Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-740/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şəxs X7 Komitəsinin iştirakı ilə)qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; iddianın mümkünsüz sayılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkiliştirakı ilə, İddiaçı X2 cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (üçüncü şə xs ƏMDK-nın iştirakı ilə) qarşı torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 21(105)-451/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi və özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xu dat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin 999,0 kv.metr torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin tikiliyə iddiaçının mülkiyyət hüququ xx xxxx 2005-ci il tarixli 86 A saylı qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır. Tikili sabiq “Nəsimi” adına sovxozun mülkiyyətində olmuşdur, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində həmin tikili X6 verilmişdir. Həmid Məmmədov xx xxxxxx 2004- cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tikilini 25.000.000 manata iddiaçıya satmışdır. Həmin vaxtdan tikili iddiaçının mülkiyyətindədir. Tikilinin yerləşdiyi 999,0 kv.m torpaq sahəsindən iddiaçı istifadə edir, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Bu barədə cavabdehə ərizəylə müraciət etmişdir. Lakin bu günədək hər hansı rəsmi cavab verilməmişdir. Cavabdehin ərizəni cavablandırmamasını qanunsuz və əsassız hesab edir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-434/2019 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.m torpaq sahəsi üzərindəİddiaçı X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(105)-451/2019 nömrəli (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, N.Nəsibov və Z.Məmmədov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(85)-434 /2019 saylı qərarının ləğv edilməsi, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikası X7 Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi tələbinə dair iddiasının mümkün sayılmamasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Xaçmaz rayonu Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq «Nəsimi» adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kvadrat metr, ticarət sahəsi 16,1 kvadrat metr olan univermağın anbar binası İddiaçı İKB-nin xüsusi mülkiyyətindədir. Tikili sabiq «Nəsimi» adına sovxozun mülkiyyətind ə olmuşdur, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində həmin tikili X6 verilmişdir. Həmid Məmmədov xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tikilini 25000000 AZM manata İddiaçı İKB-yə satmışdır. Həmin vaxtdan həmin tikili İddiaçı İKB-nin mülkiyyətindədir. Həmin tikilinin yerləşdiyi 999,0 kvadrat metr torpaq sahəsindən İddiaçı İKB istifadə edir, torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin rəisinə xx xxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli ərizələrl ə müraciət etmidir. Lakin hər iki ərizəyə cavab almamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə ərizənin cavablandırılması barədə şifahi müracıət etsə də, hər hansı rəsmi cavab verilməmişdir. Həmin qeyri-yaşayış sahəsinin altında olan 999,0 kvadrat metr torpaq sahəsınin İddiaçı İKB-nin əvəzsiz mülkiyyətinə verilməsi barədə ərizəyə baxılmaması hüquqlarını pozur. Mübahisəli qeyri-yaşayış sahəsinə hüquqları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, həmin reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Həmin faktlar təsdiq edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqay ıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məh kəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1 (105)-451/2019 saylı qərardadla, apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(85)-434/2019 saylı qərarının ləğv edilməsi, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Azərbaycan Respublikası X7 Komitəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qənaətinə gələrkən «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 1.0.1, 8.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 12.1, 35.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaq ədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məlum olduğu kimi isə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mi rzəyev küçəsində yerləşən sabiq «Nəsimi» adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kvadrat metr, ticarət sahəsi 16,1 kvadrat metr olan univermağın anbar binasının altında olan 999,0 kvadrat metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi və özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi bərədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq «Nəsimi» adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kvadrat metr, ticarət sahəsi 16,1 kvadrat metr olan univermağın anbar binasının altında olan 999,0 kvadrat metr torpaq sahəsinin idd iaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının mümkün sayılmaması qənaətinə gələrkən xx xxxxxx 2019-cu il tarixli qərardadda göstərmişdir ki, mübahisələndirilən torpaq sahəsi H.Məmmədov tərəfindən nə alınmış, nə də ona əvəzsiz olaraq verilmişdir. Başqa sözlə sonuncunun həmin torpaq sahəsinə dair yaranması ehtimal olunan, eləcə də qeydə alınmış hər hansı bir hüququ olmamışdır. Bu isə öz növbəsində ona gətirib çıxarır ki, X5 mübahisəli torpaq sahəsinə dair ehtimal olunan mülkiyyət hüquqları mövcud olmadığından, «Univermaq-sklad» binasının alqı-satqı qaydasında iddiaçıya satılarkən həmin torpaq sahəsinə mülkiyyət hüququnun da Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən iddiaçıya keçdiyinə istinad etmək üçün əsaslar yaranmamışdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadında həmçinin yazılmışdır ki, iddiaçı sonradan tələbini dəqiqləşdirsə də, o, dövlət mülkiyyətində olan əmlakın onun mülkiyyətinə verilməsini istəməklə, əslində həmin torpaq sahəsinin özəlləşməsini istəmişdir. Daha sonra apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, başqa sözlə özəlləşməsi ilə bağlı tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Belə ki, yuxarıda istinad olunan normalardan görünür ki, iddiaçı hazırkı iddia ilə Azərbaycan Respublikasının X7 Komitəsinə müraciət etməli olduğu halda bunu etməmiş, o, cavabdeh kimi tələbini Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yönəltmişdir. Halbuki, yuxarıda istinad olunan normalara əsasən Azərbaycan Respublikası X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi dövlət mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verılməsi tələbi üzrə cavabdehlik daşıya bilməzdi və eləcə də bu iddiaya cavab verməli olan orqan deyil. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin özəlləşməsi və mülkiyyətinə verilməsi ilə bağlı Azərbaycan Respublikasının X7 Komitəsinə müraciət etmədiyindən, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə k i, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki, hazırkı iddia, növünə görə öhdəliyin icrası haqqında iddiadır və «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmayaraq onu vurğulamağı zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 saylı protokol qərarı ilə «Univermaq-sklad» binasının həyətyanı ərazisi ilə birlikdə X1 qərara alınmış, xx xxxxxx 1998-ci il tarixli akt və xx xxxxxx 1998-ci il tarixli 08 saylı Əmlakdan pay haqqının verilməsı barədə Aktlar əsasında Xaçmaz rayon Nəsimi adına sovxozun aqrar islahatı komissiyası tərəfindən univermağın anbar binası X5 mülkiyyətinə verilmişdir. «Univermaq-sklad» binası üzərində X5 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra iddiaçı xx xxxxxx 2004-cü il tarixli müqaviləyə əsasən Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq «Nəsimi» adına sovxozun malikanəsində 999,0 kvadrat metr torpaq sahəsində yerləşən mişar daşından inşa ed ilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kvadrat metr, ticarət sahəsi 16,1 kvadrat metr olan univermağın anbar binasını X4 almışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq xx xxxx 2005-ci il tarixli 86A saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, iddiaçının mübahisə predmetinə çevrilmiş obyektə xx xxxx 2005-ci il tarixli qeydiyyat vəsiqəsi var, iddiaçı bu obyekti dövlət notariusunun təsdiqi ilə alqı-satqı müqaviləsi əsasında almışdır, obyektin texniki pasportu da mövcuddur. Bundan başqa, qeyd edilməlidir ki, cavabdehin bu məsələlərlə bağlı rəyi var ki, bu da cavabdeh inzibati orqanın rəsmi mövqeyi və cavabı kimi qiymətləndirilməlidir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad e tməklə, iddiaçının iddiasının mümkün sayılmaması yanlış olmaqla qanuna uyğun deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-451/2019 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-740/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-740/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver