Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-743/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 60 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-387/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından iddiaçının hüquqi varisi X11 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçı nın müraciətinə cavab olaraq verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 03 dekabr 2021-ci il tarixli, **********62 nömrəli məktubda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi dövlət və ya ictimai mənzil fonduna aid mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respu blikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bundan əlavə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublika sı Qanununun 8-ci maddəsinə əsasən isə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların, dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (2№-li forma arayışı), digər hüquq müəyyənedici sənədlərin əsilləri və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət ediləcəyi təqdirdə, müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına 18 avqust 2000-ci il tarixli, 146 nömrəli order əsasında verilmiş Sumqa yıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzil üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin verdiyi 18 avqust 2000-ci il tarixli 146 nömrəli order ilə iddiaçıya məxsusdur. X7, X3, X4, X1 rayonundan məcburi köçkün olaraq gəlmiş və iddiaçının mənzilini zəbt etmişlər. İddiaçı həmin şəxslərin ona məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzildən çıxarılması barədə Sumqayıt şəhər Məhkəməs inə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2466/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər X7, X3, X4 və X2 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 12 saylı evin 60 saylı mənzilindən çıxarılması, İddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 12 saylı evin 60 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
5. İddiaçı Mülki Məcəllənin 39.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 2.1, 8.0.11-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin verdiyi 18 avqust 2000-ci il tarixli, 146 nömrəli order ilə ona məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzil mülkiyyət hüququ ilə qeydiyyata alınmalı və mənzilə dair hüquqmüəyyənedici sənəd çıxarış verilməlidir.
6. Cavabdeh inzibati orqanın təqdim olunmuş iddia tələbinə etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.B.Məmmədov) 2-1(118)1006/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına 18 avqust 2000-ci il tarixli, 146 nömrəli order əsasında verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisə edilən mənzilə dair orderi olduğu halda, cavabdeh 2 saylı ünvan 4 ünvanında yerləşən 60 saylı mənzil üzərində mülkiyyət hüququnu n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, iş materiallarına əlavə edilmiş mənzilin özəlləşdirilməsinə dair razılıq ərizələrindən də görünür ki, mənzildə uçota alınmış iddiaçının ailə üzvlərinin də mənzilin İddiaçı adına özəlləşdirilməsinə heç bir etirazları yoxdur. Bu səbəbdən də cavabdehin imtinası əsassız hesab edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Apellyasiya icraatı zamanı işin hallarının araşdırılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq orqanlara sorğular verilmiş və aşağıdakılar mü əyyən olunmuşdur.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 144 nömrəli, 10 iyun 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000 - xx.xx.2000-ci il tarixli sərəncamlarına baxılmış, vətəndaş İddiaçı barədə məlumat aşkar olunmamışdır.
12. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatının 75 nömrəli, 13 iyul 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 dövlət mənzil fonduna aid olmaqla, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən istismar olunur.
13. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatının 1236 nömrəli, 24 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-y ə dair Əkbərov Fizuli Mirzə oğlunun adına verilmiş 146 nömrəli, 18 avqust tarixli order və onun verilməsinə əsas olmuş sənədlər şöbənin arxivində aşkar edilməmişdir.
14. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 204 nömrəli, 06 sentyabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərkimya Təmir Tikinti Tresti”nin Həmkarlar Komitəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmişdir. Sumqayıt şəhər İHB-nın 2000-ci il 30 mart 22 iyun tarixli sərəncamlarına baxılmış, İddiaçı adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.
15. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 123 nömrəli, 06 may 2022-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Sumqayıt şəhər İHB-nın iyunsentyab r 2000-ci ilə dair sərəncamlarına baxılmış, İddiaçı adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)387/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə X11 oğlu İddiaçı hüquqi varisi kimi tanınmış və işdə iştirak etməyə cəlb olunmuşdur.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 2-1(105)387/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(118)-1006/2022 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbi rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf mənzilin verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin verdiyi 18 avqust 2000-ci il tarixli 146 nömrəli orderə istinad etmiş, həmin order isə “Azərkimya Təmir Tikinti Tresti”nin 02 may 1995-ci il tarixli protokoluna əsasən verilmişdir. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğular əsasında ünvan 5 ünvanında yerləşən 60 saylı mənzilə dair iddiaçının adına order verilməsi barədə qərar (sərəncam) aşkar edilməmişdir.
19. İddiaçının hüquqi varisi X11 oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. İddiaç ı kassasiya şikayətində işin faktiki hallarına, iddia ərizəsində göstərdiyi məsələlərə, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 4, 8-ci, Mülki Məcəllənin 139.1, 139.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 88, 217-ci maddələrinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məc əlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının t am formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair çıxarışın veril məsi tələbi ilə müraciət etmiş, cavabdeh orqan isə iddiaçının tələbini təmin etməmişdir. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin verdiyi 18 avqust 2000-ci il tarixli 146 nömrəli orderə istinad etmişdir. Həmin orderdən isə görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12 ünvanında yerləşən 60 saylı mənzil iddiaçıya “Azərkimya Təmir Tikinti Tresti”nin 02 may 1995-ci il tarixli protokoluna əsasən verilmişdir.
32. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli araşdırılması məqsədilə bir sıra qurumlara sorğular ünvanlanmış, həmin sorğular əsasında isə iddiaçının istinad etdiyi orderin verilməsi barədə qərar (sərəncam) aşkar e dilməmişdir.
33. Eyni zamanda, işin apellyasiya icraatı zamanı iddiaçının həmin mənzildə yaşamadığı, 1993-cü ildən mənzildə məcburi köçkünlərin məskunlaşdığı və hazırda da yaşadıqları məlum olmuşdur. Onların həmin mənzildən çıxarılmaları barədə iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)2466/2020 saylı qətnaməsinin də icra olunmadığı müəyyən edilmişdir.
34. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamı ş, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisi X11 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-387/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.