Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-742/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağ torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasın aradan qalxması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 s aylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-438/2024 saylı qərarından üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988ci il tarixli qərarına və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarına müvafiq olaraq, iddiaçıya 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılm ışdır. Bu qərar əsasında iddiaçıya 120N nömrəli order verilmişdir.
2. İddiaçı qeyd edilən torpaq sahəsinin üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına verilməsi üçün ərizə ilə Bakı şəhər Bağlar İdarəsinə müraciət etmişdir. Üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı da Bakı şəhər Bağlar İdarəsinə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən verilmiş torpaq sahəsinin onun adına keçirilməsini xahiş etmişdir.
3. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 123N-li sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 Massivində yerləşən, ölçüsü 0,12 ha olan bağ sahəsi üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına ayrılmış, bu qərar əsasında ona 26 nömrəli order verilmişdir.
4. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsindəki bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir.
5. Cavabdeh 31 mart 2021-ci il tarixli məktubla iddiaçıya cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsindəki bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin elektron kadastr məlumatlarına əsasən, “120q” saylı bağ sahəsi digər fiziki şəxsin (X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 Massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində 0,12 ha bağ torpaq sahəsi ayrılmış, həmin vaxtdan o, bağ sahəsindən mütəmadi istifadə edir. İddiaçı cavabdehə həmin bağ sahəsinin özəlləşdirilməsi üçün müraciət etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcud olduğunu bildirsə də, onun adına İdarənin arxivində məlumatın olmadığını, daha sonra isə ona ünvanladığı xx.xx.2021-ci il tarixli növbəti məktubunda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 120b və 120 q saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyini, 120q saylı bağ sahəs inin isə digər fiziki şəxsin adına qeydiyyata alındığını bildirərək, qeydiyyatdan imtina etmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “120b” və “120q” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən “120q” saylı bağ sahəsi (“120t” kimi) digər fiziki şəxsin (X15) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağ sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5539/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2 -1(112)-827/2022 saylı, 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakim X16) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində Köçəri 204 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İddiaçının istinad etdiyi, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarında bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilmədiyindən, həmin qərar iddiaçının iddia etdiyi 0.12 ha bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
12. Bundan əlavə, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən uyğun gəldiyi “120b” və “120q” saylı bağ sahələri ilə bağlı məhkəmə araşdırmas ı aparılmış və cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərindən həmin bağ sahələrinə dair digər fiziki şəxslərin adına olan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı iddia etdiyi bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən sübutlar (hüquqmüəyyənedici sənəd) təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Hazırkı halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğuna dair hər hansı sənəd işin materiallarından müəyyən edilmir.
13. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməs ini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-2124/2022 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X2 və X17) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 21(112)-827/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 massivində yerləşən, sahəsi 0.12 ha olan bağ sahəsinə dair iddiaçının adına plan-ölçünün tərtib olunması və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya mübahisəli bağ sahəsi Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı əsasında ayrılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il tarixli BA01620-2021 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş arxiv arayışından görünür ki, Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarına müvafiq olaraq iddiaçıya 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarı və Bakı şəhər İ K-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarı isə onu nəzərdə tuturdu ki, 1988-ci ildən sonra vətəndaşlara verilən bağ sahələrinin ölçüsü 0.12 ha ölçüdə olmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda da bildirmişdir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasına dair məlumat mövcuddur. Belə olan halda, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, iddiaçının qanuni istifadəsində olan 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində yerləşən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyest rində qeydə alınması üçün əsas hesab edilməlidir.
16. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023cü il tarixli, 2-1(102)-967/2023 nömrəli qərarı ilə (hakimlər X1 (məruzəçi), X4 və X11) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2-1(103)-2124/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi bağ sahəsinin naturada yerləşməsi, digər şəxslərin hüququna toxunubtoxunmaması ətraflı şəkildə araşdırılmamış, sadəcə olaraq torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən akta (Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına) istinad edilməklə, gələcəkdə icrası ciddi problemlərlə müşayiət ediləcək qərar qəbul edilmişdir. İddiaçıya 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 3/318 saylı qərarının qəbul edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin qərarda iddiaçıya ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü, sxemi və yerləşmə yeri göstərilmədiyindən, sadəcə olaraq həmin qərara istinad etməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. ç. apellyasiya instansiyası mə hkəməsindəki ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3615/2023 nömrəli qərardadı ilə Cəbrayılova Ellada Bəşir qızı və X12, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 21(103)-3615/2023 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində cəlb edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-438/2024 nömrəli qərarı ilə (hakimlər X13 (məruzəçi), X10 və X22) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(112)-827/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 massivində yerləşən, sahəsi 0.12 ha olan bağ sahəsinə d air iddiaçının adına plan-ölçünün tərtib olunması və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il tarixli BA-01620-2021 saylı məktubu ilə təqdim olunmuş arxiv arayışından görünür ki, Bakı şəhər X8 İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə - Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı Şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli sərəncamına müvafiq olaraq X3, 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan bağ massivində bağ sahəsi ayrılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 19 88-ci il tarixli qərarı və Bakı şəhər İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli sərəncamı isə onu nəzərdə tuturdu ki, 1988-ci ildən sonra vətəndaşlara verilən bağ sahələrinin ölçüsü 0,12 ha ölçüdə olmalıdır. Qeyd olunmalıdır ki, cavabdeh idarə işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda da bildirmişdir ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Beləliklə, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı sərəncamı -«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinin tələbi nəzərə alınmaqla, iddiaçının qanuni istifadəsində olan 204 nömrəli BTK nəzdində Kö çəri Mərdəkan bağ massivində yerləşən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilməlidir.
22. Üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
23. Şikayətdə Mülki Məcəllənin 139-1, 152, 157.2-ci maddələrinə, eləcədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.7, 11-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmay an qərar qəbul etmişdir.
24. Qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq inzibati işə dair qərar qəbul edilərkən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cəbrayılova Ellada Bəşir qızının mülkiyyət hüququ pozulmuş, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqlarının təmin edilməsi, məhkəmə icraatının həqiqətin müəyyən edilməsi prinsipi, hakimlərin işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi və məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə texniki ekspertizalarında sualların düzgün qoyulmaması və qoyulmuş sualların cavablandırılmasının mümkün olmaması, İddiaçı adına verildiyi iddia olunan həmin orderin saxta olmaması demək deyil və həmin orderin saxta olması şübhəsini aradan qaldırmır. Sözügedən orderin saxta olmasının əsas dəlili nə cavabdeh inzibati orqanın arxivində, nə Bakı Şəhər İcra Hakimiyyətinin arxivində, nə də Dövlət Arxivində həmin order barədə və İddiaçı “120q” saylı bağ sahəsinin ayrılması barədə heç bir məlumatın olmamasıdır. Bu səbəbdən də, apellyasiya instansiya məhkəməsinin “120 q” saylı bağ sahəsinə dair İddiaçı adına verilməsi qeyd olunan və həqiqiliyinə cidd i şübhələr olan orderin mötəbər sənəd olmaması (saxta olması) ilə bağlı halların ekspert rəyində öz təsdiqini tapmaması barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.
25. Qeyd olunan səbəblərə görə ekspert tərəfindən həmin “order”in “saxta olması” barədə rəy verilməsi mümkün olmasa belə, istənilən şəxs tərəfindən adi gözlə vizual baxış zamanı, adi gözlə görünən faktlar (orderin son dövrlərə aid olan qələmlə yazılması, möhürün latın dilində olması, digər orderlərdə olan imzalarla müqayisə etdikdə orderdəki imzanın həqiqi olmadığı və saxtalaşdırıldığı və s.) da İddiaçı adına olan “26 nömrəli order”in saxta olması və mötəbər sənəd olmamasını asanlıqla sübuta yetirmək mümkündü b. kassasiya şikayətinə etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edil ən hüquq 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüq uq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilm iş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağları n tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;...
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tu tulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı kasasiya məhkəməsinə elektron kabinet vasitəsi ilə vəsatət göndərərək işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir.
33. İPM-in 96.4-cü maddəsinə görə kasasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.
34. Hazırkı işdə İPM-in 96.4-cü maddəsinin ikinci cümləsində olan hal olmadığından işə məhkəmə iclasında baxılmasına zərurət yaranmamışdır. Od ur ki, məhkəmə kollegiyası hesab edir ki, vəsatətin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir.
35. Şikayətin mahiyyətinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 Massivində yerləşən, sahəsi 0,12 ha olan bağ sahəsinə dair adına plan və ölçünün tərtib olunaraq hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir.
36. Birinci instansiya məhkəməsi iddianı iddiaçının iddia etdiyi 0.12 ha bağ sahəsinin qanuni əsaslarla ona ayrılmasını təsdiq edən mötəbər sübutların olmaması əsası ilə rədd etsə də, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 saylı sərəncamını və apellyasiya i nstansiya məhkəməsinə təqdim edilmiş orderi hüquqların qeydə alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmasını əsas götürərək iddianı təmin etmişdir.
37. Hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir.
38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
39. İşin mahiyyətindən anlaşılır ki, hazırkı məhkəmə mübahisəsinin predmetini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 Massivində yerləşən, ölçüsü 0,12 ha olan bağ sahəsi təşkil edir.
40. Həmin bağ sahəsi Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı ilə İddiaçı ayrılmışdır (cild 1, iş vər 22). Bu qərar əsasında iddiaçıya 120N nömrəli order verilmişdir (cild 1, iş vər 196).
41. Sonradan iddiaçı qeyd edilən torpaq sahəsinin üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına verilməsi üçün ərizə ilə Bakı şəhər Bağlar İdarəsinə müraciət etmişdir (cild 1, iş 209). Üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı da öz növbəsində Bakı şəhər Bağlar İdarəsinə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən verilmiş torpaq sahəsinin onun adına keçirilməsini xahiş etmişdir (cild 1, iş vər 201).
42. İddiaçı və üçüncü şəxsin müraciəti əsasında Bakı ş əhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 123N-li sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X19 Massivində yerləşən, ölçüsü 0,12 ha olan bağ sahəsi üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına ayrılmışdır (cild 2, iş vər 16). Bu qərar əsasında üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına 26 nömrəli order verilmişdir (cild 1, iş vər 238).
43. Beləliklə, yuxarıda sadalanan hüquq müəyyənedici sənədlərlə, yəni Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarı, bu qərar əsasında iddiaçıya verilmiş 120N nömrəli order, iddiaçının qeyd edilən torpaq sahəsinin üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına verilməsi üçün ərizə, üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızının Bakı şəhər Bağlar İdarəsinə ərizəsi, Bakı şəhər İcra Hakimiyyəti nin başçısının xx.xx.1998-ci il tarixli, 123N-li sərəncamı, bu qərar əsasında üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına verilmiş 26 nömrəli orderlə birmənalı şəkildə anlaşılır ki, torpaq sahəsi ilkin olaraq iddiaçının adına ayrılmış, onun bu hüquqları orderlə təsdiqlənmiş, sonradan iddiaçı həmin torpaq sahəsinin üçüncü şəxsə verilməsi üçün ərizə vermiş və nəticə etibarı ilə İcra Hakimiyyətinin sərəncamı əsasında həmin torpaq sahəsi üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızının adına ayrılmışdır. 44.Apellyasiya instansiya məhkəməsi Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli 2 iyun 1988-ci il tarixli qərarına və Bakı şəhər XDS İK-nın 6/333 saylı 14 iyun 1988-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, 1988-ci ildən sonra vətəndaşlara verilən bağ sahələri 0.12 ha ölçüdə olmalıd ır.
45. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmiş bu xüsusat iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 0,12 hadan artıq olmadığına dəlalət edir. Başqa sözlə, iddiaçıya ayrılmış torpaq sahəsi 0,12 ha olmuş və bu torpaq sahəsi ilə bağlı hüquqlar həmin ölçüdə üçüncü şəxsə ötürülmüşdür.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Torpaq sahəsinin üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızına verilməsində iddiaçının iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə həyata keçirildiyindən (yuxarıda da qeyd edildiyi kimi iddiaçı özü ərizə ilə müraciət edərək torpaq sahəsinin üçüncü şəxsə verilməsini xahiş etmişdir), həmçinin iddiaçının apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi orderdə bağ sahəsinin ayrılmasına əsas kimi Bakı şəhər XDS İK-in xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarına istinad edilməsinə baxmayaraq, Bakı şəhər XDS İK-in xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarında 0,12 ha-dan başqa iddiaçıya əlavə olaraq 0,12 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmadığından təqdim edilən order iddianın təmini üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Qərara aldı: Üçüncü şəxs Cəbrayılova Ellada Bəşir qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(103)-438/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı "bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.