Məhkəmə qərarları › İş №2-1(102)-746/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-746/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-746/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı “xxxx” firmasının cavabdeh X13 Komitəsinə (üçüncü şəxs X5 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılmasına dair qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Azər Hüseynovun ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil3 iştirakı ilə, İddiaçı “xxxx” firmasının cavabdeh X13 Komitəsinə (üçüncü şəxs X5 iştirakı ilə) qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il t arixli 2-1(105)-510/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 557 saylı sərəncamı ilə avtomobillərə maye qaz doldurma məntəqəsinin layihələndirilməsi və tikintisi məqsədilə İddiaçı firmasına Azərbaycan Dəmir Yol yük rayonunda 225 kv.metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhərində yerləşən iddiaçıya məxsus olan və fiziki şəxs X9 tərəfindən müqavilə əsasında icarəyə götürülən avtomobillərə maye qaz doldurma məntəqəsinin texniki vəziyyətinin istismara yararlı olması xx xxxxxx 1999-cu il tarixli aktla təsdiqlənmiş və qüvvədə olan Qaydaların tələblərinə uy ğun olaraq istismarına razılıq bildirilmişdir. Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivində yerləşən 2 saylı maye qaz doldurma məntəqəsi və 583.0 kv.metr torpaq sahəsi üzrə Azərbaycan Respublikası X13 Komitəsi (bundan sonra - cavabdeh) tərəfindən keçirilmiş hərracın qalibi xx xxxxxxx 2017-ci il tarixli 01 saylı protokola əsasən X10 olmuşdur. Azərbaycan Respublikası X13 Komitəsi xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracda 01 saylı protokola əsasən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsini və 583.0 kv.metr torpaq sahəsini X3, həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası X13 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx xxx 2018-ci il tarixli **********19 saylı məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, Azərbaycan Dəmir yolu Yük həyəti massivində yerləşən 2 saylı maye qaz doldurma məntəqəsi özəlləşdirilən dövlət müəssisə və obyektləri qrupuna daxil olmaqla xx xxxx 2008-ci il tarixdən Azərbaycan Respublikası X13 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş və xx xxxxxx 2018-ci il tarixdə özəlləşdirilmişdir. İddiaçı “xxxx” firması cavabdeh X13 Komitəsi qarşı Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivində yerləşən maye qaz doldurma məntəqəsi və onun yerləşdiyi torpaq sahəsinin hərra ca çıxarılması barədə qərarın etibarsız hesab edilməsi, etibarsızlığın nəticəsi olaraq xx.xx.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş X10 ilə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3664 nömrəli müqavilənin, həmçinin xx.xx.2017-ci il tarixli protokolun və X7 verilmiş RX seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyətində yerləşən maye qaz doldurma məntəqəsi və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə qərarın ləğv edilməsi, ləğvin nəticəsi olaraq xx.xx.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş X10 ilə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3664 nömrəli müqavilənin, həmçinin xx.xx.2017-ci il tarixli protokolun və X7 verilmiş RX seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(85)-115/2018 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərardadı ilə iddia, etibarsızlığın nəticəsi olaraq xx.xx.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş X10 ilə bağlanılmış daşınm az əmlakın alqı-satqısına dair xx.xx.2017ci il tarixli 3664 nömrəli müqavilənin, həmçinin xx.xx.2017-ci il tarixli protokolun və X7 verilmiş RX seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli,2-1(85)-115/2018 nömrəli (sədrlik edən hakim Z.Pirverdiyev) qərarı ilə iddiaçı “xxxx” firmasının cavabdeh X13 Komitəsi qarşı cavabdeh tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyətində yerləşən maye qaz doldurma məntəqəsi və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılmasına dair qərarın ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərar və qərardadından narazı qalan iddiaçıapelyasiya şikayətləri verərək birinci inst ansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərar və qərardadının ləğv edilməsini, iddia tələblərinə tam baxılaraq iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2018-ci il tarixli, 2-1(105)-549/2018 nömrəli (hakimlər S.Bəktaşi- sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)-549/2018 nömrəli (hakimlər S.Bəktaşi- sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərar və qərardadından narazı qalan iddiaçıkasasiya şikayətləri verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərar və qərardadının ləğv edilməsini, iddia tələblərinə tam baxılaraq iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)1065/2019 nömrəli (hakimlər K.Bədəlov- sədrlik edən və məruzəçi, İ.Dadaşov və S.Hüseynova) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması,İddiaçı firması tərəfindən apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadından verilmiş kasasiya şikayətinin təmin edilməməsi,apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması,İddiaçı firması tərəfindən apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından verilmiş kasasiya şikayətinin qismən təmin edilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-510/2019 nömrəli (hakimlər Z.Məmmədov- sədrlik edən və məruzəçi, N.Nəsibov və H.Babayeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qə rara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,xx xxxx 2017-ci il tarixində cavabdehin rəsmi saytından məlum olmuşdur ki, İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən maye-qaz doldurma məntəqəsi 2 saylı maye-qaz doldurma məntəqəsi kimi kiçik dövlət müəssisəsi adı altında cavabdeh tərəfindən özəlləşdirilməyə çıxarılmış və bu məqsədlə xx xxxx 2017- ci il tarixində hərracda satılması nəzərdə tutulmuşdur. Qeyd edilən maye-qaz doldurma məntəqəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 1999-cu il tarixli sərəncamına əsasında İddiaçı firmasının vəsaiti hesabına və özü tərəfindən inşa edilərək istismara qəbul edilmişdir və İddiaçı firmasına məxsusdur. Həmçi nin, həmin maye-qaz doldurma məntəqəsi istismara qəbul edilərək fəaliyyət göstərilməsi üçün bütün sənədlər alınmışdır. Cavabdeh tərəfindən İddiaçı firmasına məxsus maye-qaz doldurma məntəqəsinin özəlləşdirilən dövlət əmlakının siyahısına salınması, xüsusi mülkiyyətdə olan iddiaçı tərəfindən öz vəsaiti hesabına tikilən məntəqənin dövlət əmlakı kimi bu cür özəlləşdirməsi və hərraca çıxarılaraq satılması tamamilə qeyri-qanunidir. Bundan başqa, iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 1999-cu il tarixli 557 sərəncamı ilə İddiaçı firmasına avtomobillərə maye-qaz doldurma məntəqəsinin layihələşdirilməsi və tikintisi üçün 225 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında iddiaçı tərəfindən İnşaat Pasportu hazırlanaraq Sumqayıt Şəhər İcra Ha kimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılaraq təsdiq edilmişdir. X15 əsasında tikinti aparılaraq istismara qəbul olunmuşdur. Bu faktlar məhkəmənin Qərarı ilə də təsdiq edilmişdir. Qeyd edilən sənədlər kifayət edir ki, məhkəmə həmin mübahisəli maye-qaz doldurma məntəqəsinin iddiaçıya məxsus olmasını müəyyənləşdirsin. Lakin məhkəmə mübahisəli maye-qaz doldurma məntəqəsinin hərraca çıxarılması məsələsinə qiymət verərkən və qərarını əsaslandırarkən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında maye-qaz doldurma məntəqəsinin yerləşdiyi 583 kvadrat metr torpaq sahəsinin icarəsinə dair müqavilə bağlanmamışdır. Halbuki, hərraca çıxarılan torpaq deyil, maye-qaz doldurma məntəqəsidir və ayrılan torpaq sahəsi 225 kvadrat metrdir və heç bir halda 583 kvadrat metr torpaq sahəsinə icarə müqaviləsi bağlana bilməz. Məhkəmə həmçinin cavabdeh tərəfindən hazırlanan birtərəfli xarakter daşıyan sorğusuna istinad edərək hesab etmişdir ki, mübahisəli məntəqə X14 Edilməsi üzrə Dövlət Komitəsi sədrinin xx xxxx 2008ci il tarixli 100 nömrəli sərəncamına əlavə edilmiş İstehsal və Xidmət Müəssisəsinin İdarəetmə Mərkəzinin balansına verilən müəssisə və obyektlərin siyahısına əsasən 672 nömrəli xx xxxxx 1998-ci il tarixli Sərəncam əsasında «X19» ASC-nin tərkibindən atrılaraq «Azəriqaz» DŞ-nin tabeçiliyində olmuş, dövlət mülkiyyətində olan əmlak qismində Cavabdeh İXMİM-in xx xxxx 2008-ci il tarixli 160 nömrəli əmri ilə balansa qəbul edilmiş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2007ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş «A zərbaycan Respublikasında X14 edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın 6.9-cu bəndinə uyğun olaraq Cavabdeh İXMİM-in xx xxxx 2017-ci il tarixli 94 nömrəli əmrinə əsasən tabeliyindəki keçmiş «Azərsutikinti» X6 Birliyinin balansına verilmişdir. Yəni özünün bu məktubu ilə həmçinin registrdən çıxarış ilə cavabdeh məhkəmədə belə təsəvvür yaratmağa çalışmışdır ki, mübahisəli maye-qaz doldurma məntəqəsi guya 1980-ci ildə istismara verilmişdir və uzun 18 il hansısa «X19» ASC-nin tərkibində olmuş və sonradan balans mənsubiyyəti dəyişərək daha 20 il ərzində bir müəssisədən o biri müəssisəyə keçmişdir. Məhkəmə isə cavabdehin məktubunda göstərilən uydurmaları əsas götürərək qiymət verir və belə hesab edir ki, məntəqə 1980-cı ildən dövlət əmlakı olduğundan cavabdehin onun barəsində sərbə st sərəncam vermək hüququ olmuşdur. Halbuki, həmin Sərəncamın 2 saylı Əlavəsi «Maye qaz üzrə istehsalat birliyinin fiziki və özəl hüquqi şəxslərdən icarəyə götürdükləri obyektlər»ə aiddir. Yəni Sərəncama əsasən ən azı 1998-ci ilin aprel ayında «xxxx» Firmasına məxsus maye-qaz doldurma məntəqəsini icarəyə götürməli idi. Halbuki, iş materiallarında olan sənədlərdən də görünür ki, onların maye-qaz doldurma məntəqəsi 1999-cu ildə tikilmiş və istismara verilmişdir. Deməli, Sərəncamın əlavəsində göstərilən «Sumqayıt 2 №-li MQDM» isə tamamilə başqa bir maye-qaz doldurma məntəqəsidir və o zaman mövcud olmayan onların maye-qaz doldurma məntəqəsinə bu Sərəncamın heç bir aidiyyəti yoxdur. Eyni zamanda, Sərəncamda birbaşa yazıldığı kimi maye-qaz doldurma məntəqəsi ən azından özəl hüquqi şəxslər, yəni «xxxx» firmasından icarəyə götürülməli idi. Məhkəmə prosesi zamanı onların nümayəndəsi və vəkili dəfələrlə vəsatət verərək cavabdehdən sərəncama əsasən icarə müqaviləsinin təqdim edilməsini tələb etmişdir. Cavabdehin nümayəndəsi isə onlarda belə bir müqavilənin olmadığını bildirmişdir. Bütün bunlar bir daha onu sübut edir ki, cavabdeh özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün göstərilən Sərəncama istinad edərək 1998-ci ildə mövcud olmayan onların maye-qaz doldurma məntəqəsini qeyri-qanuni şəkildə özəlləşdirməyə çıxararaq başqa şəxsə satmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-510/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərarın q əbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəx s B.Namazov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı i ş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-510/2019 saylı qərarla, iddiaçının kasasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(05)-115/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, mülki Məcəllənin 152.1, 155.4-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.1, 12.1, 68.2, 87.6-cı maddələrinə istinad etməklə birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı m übahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 21(102)-1065/2019 saylı qərarı qəbul edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-549/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı firması tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-549/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərardadından verilmiş kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-549/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün h əmin məhkəməyə qaytarılmış, İddiaçı firması tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-549/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarından verilmiş kasasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, mübahisə üzrə Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Lakin apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının «Əsaslandırma hissəsində» Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarında mübahisə üzrə müəyyən edilmiş hüquqi mövqeyi üzrə müddəaları və ond an irəli gələn məcburi xarakter daşıyan göstərişlərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilməli olan hərəkətləri ümumiyyətlə öz əksini tapmamışdır. Halbuki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının «Əsaslandırma hissəsində» göstərilmişdir ki, «apelyasiya instansiyası məhkəməsi mübahisəli daşınmaz əmlakın dövlət vəsaiti hesabına tikildiyi qənaətinə gəlsə də, bu halı təsdiq edən heç bir sənəd iş materiallarında mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikası X13 Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışda Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivində yerləşən 1980-ci ildə istismara verilmiş 2 saylı maye q az doldurma məntəqəsi yanacaq qurğularının yerləşdiyi sahə-talvar və ərazinin ümumi torpaq sahəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olduğu qeyd edilsə də, həmin registrin nə vaxt tərtib edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Həmçinin, həmin registrdən görünür ki, obyekt 1980-ci ildə istismara verilib (iş vərəqi 110). Lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 557 saylı sərəncamının surətindən görünür ki, avtomobillərə maye qaz doldurma məntəqəsinin layihələndirilməsi və tikintisi məqsədilə iddiaçıya Azərbaycan Dəmir Yol yük rayonunda 225 kvadrat metr torpaq sahəsi ayrılmışdır (iş vərəqləri 38–48)». Daha sonra Ali Məhkəmə xx xxxxx 2019-cu il tarixli qərarında yazır ki, «apelyasiya ins tansiyası məhkəməsinin qərarında qeyd edilir ki, mübahisəli mayə qaz doldurma məntəqəsi və yerləşdiyi torpaq sahəsi 1980-ci ildən Azərbaycan Respublikası X13 Komitəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla daşınmaz dövlət əmlakı olduğundan cavabdeh qeyd edilən əmlak barəsində sərbəst sərəncam vermək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən bu xüsusat da anlaşılan deyil. Belə ki, Azərbaycan Respublikası X13 Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1992-ci il tarixli, 137 nömrəli Fərmanı əsasında yaradılmışdır. Yəni, Azərbaycan Respublikasi X13 Komitəsi mövcud olmadığı dövrdə mübahisəli maye qaz doldurma məntəqəsi və yerləşdiyi torpaq sahəsinin onun balansında olma sı mümkün deyildir». Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə təkrar baxarkən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsini pozaraq sözügedən məsələləri tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhz bunun nəticəsidir ki, apelyasiya instansiyası məhkəməsi özü xx xxxxxx 2019-cu il tarixli qərarında bir tərəfdən «İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 557 saylı sərəncamının surətindən görünür ki, avtomobillərə maye qaz doldurma məntəqəsi layihələndirilməsi və tikintisi məqsədilə iddiaçıya Azərbaycan Dəmir Yol yük rayonunda 225 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx xxxxxx 1999-cu il tarixli aktdan görünür ki, Sumqayıt şəhərində yerləşən iddiaçıya məxsus ola n və fiziki şəxs X9 tərəfindən müqavilə əsasında icarəyə götürülən avtomobillərə maye qaz doldurma məntəqəsinin texniki vəziyyətinin istismara yararlı olması təsdiqlənmiş və qüvvədə olan Qaydaların tələblərinə uyğun olaraq istismarına razılıq bildirmişdir» yazaraq müəyyən etdiyi halda, digər tərəfdən qeyd edir ki, «İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli 01 saylı protokoldan görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsi və 583,0 kvadrat metr torpaq sahəsi üzrə keçirilmiş hərracın qalibi X11 olmuşdur. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli 3664 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə keçirilmiş hərracda 01 saylı proto kola əsasən Sumqayıt şəhəri, Stansiya Sumqayıt, Dəmir yolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qaz doldurma məntəqəsini və 583,0 kvadrat metr torpaq sahəsini X2». Beləliklə, mübahisə predmeti olan əmlakın və torpaq sahəsinin ölçülərində açıqaşkar kəskin fərq (225 kvadrat metr və 583 kvadrat metr) müəyyən olunduğu halda apelyasiya instansiyası məhkəməsi bu ziddiyyətlərin aradan qaldırılması istiqamətində heç bir araşdırma aparmamış, hər şeyi olduğu kimi qəbul etmiş, yəni faktiki olaraq sözügedən əmlak və torpaq sahəsi üstündə heç bir mübahisə olmamış kimi hərəkət etmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 12.1-ci və 58.7-ci maddəsinin tələblərinə ziddir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə v ə təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olunması, iş üzrə düzgün qərar qəbul edilməsi üçün ən azından vergi orqanına 1999-cu ildən bəri mübahisəli torpaq sahəsinə, sonradan isə tikilmiş qaz doldurma məntəqəsinə kim tərəfindən torpaq və əmlak vergisinin ödənilməsi barədə sorğu göndərməli və oradan bu haqda mötəbər məlumat almalı idi. Digər tərəfdən sözügedən torpaq sahələrinin (225 kvadrat metr və 583 kv adrat metr) üst-üstə düşüb-düşməməsini müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza təyin etməli idi. Lakin apelyasiya instansiyası məhkəməsi bunların heç birini etməmiş və nəticə etibarı ilə İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərini pozaraq iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-510/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar