Məhkəmə qərarları › İş №2-1(102)-743/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-743/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-743/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) və Cavabdeh2nə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-743/2022) Açar sözlər: iddianın mümkünlüyü, iddia müddəti hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) və Cavabdeh2nə (üçüncü şəxs X5) qarşı “Zaqatala RKC İdarə Heyətinin 8 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 5 sentyabr 2003- cü il tarixli 152 nömrəli qərarının “ünvan 1 ünvanda yerl əşən mağaza binası və köməkçi sahələrinə” aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-89/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) 2003-cü il 05 sentyabr tarixli 152 nömrəli qərarı ilə Zakatala RKC-nin balansında olan ünvan 1 ünvanda yerləşən mağaza binasının satılmasına razılıq verilmişdir.

2. Zakatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarına əsasən RKC-ın balansında olan İ.Şamil küçəsində yerləşən 20 saylı mağaza binasının üzərində olan əs as vəsait və inventarları ilə birlikdə 10.500.000 manata X1 qərara alınmışdır.

3. İddiaçı daha əvvəl cavabdehlər X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi, Cavabdeh2 İdarə Heyyəti və Zaqatala rayon 2 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək Zaqatala RKC İdarə Heyətinin 8 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyatı n etibarsız hesab edilməsi və Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2020 nömrəli, 7 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli, 31 mart 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4728/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi “Zakatala RKC İdarə Heyətinin 8 sentyabr 2003-cü il tarixli 10 saylı qərarın ın, Azərittifaqın 5 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının” etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğuna görə həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək, Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarının və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı daha sonra iddia tələbində dəqiqləşdirmə apararaq “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 05 sentyabr 2003- cü il tarixli 152 nömrəli qərarının “ünvan 1 ünvan da yerləşən mağaza binası və köməkçi sahələrinə” aid hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən onların balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı almışdır. Lakin, həmin dövrdə Nazim Mustafayevlə razılığa əsasən alınacaq əmlaklar Hacıömər Mustafayevin adına alınacaq, sonra isə razılıq əsasında əmlak tərəflər arasında bölünəcəkdir. Bu məqsədlə iddiaçı, Hacıömər Mustafayevin adından X3 həmin mağazanın alınması üçün ərizə ilə müraciət etmişdir. Həmin ərizədəki imza iddiaçıya məxsusdur. Hacıömər Mustafayev həmin dövrdə iddiaçıya heç bir etibarnamə verməmiş dir. Mustafayev Nazimin iddiaçını gələcəkdə əmlaklardan məhrum edə biləcəyini düşündüyü üçün bu hərəkətləri etmişdir. Buna misal olaraq hazırda məhkəmənin icraatında olan Hacıömər Mustafayevin iddiaçının qeyri yaşayış binasından çıxarılma tələbinə dair mülki işi göstərmək olar. Zaqatala rayon Kooperativlər İttifaqının 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı ilə həmin mağazanın Hacıömər Mustafayevə 10.500.000 manata satılması qərara alınmışdır. Mağazanın alınması üçün tələb olunan 10.500.000 manat vəsaiti Zaqatala rayon Kooperativlər İttifaqının kassasına iddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindəki imza iddiaçıya məxsusdur. Həmin qərar əsasında Zaqatala rayon Dövlət Notariat Kontorunda 14 fevral 2005-ci il tarixdə mağazanın alqı-satqısına dair Hacıömər Mustafayev və Zaqatala K ooperativlər Cəmiyyətinin nümayəndəsi arasında müqavilə bağlanaraq təsdiq edilmişdir. X4 imzasının qarşısındakı imza iddiaçıya məxsusdur. Nəticədə həmin əmlaka dair bütün sənədləşmələr, pul vəsaitinin ödənilməsi və sair hərəkətlər hamısı iddiaçı tərəfimdən həyata keçirilmişdir, lakin Hacıömər Mustafayevin adı yazılmışdır.Həmin mağazanın satılması üçün müraciət iddiaçı tərəfindən olunmuşdur.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı (hakim X7) ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisə lər üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə “mübahisələndirmə haqqında” iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Hazırkı tələbdə iddiaçının inzibati aktların ləğvini əsaslandırdığı hallar həmin aktlar qəbul olunduğu vaxtdan ona məlum olmuşdur. İddia ərizəsində iddiaçının özü də bildirmişdir ki, gələcəkdə baş verə biləcək xoşagəlməz hallardan sığortalanmaq üçün məhz bu addımı atmışdır. Yəni, mübahisələndirilən hallar iddiaçının iradəsi ilə baş vermiş, iddiaçının qanunsuz hərəkətlərinin davamı olaraq hazırda mübahisələndirilən qərarlar qəbul edilmiş, həmin qərarların qəbul edilməsi həmin dövrdə faktiki olaraq iddiaçının maraqlarına uyğun olmuşdur. Buna görə də ötən müddət ərzində qəbu l edilmiş inzibati aktlar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların (hərəkətlərin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv edilməsini, işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-89/2022 nömrəli iş üzrə 2 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və V.İ.Məlikov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı Zaqatala RKC-nə xx.xx.2021-ci il tarixdə məktubla müraciət edə rək Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 nömrəli qəranının dəyişdirilməsini və ya ləğv edilməsini xahiş etmişdir. Lakin Zaqatala RKC İddiaçı müraciətinə məktubla cavab verərək, həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsindən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin iddia müddətlərini tənzimləyən 38-ci maddəsində müyyən etmə və ya tanınma haqqında iddialarla bağlı iddia müddəti nəzərdə tutulmamışdır. Buna görə də, iddia mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsi (qüvvədən düşüb) Maddə

298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan g ündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul e dildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansi yası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci iləd ək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Ona görə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(107)-89/2022 nömrəli, 2 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar