Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-74/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə qarşı “mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(105)-346/N0NN nömrəli, 30 iyun N0NN-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.N0N0-ci ildə vəfat etmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu X1 həyat yoldaşıdır (xx.xx.N016-cı il tarixli nikah haqqında şəhadətnamə).
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 3N7 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, rabitə manqasının komandiri-telefonçu əsgər X5 N noyabr N0N0-ci il tarixdən N gün müddətinə X9 Stansiyasına (Xudat şəhəri) ezamiyyətə getmiş hesab edilmişdir.
3. Öl üm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.N0N0-ci ildə vəfat etmiş, ölüm səbəbi qrafasında “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərərçəkmiş piyada” göstərilmişdir.
4. N nömrəli hərbi hissənin xx.xx.N0N1-ci il N nömrəli tarixli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5, rabitə manqasının komandiri-telefonçu, 11 dekabr N0N0-ci il tarixdə “dəqiqləşdirilməmiş yol xarakterli olmayan bədbəxt hadisə nəticəsində zərər çəkmiş piyada” vəfat etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin 01 yanvar N0N1-ci il tarixli 0N nömrəli əmrinə əsasən 11 dekabr N0N0-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir; Ölüm hərbi xidməti vəzifələrin in icrası ilə bağlıdır.
5. İddiaçı, mərhum həyat yoldaşına “şəhid” statusunun verilməsi ilə bağlı Müdafiə Nazirliyinə və cavabdeh inzibati orqana müraciətlər etmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.N0N1-ci il tarixli, 1/R-N537 saylı məktubunda göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilər güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.N.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Yuxarıda göstərilən qanunvericilikdə hərbi xidmət dövründə müxtəlif səbəblərdən vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların şəhid hesab edilməsi nəzərdə tutulmamışdır.
7. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.N0N1-ci il tarixli və Xidmətin Şamaxı rayon şöbəsinin iddiaçıya ünvanlanmış xx.xx.N0N1-ci il tarixli məktubları eyni məzmunlu olmaqla, həmin məktublarda göstərilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-c i bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli 1 nömrəli bildirişi, eləcə də N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 338 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, rabitə manqasının komandiri-telefonçu X5 döyüş şəraitində olmayan hərbi hissədə xidməti vəzifəsinin icrası zamanı avtomobil qəzası nəticəsində xəsarət almış və hospitalda "Politravma, travmatik şok. Döş qəfəsinin və bel nahiyəsinin küt travması, ağciyərin əzilməsi, travmatik pnevmatoraks" nəticəsində xx.xx.N0N0-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən X1 "şəhid" hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci in stansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə 19 may N0N1-ci il tarixdə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 şəhidlik statusunun verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı - Bakı şəhərində yerləşən N saylı hərbi hissənin rabitə manqasının komandiri-telefonçu X5 44 gün davam etmiş Vətən Müharibəsi ərəfəsində, yəni N noyabr N0N0-ci il tarixdə hərbi hissə komandanlığının tapşırığına əsasən döyüş təminatının icrası ilə bağlı hərbi texnikanın daşınmasına köməklik göstərmək məqsədilə Yalama rayonuna göndərilmişdir. Həmin ərazidə xidməti tapşırığının yerinə yetirilməsi ilə əlaqədar dəmir yol vaqonlarında hərbi texnikanın daşınma əməliyyatını həyata keçirərkən N noyabr N0N0-ci il tarixdə baş vermiş qəza nəticəsində xəsarət almış və hərbi hospitala yerləşdirilmiş, 11 dekabr N0N0-ci il tarixdə vəfat etmişdir. İddiaçı "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı Qərarının 1.N.6-cı bəndinə istinad edərək göstərir ki, qeyd edilən normativ hüquqi aktın tələbinə baxmayaraq, yoldaşı döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olsa da, ona şəhidlik statusu verilməsindən imtina edilmişdir. Bununla bağlı, Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi isə sorğunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yönəltmiş, sonuncu tərəfindən xx.xx.N0N1-ci il tarixli məktubla həyat yoldaşına şəhidlik statusunun verilməsindən imtina edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi ilə əvəz edilmiş, eyni zamanda inzibati işi n aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-1774/N0N1 nömrəli, N7 dekabr N0N1ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilmiş, mərhum X4 şəhid statusunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair xx.xx.N008-ci il tarixli