Məhkəmə qərarları › İş №2-1(102)-742/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-742/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-742/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması, elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-473/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1960-cı ildə Qusar rayonunun İmamaqulukənd kəndində doğulmuşdur və hal-hazırda orada qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, sonuncu xx xxxxxx 2018-ci il tarixli, 37/503 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx xxxxxx 2018-ci il tarixli 37/503 saylı məktubunun etibarsız sayılması, elektrik qaynaqçısı işlədiyi iş dövrü nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Siyahıya əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraci ət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1 (85)-313/2018 saylı qərarı ilə cavabdehə qarşı iddiası təmin edilmiş, 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2007-ci ilə kimi “Makdermot” və “X3” məhdud məsuliyyətli cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Şərh olunan qərardan verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2 -1(105)-269/2018 saylı qərarı ilə onun 1992-ci ilin fevral ayından 1995-ci ilin avqust ayına kimi “Əzizbəyov” adına sovxozda və xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2006-cı ilə kimi “Makdermot” və “X3” MMC-də işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Həmin qərardan verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsində xx xxxxxx 2018-ci il tarixdə baxılmış, məhkəmə kollegiyasının 2-l(102)-2048/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 1978-ci il tarixdə adına tərtib edilmiş HT-İ ******* saylı əmək kitabçasında və qeyd olunan məhkəmə qərarlarında təsdiqlənmiş sosial sığorta stajı elektrik qaynaqçısı işlədiyi üç ün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verdiyi halda, cavabdeh xx xxxxxx 2018-ci il tarixli 37/503 saylı məktubu ilə məhkəmə qərarlarında “əl ilə qaynaq aparması”nın əks etdirilmədiyini əsas tutaraq güzəştli şərtlərlə əmək pensiyasının hesablanmasından imtina etmiş, imtinasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarına istinad etmişdir. Cavabdehin imtinasından işlədiyi təşkilata “SOCAR-ın Neftqaztikinti” trestinə etdiyi şikayətə xx xxxxxx 2018-ci il tarixdə rəsmi cavab verilmişdir. Şərh olunan cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzif ələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahası”nın 35-ci “Ümumi peşələr” bəndinin müvafiq yarımbəndlərində “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları”, həmçinin “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” göstərilmişdir. Göründ üyü kimi, cavabdeh şərh olunan Siyahıda göstərilən yarımbəndlərdən yalnız birinə istinad etmiş, bununla da güzəştli şərtlərlə əmək pensiyasına olan hüququnu pozmuşdur. “SOCAR” Neft şirkətinin xx xxxxxx 2018-ci il tarixli məktubu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Siyahının müvafiq yarımbəndləri, habelə HT-İ ******* saylı əmək kitabçası və iddiaya əlavə edilən digər rəsmi sənədlər əsasında cavabdehin xx xxxxxx 2018-ci il tarixli 37/503 saylı məktubu etibarsız sayılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Sumqayıt İnzi bati-İqtisadi Məhkəməsinin 2-1(85)-542/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim Z.R.Pirverdiyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarına uyğun olaraq zərərli sahə hesab edilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləsə də işlədiyi müddət kişilər üçün tələb olunan 12 il 6 ay müddətdən azdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli, 2-1(105)-473/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsi əsl cavabdeh Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)473/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: T.O.Quliyev və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-542/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlill əri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərdəniz neft inşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Xidmət Kooperativində elektrik qaynaqçısı, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “xxxx” Şirkətində 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” ASC-də 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2016cı il tarixədək “xxxx” birgə müəssisəsində əl ilə qaynaqda elektrik qaynaq çısı işləmişdir ki, bu da ümumilikdə 13 il 3ay 3 gün təşkil edir. Həmin əmək stajı onun güzəştli şərtlərlə əmək pensiyasının müəyyən olunması üçün kifayətdir. Amma bu iş yerlərindən yalnız ikisində işlədiyi müddət güzəştli şərtlərlə əmək pensiyasının müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci maddəsinə uyğun hesab olunmuş, digər müəssisələrdə işlədiyi müddət nəzərə alınmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Həmin iclasda iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən ka ssasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə, məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apelyasiya i nstansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya hesab edir ki, apelyasiya ic raatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, qəbul edilmiş qərar əsaslandırılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci tələbinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlə rdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir: “Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusil ə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyin tələbləri qaydasında axırıncı iş yerindən asılı olmayaraq istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, onların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərdənizneftinşat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı (4 il 2 ay 25 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Xidmət kooperativində elektrik qaynaqçısı (1 il 3 ay 18 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “xxxx” Şirkətində 6-cı dərəcəli elektrik qaynaqçısı (4 il 2 ay 5 gün), xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “xxxx” ASC-də 6-cı dərəcəli elektrik qa ynaqçısı (3 ay 3 gün), xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “xxxx” Birgə Müəssisəsində əl ilə qaynaqda elektrik qaynaqçısı (3 il 10 ay 12 gün), xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “xxxx” X6-088 layihəsində Daşçı (1 il 2 ay 28 gün) peşələrində işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qaynaqçıların əl ilə qaynaq aparmalarının dəqiqləşdirilməsi onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən olunmasında böyük əhəmiyyət daşıdığı, iddiaçının təqdim etdiyi sənədlərdə onun əl ilə qaynaq aparması barədə məlumat və tələ b olunan azı 25 il sığorta stajının və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam 12 il 6 ay əmək stajının olmadığı üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci maddəsində göstərilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli qərarına uyğun olaraq zərərli sahə hesab edilən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsində işləmiş, lakin işlədiyi müddət kişilər üçün tələb olunan 12 il 6 ay müddətdən azdır. Məhkəmə kollegiyası yuxarıda istinad edilən normaların tələblərini və işin yuxarıda təsvir edilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı qanunla tələb edilən 12,5 illik xüsusi iş stajına malik olmadığından, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini iddia edə bilməz və cavabdeh tərəfindən düzgün olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.” Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən yuxarıda müəyyən edilmiş qaydada hesablama aparıldıqda iddiaçının 25 ildən artı q ümumi iş stajına malik olması, elektrik qaynaqçısı peşəsində işlədiyi müddətin 13 ildən artıq olması mübahisəsizdir. Belə olan halda, məhkəmənin iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması qənaətinə gəlməsi anlaşılan deyil. Apelyasiya instansiyası məhkəməsinin iddiaçının konkret olaraq hansı iş dövrünü güzəştli iş stajı kimi qəbul etməməsi qərardan aydın olmur. Dolayısı yolla, apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasından belə nəticəyə gəlmək olar ki, məhkəmə iddiaçının elektrik qaynaqçısı peşəsində işlədiyi bütün dövrləri deyil, yalnız əl ilə qaynaq aparılan dövrü güzəştli iş stajı kimi nəzərə almışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarix li, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahası”nın 35-ci “Ümumi peşələr” bəndinin müvafiq yarımbəndlərində “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” peşəsi ilə bərabər “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları” peşəsi də nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddiaçının elektrik qaynaqçısı işlədiyi bütün dövrlərin güzəştli iş stajına aid olub-olmaması barədə ətraflı araşdırma aparmamışdır. Halbuki, apelyasiya instansiyası məhkəməsi xidməti vəzifəs inə görə işin hallarını tam, hərtərəfli araşdırmağa borclu olduğundan iddiaçının əl ilə qaynaq aparılan dövr istisna olmaqla, elektrik qaynaqçısı işlədiyi digər dövrlərin də güzəştli iş stajına aid edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün iddiaçının həmin dövrlərdə məşğul olduğu işləri müəyyən etməklə, onun həmin dövrdə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahası”nın 35-ci “Ümumi peşələr” bəndinin müvafiq yarımbəndində nəzərdə tutulmuş “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maş ınların elektrik qaynaqçıları” peşəsinə uyğun olub-olmamasını aydınlaşdırılmalı idi. Göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Vəkil2anın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar. (X4rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 m ay tarixli Qərar, § 67).Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. (Kraska İsveçrəyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərar, § 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zama nda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması təmin edilməmişdir. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şik ayət iddianın təmin olunması tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 473/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. 2-1(105)-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar