Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-743/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya, növbətçi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-562/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur.
2. İddiaçıya məxsus diploma, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, 18.1.1983-cü ildə Azərbaycan DRES Elektrik sexinə 5-ci qrup növbətçi elektrik montyoru vəzifəsində işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixədək müxtəlif illərdə növbətçi elektrik montyoru, elektrotexniki laboratoriyada 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik montyoru, elektrotexniki laboratoriyada mühəndis, elektrotexniki laboratoriyada aparıcı mühəndis, elektrik sexində elektrotexniki laboratoriyaya İ qrup böyük usta vəzifələrində çalışmışdır. İddiaçı xx.xx.2012-ci ildən hal-hazıradək "xxxx" MMC-də işləyir.
3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaş görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 30 dekabr 2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun işlədiyi elektrik sexi sahəsi və növbətçi el ektrik montyoru vəzifəsi güzəştli vəzifəyə uyğun deyildir. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan az, cəmi 8 il 11 ay 4 gün təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci ildən təyin edilməsi və xx.xx.2018-ci ildən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia çı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 25 ildən artıq ümumi və 12 il 6 ay aydan artıq xüsusi iş stajı mövcuddur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(116)-1190/2023 saylı qərarı ilə (hakim X3) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtinası əsassız olmuşdur.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-562/ 2023 nömrəli iş üzrə 25 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2-1(116)1190/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə, eləcə də “Əmək pensiyalarının təyin edilməsi, hesablanmasl, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Kassator bildirmişdir ki, İddiaçı tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilən "xxxx" MMC-nin 25 noyabr 2022-ci il tarixli 07/02 nömrəli arayışında İddiaçı xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə elektrik sexində “növbətçi elektrik montyoru” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi elektrik sexi sahəsi və növbətçi elektrik montyoru vəzifəsi güzəştli şərtlərlə pensiya təyinatına əsas verən Siyahıda nəzərdə tutulan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 4 gün (xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2 006-27,08.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəz ərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan iş çilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sə rhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə
2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyas iya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad et məklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərb aycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
29. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi iddiaçının işlədiyi sahələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmadığı olmuşdur.
30. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin mövqeyi iş materiallarına uyğun deyildir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli birinci in stansiya məhkəməsinə ünvanladığı məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru və elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatçılara, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının (Nazirlər Kabinetinin 12.01 2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) aşağıdakı bəndlərinə uyğundur. A) '‘Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı" adlı 13-cü bölməsinin bəndinin 28-ci abzasına esasən “2140000a-18455-qazanxana turbin (buxar-qaz turbin) avadanlığının təmiri yanacaq oturma avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” B) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 2-ci abzasına əsasən 2140000b-23362-avadanlığın qoyulmuş yerlərdə tomiri üzrə ustalar, böyük ustalar, (qazanxana, turbin (buxar qaz turbin) yanacaq ötürmə, tozhazırlama.
31. Bundan əlavə həmin məktubda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək həmin sexdə işlədiyi İ qrup Böyük usta vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifə lərin və göstəricilərin Siyahısı"nın uyğun olduğu qeyd edilmişdir. a) “Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” Bəndinin 26-cı abzasına əsasən ‘qazanxana, turbin (buxar qaz turbin) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları,bütün adlardan olan elektrik çilingərləri”, b) “Elektrik stansiyaları, enerjiqatarları buxar və güç təsərrüfatı, adlı 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbin) yanacaqötürmə tozhazırlama vəzifələrinin xüsusiyyətlərinə uyğundur.
32. Eyni zamanda məktubda qeyd edilmişdir ki, iddiaçının işlədiyi zərərli sahəd ə 8 saatlıq iş günü ərzində təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, nisbi rütubət, havanın hərəkət sürəti, elektromaqnit sahəsi, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, Emosional və intellektual gərginlik, iş yerində havanın temperaturunun normadan yuxarı olması, nəmlik, faktorları mövcud olmuşdur. İddiaçı işlədiyi müddət ərzində tam iş günü ərzində enerji bloklarında Qazan Turbin avadanlıqlarının yerləşdiyi yerlərdə, yanacaq ötürmə avadanlıqlarının yerləşdiyi yerlərdə, 330/500 kv APQ sahəsində, Kimya sexində kommutasiya avadanlıqlarının birbaşa yerində quraşdırılması, sazlanması və təmir işlərini yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək 12% və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək aylıq m əvacibinin 0.8% miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.
33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
34. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini m üəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, apellyasiya instansiya məhkəməsi isə güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.
36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddia tələbini təmin edərkən qanuni və əsaslı nəticəyə gəlmişlər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamı şdır.
37. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-562/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.