Qərarına görə, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbayc an Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Odur ki, cavabdehin mərhumun sırf döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində həlak olmamasına istinad etməsi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunan mövqeyi ilə ziddiyyət təşkil edir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş e tmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(105)-346/N0NN nömrəli, 30 iyun N0NN-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar xidməti vəzifəsinin icrası zamanı həlak old uğu, o cümlədən onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu iş üzrə toplanmış sübutlarla müəyyən olunmur. Mərhum D.Rəcəbov hərbi xidmətdə olduğu zaman həlak olsa da, bu, onun hərbi əməliyyatlar zamanı, yaxud döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməmişdir. Qeyd edilən səbəblərdən mərhum D.Rəcəbovun hərbi xidmət dövründə həlak olması ona şəhid adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin X4 şəhidlik statusunun verilməsi üçün qeyd edilən tələblərə uyğun olmadığını bildirən mövqeyi yanlışdır. Belə ki, şəhidlik statusu döyüş şəraitindən kənar hərbi hissələrdə döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslərə də verilir. N saylı hərbi hissənin komandiri Tofiq Məhərrəmov tərəfindən məhkəməyə ünvanlanan 14 iyun N0NN-ci il tarixli, 455 saylı sorğuya cavab məktubunda açıq şəkildə bildirilir ki, X6 hərbi təyinatlı texnikaların boşaldılması zamanı həlak olmuşdur və N saylı hərbi hissə maddi-texniki təminatı həyata keçirir. Müvafiq cavab məktubunda qeyd edilənlər XN d öyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi zamanı həlak olduğunu göstərir.
18. Məhkəmə iddiaçının mərhum həyat yoldaşının N saylı hərbi hissədə göstərdiyi fəaliyyət nəticəsində həlak olmasının şəhidlik statusunun verilməsi ilə bağlı tələblərə uyğun olub-olmaması ilə bağlı gəldiyi nəticəni işə apellyasiya qaydasında baxılarkən həmin hərbi hissədən sorğuya verilən cavab məktubu ilə əsaslandırmışdır. Lakin bundan əvvəl də qeyd edildiyi kimi, cavab məktubunun məzmununda X4 şəhidlik statusunun verilməməsini əsaslandıran və ya onun məhkəmə qərarının N0-N3-cü bəndində qeyd edilən tələblərə uyğun olmadığını göstərən, yəni xidməti vəzifəsinin icrasının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə ye tirilməsi ilə əlaqəsinin olmadığını sübut edən heç bir qeyd yoxdur.
19. Eyni zamanda, qərarda qeyd edilən N saylı hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli əmrində X1 ehtiyatsızlıqdan həlak olduğu qeyd edilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik ehtiyatsızlıqdan həlak olmuş şəxslərə şəhidlik statusunun verilməsini istisna etmir.
20. Məhkəmənin qərarında qeyd etdiyi sübutların heç biri əsaslandırılmamış, sübutlar əlaqələndirilməmiş, digər sübutlar araşdırılmamış və araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri göstərilməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Q anunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr N008-ci il tarixli Qərarı: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Re spublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı müba hisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Hazırkı qərarın NN-N4-cü bəndlərində qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.
32. Hazırkı qərarın N4-cü bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı o lmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
33. Nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə sorğu verilmiş və həmin sorğuya cavab olaraq, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusurabitə manqasının komandiri-telefonçu mərhum D.Rəcəbovun hərbi təyinatlı texnikaların boşaldılması üçün təyin edilmiş heyətin tərkibində N nömrəli hərbi hissə komandirinin 3N7 nömrəli xx.xx.N0N0-ci il tarixli əmrinə əsasən N (iki) gün müddətinə ezam olunduğu, X3 ehtiyatsızlıq ucbatından texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində xx.xx.N0N0-ci il tarixdə xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirildiyi və xx. xx.N0N0-ci il tarixdə vəfat etdiyi bildirilmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, mərhum X5 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, ezam olunduğu müddətdə ehtiyatsızlıq ucbatından texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində vəfat etmişdir.
35. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum ərinə münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının ərinə şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır.
37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-1(105)-346/N0NN nömrəli, 30 iyun N0NN-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.