Məhkəmə qərarları › İş №2-1(102)-743/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-743/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-743/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Şəki rayon Turan Bələdiyyəsinə (üçüncü şəxs X4 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi ilə, İddiaçı2 və vəkili Ruhiyyə Kərimlinin iştirakı ilə, İddiaçı2 cavabdeh Şəki rayon Turan Bələdiyyəsinə (üçüncü şəxs-X4 iştirakı ilə) qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-10/2021 nömrəli iş üzrə xx.xx.2021-ci i l tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 cavabdeh Şəki rayon Turan Bələdiyyəsinə (üçüncü şəxs X4 iştirakı ilə) qarşı 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışda Şəki rayon Bələdiyyə sədri İddiaçı1 imzası qarşısındakı və xx xxxxxx 2007- ci il tarixli 01 nömrəli Torpağın İcarəyə verilməsi haqqın da müqavilədə Şəki rayon Bələdiyyəsinin sədri A.S.Heydərov imzası qarşısındakı imzalar saxtalaşdırılmışdır və İddiaçı1 məxsus deyildir. Nağı Tağıyev həmin sənədləri mühasib Çingizdən aldığını bildirmişdir. İddiaçı1 nə belə bir qərara, nə də icarə müqaviləsinə imza atmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli (hakim Rüfət Məcidov) qərarı ilə iddianın qismən təmin edilməsi, Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən h issədə ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1., 6.2-ci maddələrinə, İPM-nin 68.1-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iddia qismən qanuni və əsaslıdır.

5. Üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2- 1(107)-112/2020 nömrəli (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) qərarı ilə üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli 2-1(84)-846/2019 nömrəli qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı2 cavabdeh Şəki Rayon Turan Bələdiyyəsinə, üçüncü şəxs X5 qarşı “Şəki rayon Turan X1 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinin rədd edilməsi qərara alınmışdır.

7. Apelyasiya məhkəməsi həmin nəticəyə gələrkən Torpaq Məcəlləsinin 65,67ci maddələrinə, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsinə, İPM-nin 14.2., 34.1., 68.1., 68.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, mübahisə predmeti olan qərarın bələdiyyə sədri tərəfindən imza edilib-edilməməsinin müəyyən edilməsi 3-cü şəxsin vəzifəsinə aid edilən funksiya olmadığından, yalnız həmin əsasla hazırkı iddianın təmin edilməsini mümkünsüz görür.

8. İddiaçı2 kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(107)-112/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. kasasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 21(102)- 1277/2020 nömrəli (hakimlər Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) qərarı ilə kasasiya şikayəti qismən təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020 -ci il tarixli 2-1(107)-112/2020 nömrəli qərarı ləğv edilməsi və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

10. Kasasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İPM-nin 12, 13, 58.7-ci maddələrinə, Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, göstərilən normalarının tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırkı üş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 2-1(107)-10/2021 nömrəli (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirhabəddin Hüseynov və Elçin Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-846/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi qərara alınmışdır.

12. Apelyasiya instansiya məhkəməsi həmin qənaətə gələrkən Mülki Məcəllənin 135.4., 241.2., 243.1., 706.2-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 6, 13-cü maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 1, 6.2-ci maddələrinə, İPM-nin 96.11-ci maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddia qismən qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

13. Üçüncü şəxsin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyənin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı iddiaçının qanunla qorunan heç bir hüquq və maraqlarına tox unmur. Çünki, Şəki rayon Turan Bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsinin 20 illik müddətə iddiaçının icarəsinə verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixdə müqavilə imzalanarkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, buna görə də həmin torpaq sahəsinə iddiaçının heç bir hüququ yaranmamışdır.

14. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əs asən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

15. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixdə 2523 nömrəli sərəncamına əsasən 2007-ci il 01 dekabr tarixindən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsi ilə əldə edilə bilər.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirili r.

17. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

19. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

20. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının 25 ha torpaq sahəsi ilə bağlı icarə və istifadə hüququ dövlət qeydiyyatına alınmamış, torpaq sahəsinin planı və ölçüsü hazırlanmamış, hərrac və müsabiqə təşkil edilməmiş, bələdiyyə qərar qəbul etməmişdir. İş materiallarında bu qeyd edilənlərin əksini təsdiq edən hər hansı bir sübut yoxdur.

22. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxsin kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)10/2021 nömrəli qərarının ləğv edilməsi, iddiaçının Şəki rayon Turan bələdiyyəsinə qarşı Şəki rayon Turan bələdiyyəsinin üçüncü şəxsə 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının iddiaçının icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi tələbinə dair inzibati işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən İddiaçı2 da vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

26. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi Elşən Piriyev məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədlə ri

27. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

29. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qər arı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

33. Məhkəmə kollegiyası üçüncü şəxsin kasasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin icraatında olmaqla məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində Ali məhkəmənin inzibati kollegiyasının yuxarıda göstərilmiş xx.xx.2020-ci il tarixli, 2-1(102)-1277/2020 nömrəli qərarı qəbul edilərək, İPM-nin 96.11-ci maddəsinə görə işə təkrar baxacaq apelyasiya məhkəməsinə məcburi xarakter daşıyan müvafiq göstərişlər verilmişdir.

34. Belə ki, məlum olduğu kimi İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquq i mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən kasasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərında öz əksini tapmış bütün göstərişləri yerinə yetirmiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.

36. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayon Turan Bələdiyyəsinin qərarı ilə bələdiyyə mülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq (dənli bitkilər əkmək üçün) məqsədilə 20 illik müddətdə iddiaçının icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2010-cu il tarixdə torpaq icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilə Azərbaycan Res publikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində xx.xx.2010-cu il tarixdə torpaq sahələrinin qeydiyyat kitabında 1275 nömrə ilə qeydiyyata alınaraq şöbənin müdiri xxx tərəfindən möhürlə təsdiqlənərək imzalanmış, bununla da dövlət qeydiyyatına alınmışdır.

37. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindın müəyyən edilmişdir ki, iddiaçının həmin torpaq sahəsindən istifadə etməsi ilə yanaşı həmin torpaq sahəsinin üçüncü şəxsə sonradan icarəyə verilmiş torpaq sahəsinin hüdudları daxilində olması bələdiyyə sədrinin məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiq olunur.

38. Belə olan halda üçüncü şəxsin iddiasının 25 ha torpaq sahəsi ilə bağlı Bələdiyyənin qərarının olmaması və onun hüquqlarının dövlət qeydiyyatına alınmaması barədə kasasiya şikayətindəki dəl illəri əsassızdır.

39. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 06 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxxxxxx 2010-cu il tarixdə Turan Bələdiyyəsinin sabiq sədri İddiaçı1 və Turan qəsəbə sakini İddiaçı2 arasında 25 hektar torpaq sahəsini kənd təssərrüfatı ilə məşqul olmaq məqsədi ilə 20 (iyirmi) il müddətinə hər ili 250 (iki yüz əlli) manat icarə haqqı ödəməklə icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı2 icarəsindədir və sonuncu mütəmadi olaraq icarə haqqını bələdiyyənin büdcəsinə ödəməklə istifadə edir.

40. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli protokol qərarına əsasən bələ diyyə mülkiyyətindən 147 ha torpaq sahəsi 35 il müddətinə üçüncü şəxsin icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanaraq bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 324566 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır.

41. Lakin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 22537 nömrəli ekspert rəyinə əsasən xx.xx.2010-cu il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin “icarəyəverən” qrafasında “İddiaçı1” yazılarının qarşıs ındakı imza İddiaçı1 tərəfindən icra olunmuş, xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolundan çıxarış “Şəki rayon Turan Bələdiyyəsinin sədri” yazılarının qarşısındakı imza və xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin “icarəyəverən” qrafasında “İddiaçı1” yazısının qarşısındakı imza İddiaçı1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

42. Beləliklə 2007-ci ildə Şəki rayon Turan Bələdiyyəsinin sədri İddiaçı1 olmasına və bələdiyyənin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı, xx.xx.2007-ci il tarixli 01 nömrəli icarə müqaviləsində sədr kimi onun adı qeyd olunmasına baxmayaraq imzalar onun tərəfindən icra edilməmişdir.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, mübahisə pr edmeti olan Şəki rayon Turan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarı qanunsuz inzibati aktdır və həmin inzibati akt iddiaçının icarəsinə verilmiş 25 ha torpaq sahəsinə münasibətdə ləğv edilməlidir. Belə ki, həmin qərarla iddiaçının subyektiv hüquqlarının pozulması icarəsində olan 25 ha torpaq sahəsinə münasibətdə pozulmuşdur. Bələdiyyənin qərarı qalan hissələrdə iddiaçının hüquqlarına müdaxilə təşkil etmir.

44. Bundan başqa Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişləri nəzərə alan Şəki Apelyasiya Məhkəməsinin X2 x2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət alması haqqında cinayət işinin materiallarını sorğu edərək almış və nəzərdən keçirərkən bir daha müəyyən etmişdir ki, 2010-cu ildə Turan bələdiyyəsi tərəfindən bələdiyyə m ülkiyyətində olan 25 ha torpaq sahəsi kənd təsərrüfatı ilə məşğul olmaq məqsədilə 20 illik müddətə İddiaçı2 icarəsinə verilmiş, tərəflər arasında xx.xx.2010-cu il tarixində icarə müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən uzun müddət ərzində 25 ha torpaqdan istifadə etmiş və müvafiq icarə haqlarını ödəmişdir. Həmin cinayət işinin materiallarında olan layihə sxem sənədindən də İddiaçı2 icarəsinə verilmiş və faktiki olaraq istifadə etdiyi sözügedən torpaq sahəsinin cizgilərinin müəyyən edildiyi və Turan bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid olduğu müəyyən olunur.

45. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən işin halları araşdırılarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

46. Belə ki, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. 47. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkü n olmayan obyektlər daşınmaz əşyalardır.

49. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

50. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 51. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. 52. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan fiziki və hüquqi şəxslərin istifadəsində olan bələdiyyə torpaqları icarəyə verilə bilər.

53. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 54. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respub likası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

56. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi doğru olaraq birinci instansiya məhkəməsinin iddiasını qismən təmin edərək, Şəki rayon Turan Bələdiyyəsinin üçüncü şəxsə 147 ha torpaq sahəsinin 35 illik müqavilə ilə icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarını İddiaçı2 icarəsinə verilmiş 25 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv etməklə və iddianı qalan hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir.

57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(107)-10/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar