Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-742/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarş ı “əlilliyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 26.12.2003-cü il tarixdən yazılmağa başlanmış iddiaçının №li ******* əmək kitabçasının surətinə görə, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də təhlükəsizlik üzrə mühəndis, xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" Azərbaycan MMC şirkətində qrup köməkçisi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də insan resursları üzrə mütəxəssis vəzifələrində işləmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı “ümumi xəstəlik” səbəbilə 15 yanvar 2002-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir.
3. İddiaçı ona xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
4. Cavabdeh tərəfindən həmin müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən fərdi hesabınızın sığorta hissəsinə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış pensiya kapitalınız 17806.86 manat olmaqla qanunvericilikdə tələb olunan 17280,00 manat pensiya kapitalından çox olm asına baxmayaraq, ümumi sığorta stajınız 6 il 11 ay təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 8 il A aydan (40 yaşınıza uyğun olaraq) azdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixindən 27.01,2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin əsasən “Rosneftqazstroy-Azərbaycan" MMC-nin xx.xx.2003-cü il tarixindən 27.01,2006-cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək kitabçanızın surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, həmin dövrlərin ümumi sığorta stajınıza əlavə edilməsi qanunamüvafiq hesab olu nmur. Bildirir ki, sizə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də xx.xx.2003-cü il tarixindən xx.xx.2006-ci il tarixinədək olan işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, anadangəlmə əlildir. Əlilliyi ilə bağlı pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Müraciətinə cavab olaraq qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən fərdi hesabının sığorta hissəsində xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış pensiya kapitalının 17806,86 manat olmaqla qanunvericilikdə tələb olunan 17280,00 ma nat pensiya kapitalından çox olmasına baxmayaraq, ümumi sığorta stajı 6 il 11 ay təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 8 il 4 aydan (40 yaşına uyğun olaraq) azdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqinə əsasən "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən, həmin dövrlərin ümumi siğorta stajına əlavə edilməsinin qanunamüvafıq hesab olunmadığı, əlavə ol araq “Sosial müavinətlər haqqında” Qanunun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət atmaq hüququnun olduğu qeyd olunmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. O cümlədən, iddiaçıya xx.xx.2008-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinətin təyin edildiyi və xx.xx.2022-ci il tarixindən 180 manata çatdırıldığı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassız olmuşdur. Çünki o, əmək kitabçasında göstərilən bütün müddətlər ərzində faktiki işləmişdir. İşlədiyi müddətlər onun adına açılmış əmək kitabçası ilə öz təsdiqini tapmışdır
8. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 31 may 2022-ci il tarixində Fondun Sosial Ö dənişlərin təyinatı üzrə mərkəzi filialına əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbini qarşılamadığına əsaslanaraq imtina məktubu ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İşin faktiki hallarına əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-dəki əmək fəaliyyəti inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçıl ıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqə əsasən "xxxx" MMC-nin xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı aşkarlanmışdır. Buna əsasən inzibati o rqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədəki stajı sosial sığorta stajına daxil edilmir. X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 17806,86 manat olmaqla qanunvericilikdə tələb olunan 17280,00 manat pensiya kapitalından çox olmasına baxmayaraq, tələb olunan 8 il 4 ay (40 yaşına uyğun olaraq) sosial sığorta stajına qarşı iddiaçının ümumi sığorta stajı 6 il 11 ay təşkil edir. Bu səbəbdən də iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir.
9. Məhkəmə tərəfindən verilm iş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödənişlərin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********6 №li qərarı ilə İddiaçı əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qərarın imtinanın səbəbləri haqqında bölməsində qeyd olunmuşdur ki: “Araşdırmanın nəticəsinə əsasən əmək kitabçasında qeyd edilən xx.xx.2003-xx.xx.2006-cı il tarixlərindəki olan dövr öz təsdiqini tapmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. Vətəndaşın faktiki sosial sığorta stajı (6 il 11 ay) və pensiya kapitalı (17806,86) “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən 40 yaş üçün tələb olunan 8 il 4 ay sığorta stajı olmadığı üçün İİ dərəcə əlilliyə görə əmək pensiyası hüququ yoxdur”.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2708/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisələndirdiyi iddiaçının xx.xx.2003- xx.xx.2006-cı illərdəki "xxxx" MMC işlədiyi dövrə münasibətdə nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı qeyd olunan müəssisənin 2003-cü il tarixdən hal-hazıradək fəaliyyət göstərməsi aparılan araşdırmalar nəticəsində təsdiqini tapdığından və iddiaçının qeyd olunan illərdə işləməsinə dair əmək kitabçasında müvafiq qeydlər aparıldığından, sözügedən müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz.
12. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudla şdırıcı nəticələr doğurmamalıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazda qeyd olunanlarla eynilik təşkil edir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 67. mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti m üəyyənləşdirir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Q anunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı q ətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhk əmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahi r Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan əsasların mövcudluğu, o cümlədən onun əmək kitabçasında qeyd olunmuş dövrlərin sığorta stajı kimi nəzərə alınması ilə bağlı məsələ ape llyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili iddia çının əmək kitabçasında qeyd edilmiş xx.xx.2003-cü il tarixindən xx.xx.2006-ci il tarixinədək işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaması ilə bağlıdır.
32. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin "xxxx" MMC-nin fəaliyyəti halhazırda aktiv vəziyyətdədir.
33. Bununla bağlı apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, "xxxx" MMC 2003-cü il tarixdən hal-hazıradək fəaliyyət göstərməsi aparılan araşdırmalar nəticəsində təsdiqini tapdığından və iddiaçının qeyd olunan illərdə işləməsinə dair əmək kitabçasında müvafiq qeyd lər aparıldığından, sözügedən müəssisənin arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz.
34. Qeyd olunmalıdır ki, bu qərarın 19-21-ci bəndlərində istinad edilən normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlilləri n mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin və məlumatların mötəbərliyini şübhə altına alan hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırkı mübahisəyə münasibətdə iddiaçın ın mübahisələndirilən tarixlərdə "xxxx" MMC-də işlədiyi onun əmək kitabçasında öz əksini tapmışdır.
36. Bundan başqa oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, ona münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajına malik olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
38. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə pensiya t əyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu i nzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
39. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
40. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ca vabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3524/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən