Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-744/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş müavinət məbləğinin ödənilməsi, vicdanlılıq prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 (təvəllüd: xx.xx.1972; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-574/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. TSEK-in müayinə aktlarından çıxarışlara əsasən, iddiaçının qızı, xx.xx.2003-cü il təvəllüdlü X4 ilk dəfə xx.xx.2004-cü il tarixində TSEK-də müayinədən keçmiş və o, “Ouqüzehli qişanın anadangəlmə koloboması ptoz.” diaqnozu ilə xx.xx.2006-cı il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Daha sonra onun sağlamlıq imkanlarının məhdudluğu müddəti 16 yaşına dək, yəni xx.xx.2019-cu il tarixinədək uzadılmışdır.
2. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən, A.R.Adiyevaya 0535003AAB2S nömrəli, 3 avqust 2020-ci il tarixli göndəriş (Forma 88) əsasında ümumi xəstəlik, gözdən əlil səbəbindən “Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, OUHorizontal nistaqm, Mikrokornea, Mikroftalm, Xorioidea və tor qişanın kolaboması, başlanğıc fəsadlı katarakt. VisOD = 0,05 (yüzdə 5) k/etmir. Müştərək daxili çəpgözlük, Dəqiqləşdirilməmiş anemiya, xroniki defisit anemiya” diaqnozu ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi olan və ödənilməyən müavinətin ödənilməsini tələb etmiş, cavabde h iddiaçıya ünvanladığı 12 iyul 2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə (uşağın adı X6) 150 manat sosial müavinət, 50 manat SİM - 18 uşaqlara qulluğa görə (qulluq edən şəxsin adı X2) AR Prezidentinin təqaüdü 30 noyabr 2019-cu ilə qədər ödənilmişdir. TSEK - in verdiyi təyinat tarixinə görə, yəni 03 avqust 2020-ci il tarixindən sosial müavinət və Prezident təqaüdünün ödənişi həyata keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dekabr 2019cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddi açı tələbini belə əsaslandırmışdır ki, qızı Adıyeva Aysun anadangəlmə sağlamlıq imkanları məhduddur. Təkrar həkim komissiyasından koronovirus pandemiyası səbəbi ilə əlaqədar keçə bilməmişdir. Avqust 2020-ci il tarixində həkim komissiyasından keçmişdir. Hazırda müavinət alır. Lakin həkim komissiyasından keçənə qədər olan müddət ərzində dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi olan ayların müavinəti ödənilməmişdir və bu günə kimi etdiyi müraciətlərə cavab belə verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinə verdiyi iddianı isə məhkəmə cavabdehin ünvanının düzgün olmaması səbəbindən baxılmamış saxlamışdır. Cavabdehə müraciət etdikdən sonra cavab məktubunda göstərilir ki, Tibbi Sosial ekspert Komissiyasının verdiyi təyinat tarixinə görə, yəni xx.xx.2020-ci il tarixindən sosial müa vinət və Prezident təqaüdün ödənişi həyata keçirildiyi göstərilmiş, lakin dekabr 2019-cu il tarixindən avqust 2020-ci il tarixə kimi ödənilməmiş müavinət pulunun hansı səbəbdən ödənilməməsi barədə izahat verilməmişdir.
6. Cavabdeh imtina məktubu ilə oxşar məzmunlu iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlil liyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(118)-355/2022 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilərək, iddiaçıya dekabr 2019-cu ildən avqust 2020-ci il tarixə kimi ödənilməmiş aylar üzrə müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının qızının əlilliyi fasiləsiz olmuş, əlilliyin təkrar qiymətləndirilməsi onun əlilliyinin səbəbinin aradan qalxması ilə bağlı deyil, buna görə təyin edilmiş müddətin bitməsinə görə aparılmışdır. Aparılan qiymətləndirmə nəticəsində də iddiaçının qızına əvvəlki diaqnozda qeyd edilən səbəblə əlillik dərəcəsi təyin edilmişdir. Belə olan halda iddiaçıy a təyin olunmuş əlilliyin müddətinin bitməsi, yenidən qiymətləndirmənin aparılması həmin şəxsin əlilliyin təyin olunma müddətinin bitdiyi tarixdən yenidən qiymətləndirilmənin aparıldığı tarixədək əlil olmaması qənaətinə gəlməyə əsas vermir. Buna görə də cavabdeh tərəfindən iddiaçının qızına qeyd edilən dövrlərə görə də sosial müavinətin ödənilməsi təmin edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-574/2022 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva – sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Mübahisəyə baxılması ilə əlaqədar apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin halları tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Cavabdeh öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2 və 1.7-ci bəndlərinə, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial müdafiəsi haqqında” Qanunun 4-1-ci maddəsinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2, 3.3, 3.3-1–ci maddələrinə və İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası) Maddə 1.0.1. sosi al müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə
3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə
4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: (-) 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət (-). Maddə
7. Müavinətlərin təyin olunması şərtləri Müavinətlər aşağıdakı hallarda təyin edilir: (-) 7.0.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; (-). Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. (-) 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə (-). Maddə 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildi kdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (-).
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar ç ıxarılması yolu ilə müəyyən olunur. (-). 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Eksper tiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
19. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hallan ilə bağlı apellyasiya məhkəmə sinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. İş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2003-cü il təvəllüdlü X4 ilk dəfə xx.xx.2004-cü il tarixində TSEK-də müayinədən keçmiş və o, “Ou-qüzehli qişanın anadangəlmə koloboması ptoz.” diaqnozu ilə xx.xx.2006-cı il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. Sonra onun sağlamlıq imkanlarının məhdudluğu müddəti 16 yaşınadək, yəni xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Daha sonra iddiaçının qızının sağlamlıq vəziyyəti 03 avqust 2020-ci il tarixində yenidən qiymətləndirilərək o, 18 yaşınadək, yəni xx.xx.2021-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş və ona 03 avqust 2 020-ci il tarixindən müavinət təyin edilib ödənilməyə başlanmışdır.
26. Hazırkı mübahisə də, X3 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayınadək olan dövrlə bağlı ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlıdır.
27. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 6 ay ərzində əlillik təyin edən orqana (DTSERA) müraciət etdiyi barədə hər hansı sübut olmadığından, qızı 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına qədər sağlamlıq imkanları məhdud sayılmadığından, bu əsasla da həmin dövr üçün müavinət ödənilə bilməz.
28. Qaydaların tələbinə görə şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçının qızı A.Adiyevanın sağlamlıq imkanlarının məhdudluğu 3 dekabr 2019-cu il tarixədək müəyyən edildiyindən, A.Adiyeva 1 yanvar 2020-ci ilədək əlilliyi olan şəxs sayılır. Odur ki, A.Adiyeva 1 yanvar 2020-ci ilədək əlilliyi olan şəxs sayıldığından ona təyin edilən müavinət 1 yanvar 2020-ci ilədək ödənilməli idi. 29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
30. İddiaçının qızının əlilliyi 1 yanvar 2020-ci ildə bitmiş, iddiaçı qızına təyin edilmiş əlilliyin yenidən qiymətləndirilməsi ilə bağlı 2020-ci ilin aprel ayında Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müraciət etmişdir. və onun müraciətinə əsasən, Şöbə tərəfindən Bakı şəhəri Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 29 aprel 2020-ci il tarixdə 490 nömrəli məktub ünvalanaraq, A.R.Adiyevanın müayinə edilməsi xahiş edilmiş, Akademik Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi rəyə əsasən, A.R.Adiyeva Mərkəzdə müayinə olunmuş və ona “Horizontal nistaqm, Mikrokornea, Mikroftalm, Xorioidea və tor qişanın koloboması, başlanğıc fəsadlı katarakta” diaqnozu qoyulmuşdur. 31. “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 4 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən təqdim edilən 10 oktyabr 2022-ci il tarixli məktubdan aydın olur ki, iddiaçı uşağının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən müddət 1 yanvar 2020-ci il tarixdə bitdikdən sonra 2 may 2020-c i il tarixdə Mərkəzə müraciət etmiş, həkim oftalmoloq tərəfindən xəstəyə rəy verilməsi üçün Z.Ə.Əliyeva adına Milli Oftamologiya Mərkəzinə göndəriş verilmiş, 5 may 2020-ci il tarixdə Milli Oftamologiya Mərkəzindən rəy gətirilərək onlara təqdim edilmişdir. Ailə Sağlamlıq Mərkəzi üzrə Forma 088/1 adlı proqram o zamanlar bir müddət işləmədiyi üçün onlar tərəfindən A.R.Adiyevanın məlumatları iki ay gecikməklə, yəni 16 iyul 2020-ci il tarixdə TSEK-ə göndərmişlər.
32. Göründüyü kimi, iddiaçı qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi müddəti 1 yanvar 2020-ci il tarixdə bitdikdən sonra 2 may 2020-ci il tarixdə göndərişi verməli olan tibb müəssisəsinə müraciət etmiş, tibbi müəssisəsi 5 may 2020-ci il tarixdə Milli Oftamologiya Mərkəzindən rəy alsa da, göndərişi 16 iyul 2020-ci il tarixdə TSEK-ə təqdim etmiş, nəticədə iddiaçı üzərinə düşən öhdəliyi (qızının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı tibb müəssisəsinə müraciəti) yerinə yetirmiş, lakin ondan asılı olmayan səbəbdən qızının sağlamlıq imkanlarının məhdudluğu əlillik müddəti bitdikdən sonra 7 ay 3 gün ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmişdir.
33. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının və göndərişi rəsmiləşdirən tibb müəssisəsinin davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından da qiymətləndirilməlidir.
34. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq ” kimi qeyd olunan prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şər tlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. İddiaçının, o cümlədən tibb müəssisəsinin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsiplərinə aiddir. Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir.
36. Beləliklə yuxarıda qeyd olunan və işin mübahisələndirilməyən hallarını təşkil edən xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd etməy i zəruri hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəsinə vicdanla davranaraq (dürüstlük nümayiş etdirərək) qanunvericiliklə müəyyən edilən müddət ərzində sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən orqana göndəriş təqdim etmə öhdəliyi daşıyan tibb müəssisəsinə vaxtında müraciət etdiyindən, lakin tibb müəssisəsi tərəfindən göndəriş TSEK-ə gec təqdim edildiyindən, iddiaçının uşağının sağlamlıq imkanlarının məhdudluq müddəti bitdikdən sonra 6 aydan bir az çox (7 ay 3 gün) müddət ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyin yenidən müəyyən edilməsinə baxmayaraq, o, ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
37. Belə olan halda, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində A.Adiyevanın sağlamlıq vəziyyətinin təkrar q iymətləndirilməsinin uzanması iddiaçının təqsiri ucbatından olmamış, o, dürüstlük və vicdanlılıq nümayiş etdirmişdir. Bu səbəbdən həmin müddət üzrə iddiaçının qızı əlilliyi olan şəxs hesab edildiyindən həmin müddət üçün ona müavinət ödənilməlidir.
38. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyiş dirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(105)-574/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.