › İş №2-1(102)-74/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-74/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-74/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (magistr diplomunun tanınması, fərqli bakalavr təhsili bazası, hüquqi müəyyənlik prinsipi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı magistr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1362/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Doğu Akdəniz Universiteti tərəfindən verilən xx xxxx 2014-cü il tarixli 125295 nömrəli iqtisadiyyat ixtisası üzrə magistr diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı bakalavr təhsilini Bakı Slavyan Universiteti Filologiya fakültəsinin Jurnalistika bölməsində almış, sonradan Şimali Kipr Respublikasında təhsilini davam etdirərək, Doğu Akdeniz Universitetini iqtisadiyyat üzrə bitirmiş və magistr diplomu almışdır. İddiaçı elektron qaydada cavabdehə müraciət edərək, magistr diplomunun nostrifikasiya edilməsini xahiş etmiş, cavabdehin cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya əsas kimi iddiaçının bakalavr təhsilini jurnalistika, magistr təhsilini isə iqtisadiyyat ixtisası üzrə bitirməsi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert qrupu tərəfin dən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişmagistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Belə ki, iddiaçı İİİ qrup ixtisası üzrə jurnalistika bakalavr dərəcəsi almış, ali təhsilin 2-ci səviyyəsi olan magistraturanı isə İİ qrup ixtisası sayılan iqtisadiyyat üzrə qurtarmışdır. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.3 və 22.4-cü maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostr ifikasiyası) Qaydaları”nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsil məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq sturukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şə hadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Odur ki, iddiaçıya məxsus diplomun tanınmasından imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3548/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1362/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3548/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarıl araq iddia təmin edilmiş, iddiaçıya Doğu Akdeniz Universiteti tərəfindən verilən xx xxxx 2014-cü il tarixli 125295 nömrəli iqtisadiyyat ixtisasi üzrə magistr diplomunun tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının magistr diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, Nostrifikasiya Qaydalarının 3.7ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmur, cavabdehin Nostrifikasiya Qaydalarının 3.6-cı bəndi ilə müəyyən edilmiş şərtləri formal yoxladıqdan sonra iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), cavabdehin imtinası mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdırş. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək onun ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə əsasən, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından qərar ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sa həsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı və 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə, magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil pro qramlarının əsasında mütəxəssislər hazırlanır. Belə ki, iddiaçı “Jurnalistika” İİİ qrup ixtisası üzrə bakalavr səviyyəsində təhsil almışdır. Ali təhsilin ikinci səviyyəsi olan magistraturanı isə “İqtisadiyyat” İİ qrup ixtisası üzrə bitirmişdir. Bu da “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü və 22.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na ziddir. Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli, 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil magistartura səviyyəsi üzrə ixtisasları (ixtisaslaşmaların) Təsnifatı”nın 2-ci bölməsində (təhsil ixtisasl arı qrupunda) “Jurnalistika” ixtisası üzrə baza təhsili olan şəxslərin - Radiojurnalistika, Beynəlxalq jurnalistika, Mətbuat tarixi, Jurnalistika nəzəriyyəsi, Publisistik jurnalistika, Media və telekommunikasiya sistemləri, Televiziya və radioyayımları sistemləri, İdman jurnalistikası ixtisaslaşmaları üzrə magistratura səviyyəsi üzrə təhsillərini davam etməsi öz əksini tapmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2010-cu il tarixli, 129 nömrəli qərarı ilə təsdiq olunmuş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.7-ci bəndində qeyd edilir ki, doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. Yəni magistr təhsili olan şəxs doktorantura səviyyəsində təhsilini davam etmək i stədikdə qəbul komissiyası onun baza təhsili ilə magistr təhsilinin uyğunluğunu yoxlayır. Qanunvericiliyin tələbinə uyğun olaraq, baza təhsili ilə magistr təhsili uyğun olmadıqda həmin şəxsin sənədləri doktoranturaya qəbul edilmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplom üzrə ixtisasın tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. İnzibati məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. İş materiallarından olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar X3 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli xxxx nömrəli arayışda iddiaçının xx.xx.2015-ci il tarixdən İnstitutda böyük elmi işçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bakı