Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-743/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ləğv Prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (Mümkünsüz iddia, mübahisələndirmə haqqında iddia vermə müddəti). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), X4 oğlu, X5 oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Ləğv Prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, iddiaçı “Ləğv Prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinə qarşı cavabdehin xx xxxxxx 2013-cü il tarixli 77(12)-16P2012 saylı və xx xxxxx 2014-cü il tarixli 011 saylı qərarlarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-756/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdeh Xaçmaz şəhər X1 və Ödənişlər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət e dərək, cavabdehin xx xxxxx 2014-cü il tarixli 011 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət etmiş və sonuncu ərizə ilə cavabdeh Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi göstərilməklə cavabdehin xx xxxxxx 2013-cü il tarixli 77(12)-16P2012 saylı və xx xxxxx 2014-cü il tarixli 011 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-804/2019 saylı xx xxxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim Z.Pirverdiyev) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia vermə müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən apely asiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)756/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: N.M.Nəsibov və A.Ə.Abbasov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-804/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)743/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı açıq səhmdar cəmiyyəti prosessual hüquqi varis kimi əsl iddiaçı Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş dir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Çünki bələdiyyə qərarları banka rəsmi şəkildə təqdim olunmamışdır. Həmin qərarların qəbul edildiyi dövrdə Bank tərəfindən alınmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sadəcə, Xaçmaz rayon İcra Şöbəsi tərəfindən tələbin icrasına dair 2019-cu ilin yanvar ayında şifahi şəkildə Xaçmaz şəhər bələdiyyəsinin qərarlarının icrası tələb olunmuşdur. Həmin qərarların nədən ibarət olması, nə üçün tərtib edildiyindən Bankın xəbəri olmamışdır. Daha sonra Banka məlum olmuşdur ki, həmin qərarlarla bağlı xx xxxxx 2014-cü il tarixli icra sənədi mövcuddur. B una görə də qeyd edilən qərarların əldə edilməsi üçün Xaçmaz şəhər Bələdiyyəsinə xx.xx.2019-cu il tarixində məktubla müraciət edilmiş, yalnız bundan sonra qərar xx.xx.2019-cu ildə rəsmi şəkildə təqdim olunmuşdur. Nəticə etibarilə, qərarların rəsmi təqdim olunduğu tarixdən 30 gün keçməmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi, bu səbəbdən də iddianın mümkün sayılmaması ilə həm birinci instansiya, həm də apelyasiya məhkəmələrinin mövqeyi tamamilə əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının v axtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam f ormada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslı sayıla və apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qanuni qərardad ləğv edilə bilməz. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun tə ləbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qan unlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respu blikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Yuxarıda istinad edilən normala rın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 439 saylı məktubundan və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, xx xxxxxx 2013-cü il tarixli 77(12)-16P2012 saylı qərar xx xxxxxx 2013-cü il tarixdə, xx xxxxx 2014-cü il tarixli, 011 saylı qərar isə 2014-cü ilin aprel ayında poçt vasitəsi ilə iddiaçıya göndərilmişdir. İddiaçı isə cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2013-cü il tarixli 77(12)16P2012 saylı və xx xxxxx 2014-cü il tarixli 011 saylı qərarları təqribən 5-6 ildən sonra mübahisələndirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərtinə əməl etmədiyindən, yəni qanunla bu növ iddiaları vermək üçün müəyyən edilmiş 30 günlük prosessual müddəti pozmaqla məhkəməyə müraciət etdiyindən onun iddiasının mümkün sayılmaması barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmas ından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə qeyd olunur ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüs usi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)756/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-743/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-743/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver