Məhkəmə qərarları › İş №2-1(102)-744/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-744/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-744/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR (Açar sözlər: əmək haqqı məbləği nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Azərkimya" İB "Etilen-Polietilen" zavodunda işləmiş olduğu 2001-ci ilin sentyabr, oktyabr və noyabr ayları, həmçinin 2002-ci ilin iyun, iyul ayları üçün iş stajının sosial sığorta stajına, fərdi hesabının sığorta hissəsinə daxil edilməsi, həmin dövrdə aldığı əmək haqlarının məbləğinin pensiya kapitalına daxil edilərək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ona ödənilməsinin cavabdeh təşkilatın üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-623/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1950-ci il tarixdə Saatlı rayonunun Krasnoselsk kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı Cavabdehnə qarşı "Azərkimya" İB "Etilen-Polietilen" zavodunda işləmiş olduğu 2001-ci ilin sentyabr, oktyabr və noyabr ayları, həmçinin 2002-ci ilin iyun, iyul ayları üçün iş stajının sosial sığorta stajına, fərdi hesabının sığorta hissəsinə daxil edilməsinin, həmin dövrdə aldığı əmək haqlarının məbləğinin pensiya kapitalına daxil edilərək pensiyasının yenidən hesablanmasının və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin ona ödənilməsinin cavabdeh təşkilatların üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehə may 2018-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, o na 2002-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən onun sosial sığorta stajı düzgün hesablanmamış və ona az məbləğdə pensiya təyin olunmuşdur. O, 2002-ci il tarixdə pensiyaya çıxarkən cavabdehə may 2002ci il tarixli arayış təqdim etmişdir. Həmin arayışda onun "Azərkimya" İB “Etilen-Polietilen” zavodunda işlədiyi, 2001-ci ilin sentyabr, oktyabr və noyabr aylarının, həmçinin 2002-ci ilin iyun, iyul aylarının əmək haqqı göstərilməmiş, yəni bu 5 ay dövr sosial sığorta stajına, fərdi hesabının sığorta hissəsinə daxil edilməmiş, bununla da həmin əmək haqlarının məbləği pensiya kapitalına daxil edilməmişdir. O, həmin dövrə aid əmək haqqı arayışını əlavə olaraq cavabdeh təşkilata təqdim etmək istəsə də ona bildirilmişdir ki, buna ehtiyac yoxdur, pensiyanın məbləğinə təsir etməyəcək və pensiya məbləği üçün sosial sığorta stajı, pensiya kapitalı tamamilə yetərlidir, əlavə arayışa ehtiyac yoxdur, lakin onun pensiyası 2008-2009-cu illərdə artırılarkən məlum olmuşdur ki, həmin ayların əmək haqqı daxil edilmədiyindən pensiya məbləği çox az həddə, yəni 143 manat müəyyən olunub. Halbuki əgər həmin ayların əmək haqqı məbləğləri pensiya kapitalı kimi nəzərə alınsa idi pensiyası 217 manat olmalı idi. Ona görə də o uzun müddət cavabdeh təşkilata gedibgəlmiş, həmin dövrdə aldığı əmək haqları barədə arayışları, o cümlədən xx.xx.2015-ci il tarixli arayışı təqdim etmişdir. Lakin, cavabdeh təşkilat həmin ayları sosial sığorta stajına daxil edib pensiyasını yenidən hesablamaqdan və fərqi ödəməkdən imtina etmişdir. Cavabdeh təşkilatın xx xxxx 2019-cu il tarixli məktubunda ona bildirilmişd ir ki, 247 saylı xx.xx.2015-ci il tarixli arayışı 2002-ci il tarixdə cavabdeh təşkilata təqdim etmişdir, lakin, o vaxt təqdim etdiyi arayışda yuxarıda qeyd olunan ayların əmək haqqı yazılmamışdı. Ona görə də cavabdehin imtinası əsassızdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-794/2019 nömrəli (sədrlik edən hakim Zahid Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 2001-ci ilin sentyabr, oktyabr, noyabr aylarının və 2002-ci ilin iyun, iyul ayları üzrə əmək haqqı məbləği nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci i nstansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(105)-623/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Vidadi Cəfərov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,hal-hazırda iddiaçının əmək pensiyasının əmək haqqına istinad edilməklə hesablanması üçün hüquqi əsas mövcud deyil. İddiaçının şöbəyə təqdi m etdiyi 247 saylı xx.xx.2015-ci il tarixli əmək haqqı barədə arayış xx.xx.2002-ci il tarixdə təqdim edildiyi üçün, sonradan təqdim edilmiş arayış əsasında pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qeyd olunan halı nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-623/2019·nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəb ul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərb aycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdehin k asasiya şikayətində qeyd edilmişdir ki,hal-hazırda iddiaçının əmək pensiyasının əmək haqqına istinad edilməklə hesablanması üçün hüquqi əsas mövcud deyil. İddiaçının şöbəyə təqdim etdiyi 247 saylı xx.xx.2015-ci il tarixli əmək haqqı barədə arayış xx.xx.2002-ci il tarixdə təqdim edildiyi üçün, sonradan təqdim edilmiş arayış əsasında pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qeyd olunan halı nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasassiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər ə sassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hərkəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısınıitirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digərhallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati ProsessualMəcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi vəbu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibatimübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquqmünasibətinin yarandı ğı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılmasızamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AzərbaycanRespublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqişəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yayüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqiaktların qüvvəsi geriyə şamil edilmir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 2001-ci ilinsentyabr, oktyabr və noyabr aylarında, 2002-ci ilin iyun, iyul aylarında işlədiyindən və ona2002-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyindən həmin dövrdə qüvvədə olanqanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Həmin dövrdə isə“Vətəndaşların pensi ya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Həmin Qqanunun 71-ci maddəsinə görə pensiyalar respublika üzrə müəyyən edilmişminimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsasgötürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onunmüraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətininhər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktikorta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasənaşağıdakılar həmin aylardan çıxılır: işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar; əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsi müddəti; uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluq müddəti; ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada, klinikordinaturada əyani təhsil müddəti; müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlaraəlavə hesablanark ən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Həmin qanunun 72-ci maddəsinə görə orta aylıq əmək haqqı 24 və ya 60 təqvimayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu iləmüəyyən edilir. Pensiya üçün müraciət edənin iş stajı 24 aydan az olduqda orta aylıqəmək haqqı işin tam təqvim ayları ərzindəki gəlirin ümumi məbləğini həmin ayların sayınabölmək yolu ilə müəyyən edilir. İş materillarından görünür ki, tərəflər arasında pensiyanın təyin edilməsiilə bağlı hər hansı bir mübahisə yoxdur, mübahisənin mahiyyətini iddiaçıya pensiya təyinedilərkən, pensiya məbləğinin xx.xx.2002-ci il tarixli əmək haqqı və digər gəlirlər haqqındaarayışda göstərilən məlumatlar əsasında təyin edilməsi, yəni 2001-ci ilin sentyabr, oktyabrvə noyabr ayları, həmçinin 2002-ci i lin iyun, iyul ayları üçün əmək haqqı hesablanmadan;iddiaçının mövqeyinə görə isə onun həmin aylarda işləməsi, lakin onun təqsiri olmadanişlədiyi aylar üzrə əmək haqqının göstərilməməsi; bunun 247 saylı, xx.xx.2015-ci iltarixli arayışı ilə təsdqi edildiyi təşkil edir. Bundan başqa, inzibati orqanın etirazından dadolayısı ilə müəyyən olunur ki, əgər iddiaçıya pensiya təyin edilərkən 247 saylı, xx.xx.2015-ci il tarixli arayışdakı məlumatlar xx.xx.2002-ci il tarixli əmək haqqı və digər gəlirlərhaqqında arayışda göstərilsəydi, yəni 2001-ci ilin sentyabr, oktyabr və noyabr ayları,həmçinin 2002ci ilin iyun, iyul ayları üçün əmək haqqı hesablansaydı o zaman pensiyatəyin edilən zaman bu nəzərə alınar və pensiya məbləğində müəyyən artıma səbəb olardı. Azərbaycan Respublikası “İnzibati icraat haqqın da” Qanununun 17-ci maddəsinəəsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hərhansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədəmütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyişəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraatzamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunansənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbərhesab olunur. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələrolduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyininmüəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasəninzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olansənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibatiicraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və yaməlumatları inzibati orqan özü əldə edir. Azərbaycan Respublikası“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 106-cı maddəsinə görəhesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçünmüraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Pensiyanı təyin edən vəya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç birmüddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilir. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olmuşQanunun 106-cı maddəs i iddiaçının təqsiri olmadan vaxtında alınmadığı pensiyanınməbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilməsini nəzərdətuturdu. Qanunvericilik burda “pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən”ifadəsini işlətsədə iddiaçının təqsiri olmadan vaxtında alınmamış pensiyanın məbləğininbütün dövr üçün ona ödənilməsi hər hansı bir məhdudiyyətlə məhdudlaşdırılma bilməz. Eyni zamanda Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsinə baxılarkən və onuntələbinin təmin olunmasından imtina edərkən də “İnzibati icraat haqqında” Qanununtələblərinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 59.1.5-cimaddəsinin tələbləri pozularaq iddiaçıya mümkün hüquqi müdafiə vasitələrini, bu hüquqimüdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia)verə biləcəyi orqanlar (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat verilməmişdir. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunun ümumi prinsipləri müəyyən edən İİ fəslinin tələblərinəəsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan RespublikasınınKonstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdənəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbulolunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbulolunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşatətbiq olunur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunda birbaşanəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməlolunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarınqəbul olunmasından imtina üçün əsas ola bilməz. Fiziki və ya hüquqi şəxsə münasibətdə hərhansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və yaxidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur(maddə 10, 11, 15,16). Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəlişəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasınınqanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hiss əsinə əsasəndövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada vəhüdudlarda fəaliyyət göstərə bilərlər. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-623/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar