Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-74/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “ona xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilə qədər “Bakıbaştikinti” X1 4 saylı Evtikmə Kombinatında işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1478/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1966-ci ildə Şamaxı rayonunda doğulmuşdur.
2. İddiaçı xx.xx.1984- xx.xx.1986-cı illərdə Sovet ordu sıralarında xidmət etmiş, xx.xx.1986-cı ildən -xx.xx.1987-ci ilədək “Lyantortruboprovodstroy” Tikinti İdarəsində 4-cü dərəcəli quraşdırıcı, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək 3-cü dərəcəli qoşucu, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək 2-ci dərəcəli fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 2-ci dərəcəli beton işçisi, xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək “Bakıbaştikinti” X2 fittinqlər sexində 3-cü dərəcəli qaynaqçı, xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək “Aydın və Fəxrəddin Quliyev qardaşları adına” 4 saylı Evtikmə Kombinatında 4-cü dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1998-ci ildən xx.xx.2006- cı ilədək 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2011-ci ildən hal-hazıradək BOS Şelf MMCdə qoşucu peşəsində işləyir.
3. Cavabdehin xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən 3-cü qrup əlilliyə görə 252,72 manat pensiya alır.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, BBTİ 4 saylı X8 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, “Bakı Baş Tikinti İdarəsinin 4 saylı X13” adlı hüquqi şəxs barədə İdarədə olan reyestrdə heç bir məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsinin xx.xx.2020-ci il tarixli sığortaolunanların hesabından çıxarışa əsasən iddiaçının cəmi ödənilmiş kapitalının həcmi 28172,71 manatdır.
7. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “Bakı Baş Tikinti”nin ETK 4 qeyd edilən dövrdə heç bir fəaliyyətə malik olmadığı üçün şöbəyə təqdim edilən əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılması və həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmadığından iddiaçının ərizəsi təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarş ı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilə qədər “Bakıbaştikinti” X1 4 saylı Evtikmə Kombinatında işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının 4 saylı Evtikmə Kombinatında əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən xx.xx.1997-ci il - xx.xx.2006-cı ilə qədər olan dövr sosial sığorta stajına daxil edilməsi və nəticədə pensiyanın yenidən hesablanması qanunun tələblərinə uyğun deyildir.
10. Bakı İnzibati Mə hkəməsinin (hakim X4, 2-1(112)-557/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilə qədər “Bakıbaştikinti” X1 4 saylı Evtikmə Kombinatında işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericiliklə iddiaçının işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Bundan başqa iddiaçının işlədiyi müəssisə barədə qeydlər əmək kitabçasında əks olunduğundan və işçinin iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan müb ahisə predmeti olan dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Bu əsasdan cavabdehin hərəkətləri qanuni və əsaslı olmamışdır.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X5 və X11, 2-1(103)-1478/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırı lması üçün qaytarılmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 15. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti İlə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
16. Həmçinin 2006-cı ilə qədər qüvvədə olmuş “Vətənd aşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-eü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri" əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur.
17. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir.
18. Apelyasiya instansiyası məhkəməsi araşdırma nəticəsində təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, eləcə də qanunun normalarına düzgün istinad etməmişdir.
19. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən AR VN MGBİ-nin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə və AR MAİ-nin Bakı filialına iddia tələbində qeyd olunan 4 saylı Evtikmə Kombinatı barədə ünvanlanmış sorğulara verilmiş aidiyyəti cavablarda da, adıçəkilən kombinat barədə heç bir məlumat aşkar edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
22. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının s ayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası). Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta st ajı olduqda təyin edilir. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kab ineti müəyyənləşdirir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 26. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı il in 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə
4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 4.2.7-ci bənd. Pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir.
28. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçının 1997-xx.xx.2006-cı il tarixlərə aid əmək stajı yoxlanılarkən əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta kapitalı olmadığına görə iddia əsaslı sayıla bilməz.
33. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
34. İddiaçının 1997-xx.xx.2006-cı illərdə xx.xx.1998-ci ilədək “Aydın və Fəxrəddin Quliyev qardaşları adına” 4 saylı Evti kmə Kombinatında 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir.
35. İddiaçının bu dövrdə işləməsi barəsində olan əmək kitabçasında da təsdiq olunur. 36. “Aydın və Fəxrəddin Quliyev qardaşları adına” 4 saylı Evtikmə Kombinatının Bakı Tikinti Konstruksiyaları zavodunun bazasında yaradılması və səhmlərinin xx xxxxxx 2002-ci il tarixdə tam özəlləşməsi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya məhkəməsinə ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli məktubu ilə təsdiq edilmişdir.
37. Qanunvericiliyin müddəalarına görə mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut qədim etmədi yindən bəhs edilən dövrü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. 38. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə mövcud olduğundan, yəni tələb olunan sığorta stajı olduğundan və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. Cavabdeh şikayətində bildirdiyi kimi, x xxxxxx 2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının yaranması üçün ümumi iş stajı nəzərə alındığından, iddiaçının da x xxxxxx 2006-cı ilədək iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən şikayətin dəlili əsaslı sayıla bilməz.
40. Yuxarıda sadalanan Qaydala rda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
41. Bundan başqa “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunda iddiaçının işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir.
42. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının əmək kitabçasına görə o, 1989-cu ildən 2006-cı ilə qədər eyni müəssisədə işləmişdir. Cavabdeh iddiaçının eyni müəssisədə işlədiyi 1997-ci ilə qədər olan dövrlə bağlı mübahisə açmamış, ondan sonrakı dövrü iddiaçının sığorta stajına aid etməkdən imtina etmişdir.
43. Odu r ki, mübahisə olunan dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulmadığına görə həmin dövrün sosial sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.
44. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1478/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.