Mühəndislik Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02/2085 nömrəli arayışa əsasən, iddiaçı 2015-2019-cu illərdə Qafqaz və Mühəndislik universitetlərində “Dünya iqtisadiyyatı” kafedrasında saat hesabı qaydada müəllim vəzifəsi ndə işləmişdir. SCOPUS məlumat bazasında indekslənmiş jurnallarda iddiaçının iqtisadi məsələlərə dair həmmüəllifi olduğu ingilis dilində çap olunmuş məqalələri iş materiallarına əlavə olunmuşdur. X4 Respublikasının Doğu Akdeniz Universiteti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 125295 nömrəli diploma görə, iddiaçı İqtisadiyyat proqramında magistr dərəcəsini bütün səlahiyyətləri ilə birlikdə almağa layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlanmaq, onun verilmə qaydalarını müəyyənləşdirm ək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalara aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 №li qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın: 1.1-ci bəndinə əsasən, Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 saylı Sərəncamının 1-ci bəndinə əsa sən hazırlanmışdır. 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sə nədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə v erilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın (bundan sonra - Magistratura Qaydaları) 1.2-ci bəndinə əsasən, magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisas laşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.8-ci bəndinə görə, bakalavr diplomu onun sahibinə magistraturada təhsilini davam etdirmək və müvafiq ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq, magistr diplomu isə doktoranturada təhsilini davam etdirmək, elmi tədqiqat və elmi-pedaqoji işlərlə, eləcə də müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının magistr diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istis na edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, Nostrifikasiya Qaydalarının 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunmur, cavabdehin Nostrifikasiya Qaydalarının 3.6-cı bəndi ilə müəyyən edilmiş şərtləri formal yoxladıqdan sonra iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), cavabdehin imtinası mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Belə ki, Magistratura Qaydalarının 1.2-ci bəndi birməna lı qaydada cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etdiyi “bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz” kimi təfsir olunmur. Həmin normada “bakalavr təhsili bazasından” bəhs olunur və bununla məhkəmə kollegiyası da razılaşır ki, magistraturaya qəbul olunmaq üçün bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olmaq başlıca şərtdir. Bundan əlavə, sözügedən Qaydaların 1.2-ci bəndi cavabdehin təfsir etdiyi qaydada müzakirəsiz qəbul edilə bilməz. Çünki, həmin bəndin ikinci cümləsində “bakalavr təhsili bazasından” ifadəsi qeyd olunmuşdur ki, bu da birmənalı olaraq “eyni bakalavr təhsili bazasından” söhbət getməsi anlamına gəlməyə əsas vermir. Məhkəmə kollegiyası magistr hazırlığının məhz eyni bakalavr təhsili bazası üzərindən aparılmasının peşəkarlıq baxımından daha məqsədəmüvafiq olmasını qəbul edir, lakin onu da bildirir ki, özündə hər hansı məhdudiyyət (qadağan) ehtiva edən normativ hüquqi akt hüquqi cəhətdən müəyyən olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndiril ir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, «qanunla nəzərdə tutulmuş» ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün «çatımlı» və onun nəticələrini «öncədən görmək» mümkün olmalıdır. Normanın nəticələrini isə o halda «öncədən görmək» mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından k ifayət qədər dəqiqliklə ifadə edilsin. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyası hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlarının təmin edilməsini tələb edir (25-ci maddənin V hissəsi), hər kəsin qanunla qadağan olunmayan hərəkətləri edə biləcəyini və heç kəsin qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməyəcəyini (71-ci maddəsinin İX hissəsi), dövlət orqanlarının yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə biləcəyini təsbit edir (71-ci maddənin X hissəsi). Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehin imtinası “İnzibati icraat h aqqında” AR Qanununun 12.2-ci maddəsinin tələblərini də pozmuşdur. Adıçəkilən normaya görə, “inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.” Lakin işdən müəyyən edilir ki, fərqli bakalavr bazasından magistraturaya tələbələr qəbul edilmiş və onlara diplom verilmişdir. Buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək cavabdehin həyata keçirdiyi funksiyalara aid olduğundan, fərqli bakalavr bazasından magistraturaya qəbul və diplom verilməsi prosesinin sonuncunun fəaliyyət və səlahiyyət dairəsində baş verdiyi şübhəsizdir. Bundan əlavə, cavabdehin imtinası ali təhsil sahəsində beynəlxalq təcrübəyə də ziddir. Həmin təcrübəyə görə, fərqli bakalavr bazalar ının diplomları da iqtisadiyyat, o cümlədən biznesin idarə olunması ixtisaslaşmaları üzrə magistr hazırlığına qəbul edilir ki, qeyd olunduğu kimi, Azərbaycan təcrübəsi də məhz bu istiqamətdə inkişaf edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə zidd olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1362/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar