Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-745/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.04.2023 Hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1982-ci il təvəllüdlü; FİN:xxxxxxx) Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-223/2022 nömrəli 30 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən, o, 24 fevral 2003-cü il tarixində Lerik RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrilə “DİO-da xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu əsasən iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsini və daxili işlər orqanlarında xidmətə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Növb ətçi Hissəsinin növbətçi köməkçisi, polis baş serjantı olmuşdur. Cavabdehin Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 xx.xx.2021- ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən LənkəranLerik yolunun 52 km-də hərəkət edən “Zil” markalı, AZ **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması xahiş edilməsi, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi, polis baş s erjantı İddiaçı CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Dəniz Hüseynova qarşı kobud rəftar etməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratdığı üçün daxili işlər orqanlarından xidmətdən xaric olunması əmr edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmri əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, əmrdə qeyd edilən xüsusatlar əsassızdır. Belə ki, iddiaçı tərəfindən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 qarşı heç bir kobudluq edilməmişdir. Ümumiyyətlə xidmətdə olduğu müddətdə iddiaçı nizam-intizam məsələlərinə daim məsuliyyətli olmuşdur. Bundan başqa Lənkəran-Lerik yolunun 52 km-də hərəkət edən “Zil” markalı, AZ **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X3 verilən 25 avqust 2021-ci il tarixli 001104 saylı meşə məhsullarının buraxılışı orderinə əsasən həmin şəxsin odun daşınmasına müvafiq icazəsi olmuşdur. Əlavə olaraq, rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin əmr iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi, saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə xx.xx.2021-ci il tarixli, 153-88741121 nömrəli raportu əsasında xidməti yoxlama aparılmışdır. Araşdırma zamanı CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X2 izahatı alınmış, o, izahatında raportda yazdıqlarını təsdiq etməklə polis baş iddiaçın ın səs yazısını təqdim etmişdir. Səs yazısında iddiaçı özündən rütbədə və vəzifədə böyük olan əməkdaşa vəzifəsini icra etməyə mane olmaqla, özünü ondan yüksək tutmaqla, şöbə rəhbərliyindən hadisəni gizlətməyi, maşını görmədiyini və saxlamadığını deməsini tələb etməklə həmkarına bu qanunsuzluqları etmək müqabilində ona pul təklif etmiş, bunun işə yaramadığını gördükdə hədə-qorxu gəlməyə, bu hörmətsizliyi ona bağışlamayacağını bildirməklə “Zil” markalı avtomobilin sürücüsünün avtomobili sürüb oradan getməsini bildirməklə sürücü X1 hadisə yerindən qaçmasına zəmin yaratmışdır. İddiaçı baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə D.Hüseynovdan və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəməsini, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini xx.xx.2021-ci il tarixli izahatında g östərmişdir. İzahatı alınmış X6 “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lerik meşəbəyliyindən 85 manat ödəyərək 5 kub yaş odunu Lerik rayonu, Günəşli kəndindəki meşə zolağında doğranmış halda təhvil alaraq özünə məxsus nəqliyyat vəsitəsi ilə yaşadığı Pirasora kəndinə aparan zaman Lənkəran-Lerik yolunun 52ci km-də hərəkət edən zaman D.Hüseynov tərəfindən saxlanılması, maşının və odunun sənədlərinin evdə qaldığını bildirsə də, D.Hüseynovun onun RPŞ-nin duracağına aparmaq istədiyi üçün kömək məqsədi ilə yaxını olan iddiaçıya zəng etdiyini təsdiqləyərək RPŞ-yə gələn zaman avtomobildə yaranan nasazlıqla bağlı Lerik şəhərində yaşayan bacısının evinə dönmüş, iddiaçının ona zəng edərək polis şöbəsinə gəlməsini bildirdiyi üçün nəqliyyat vasitəsindəki nasazlığı aradan qald ıraraq RPŞ-yə gəlməsini, həmçinin D.Hüseynovla iddiaçıdan aralı olduğu üçün onların mübahisələrinin şahidi olmadığını izahatında təsdiq etmişdir. Avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn iddiaçının əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar edərək onu hədələməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə xx.xx.2021-ci il tarixli, 153-8874-1121 nömrəli raportu ilə bağlı aparılmış xidməti yoxlama materialı nəzərdən keçirib müəyyən edilmişdir ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X2 xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun d aşıdığı barədə məlumat əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması barədə xahiş etməsi, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığı və oraya gələn iddiaçının əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması Dəniz Hüseynovun araşdırma zamanı təqdim etdiyi səs yazısına qulaq asıldıqdan sonra tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1-ci, 2-ci, 4-cü 6-cı, 6-1-ci, 9-cu, 10-cu, 17-ci, 19-cu, 20-ci və 22-ci maddələrinin, DİN-in xx.xx.2009- cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2-ci, 3.8-ci, 3.9-cu və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3-cü, 13-cü və 29-cu maddələrinin tələblərini nəzərə alaraq və yuxarıda göstərilən digər nöqsanlara yol verdiyi üçün xx.xx.2021-ci il tarixli, 153-8874-1121 nömrəli material ilə bağlı aparılmış xidməti yoxlama üzrə materiala sıravi və kiçik rəis heyətinin yığıncağında baxılmış, iddiaçı barəsində xidməti yoxlama aparılmış və müzakirə üçün Lerik RPŞ-nin sıravi və kiçik rəis heyətinin yığıncağına verilmiş, iddiaçının işdən xaric edilməsi ilə bağlı Ə90-153-21 nömrəli əmri qəbul edilmişdir. İddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra xidmətə bərpa olunması ilə bağlı özü və anası dəfələrlə Daxili işlər Nazirliyinin rəhbərliyinə müraciət etmiş, lakin onu n əməlləri Azərbaycan Respublikası DİN-in DİO-nun intizam nizamnaməsinə, DİN-in Etik davranış kodeksi haqqında əmrə və DİO-da Xidmətkeçmə haqqında əsasnaməyə zidd olduğu üçün yenidən DİO-da xidmətə qəbul olunması rədd edilmişdir. İddiaçı işlədiyi müddətdə özünü intizamlı, işgüzar, bacarıqlı bir əməkdaş kimi göstərə bilməmiş, geyim formasına riayət etməmişdir. O, ictimaiyyətdə və məişətdə nümunəvi olmamış, polis əməkdaşının adına və nüfuzuna daim xələl gətirmişdir. İddiaçının 3 aydan artıqdır ki, yol verdiyi qəbahətlərə görə DİO-da xidmətdən xaric olunmuşdur. İddiaçının daxili işlər orqanlarından xidmətdən xaric olunması barədə xx.xx.2021-ci il tarixli, Ə 90-153-21 nömrəli əmr qanunamüvafiq qaydada xx.xx.2021-ci il tarixində səhər təlimatında ona və şəxsi heyətə elan olunmuş və qardaşı ha l-hazırda Lerik RPŞ-nin İTBnin sahənin polis nəfəri vəzifəsində işləyən polis baş serjantı X9 xx.xx.2021-ci il tarixdə xidməti vəsiqəsini və Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə 13 oktyabr 2021-ci il tarixli 028/4769-1219 nömrəli hesablama-arayışına əsasən 176 (yüz yetmiş altı) manat əmlak borcunun ödənildikdən sonra sənədləri ona təqdim edilmişdir.
6. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(120)-686/2022 nömrəli qərarı ilə (hakim F.N.Abbasov) iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmr ləğv edilmiş və iddiaçının daxili işlər orqanlarında əvvəlki işinə bərpa olunması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrlə iddiaçını “DİO-da xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsi, xidmətdən xaric edilmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir və işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbehin verilməsi də ədalətli hesab edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.2003-cü ildə daxili işlər orqanlarında əmək fəaliyyətinə başlamış, işlədiyi müddət ərzində iddiaçı əmə k funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdehə qəsdən heç bir ziyan vurmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə D.Hüseynovdan və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir.
8. Cavabdeh ape llyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(106)-223/2022 nömrəli qərarı ilə (hakimlər: M.K.Həsənov- sədrlik edən və məruzəçi, Z.M.Allahyarov və O.N.İsmayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş səs yazısı qanunvericiliyə uyğun əldə edilmədiyindən cavabdehin istinad etdiyi həmin səs yazısı mötəbər sübut kimi qəbul edilməsə də, işə apellya siya qaydasında baxılarkən iş üzrə ədalətli qərarın qəbul edilməsi baxımından məhkəmə iclasında həmin səs yazısı dinlənilmiş, lakin iddiaçı tərəfindən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətə yol verilməsi halı müəyyən edilməmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətini iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda tərtib etmiş və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrin iddiaçıya elan olunub-olunmamasını araşdırmadan prosessual normaları pozmuş, iddianın mümkünlük şərtlərinə əməl etmədən mahiyyəti üzrə qərar qəbul etmişdir.
13. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1, 2, 4-6, 6-1, 9, 10, 17, 19, 20 və 22-ci maddələrinin, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2, 3.8, 3.9 və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3, 13 və 29cu maddələrinin və İPM-in 35-ci maddəsinə istinad edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: Maddə
135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: Bənd
9. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə.
16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfind ən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması t ələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİ N MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir
20. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X7 xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında həmin avtomobili saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmamış və oraya gələn növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X5 təzyiq edərək saxlanılan avtomobilin sürücüsünə getməsinə şərait yaratmışdır. Nəticədə Cavabdeh sıravi və kiçik rəis heyəti yığıncağının qərarı əsasında Cavabdeh növbətçi hissəsinin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci mad dəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
21. İşə apellyasiya məhkəməsi tərəfindən baxılarkən, şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci kilometrliyində hərəkət edən “Zil” markalı, AZ**-GJ*** dövlət qeydiyyat nişanlı avtomobilin odun daşıdığı barədə məlumat əsasında həmin avtomobili saxlamış, avtomobilə baxış keçirərkən odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüdən avtomobili rayon polis şöbəsinin duracağına aparılmasını xahiş etmişdir. Avtomobilin sürücüsü odun daşınmasına görə müvafiq sənədlərinin evdə olduğunu, avtomobil orda qalmaqla gedib gətirə biləcəyini bildirmiş və nasaz olduğuna görə avtomobilin rayon polis şöbəsinin duracağına aparılmamasını xahiş etmişdir. Lakin o, sürücü ilə razılaşmayaraq hesab etmişdir ki, avtomobil rayon polis şöbəsinin duracağına aparılmalıdır. Həmin vaxt həmin yerə növbətçi hissənin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı gəlmiş və sürücünü tanıdığını, onun odun daşınmasına görə müvafiq sənədlərinin olduğunu, avtomobil orda qalmaqla onun gedib gətirə biləcəyini bildirmiş və nasaz olduğuna görə avtomobilin rayon polis şöbəsinin duracağına aparılmamasını xahiş etmişdir. O, polis baş serjantı İddiaçı da avtomobilin rayon polis şöbəsinin duracağına aparılmalı olduğunu bildirmişdir. Lakin buna baxmayaraq polis baş serjantı İddiaçı xahişində israr etməyə davam etmişdir. Polis baş serjantı İddiaçı bu hərəkəti onun xoşuna gəlməmiş və o da, polis baş serjantı İddiaçı barəsində məlum raportu yazmışdır. Lakin polis baş serjantı İddiaçı ona qarşı hörmətsizlik etməmiş, polis adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verməmişdir. Həmçinin polis baş serjantı İddiaçı, eləcə də sözügedən sürücü tərəfindən ona vəzifəsini icra etməyə maneə törədilməmiş və ya itaətsizlik göstərilməmişdir. Qeyd edilən avtomobilin də rayon polis şöbəsinin duracağına aparılması təmin edilmiş, daha sonra sürücü odun daşınmasına görə müvafiq sənədlərini təqdim etdikdən sonra həmin avtomobili geri götürmüşdür.
22. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının avtomobil sürücüsünə hadisə yerindən getməsinə şəraitin yaradılması faktı D.Hüseynovun cavabdehə təqdim olunmuş raportunda və məhkəmədə verdiyi ifadədə öz əksini tapmışdır.
23. Kassatorun dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməsi D.Hüseynovun ifadəsi zamanı İddiaçı tərəfindən ona qarşı hörmətsizlik edilmədiyini, polis adına ləkə gətirən hərəkətlərə yol vermədiyini bildirdiyini qeyd edərək işdə olan sübutlarla iddiaçının təqsirli hərəkətinin sübuta yetirilməməsini əsas götürərək birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Halbuki iddiaçı saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratmaqla Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1, 2, 4-6, 6-1, 9, 10, 17, 19, 20 və 22-ci maddələrinin, DİN-in xx.xx.2009-cu il tarixli, 3 30 nömrəli intizam nizamnaməsinin 3.2, 3.8, 3.9 və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3, 13 və 29-cu maddələrinin tələblərini pozmuşdur.
24. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, D.Hüseynov raportda iddiaçının onunla kobud rəftar edərək sürücünün avtomobil ilə birlikdə qaçıb getməsinə şərait yaratmasını, məhkəmədə verdiyi ifadədə isə raportda göstərilən faktları təsdiq etməklə sadəcə ona qarşı hörmətsizlik etməməsini və polis adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verilməməsini, vəzifəsini icra etməyə maneə törədilməməsini göstərmişdir.
25. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının xidməti fəaliyyəti zamanı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etməsi işin mübahisəsiz halıdır. İddiaçı hətta özü yol verdi yi nöqsanı qəbul etmiş, eyni zamanda şahid qismində məhkəməyə cəlb edilən D.Hüseynov da ifadəsində faktı təsdiq etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, şahid polis baş leytenantı X8 məhkəmədə verdiyi ifadəsində iddiaçı tərəfindən cavabdehin əmrində göstərilən nöqsanlara yol verilməsini təsdiq etmiş və həmin hərəkətlərin polis adına ləkə gətirən hərəkət olubolmaması D.Hüseynovun şəxsi mülahizəsinə əsasən müəyyən edilə bilməz.
27. Qeyd edilməlidir ki, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin ümumi müddəalarına əsasən hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rə hbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur.
28. Eyni zamanda “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb edilir. Polis əməkdaşına məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması və xidmətdən xaric edilmə intizam tənbehləri tətbiq edilə bilər. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən qiymətləndirilməli olan əsas məsələ iddiaçının hərəkətlərində yəni İddiaçı cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı D.Hüseynova təz ik edərək saxlanılan avtomobilin sürücüsünün getməsinə şərait yaradılması AR DİN-nin etik davranış kodeksinin, intizam nizamnaməsinin, “Polis haqqında” Qanunun, “Xidmət keçmə haqqında” Əsasnamənin tələbləri baxımından qanuna uyğun olub-olmamasıdır.
30. Apellyasiya məhkəməsi bu istiqamətdə qiymətləndirməni aparmalı olduğu halda bunu etməmiş və nəticədə əsaslandırmanı bu istiqamətdə açıqlamamışdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmalıdır. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.
32. Beləliklə, kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğvi üçü n əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(106)-223/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.