Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-742/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanuni əsaslarla tərxis olunma barədə sübut olmadığına görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2-1(107)-54/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AZE 0*******, FİN:RC9NL54) xx xxxxxxxx 1971-ci il tarixdə Vartaşen rayonu, Qarabaldır kəndində anadan olmuşdur, Oğuz rayonu, Qarabaldır kəndində qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı Oğuz rayon Hərbi Komissarlığının çağırışına əsasən N-cü il tarixdə hərbi xidmətə getmişdir.
3. N-cü ilin 31 yanvar tarixində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə yaralanmış, xidmət etdiyi hərbi hissənin göndərişi ilə X1 Xəstəxanasında müayinə və müalicə olunmuşdur.
4. Tərtər Hərbi Prokurorluğunun 13.07.2021-ci il tarixli 22HP3707 nömrəli məktubuna əsasən 1971- ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah sursatın itirilməsi faktı üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində dayandırılmış cinayət işi olmuşdur.
5. H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə heç bir qey d yoxdur.
6. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.
7. Cavabdeh 22 fevarl 2021-ci tarixli, H/805 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “sizin N-cü ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xidmət keçməyiniz nəzərə alınaraq, sənədlərinizə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 30.10.2020-ci il tarixli iclasında baxılmış, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınıza dair məlumat olmadığından müsbət qərar qəbul edilməmişdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış ü zrə Dövlət Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(112)-5817/21 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətini əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi, həmçinin eyni tarixli qərardadla hazırkı işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1974-cü ildə Oğuz rayon Hərbi Komissarlığının çağırışına əsasən hərbi xidmətə getmişdir, N-cü ilin yanvar ayının 31-də döyüşlərdə yaralanması, xidmət etdiyi hərbi hissənin göndərişi ilə X 1 Xəstəxanasında müayinə və müalicə olunması, lakin, SHXÇÜDX-nin Oğuz rayon Bölməsində və digər orqanlarda onun torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq qeydiyyatın aparılmaması, buna görə də müharibə veteranlarının imtiyazlarından istifadə edə bilməməsi ilə əsaslandırmışdır.
11. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi verərək bildirmişdir ki, iddiaçının yanvar N-cü il tarixdən sonrakı dövrdə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində məlumatın aşkar edilməməsi ilə əsaslandırmış və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2-1(116)-1084/2021 saylı, qərarı ilə (hakim: V.Musayev) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
14. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2-1(107)-54/2022 nömrəli qərarı ilə (sədrlik edən: V.Məlikov, hakimlər: R.Rəfiyev və G.Cavadova) apellyasiya şikayəti təmi n edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikyətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilənləri nəzərə almayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmələr yalnız onun tərxis olunmağı barə də əmrin olmadığını əsas gətirərək iddiasının təmin edilməməsi barədə nəticəyə gəlinmişdir. O yaralanaraq hospitala göndərilmiş, hərbi hissə ləğv olunub, atəşkəs elan olunub. Belə olan halda onun tərxis olunmağı barədə əmrin imzalanmağı hərbi hissə kamandirindən tələb etmək imkanının olmadığı məhkəmə tərəfindən nəzərə alınmır. Bundan başqa məhkəmə onun tərxis olunmağı barədə əmrin olub-olmaması barədə heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissə ni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi t əhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 22. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd
1. Müharibə veteranı ad ı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hər bi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hə rbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və y a xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal b axımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İddiaçının əsas dəlili ondan ibarətdir ki, 03 yanvar N-cü ilin tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmiş, hərbi hissədən Seyfəli poliqonuna aparılmış, 1 həftə orada qaldıqdan sonra Murov dağında və Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmiş, 31.01.N-cü il tarixdə Murov dağında gedən döyüşdə yaralandığına görə 20 gün mü ddətində X1 Xəstəxanasında müalicə olunmuş, bundan sonra N nömrəli hərbi hissədə müalicəsi davam etdirilmiş və ona 2 ay müddətində məzuniyyət verilmiş və bu səbəbdən də o hesab edir ki, döyüşlərdə fəal iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
30. İddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Əsasnamənin müddəalarına görə həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya burax ılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
31. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, müvafiq aidiyyəti orqanlar tərəfindən verilir.
32. Şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 31.01.N-cü ildə yaralandıqdan və müalicə olunduqdan sonra hərbi hissəyə və döyüş zonasına qayıtmadığını etiraf etmiş, geri qayıtmamasının səbəbini isə müalicədən sonra onunla heç kimin maraqlanmaması olmuşdur.
33. Məhkəmə qeyd edir ki, iddiaçı hər bir halda müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmalı və qanuni əsaslarla ehtiyata burax ılanadək hərbi xidmətini davam etdirməli idi. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 24.10.2019-cu il tarixli məktubunda göstərilən qeydlərin doğru olduğunu, N №li hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumatların olmamasının səbəbinin faktiki olaraq iddiaçının müalicədən sonra həmin hərbi hissəyə qayıtmaması ilə bağlı olduğunu göstərir. Qeyd edilən fakt həm də, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmadığını sübut edir.
34. Belə ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəz ərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır.
35. Yuxarıda istinad edilən Əsasnamənin müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir.
36. İddiaçının təqdim etd iyi H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətində onun hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən müvafiq məlumatlar əksini tapmamışdır.
37. Mərkəzi Arxiv tərəfindən iddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış məktubda da, N №-lli hərbi hissə komandirinin 31.01.N-cü il tarixli 31 nömrəli nizami hissə üzrə əmrilə (əsas: §-4, sıra-7, əmrdə adı Əlfiəddin yazılmışdır) sıravi İddiaçı hərbi hospitala göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar edilməmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün iddiaçının iddia ərizəsində göstərd ikləri yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
39. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş dispozisiya şərtləri mövcud deyildir. O cümlədən iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti də ödənilməmişdir. Cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. 40..Yuxarıda şərh edilənlərə və İnzibati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kas sasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.01.2022-ci il tarixli, 21(107)-54/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.