Məhkəmə qərarları › İş №2-1(102)-741/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-741/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-741/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti mənzil kirayəsi xərclərinin təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN – xxxxxxx) cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “2020-ci ilin 1 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar R espublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-05/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək AR Silahlı Qüvvələrində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən 01 avqust 2019-cu il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçərək AR müdafiə nazirinin 17 may 2019-cu il tarixli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır.

2. İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə 1 yanvar 2020-ci il tarixindən müvəqqəti mənzil kiray əsi xərclərinin ödənilməsi ilə bağlı sənədlərini təqdim etmiş, lakin cavabdeh 2 sentyabr 2021-ci il tarixli məktubla imtina edərək, iddiaçının ehtiyata buraxılma səbəbinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli Qərarlarının tələblərinə uyğun olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı onun 1 yanvar 2020-ci il tarixdən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi barədə iddia ər izəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. iddiaçının əsaslandırması:

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 21 il həqiqi hərbi xidmət keçərək 17 may 2019-cu il tarixdən ehtiyata buraxılmışdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndini əsas tutaraq, kirayə sənədlərini toplayaraq 2019-cu ilin avqust ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinə təqdim etmişdir. Həmin Qanunun 3-cü abzasında təyin olunmuş müddət, yəni "3 ay" ərzində ödənilməli halda, kirayə müqaviləsi bağlayaraq hər ay Vergilər Nazirliyinə ödəniş etməyinə baxmayaraq, bu günə qədər müvəqqəti mənzil kirayəsi xərcləri İcra Hakimiyyəti tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddə sinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 10-cu bəndində qeyd edildiyi kimi, "hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət edə bilərlər". Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun un 12-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır", lakin faktiki olaraq o, yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi ilə təmin edilməmişdir. Əlavə olaraq "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. İddiaçı qeyd edir ki, burada müddət göstərilməyinə baxmayaraq, 2 ilə yaxındır ona heç bir ödəniş olunmayıb. cavabdehin etirazları:

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı 2020-ci ildə kirayə xərclərinin ödənilməsi ilə bağlı sənədlərini təqdim etmiş, lakin araşdırma zamanı onun ehtiyata buraxılma səbəbi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından kirayə xərclərinin ödənilməmə səbəbləri izah edilmişdir. Verilən izahatla razılaşmayan İddiaçı icra hakimiyyətinə ərizə ilə müraciət etmiş, müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış cavab verilmişdir. İddiaçı 14 iyun 2021-ci il tarixli ərizəsinə cavab olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 06 sentyabr 2019-cu il tarixli, 1186 nömrəli arayışına əsasən 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən 01 avqust 2019-cu il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçərək Azərbaycan Respublikası müdafiə nazirinin 17 may 201 9-cu il tarixli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) görə ehtiyata buraxılmışdır. İddiaçı ehtiyata buraxılma səbəbi "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarlarında qeyd edilir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, hab elə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilməsi qeyd olunmuşdur.

6. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2-1(122)-153/2021 nömrəli (sədrlik edən hakim S.Novruzov) qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz arzusuna əsasən ehtiyata buraxıldığından və onun mənzil xərclərinin ödənilməsi qanunla nəzərdə tutulmadığından cavabdeh tərəfindən haqlı olaraq onun tələbinin icra edilməsindən imtina edilmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Naxçıvan Muxtar Respublika sı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)05/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Mirzəyev /sədrlik edən və məruzəçi/, Y.Qurbanov və Ə.Xıdırov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata almır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.

13. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillə rdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti; başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.

14. NMR Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının apellyasiya şikayətini təmin etməyərək, AR Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174№-li qərarına istinad etmiş və orada öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçuların müvəqqəti mənzil kirayəsi xərclərinin ödəniləsi hüququnun İddiaçı şamil edilmədiyi qənaətinə gəlmişdir. Lakin Məhkəmə diqqət etməmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununda mənzil kirayəsi xərclərinin ödənilməsi üçün ehtiyata və ya istefaya buraxılmağı hər hansı səbəbdən asılı etməmişdir. AR Nazirlər Kabinetinin adı çəkilən qərarında yalnız müəyyən səbəbdən dolayı ehtiyata və istefaya çıxan şəxslərə həmin hüquq şamil edilsə də, Qanım Nazirlər Kabinetinin qərarından üstün hüquqi qüvvəyə malik olduğundan və Nazirlər Kabinet inin qərarının Qanunlara zidd olmaması tələbinə əsasən hazırkı halda Qanun tətbiq olunmalı və İddiaçı hüququnun həyata keçirilməsi təmin olunmalıdır.

15. Yasa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay həmin Qərarda nəzərdə tutulmuş məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir.

16. Yuxarıda da qeyd edildiyi kimi, NMR A li Məhkəməsinin İnzibati Kollegiyası öz mövqeyini qətnamədə əsaslandırarkən daha üstün hüquqi qüvvəyə malik olan Qanunu deyil, Nazirlər Kabinetinin qərarını əsas götürərək tətbiq etmiş və İddiaçı öz istəyi ilə ehtiyata buraxılmasını əsas gətirərək apellyasiya şikayətini əsassız olaraq rədd etmişdir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, səbəbindən asılı olmayaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil kirayəsi xərclərinin yerli icra hakimiyyəti orqanı tərəfindən ödənilməsi hüququ nəzərdə tutulmuşdur. Lakin hazırda İddiaçı bu hüququnu həyata keçirə bilmir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi qulluqçuların statusu haqqında” Azər baycan Respublikası Qanunu: Maddə 12.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiy i məbləğdə pul kompensasiyası ödənilir. Maddə 12.2. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Maddə 12.7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər si lahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Maddə 12.10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarı: bənd

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat olmaqla yalnız nağdsız qaydada kompensasiya ödənilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası, əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 19-cu bəndində qeyd edilən normativ akta istinadla bildirmişdir ki, öz arzusuna əsasən ehtiyata buraxılmış hərbi qulluqçular barəsində bu cür ödənişlərin nəzərdə tutulmaması o nu deməyə əsas verir ki, qanunverici bu şəxslərlə bağlı məsələyə münasibət bildirməməklə həmin şəxsləri göstərilən siyahıya daxil etməmiş və qanunvericiliklə onlar barəsində mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsi tənzimlənməmişdir.

25. Məhkəmə kollegiyası nəzərə alır ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadında da ifadə edilmişdir. Belə ki, həmin hüquqi mövqeyə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyat a buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

26. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun i stinad edilən 18 iyul 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeni nəzərə almaqla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)05/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar