Məhkəmə qərarları › İş №2-1(102)-74/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-74/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-74/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “çıxarışın verilməsi” t ələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-79/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.“Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının 8 saylı (verilmə tarixi xx.xx.1990-cı il) üzvlük biletinə əsasən iddiaçı Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvüdür və ayrılmış bağ sahəsinin nömrəsi 37, torpağın ümumi sahəsi 600 kv.m.-dir.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Dostl uq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir və həmin ərazilər bağçılıqyoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m təşkil edir. Bundan əlavə, idarədə mövcud olan arxiv məlumatlarına əsasən “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində eyni nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. 3.Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 saylı 07 noyabr 1991-ci il tarixli qərarına əsasən Bakı şəhər soveti icraiyyə komitəsinin İİ/391 nömrəli 12.10.89-cu il tarixli qərarını rəhbər tutaraq X12 Şüvəlan qəsəbəsində 493 sahədə fərdi ev tikmək üçün 700 kv.m torpaq sah əsi ayrılmışdır. 4.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 493 saylı sahədə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 85-ci Şüvəlan küçəsi, 58) yerləşən 0,07 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. 5. 17 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 Zahir Mehrəli oğlu vərəsəsidir və miras verilən əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 493 saylı sahədə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 85-ci Şüvəlan küçəsi, 58) yerləşən 0,07 ha torpaq sahəsi olmuşdur. 6. 7 aprel 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X7 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 493 saylı sahədə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 85-ci Şüvəlan küçəsi, 58) yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsini X1. 7.**********71 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 493 saylı sahədə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 85-ci Şüvəlan küçəsi, 58) yerləşən 0,07 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. 8.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 22 noyabr 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş m ütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan hasarlanmış sahə digər fiziki şəxsin adına **********71 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınaraq sonradan özgəninkiləşdirilmişdir. İddia olunan sahə “Dostluq” bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir (sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil). 9.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/7271 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, qərardadın birinci sualı üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyes tri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qərardadın 1-ci sualına münasibət bildirilmədiyindən həmin sualın cavablandırılması mümkün olmamışdır. Qərardadın 2, 3, 4cü sualları üzrə vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan hasarlanmış sahə digər fiziki şəxsin adına **********71 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınaraq sonradan özgəninkiləşdirilmişdir. İddia olunan sahə “Dostluq” bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir (sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İda rəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 10 sentyabr 1990-ci ildə “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 37 saylı torpaq sahəsində iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona 10 sentyabr 1990-cı ildə “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində 37 nömrəli sahədə 600 kv.m torp aq sahəsi ayrılmışdı. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmək üçün ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********27 saylı cavab məktubunda bildirmişdir ki, həmin ona ayrılan 37 saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Çünki onun razılığı və imtinası olmadan özünə məxsus sözü gedən torpaq sahəsi başqa fiziki şəxsin adına qeydiyyatdan keçmiş, yəni cavabdeh orqan qanun pozuntusuna açıq-aşkar yol vermişdir.

12. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda bildirmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli əri zə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m təşkil edir. Bundan əlavə, idarədə mövcud olan arxiv məlumatlarına əsasən “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində eyni nömrəli bağ sahəsinin digər fiziki şəxsin (X15) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı aşkar edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********27 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanl anmışdır. 13. ünvan 2rixli qərardadı ilə iş üzrə X3, X16, X15 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində iddiaçıya ayrılmış 509 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1426/2023 nömrəli qərarı ilə (hakim E.Ə.Əl iyev) iddia təmin edilərək, “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş 37 saylı bağ sahəsində iddiaçıya ayrılmış 509 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqların yaranmasının əsaslarından biri kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, həmçinin 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi hesab olunur. Hazırki iş üzrə iddiaçı “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü olmuş, ona verilmiş 08 saylı üzvlük biletində “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin xx.xx.1990-cı il tarixli 01 nömrəli protokola əsasən 37 nömrəli, 600 kv.m olan torpaq sahəsi verilmişdir. Həmçinin “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında iddiaçının adı qeyd edilmişdir. Eyni zamanda, cavabdeh idarənin arxivində aşkar edilmiş və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, üçüncü şəxsə (X9) ayrılmış bağ sahəsi başqa nömrə ilə, yəni xx/xx-2225-2227 nömrəli bağ sahəsi kimi qeyd edilmiş və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş bağların bölgüsünə dair sxematik xəritədə 35/37 bağ nömrəsi öz əksini tapmamışdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni iddiaçı tərəfindən göstərilən torpaq sahəsi “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda və bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmayan ərazidə yerləşməsi tutarlı əsas sayıla bilməz. Belə ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir, həmçinin müvafiq uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmanın təmin edilməsi, eyni zamanda torpaq sahəsinin müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi c avabdehin vəzifələrinə aid olduğundan iddia təmin edilməlidir. Həmçinin cavabdeh inzibati orqanın imtina və etirazında göstərilən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənədlər üzrə 600 kv.m olsa da, faktiki 509 kv.m olması ilə bağlı qeyd edilməlidir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirərək 509 kv.m torpaq sahəsinə çıxarış verilməsini tələb edir və bununla da tələbin həmin hissəsi ilə də bağlı mübahisəli hal aradan qalxmış olur.

18. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1917/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, X16 və X10 hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 21(103)-79/2024 nömrəli qərardadı ilə X13 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə (sədrlik edən və məruzəçi), G.M.Abbasova və C.A.Yusifov) 20 iyun 2024-cü il tarixli, 21(103)-79/2024 nömrəli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1426/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş mübahisəli ərazinin ortofoto görüntüsündən və iş üzrə alınmış ekspert rəyindən müəyyən edilir ki, iddia olunan sahənin “Dostluq” bağçılıq-yoldaşlığının ərazisinə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir, sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil. Məhkəmə araşdırmaları zamanı da iddiaçı hər dəfə məhz eyni torpaq sahəsinin tərəfindən göstərildiyini, əvvəllər orada yarımcıq tikilinin olduğunu, çıxarışın mövcudluğu ilə bağlı hazırda məlumatlı olduğunu bildirmişdir. Nə qədər ki, iddia olunan torpaq sahəsini n X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, həmçinin iddia olunan torpaq sahəsinin “Dostluq” bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşməsi təsdiq olunduğundan iddiaçının iddia tələbi təmin edilə bilməz.

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-79/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi çıxış edən hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvə sini saxlaması mübahisələndirilməmişdir. Cavabdehin xx.xx.2023-cü il və digər məktubları da bunu təsdiq edir. Bundan başqa, qərara kassasiya instansiyasının vahid məhkəmə təcrübəsi müəyyən edən 2-1(102)-2201/2023 nömrəli qərarı köçürülsə də, hazırkı işlə həmin qərarda qeyd edilənlərin əlaqəsi olmaması aşkar şəkildə görünməkdədir. Apellyasiya məhkəməsi tərəfindən torpaq sahəsinin ayrıc aktına və bölgü sxeminə əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə cavabdehin dəlili də lazımi qaydada araşdırılmamışdır. Halbuki, ayrıc aktı və bölgü sxemi üzrə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin sıra sayına uyğun olaraq hər birinə ayrılan sahənin koordinatları və cizgi nöqtələri göstərilir. Buna görə də apellyasiya məhkəməsi ilk öncə hüquq müəyyənedici sənəd üzrə 37 saylı bağ sahəsinin, həmin sahədə ona ayrılmış torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, həmin torpaq sahəsinin faktiki olaraq naturada harada yerləşməsi kimi məsələləri dəqiqləşdirməli idi. Məhkəmə icraatı zamanı keçirilmiş ekspertiza rəyində isə cavabdehin mütəxəssis rəyi köçürülmüşdür. Belə ki, ekspertiza qərardadında birinci sualda ona ayrılmış 509 kv.m torpaq sahəsinin koordinatlarının, ölçüsünün, təyinatının müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis rəyində bu suala münasibət bildirilmədiyindən həmin sualın cavablandırılmasının mümkün olmadığı qeyd olunmuş, digər suallara cəm halda cavab olaraq cavabdehin mütəxəssis rəyini olduğu kimi köçürülmüşdür. Göstərilən hallar ekspertizanın kobud pozuntularla aparılmasını və tərtib olunmuş rəyin heç bir ekspert tədqiqatına əsaslanmadığını əyani sübut edir. Bundan başqa, məhkəmə torpaq sahəsinin ayrılmasından 34 il keçməsini və bu müddət ərzində torpaq sahəsinin yerinin onun tərəfindən səhv göstərilməsinin mümkün olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəllə si ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçı lıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquq ların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.3.Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4.Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyr i-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafın ın və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şik ayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri o lan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla belə, məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Dostluq” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 37 saylı bağ sahəsində ona ayrılmış 509 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir.

34. İşdə olan sənədlərdən görünür ki, “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvəlininə torpaq sahəsinin ayrılmasına dair siyahısının 22-ci sıra nömrəsində X5 (xx.xx.1990-cı il tarixdə nikah bağlanıldıqdan sonra, soya dı dəyişdirilərək Hidayətova olmuşdur) adı qeyd edilmiş və iddiaçıya 37 saylı sahəsi 600 kv.m olan bağ sahəsinə dair xx.xx.1990-cı il tarixdə “Dostluq” bağçılıq-yoldaşlıq təsərrüfatının 8 saylı üzvlük bileti verilmişdir.

35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia olunan torpaq sahəsi **********71 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən üçüncü şəxs X4 xüsusi mülkiyyətindədir, habelə həmin torpaq sahəsi ayrıc aktından kənarda yerləşir (sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil). Hansı ki, bu fakt iş materialları ilə öz təsdiqini tapır.

36. Kollegiya qeyd edir ki, hazırda iş materiallarında olan sənədlərdən görünür ki, X8 **********71 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş Əzi zbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 saylı 07 noyabr 1991-ci il tarixli qərarına əsasən Bakı şəhər soveti icraiyyə komitəsinin İİ/391 nömrəli 12.10.89-cu il tarixli qərarını rəhbər tutaraq X12 Şüvəlan qəsəbəsində 493 sahədə fərdi ev tikmək üçün 700 kv.m torpaq sahəsi ayrılmış və daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 493 saylı sahədə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 85-ci Şüvəlan küçəsi, 58) yerləşən 0,07 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. Daha sonra X6 vərəsəsi olmuş X7 7 aprel 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 493 saylı sahədə (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 85-ci Şüvəlan küçəsi, 58) yerləşən 0,07 ha torpaq sahəsini X1.

37. Məhkəmə kollegiyası həm Mülki Məcəllədə, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda təsbit edilmiş reyestrin həqiqiliyi prezumpsiyasını rəhbər tutaraq bildirir ki, qeydə alınmış hüquqların həqiqiliyinin əksi sübut edilməyənədək həmin hüquqlar olduğu kimi qəbul edilməlidir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Be lə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur”.

39. Eyni zamanda iş materiallarında olan və mötəbərliyi şübhə doğurmayan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/210/7271 saylı ekspert rəyi ilə müəyyən edilir ki, iddia olunan hasarlanmış sahə digər fiziki şəxsin adına **********71 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınaraq sonradan özgəninkiləşdirilmişdir. İddia olunan sahə “Dostluq” bağçılıq-yoldaşlığının ərazisin ə aidiyyəti yoxdur. Ayrıc aktından kənarda yerləşir (sözügedən ərazi bağ sahələri üçün ayrılmış ərazilərə aid deyil).

40. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçı kassasiya şikayətində də qeyd etmişdir ki, torpaq sahəsinin ayrılmasından 34 il keçmiş və bu müddət ərzində torpaq sahəsinin yerinin onun tərəfindən səhv göstərilməsinin mümkün olmasını nəzərə almamışdır.

41. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iddia olunan torpaq sahəsinin üçüncü şəxs X4 mülkiyyətində olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və həmin çıxarış ləğv edilməmişdir, həmçinin iddia olunan torpaq sahəsinin “Dostluq” bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşməsi təsdiq olunduğundan iddiaçının iddia tələbi təmin edilə bilməz.

42. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-79/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar