Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-740/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( qərarın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Zakir Quliyev(məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qar şı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021- ci il tarixli **********9112 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(105)-713/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9877 nömrəli qərarına əsasən, iddiaçının Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. 2. 26 may 2021-ci il tarix də iddiaçıya məxsus anbarda operativ vergi nəzarətinin həyata keçirilməsinə başlanılmış və tədbirin nəticəsində ümumi dəyəri 8.796.079,48 manat məbləğində malların iddiaçı tərəfindən elektron-qaimə faktura tərtib edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir.
3. Bundan sonra keçirilmiş tədbirin nəticəsi olaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 004482 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********9112 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 879607,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizə təqdim edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********9112 nömrəli qərarının” ləğv edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (xx.xx.2021- ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 8796079,48 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2020ci ilin fevral ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasında satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti mə qsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.11-6-cı maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatlan tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçiin təqdim edildiyi halda isə həmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-faktııranın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. İddiaçı avtomobil ehtiyyat hissələrinin pərakəndə və topdansatışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq, cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarl ıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturanın təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturanın təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə desək, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi iddiaçı qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Vergi orqanı bir kassa çekində böyük miqdarda məbləğin mədaxil edilməsini cəmiyyətin topdansatış fəaliyyəti ilə məşğul olmasına dəlil kimi göstərir. Bununla bağlı bildirir ki, vergi qanunvericiliyində topdansatış və pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğinə dair hər hansı hədd müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı nəzarət kassa aparatına mədaxil edilən məbləğlərin əslində vergi ödəyicilərinə satılmış mallara dair olduğunu iddia etsə də, buna dair hər hansı mötəbər sübutu (satılan vergi ödəyicisinin adı, ondan alanın hər hansı izahat və s.) cəmiyyətə təqdim edə bilməmişdir. Halbuki, vergi qanunveri ciliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli aktda həmin gün deyil, xx.xx.2020-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Beləliklə, "xxxx" MMC malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərərk, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsin də göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə Baş İdarə tərəfindən MMC-yə məxsus olan Sumqayıt şəhəri, BakıRostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 8796079,48 manat məbləğində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2021-ci il tarixli 004482 nömrəli Akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli 004482 nömrəli Akt iddiaçının rəhbərinə təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 004482 nömrəli aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edil miş akta və digər sənədlərə əsasən "xxxx" MMC-nin 879.607,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçının rəhbəri cavabdehə xx.xx.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı - 29003 kodlu anbar; Sumqayıt şəhəri, BakıRostov şosesi, maşın bazarı 29002 kodlu anbar, Sumqayıt şəhəri, şəhərin girəcəyi, magistral yolun yaxınlığı - 31001 kodlu anbar. Anbarlarda olan mallar cəmiyyətə məxsusdur, malların ticarət əlavəsi 5% tətbiq olunur. Cəmiyyətin iş rejimi həftənin 6 günü olmaqla səhər saat 10:00-dan axşam saat 17:00-dəkdir, 6-cı günlər iş rejimi səhər saat 10:00-dan günorta saat 14:00-dəkdir. Bu obyektdən başqa yerdə obyekti və saxlancd a olan malı yoxdur. Sumqayıt şəhəri, BakıRostov şosesi, maşın bazarı ünvanında yerləşən 150 m2 -lik anbarın 298 nömrəli icarə müqaviləsində və Sumqayıt şəhəri, BakıRostov şosesi, maşın bazarı ünvanında yerləşən 180 m2-lik anbarın 299 nömrəli icarə müqaviləsində həmin anbarın topdansatış fəaliyyəti üzrə icarəyə verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63 maddəsində topdansatışın anlayışı verilmişdir: topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Eyni zamanda Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında olan məlumatlarda da iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Bakı- Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarın topdansatış fəaliyyəti üzrə icarəyə götürüldüyü görünür.
7. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)1620/2021 saylı qərarı (hakim C.Məmmədov) ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxalİxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********9112 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyə tə cəlb edilməsi haqqında qərarının ləğv olunması qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bilirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi bar ədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh iddiaya qarşı etirazında bildirir ki, iddiaçının məlumat bazasında fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmiş və obyektinin qeydiyyatı haqqında olan məlumatlarda da anbarın topdansatış fəaliyyəti üzrə icarəyə götürüldüyü görünür. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus “Hüquqi şəxslərin məlumat dəyişikliyi barədə” xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının faəliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA”, “AVTOMOBİLLƏR ÜÇÜN EHTİYYAT HİSSƏLƏRİNİN, QOVŞAQLARİN VƏ LƏVAZİMATLARİN PƏRAKƏNDƏ SATİŞİ” və “İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ” olmuşdur. Həmçinin, xx.xx.2019 -cu il tarixli nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən aydın olur ki, vergi orqanı iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Maşın bazarı ünvanında yerləşən obyektdə quraşdırılmış Merkuri-130F-01 markalı 00224174 zavod nömrəli Nəzarət kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq etmişdir.Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir.Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin ol unmamasına dair yeni qərar qəbul edilməsni xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-713/2021 nömrəli (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, R.Ağayev və İ.Dəmirov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1620/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək Apellyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiy a şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində işə baxarkən məhkəmə kollegiyası işin hərtərəfli, ədalətli araşdırılması üçün lazımı şərait yaratmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunsuz, ədalətsiz bir qərar qəbul etmişdir.Belə ki, Məhkəmə kollegiyası qəbul etdiyi qərarında dəlil olaraq ifadə; edir ki, hazırki işdə bir halda ki, cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi Ödəyicisi, ticarə t fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Qeyd olunan dəlillərlə bağlı bildiririk ki, məhkəmələrə təqdim edilmiş bütün prosessual sənədlərdə (İddia ərizəsinə etirazda, apeliyasiya şikayətində) dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edimişdir. Eyni zamanda bildirir ki, sözügedən obyektlər iddiaçının qeyd etdiyi kimi anbar şəklində vergi orqanında uçota alınmışdır ki, bu halları təsdiq edən sənədlər də məhkəməyə təqdim edilmişdir. Bununla bağlı qeyd edir ki, nəzər yetirilməli olan məqamlardan biri də operativ vergi nəzarəti həyata keçirilmiş obyektin, yəni təsərrüfat subyektlərinin “anbar” olmasıdır ki, anbardan pərakə ndə satışın həyata keçirilməsi də ümumi formalaşmış və oturuşmuş təcrübəyə əsasən ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin xarakterinə uyğun deyildir. Həmçinin bildirməyi zəruri hesab edirik ki, iş materiallarında. mövcud olan sənədlərə əsasən (operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilən mal qalığının siyahısı və digər sənədlərə) təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 50,0 manat və ondan aşağı ölmüşdür. Eyni zamanda iş materiallarına əlavə edilmiş NKA-nın Z hesabatlarında əks olunan çəklərin aylıq say və cəm məbləği nəzərə alındıqda bir çek üzrə orta məbləğin 850,0-1.450,0 aralığında olması müəyyən olunur. Nəzərə alsaq ki, iddiaçının satdığı malların böyük əksəriyyətinin dəyəri 50,0 manat və daha aşağıdır o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üç ün minimum dəyəri 1.000,0. manatlıq mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Məhkəmə kollegiyası həmçinin qərarında qeyd edir ki, eyni zamanda məhkəmə kollegiyası Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növünün ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilməsi barədə dəlilinə münasibətdə ilk öncə bildirir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçı "xxxx" MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA”, ‘AVTOMOBİLLƏR ÜCÖN EHTİYYAT HİSSƏLƏRİNİN, QOVŞAQLARİN VƏ LƏVAZİMATLARİN PƏRAKƏNDƏ SATİŞİ” və “İXTİSASLASDİRİLMAMİŞ TOPDANSATİŞ” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaiyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Qeyd olunan dəlillərlə bağlı öncəliklə bildiririk ki, cavabdehin heç bir arqumenti topdansatış fəaliyyəti ilə məşğul olan şəxslərin pərakəndə satış fəaliyyəti göstərməsinin qadağan olunması ilə bağlı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərini belə təhrif etməkdən çəkinməmişdir. Göründüyü kimi məhkəmə kollegiyası birmənalı şəkildə iddiaçının təqdim etdiyi dəlilləri araşdırmadan və qi ymətləndirmədən mötəbər hesab etmiş, cavabdehin dəlillərini isə əsaslandırmadan və münasibət bildirmədən rədd etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə fakturlara nəzər yetirildikə aydın olur ki, məhkəmə kollegiyası iş üzrə qəti şəkildə araşdırma aparmamışdır. Həmin təqdim edilmiş elektron-qaimə fakturalardan göründüyü kimi onlar təkcə hüquqi şəxslərə deyil, kifayət qədər sayda fiziki şəxslərə də təqdim edilmişdir (cədvəl şikayətə əlavə olunur). Bu dəlildən əslində, iddiaçının qanun çərçivəsində hərəkətini sübut etmək üçün istifadə edilmişdir ki, bu da yanlış əsasla nəticələnmişdir. Məhkəmə kollegiyası bu hal üzrə də araşdırma aparmamış və nəticə də iddiaçının qeyri-səmimi ifadələri məhkəmə üçün təsdiqini tapmışdır. Ey ni zamanda məhkəmə kollegiyası qeyd edir ki, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının elektron qaimə- faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. İşin faktiki hallarını düzgün müəyyən etməyən məhkəmə kollegiyası iş materiallarında olan və bir-birini təkzib etməyən heç bir sübuta söykənmədən qeyd olunan nəticəyə gəlməsi anlaşılan və ağlabatan deyildir. Şəxsin topdansatış ticarət fəaliyyəti ilə məşğul olması sübut olunduğu üçün onun mallar təqdim edilən zaman elektron qaimə-faktura təqdim etməsi vergi qanunvericilində vəzifə olaraq müəyyən edilmişdir. Maliyyə sanksiyası tətbiq edilən məbləğin pərakəndə ticarət fəaliyyətinin nəticəsi olduğunu sübut edə bilməyən, yəni müəyyən edə bilməyən məhkəmə kollegiyası işin faktiki hallarını təhrif etmiş və nəticədə yanlış qənaət ifadə etmişdir. Məhkəmə kollegiyasının sözügedən dəlili hər bir halda pərakəndə ticarət fəaliyyətinin cavabdeh tərəfindən qəbul edildiyi qənaətini formalaşdırmağa xidmət edir. Yuxarıda qeyd olunan şəkildə iddiaçının izahatları və təqdim edilmiş sənədlər arasında kifayət qədər ziddiyət olduğu halda bu ziddiyyətlərin aydınlaşdırılması üçün heç bir addım atmamış, bütünlüklə sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maraqlı fakt ondan ibarətdir ki, barəsində şikayət olunan qərara diqqətlə nəzər yetirildikə aydın olur ki, məhkəmə kollegiyası onun vəzifələrini müəyyən edən normaları tamamilə unutmuş, bütünlüklə cavabdehin vəzifələri üzərində qiymətləndirməni həyata keçirmişdir. Halbuki, məhkəmə kollegiyasının cavabdeh üçün sadaladığı vəzifələr İPM-nin normalarına əsasən məhkəmə üçün də müəyyən olunmuşdur ki, məhkəmə həmin vəzifələri yerinə yetriməmişdir. Sadə bir örnəklə qeyd edə bilərik ki, məhkəmə kollegiyası iddiaçının satdığı ma lların alıcısı olduğu şəxslərin müəyyən edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuş, həmin vəzifənin icra ediməməsi üzrə nəticəni isə iddiaçının xeyrinə şərh etmişdir. Halbuki məhkəmənin inzibati məhkəmə icraatının prinsiplərindən doğan obyektiv həqiqəti müəyyən etmək vəzifəsi vardır ki, bu vəzifə də birmənalı şəkildə alıcı olan şəxslərin müəyyən edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin məhkəmə kollegiyası məhkəmə icraatı boyu ancaq cavabdehin vəzifələri üzərindən prosesi təşkil etmiş və bu şəkildə də nəticəyə gəlmişdir. Halbuki cavabdehin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı kifayət qədər dəlillər irəli sürülmüşdür. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hər hansı bir sübut haqqında məlumat verməmiş, yəni hansı sübutlar əsasında sözüg edən nəticəyə gəldiyi məlum deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş dəlillərin isə rədd edilmə əsaslarını qəbul etdiyi qərarında ehtimallara söykənərək münasibət bildirmişdir ki, bu da tərəfin məhkəmə qərarının şübhə doğurmamaq hüququnu pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Vergi Məcəlləsi:
15. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasit ələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aş kar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödəni lməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktu ra (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya mümkündür. Şikayət vaxtında v erilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növünün ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilməsi barədə dəlilinə münasibətdə ilk öncə bildirir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçı "xxxx" MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA”, “AVTOMOBİLLƏR ÜÇÜN EHTİYYAT HİSSƏLƏRİNİN, QOVŞAQLARİN VƏ LƏVAZİMATLARİN PƏRAKƏNDƏ SATİŞİ” və “İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır.
20. Yəni, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəal arını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Qeyd edilməlidir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zam anı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir.
22. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəal iyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir.
23. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58. 13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər.
24. Məhkəmə kollegiyası bildiririk ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir: 50.1.1 vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqan ları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlu matlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur.
25. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********9877 nömrəli qərar əsasında 26 may 2021-ci il tarixdən iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbirin nəticəsində xx.xx.2021-ci il tarixli DVX seriyalı 004482 nömrəli akt tərtib olunmuş və 8796079,48 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satılması əsası ilə iddiaçı barəsində xx.xx.2021-ci il tarixli inzibati aktla 879607,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir.
26. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olma qla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan hallarla əlaqədar həyata keçirilir: -Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; -Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; -Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; -Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; -Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəf indən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; -Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; -Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; -Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; -“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.
16. M əhkəmə kollegiyası bildirir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür.
17. Operativ vergi nə zarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun 18..Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə- faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmayıb. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2021-ci il tarixli DVX seriyalı 004482 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur.
19. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
20. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır.
21. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 3943-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir.
22. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir.
23. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğ unu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir.
24. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
25. Mübahisənin mahiyyəti ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı malların satışı zamanı elektron qaim ə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiqini tapmır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh iddiaçının nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdı ğı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir.
26. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçı "xxxx" MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA”, “AVTOMOBİLLƏR ÜÇÜN EHTİYYAT HİSSƏLƏRİNİN, QOVŞAQLARİN VƏ LƏVAZİMATLARİN PƏRAKƏNDƏ SATİŞİ” və “İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstə rən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır.
28. Bununla belə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. 2
9. Eyni zamanda, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********8 nömrəli nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən aydın olur ki, Merkuri-130F-01 markalı 00224174 zavod nömrəli nəzarət kassa aparatı iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, Maşın bazarı ünvanında yerləşən obyektdə qeydiyyata alınmışdır və iddiaçının xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək pərakəndə qaydada satılmış mallara dair həmin nəzarət kassa aparatından alınmış aylar üzrə icmal hesabatları sübut qismində məhkəməyə təqdim edilmişdir. Buradan isə aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuşdur. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına c avabdehin razılığını ifadə edir.
30. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin təl əblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir.
31. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(105)713/2 021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.