Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-744/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyata alınmadan imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3-16-5/2-13936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşə bbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-571/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı1 ünvanlandığı xx.xx.2023-cü il tarixli cavab məktubunda deyilir ki, “Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 5.2-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə bütün təsisçilər tərəfin dən imzalanmamışdır. Bu baxımdan sözügedən qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sənədləri geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldıracağı təqdirdə baxılacaqdır.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3-16- 5/213-936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 22 dekabr 2022-ci ildə "Nicat" Sosial T əşəbbüskar İctimai birliyini təsis etmiş və onun təsis edilməsi haqqında qərar qəbul etmişlər. İctimai Birliyin əsas məqsədi sosial hüquqların təmin olunması istiqamətində monitorinqlər aparmaq, sosial problemlər sahəsində tədqiqatlar aparmaq və bu tədqiqatları dərc etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etməkdən ibarətdir. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim etmişdir. Cavabdeh 14 mart 2023-cü il tarixli məktubla sənədləri geri qaytarmışdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, "Nicat" Sosial Təşəbbüslər İctimai Birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi sosial hüquqların tə min olunması istiqamətində monitorinqlər aparmaq, sosial problemlər sahəsində tədqiqatlar aparmaq və bu tədqiqatları dərc etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etməkdən ibarətdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi barədə qeyd olunmaqla geri qaytarılmışdır. Belə ki, müraciət ərizəsi notariat qaydasında təsdiq olunmamışdır. Növbəti dəfə sənədlər xx.xx.2023-cü il tarixdə nazirliyə daxil olmuşdur.
4. Ərizə bütün təsisçilər tərəfindən imzalanmadığından tələbin icrasından imtina edilmişdir.
5. Şəki İnz ibati Məhkəməsinin 2-1(116)-1821/2023 nömrəli, 3 avqust 2023-cü il tarixli qərarı ilə (hakim F.Hacızadə) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tarixli, 3- 16-5/2-13- 936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia rədd edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubu və təqdim oluna etirazından görünür ki, imtina əsası olaraq ərizə bütün təsisçilər tərəfindən imzalanmadığı qeyd edilmişdir. İddiaçılar tərəfindən isə təmsilçi vasitəsi ilə imzalanmanın ki fayət etdiyi bildirilmişdir. 7. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2 -ci maddəsinin tələbinə əsasən ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmalı olduğu təsbit edilmişdir. Göründüyü kimi iddiaçılar tərəfindən tələb olunan inzibati prosedura riayət edilməmiş, sənədlərin bütün təsisçilər tərəfindən imzalanması həyata keçirilməmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyinin pozulmadığı, inzibati icraata qaydalarına uyğun nəticəyə gəldiyi müəyyən edilir.
8. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-571/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, Hazırkı mübahisənin predmeti (mövzusu) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinin maddi hüquqi baxımdan təfsiri təşkil edir. Cavabdeh, eyni zamanda birinci və apellyasiya instansiya məhkəmələri hesab edir ki, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasına dair ərizə bütün təsisçilər tərəfindən imzalandığı halda etibarlı sayılır. Lakin iddiaçılar hesab edir ki, həmin ərizə təsisçilərin təsis yığıncağında səlahiyyət verdiyi qanuni təmsilçi tərəfindən imzalana bilər.
13. Bu halda hazırkı iş üzrə əsas sual təsisçilərin belə qanuni təmsilçi müəyyən etməsinin aydınlaşdırılmasıdır.
14. İşin faktiki hallarına əsasən hazırkı iş üzrə təsisçilər təsis yığıncağında iddiaçılar İddiaçı1 qanuni təmsilçi kimi seçiblər (təyin ediblər). Bu halda iddiaçıların qanuni təmsilçi ilə hərəkət etmək iradəsi aşkardır.
15. İmzalamaq səlahiyyəti hüquqi cəhətdən əqddir və əqd bağlamağa dair hüquqi iradə ona şamil edilir. Bu halda cavabdehin imtinası zərurət aspektindən o halda əsaslı sayıla bilər ki, ərizəçinin hüquqi sənədləşdirməni aparmağa dair iradəsi bariz olaraq müəyyən olsun. Lakin iddiaçıların təsis sənədlərindən görünür ki, belə bir iradəyə dair hər hansı hüquqi nöqsan mövcud deyil. Bu halda həmin ərizənin etibarsızlığına dair problem də meydana çıxmır. Bu baxımdan cavabdehin imtinasının hüquqi əsaslandırması mövcud deyil.
16. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun5.2ci maddəsinə əsasən ərizəni imzalamaq səlahiyyəti olan alternativ subyektlər aşağıdakılardır: 1) tək təsisçi; 2) bir neçə təsisçi; 3) bir qanuni təmsilçi; 4) bir neçə qanuni təmsilçi; 5) təsisçi yaxud qanuni təmsilçilərin vəkil təyin etdiyi şəxs və ya şəxslər.
17. Bu normaya əsasən qeydiyyata alınmaq üçün müraciət edən qeyri-hökumət təşkilatının təsisçi və ya təsisçiləri bu variantlardan birinə əsasən hərəkət edə bilər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.3. Hüquqi şəxs statusu almaq istəyən qurum - hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur; Maddə 2.0.14. Qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Maddə 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət r eyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. 20. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanun Maddə 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri ar asında bölməyən qeyrihökumət təşkilatdır. Maddə 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Maddə 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 14 mart 2023-cü il tari xli, 3-16- 5/2-13-936/2023 saylı imtinasının (imtinaedici aktının) qanunsuz hesab edilməsi və “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyin Dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. İşin 7-ci səhifəsində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İddiaçı1 ünvanlandığı xx.xx.2023-cü il tarixli cavab məktubunda deyilir ki, “Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 5.2-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Bu baxımdan sözügedən qanunun 11.3.1-ci maddəsinə müvafiq olaraq qurumun sə nədləri geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldıracağı təqdirdə baxılacaqdır.”
26. İddiaçılar iddia ərizəsində bildirirlər ki, “cavabdehin 14 mart 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsində imtina kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçılar məhkəməyə müraciət edir.”
27. Halbuki cavabdeh 14 mart 2023-cü il tarixli məktubunun sonunda yazmışdır ki, “məsələyə nöqsanın aradan qaldıracağı təqdirdə baxılacaqdır.”
28. Beləliklə, hazırkı inzibati mübahisənin yaranmasının yeganə səbəbi iddiaçının cavabdehə təqdim etdiyi “Nicat” Sosial Təşəbbüslər İctimai Birliyinin dövlət qeydiyyatına alınması barədə ərizəsinin imzalanması ilə əlaqədardır, yəni iddiaçılar hesab edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.2-c i maddəsinə görə İddiaçı1 həmin Birliyin təsisçisi, sədri və qanuni təmsilçisi olduğundan onun təkbaşına sözügedən ərizənin imzalanması səlahiyyəti vardır, cavabdehin qənaətinə görə isə (cavabdeh eyni maddi hüquq normasına istinad edir), ərizə bütün təsisçilər tərəfindən imzalanmalıdır.
29. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən düzgün olaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.2-ci maddəsinə əsaslanmış, belə ki, tərəflər arasında inzibati mübahisə məhz sözügedən maddi hüquq normasının, yuxarıda artıq göstərildiyi kimi, tətbiqi ilə bağlı yaranmışdır.
30. Məlum olduğu kimi, adıçəkilən qanunun 5.2-ci maddəsində deyilir ki, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsi sçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
31. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında haqlı olaraq göstərmişdir ki, “iddiaçılar tərəfindən tələb olunan inzibati prosedura riayət edilməmiş, sənədlərin bütün təsisçilər tərəfindən imzalanması həyata keçirilməmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyinin pozulmadığı, inzibati icraata qaydalarına uyğun nəticəyə gəldiyi müəyyən edilir. İddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.”
32. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatı zamanı hüquqi müəyyən prinsipi hüququn aliliyinin əsas aspektlərindən biridir.
33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi “əgər qanuni təmsilçi varsa, ərizənin bütün təsisçilər tərəfindən imzalanmasına ehtiyac yoxdur” mövqeyi qeyri-müəyyən və əsassızdır.
34. Belə ki, həmin qanun ərizənin təsisçisi (bir neçə təsisçisi olduqda isə, b ütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanmasını ardıcıl sadalayaraq imperativ göstəriş qoymuşdur.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-571/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.