Məhkəmə qərarları › İş №2-1(102)-745/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-745/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-745/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli pensiya 50 yaşdan, 1 saylı Siyahı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-520/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Krasnoselo kəndində anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı,xxxx saylı şəxsiyyət vəsiqəsi). İddiaçı i şlədiyi sahələrin xüsusilə ağır və zərərli sahə olduğunu, xx.xx.1997-ci il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajı topladığını nəzərə alaraq, güzəştli şərtlərlə 50 yaşdan, yəni xx xxxx 2009-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə müraciət etmiş, onun müraciəti təmin olunmamışdır. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya pensiya təyin edilərkən təqdim edilmiş əmək kitabçasında qeyd edilən xx.xx.1981-ci il tarixdən xx.xx.2006-ci il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx xxxx 2009-cu il tarixdən təyin edilməsi, pensiyasının həmin tarixdə qüvvədə olmuş müvafiq normativ hüquqi aktların normalarına uyğun olaraq əmək haqqı ilə hesablanması və 2015-ci ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, xx xxxx 1959-cu ildə doğulmuş, 1976-cı ildən müxtəlif təşkilatlarda, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləmişdir. Onun xx.xx.1997-ci il tarixədək iş stajı 20 lildən, güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 ildən ar tıq stajı vardır. Cavabdeh tərəfindən ona pensiya hüququnun yarandığı tarixdə əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilməli olduğu halda, ona pensiya təyin edilməmişdir. Hesab edir ki, onun sosial təminat hüququ pozulmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd edilən xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(085)- 418/2019 saylı qərarı ilə (hakim: Z.R.Pirverdiyev) iddia təmin edilmişdir, Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1981-2006-cı illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyə əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)520/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi vari si Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)520/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: N.M.Nəsibov və Z.İ.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 21(085)- 418/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunan maddə xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçıya aid yeni məlumat vərəqəsi xx.xx.2017-ci il tarixdə, yəni qeyd olunan maddə qüvvəyə mindikdən sonra cavabdehə çatdırılmı şdır. Buna görə də iddiaçının yeni məlumat vərəqəsinə uyğun olaraq pensiya almaq hüququ həmin tarixdən əmələ gəlmiş və iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən düzgün olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları tətbiq edilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1.ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 5 5 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, iddiaçıya məhkəmənin gəldiyi nəticədəki kimi 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün iddiaçı xx.xx.1997-ci il tarixə dək 20 il ümumi, 10 il güzəştli iş stajına malik olmalı idi. İddiaçının müvafiq staja malik olması isə iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd ol unmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin kollegiya kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtis adi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı olmaqla işin hallarına və qanunvericiliyin tələblərinə tam uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə g üzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş staj olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən qanunun tələbinə görə, iddiaçıya 1 nömrəli siyahı üzrə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün o, xx.xx.1997-ci il tarixədək ən azı 20 il ümumi iş stajına malik olmalı və bu müddətin 10 ilini 1 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyini üç ün onun toplamalı olduğu sosial sığorta stajına münasibətdə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx xxxx 1976-cı ildə Bakı şəhəri şəhərdaxili kanalizasiyasının tökmə sexində 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş xx xxxxxxx 1977-ci ilədək həmin vəzifədə işləmiş, sonra xx.xx.1977-xx.xx.1979-cu illərdə Sovet ordusunda xidmət keçmiş, xx.xx.1979-cu il tarixdən Bakı şəhər şəhərdaxili kanalizasiya kollektorunun tikintisində 3-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, həmin tarixdən etibarən həmin müəssisədə sahə rəisi, texniki şöbənin rəisi və müdir vəzifələrində işləmişdir və hazırda həmin müəssisədə (hazırda həmin müəssisənin adı "Azərsənayetikinti” səhmdar cəmiyyətidir) işləyir. Bununla da müəyyən olunur ki, iddiaçının xx xxxxxx 1997-ci il tarixədək ümumilikdə 20 ildən çox ümumi stajı vardır. İddiaçının xüsusi stajına münasibətdə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həm iddiaçının işlədiyi illərin yoxlanılmasının mümkün olmadığı, həm də iddiaçının işlədiyi peşələrin güzəştli peşə kimi Siyahıda nəzərdə tutulmadığı mübahisələndirilmişdir. Cavabdehin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçiləri n əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətin və əmək stajını təsdiq edən əsas sənəddir. Bundan əlavə, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 1981-2006-cı illərdə işlədiyi dövrlərin mötəbərliyi şübhə altına alınmadığından, həmin dövrləri sosial sığorta stajına daxil etməklə aşağı məhkəmə instansiyaları düzgün nəticəyə gəlmişdir. İddiaçının işlədiyi peşələrin güzəştli peşə kimi Siyahıda nəzərdə tutulmaması ilə bağlı kassasiya şikayətində əks edilən mövqeyə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahıs ının 1-ci bölməsinin tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər adlanan bəndində texniki rəhbərlər, onların müavinləri (köməkçiləri) 1010300b—25047 kod ilə; idarə rəisləri, onların istehsalat, yeraltı tikinti üzrə müavinləri 1010300b—24088 kod ilə qeyd edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından isə görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Bakı şəhər şəhərdaxili kollektorun tikintisində texniki şöbənin rəisi vəzifəsində işləmişdir ki, iddiaçının bu vəzifədəki sığorta stajı 05 il 06 ay 29 gün təşkil edir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək Səyyar Mexanikləşdirmənin 20 nömrəli Dəstəsində Bakı şəhər şəhərdaxili kollektorun tikintisində idarə rəisi vəzifəsində işləmişdir ki, iddiaçının bu vəzifədəki sığorta stajı 04 il 11 ay 08 gün təşkil edir. Bundan əlavə, həmin siyahının Vİİİ bölməsində kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri 1080A010 kod ilə qeyd edilmişdir. Əmək kitabçasından isə görünür ki, iddiaçı xx xxxx 1976-cı ildə Bakı şəhəri şəhərdaxili kanalizasiyasının tökmə sexində 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş xx xxxxxxx 1977-ci ilədək h əmin vəzifədə işləmişdir ki, iddiaçının bu peşədə sığorta stajı 01 il 03 ay 14 gün təşkil edir. Beləliklə, apelyasiya instansiya məhkəməsi tərəfindən əsaslı olaraq müəyyən edilmişdir ki, iddiaçının xx xxxxxx 1997-ci il tarixədək ümumilikdə 20 ildən çox ümumi stajı vardır ki, bu dövrün 10 ilini güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləmişdir. Eləcə də iddiaçının işlədiyi peşələr yuxarıda adı qeyd edilən siyahıda öz əksini tapdığından, həmin peşələrdə işlədiyi dövrlər ona güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır və onun güzəştli şərtlərlə pensiya hüququ əvvəllər qüvvədə olmuş “Vətəndaşlar ın pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq 50 yaşının tamam olduğu gündən yaranmışdır. İddiaçının 50 yaşı xx xxxx 2009-cu il tarixdə tamam olduğuna görə, ona həmin tarixdən pensiya təyin edilməlidir. İddiaçının pensiyasının hüququnun yarandığı vaxt qüvvədə olmuş müvafiq normativ hüquqi aktların normalarına uyğun olaraq əmək haqqı ilə hesablanması ilə bağlı da məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini qanuni hesab edərək qeyd edir ki, iddiaçının əmək pensiyası hüququ xx xxxx 2009-cu il tarixdən yarandığından və həmin tarixdən ona pensiya təyin edilməli olduğundan, onun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olan məzmununun tələbinə əsasən əmə k haqqı nəzərə alınmaqla hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olmuş məzmununa əsasən, Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mi ndiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin ikinci hissəsi üzrə öz mövqeyini əsaslandırarkən həm “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 17-ci maddəsinə, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə istinad etmişdir. 2015-ci ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı iddiaçının tələbinə gəlincə bu hissədə də apelyasiya instansiya məhkəməsinin mövqeyini düzgün hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya pensiya hüququnun yarandığı zaman, yəni 2009-cu ildə qüvvədə olmuş 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla çıxarılmış, habelə həmin qanunla 32.1-1-ci maddə (Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) əlavə edilmişdir. Qanunun tələbinə görə iddiaçı hüququnun yarandığı tarixdən ödənilməmiş pensiyasının birdəfəlik ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, qanunda edilmiş dəyişiklik (yəni müraciətdən əvvəlki üç illik dövrün ödənilməsi barədə) iddiaçının pensiyaya hüququnun yarandığı tarixdən sonra (xx xxxxxx 2018-ci il tarixli qanunla) əlavə edildiyindən və həmin normalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən hazırkı mübahisəyə tətbiq oluna bilməzdi. Lakin iddiaçı özü 2015-ci ildən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini xahiş etdiyindən, işə baxan məhkəmələr də haqlı olar aq iddia tələbindən kənara çıxmayaraq iddiaçının tələbi həddində iddianı təmin etmişdir. Çünki, İPM-in 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın qismən təmin edi lməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)520/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar