Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-743/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş f ərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2962/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1..Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş xx.xx.2011-ci il tarixli məlumat vərəqəsi ilə müəyyən edilir ki, iddiaçı mayor rütbəsi, DİN Çevik Polis alayında qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində xx.xx.2011-ci ildə öz arzusu ilə ehtiyata buraxılmış, təqvim üzrə xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün, cəmi iş stajı 31 il 5 ay 23 gün, vəzifə ma aşı 490 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 30 faiz olmaqla 186 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, məharət dərəcəsi 35 faiz olmaqla 171,50 manat, xüsusi işə görə 20 faiz olmaqla 98 manat, cəmi 1139,50 manat təminat xərcliyi müəyyən edilmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin xx.xx.2011-ci il tarixli, 11/725 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği təminat xərcliyinin 83 faizi miqdarında olmaqla, 956,79 manat müəyyən olunmuşdur.
3. İddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş aylıq vəzifə maaşların ın məbləğinə əsasən 1477,95 manat məbləğində müəyyən edilmişdir.
4. İddiaçının xidmət etdiyi orqan tərəfindən xx.xx.2019-cu il tarixdən cavabdeh orqana aylıq vəzifə və rütbə maaşlarının dəqiqləşdirilmiş məbləğlərinə dair məlumat vərəqi təqdim edilmiş, məlumat vərəqinə əsasən cəmi təminat xərcliyi 2212,60 manat təşkil etmişdir.
5. Həmin məlumat vərəqi əsasında iddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən müvafiq təminat xərcliyinin artım məbləğinin 72,84 faizi nəzərə alınmaqla, yenidən hesablanmışdır.
6. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2011-ci il tarixli məlumat vərəqəsinə əsasən iddiaçıya xx.xx.2011-ci il tarixdən 31 il 5 ay 23 gün (təqvimi xidmət illəri 22 il 6 ay 14 gün, ali təhsil müddəti 2 il 6 ay, güzəştli xidmət illəri 6 il 5 ay 9 gün) xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2018-ci il tarixədək “Əmək pensiyaları haqqında ” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) – 1374,19 manat məbləğində əmək pensiyası ödənilmişdir. xx.xx.2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş aylıq vəzifə maaşlarının məbləğinə əsasən ona ödənilən əmək pensiyası 1477,95 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1056 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 361,80 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əl avə 369,60 manat, xüsusi işə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə 211,20 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 2212,60 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin, sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə tə sdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən iddiaçının əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam o olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (11) hər ili üçün 2 faiz tətbiq edilməklə (11x2) təminat xərcliyinin 22 faizi; natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərcliyinin 0,84 faizi. İddiaçıya ödənilən əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72,84 faiz təşkil edir. Qeyd olunanlara əsasən, xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı təminat xərcliyi (2212,60 manat) arasındakı fərq məbləğinin (556,95 manat) 72,84 faizi 405,68 manat xx.xx.2018-ci il tarixədək olan pensiyanın (1374,19 manat) üzərinə əlavə olunmaqla 1779,87 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçıya məxsus kart hesabına köçürülür.
8. Daha sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilərək, həmi n qərara əsasən iddiaçının əmək pensiyası vəzifə maaşının dəqiqləşdirilməsi ilə əlaqədar 2214,45 manat məbləğində təminat xərcliyi nəzərə alınmaqla, 1779,87 manatdan 1781,17 manat məbləğinə artırılmışdır.
9. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı onun əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmiş, bu səbəbdən onun əmək pensiyası yenidən hesablanaraq 1781,16 manat müəyyən edilmişdir. Həmçinin, keçmiş müddət üçün ona ödənilməli olan 47,44 manat pul vəsaiti hesablanaraq xx.xx.2022-ci il tarixdə onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının xidmət illərinin 31 il 05 ay 23 gününün xx.xx.2017-ci il tarixdən 2 faizlə hesablanaraq verilməsini ləğv edərək 3 faizlə, yəni 84,4 faizlə hesablanaraq hər ay 2355 manat pensiya verilməsi, xx.xx.2017-ci il tarixdən qərar icra olunan aya kimi kəsilərək ödənilməmiş 111 manatın və hər il üçün 5 faiz olmaqla cavabdehdən alınaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı tələbini əsaslandırarkən işin 1-5-ci bənddə qeyd olunan hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, ona pensiya təyin olunarkən natamam ildəki iş stajı – 5 ay 23 gün nəzərə alınmamışdır. Bununla da, 2022-ci ilin sentyabr ayına kimi 11 il 6 ay ərzində təminat xərcliyinin 2212,60 manat olduğu nəzərə alınarsa, 1,42 faizə görə (ayda 22,12 manat) 3052,56 manat verilməmişdir. Eləcə də, 7 ildən sonra Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanına əsasən 11 il 5 ay 23 gün illərin hər ili 3 faizlə hesablanaraq pensiyası 2018-ci il mart ayından 11 il 5 ay 23 gün illərin hər ili 2 faizə endirilməklə verilir. Bununla da, 2018-ci ilin mart ayından halhazıra, yəni 2022-ci il sentyabr ayına kimi hər ay əmək pensiyasından 65 manat tutularaq, ümumilikdə 3575 manat tutulmuşdur.
12. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 14 aprel 2023-cü il tarixli, 21(112)-2793/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının natamam ildəki iş stajı aylarının - 5 ay 23 günün cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinin redaksiyasında yalnız tam illər nəzərə alınmaqla təminat xərcliyinin faizi müəyyən edilirdi. İddiaçının iddia etdiyi natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq faizin hesablanmasına dair normaya edilən dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin tarixədək qüvvədə olmuş Qanunla iddiaçının pensiya faizinin hesablanmasında natamam illər ə görə təminat xərcliyi faizinin hesablanması ilə bağlı norma (qayda) mövcud olmadığından cavabdehin təminat xərcliyinin 83 faizi miqdarında hesablama aparması qanuni olmuşdur. İddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi düzgün olaraq 72,83 faiz müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında hər hansı kənarlaşma müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının qeyd etdiyi pensiyanın hesablanması zamanı “Əmək pensiyaları h aqqında” Qanunun 20.14.1-ci maddəsində mötərizədə qeyd edilmiş “müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə 3 faiz miqdarında əlavə”nin ona münasibətdə tətbiq edilməsinə gəlincə məhkəmə qeyd edir ki, Qaydanın 2.5-ci bəndi Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş 3 faizlə hesablamanın tətbiq olunduğu “müvafiq icra hakimiyyəti orqanı” sistemində şəxsləri müəyyən etmişdir. Bu hərbi qulluqçular – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslərdir. İddiaçı isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmadığından ona münasibətdə Qanunun 20.14.1-ci maddəsindəki 3 faiz əlavə tətbiq edilə bilməz.
15. İdd iaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 12 oktyabr 2023-cü il tarixli, 21(103)-2835/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansi yası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.R.Vəliyeva / məruzəçi/, A.Ə.Hüseyn və R.S.Nəbizadə) 08 may 2024-cü il tarixli, 21(102)-612/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2835/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Həmin qərarda qeyd edilmişdir ki, inzibati mübahisə tam və müfəssəl araşdırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalar ına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edilərək pensiya məbləği artım faizi 72,83 faiz olmaqla, xx.xx.2018-ci il tarixdən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Lakin, həmin dövrdə sözügedən Qayda mövcud olmamış, yalnız xx.xx.2018-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı diqqətə almamış, araşdırmamış və həmin maddi hüquq normalarının müddəalarına əsaslanaraq, onları geriyə, yəni xx.xx.2018-ci il tarixdə iddiaçının əmək pensiyası yenidən hesablandığı zamana şamil etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hərəkət etməmişdir. Digər tərəfdən, iddiaçıya xx.xx.2011-ci il tarixdə pensiya təyin olunduğu zaman onun iş stajından 5 ay 23 gün müddəti cavabdeh tərəfindən nəzərə alınmayaraq, nəticə etibarı ilə də ümumi pensiya məbləğinə hesablanmamış və həmin məsələyə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında, pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının hesablanması müəyyən edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağa da olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Həmin maddənin, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında isə həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. Heç şübhəsizdir ki, iddiaçının natamam ildəki iş stajının, yəni 5 ay 23 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir. Həmçinin, məhkəmə kollegiyası ayrıca olaraq “Əmək pensiyaları haqqında” Qan unun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olan hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunması məsələsinin hazırkı işin düzgün həll olunması baxımından xüsusi önəm daşıdığını qeyd edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixdən, daha sonra isə xx.xx.2019-cu il tarixdən xidmət etdiyi orqan tərəfindən daxil olmuş məlumata əsasən, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə istinad edilərək pensiya məbləği artım faizi 72,83 faiz (20 il üçün 50% + 20 ildən artıq hər il üçün 2 faiz olmaqla, 11 il 5 ay üçün 22,83 faiz) olmaqla, onun əmək pensiyası yenidən hesablanmış və iddiaçıya xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1655,65 manat) ilə xx.xx.2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2214,45 manat) arasındakı fərq məbləğinin (558,80 manat) 72,83 faizi- 406,97 manat olmaqla, xx.xx.2018-ci il tarixədək olan pensiyasının (1374,19 manat) üzərinə əlavə olunmaqla 1781,16 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Apellyasiya məhkəməsi həmin məlumat vərəqələrinin dəqiq tarixlərini və mahiyyətini araşdırmayaraq, iş üzrə məhkəmə qərarı qəbul etmişdir. Halbuki, sözügedən məsələnin tam və hərtərəfli araşdırılması iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün çox əhəmiyyətlidir. Belə ki, burada xüsus i olaraq Qaydanın 2.5-ci bəndinə diqqət yetirilməlidir (həmin Fərman Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir). Həmin bəndin ən diqqət çəkici məqamı ondan ibarətdir ki, təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır (bu Qayda xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuşdur). 2.5-ci bənddə qeyd edilən müddəa “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin nə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasında, nə də həmin maddənin xx.xx.2017-ci il tarixdən sonrakı yeni redaksiyasında olmamışdır, yəni müvafiq təminat xərcliyinə edilən əlavələr, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Başq a sözlə, pensiyalara olan həmin əlavə müvafiq təminat xərcliyinin artım məbləğinə nisbətdə deyil, bütövlükdə təminat xərcliyinə nisbətdə hesablanırdı. Lakin inzibati mübahisəni həll etmiş apellyasiya məhkəməsi sözügedən qanunvericilikdə mövcud olan həmin hüquqi məqamları nəzərə almadan, onları incələmədən və araşdırmadan iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul etmişdir. Halbuki, hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin maddənin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Pre zidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə) və nəticə etibarı ilə də iddiaçının əmək pensiyasının düzgün hesablanmasının müəyyən olunması zəruridir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1 iyul 2017-ci il tarixdən 20 ildən yuxarı stajının hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərq məbləğinin ona verilməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yu sifov /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və G.M.Abbasova) 17 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2962/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2-1(112)-2793/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia (dəqiqləşdirilmiş) təmin edilmiş, İddiaçı əmək pensiyası - 1 iyul 2017-ci il tarixdən, 20 ildən yuxarı olan xidmət illərinin hər ili üçün (natamam ilinin ayları da daxil olmaqla) təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin iddiaçıya əmək pensiyası təyin olunarkən qüvvədə olmuş redaksiyası, qulluq stajına görə əmək pensiyasına aşağıdakı ələvinin təyin olunması nəzərdə tuturdu: - “hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla,” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu i lə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi” (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Konkret halda, DİN tərəfindən DSMF-yə təqdim olunan məlumat vərəqəsinə əsasən xx.xx.2011-ci il tarixdən iddiaçıya 31 il 5 ay 23 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi təminat xərcliyinin 83 faizi miqdarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi və bu zaman “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin qeyd olunan tələbinə müvafiq olaraq, onun 20 ildən yuxarı hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavənin hesablanması iş in tərəflər arasında mübahisələndirilməyən halıdır. Qeyd olunmalıdır ki, qanuna edilən dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixinədək, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” mövcud olmamışdır. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən həmin Qaydanın 2.5-ci bəndinə istinad edilərək, iddiaçının pensiyası artım faizi 72,83 faiz (20 il üçün 50 faiz + 20 ildən artıq hər il üçün 2 faiz olmaqla, 11 il 5 ay üçün 22,83 faiz) olmaqla, xx.xx.2018-ci il tarixdən yenidən hesablanmışdır. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi baxımından, həmin “Qayda” hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq olunaraq, onun xidmət ilinin 20 ildən artıq hər ili üçün təminat xərcliyinin 2 fazindən əlavə hesablaması yolverilməzdir. Əksinə, iddiaçıya münasibətdə nəzərə alına bilən hal yalnız ondan ibarət ola bilərdi ki, qeyd olunan dəyişikliyə görə mübahisələndirilən əlavə hesablanarkən iddiaçının “xidmət ili tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına” mütənasib olaraq hesablanmasına münasibətdə, onun hüquqi vəziyyətini yüngülləşdirən hal kimi tətbiq olunaraq, natamam ilinin ayları (5 ay 23 gün) da nəzərə alınmalı idi. Digər tərəfdən, konkret halda, sözügedən “Qayda”nın iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran və cavabdeh tərəfindən iddiaçıya münasibətdə tətbiq edilən 2.5-ci bəndində təsbit olunan müddəa “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikdən sonrakı redaksiyasında da olmamışdır. Ümumiyyətlə, ən azından, Konstitusiyanın 148-149-cu və “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.4-cü maddəsinin tələbi baxımından, qanun fərman və ya digər normativ hüquqi aktlardan üstün hüquqi qüvvəyə malikdir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, hazırkı cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının, dəqiqləşdirilmiş iddia tələbinə müvafiq olaraq yenidən hesablanmasını zəruri edən faktiki şərtlər sübuta yetirilir. Belə olan halda, iddiaçının tələbində haqlıdır və cavabdehin imtinası onun hüquqlarını pozmuş olur.
24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
25. Kassasiya şikayətinin əsasını iddia ərizəsi və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği düzgün hesablanmışdır və pensiya məbləğinin yenidən hesablanması üçün əsaslar mövcud deyildir. Məhkəmənin özünün də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında pensiya təyin olunarkən natamam ildəki iş stajının aylarının da hesablanması müəyyən edilməmişdir. Daha sonrakı redaksiyada natamam ildəki iş stajının aylarının da hesablanması nəzərdə tutulsa da, bu 20 ildən əlavə tam iş stajı illərinin və sözügedən natamam iş stajı dövrlərinin 2 faizlə hesablanması şərti ilə hesablanır. Yəni, iddiaçının natamam iş stajı illərinin 2 faizə mütənasib deyil, 3 faizə mütənasib onun əmək pensiyasına yenidən hesablanması qanunvericiliyin tələblərinin pozulması və yanlış şərh edilməsi deməkdir. Həmçinin, yalnız sözügedən maddənin natamam iş stajı aylarının sayına mütənasib olaraq (3 faizlə) hesablanması hissəsinin tətbiq edilməsi yolverilməzdir. İddiaçının əmək pensiyasında hər hansı azalmaya səbəb olan və ya onun hüquqi vəziyyətini ağırlaşdıran hüquqi akt geriyə şamil olunmamışdır. Yəni, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı yalnız sözügedən fərmanın qüvvəyə mindiyi tarixdən sonra onun əmək pensiyasına sonrakı artımlar edilən zaman tətbiq edilmişdir ki, Fərmanda da bu nəzərd ə tutulmuşdur. Həmçinin, sözügedən müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır müddəasından göründüyü kimi, təminat xərcliyindəki faktiki artımın məbləği müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərb i rütbəli şəxslərdir;... Maddə 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir;... Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində n əzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 və 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1 və 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təmina t xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla... müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluq çulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
29. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli, 1903 nömrəli Fərmanı ilə ləğv edilmişdir): 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qa nunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təm inat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. 2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırı lmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur....
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Madd ə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İddiaçının apellyasiya məhkəməsində ikinci icraat zamanı son dəqiqləşmiş tələbi xx.xx. 2017-ci il tarixdən 20 ildən yuxarı xidmət illərinin hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını və yaranacaq fərq məbləğinin ödənilməsi barədə olmuşdur.
36. İşin hallarından görünür ki, iddiaçıya 11 mart 2011-ci il tarixli 171 nömrəli məlumat vərəqəsinə əsasən, xx.xx.2011-ci il tarixdən 31 il 5 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 83 faizi miqdarında ((20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdə yenidən hesablanmışdır.
37. İddiaçının əmək pensiyası xidmət keçdiyi orqan tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş aylıq vəzifə maaşlarının məbləğinə müvafiq ol araq yenidən hesablanması zamanı: 1) natamam ildəki iş stajı ayları - 5 ay 23 gün xidmət müddəti nəzərə alınmamış; 2) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndi tətbiq edilərək 2212,60 məbləğində təminat xərcliyinin artım məbləğinin 72,84 faizi nəzərə alınmaqla, hesablama aparılmışdır.
38. Hazırda iddiaçının hüquqi marağı natamam ildəki iş stajı ayları - 5 ay 23 gün xidmət müddətinin nəzərə alınması, eləcə də, sözügedən Qaydanın deyil, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasının tətbiq edilərək, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, pensiyasının xx.xx.2017-ci il tarixdən yenidən hesablanması barədədir.
39. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmasına dair dəyişikliyin qüvvədə mindiyi xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın mövcud olmadığını, bu qaydanın xx.xx.2018-ci il tarixdən qüvvədə mindiyini, lakin buna baxmayaraq, iddiaçının pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması zamanı c avabdeh tərəfindən Qaydanın 2.5-ci bəndinin tətbiq edilərək hesablanma aparıldığını, bu “Qayda” hüquqi vəziyyətini ağırlaşdırdığından onun barəsində tətdiq edilməməli olduğunu hesab etmiş, bu baxımdan dəqiqləşmiş iddia tələbini təmin edərək, 1 iyul 2017-ci il tarixdən 20 ildən yuxarı xidmət illərinin hər ili üçün (natamam ilinin ayları da daxil olmaqla) təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin ödənilməsi qənaətinə gəlmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
41. İşdən görünür ki, iddiaçının əmək pensiyasının cavabdeh tərəfindən yenidən hesablanması zamanı Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq, 31 il 5 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin (1655,65 manat) 83 faizi (20 ilə görə 50 faiz, 11 ilə görə 33 faiz (11x3)) - 1374,19 manat məbləğində əmək pensiyası ödənilmişdir.
42. İddiaçı bu hissədə ilk növbədə natamam ildəki iş stajının, yəni 5 ay 23 gün müddətin nəzərə alınmamasına dair cavabdehin hərəkətsizliyini əsassız hesab edir.
43. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının: 44. 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 45. 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün m üvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
46. Qanunun 20.14.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir: - 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edil ir: - 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
47. Yəni, göründüyü kimi, xx.xx.2017-ci il tarixdən qüvvədə olan qanunvericilikdə natamam ildəki iş stajının pensiya nın yenidən hesablanmasında nəzərə alınması təsbit edilmişdir.
48. Kassasiya instansiya məhkəməsində birinci icraat zamanı da məhkəmənin mövqeyi belə ifadə olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasında natamam ildəki iş stajı aylarının hesablanması ilə bağlı qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağa da olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Həmin maddənin, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında isə həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu madd əsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. İddiaçının natamam ildəki iş stajının, yəni 5 ay 23 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir.
49. Göründüyü kimi, kassasiya instansiya məhkəməsində birinci icraat zamanı da məhkəmənin göstərişlərindən biri yuxarıda qeyd edildiyi kimi, natamam ildəki iş stajının da nəzərə alınması olmuşdur.
50. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2017-ci il tarixdən iddiaçının natamam ildəki iş stajı, yəni 5 ay 23 gün xidmət müddəti də nəzərə alınmalıdır.
51. Əmək pensiyasının yenidən hesablanması zamanı AR Prezidentinin xx.xx.2018ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinin tətbiq edilməsi ilə bağlı cavabdehin hərəkətlərinə münasibətdə kollegiya ilk növbədə bildirir ki, xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin 2 faizi miqdarında əlavə müəyyən etsə də, həmin dövrdə bununla bağlı Qayda qəbul edilmədiyindən (xx.xx.2018-ci il tarixdən qüvvəyə minmişdir) cavabdeh normanın həmin tarixdən əvvəlki redaksiyasını tətbiq edərək, iddiaçının pensiyasına 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən etmişdir.
52. Bundan əlavə, bu Qayda xx.xx.20 18-ci il tarixdən qüvvəyə minmiş, xx.xx.2023cü il tarixdən isə qüvvədən düşmüşdür.
53. Yəni, pensiyaya 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin 2 faizi miqdarında əlavə müəyyən edən Qayda (2.5-ci bənd) iddiaçının hazırda pensiyasının yenidən hesablanmasını tələb etdiyi xx.xx.2017-ci il tarixdə qüvvədə deyildi.
54. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının pensiyası xx.xx.2017-ci il tarixdə yenidən hesablanarkən 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən edilməlidir.
55. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 21(103)-2962/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.