Məhkəmə qərarları › İş №2-1(102)-746/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-746/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-746/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə ( Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx. 2023-cü il tarixli, 2-1(107)-116/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə iddiaçıda aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. 2. xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktına əsasən yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmış, sözügedən aktda vergi ödəyici tərəfindən nəzarət kitabçasının təqdim edilməməsi, fa ktiki olaraq ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olması qeyd edilmişdir. Aktın nəticə hissəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 429.270,91 manat azaldılmasına görə 50 faiz miqdarında yəni, 214.635,46 manat maliyyə sanksiyası, büdcəyə çatası ƏDV-nin hesabatında göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 9.538,94 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 4.769,47 manat maliyyə sanksiyasının, sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 488.40 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 244.20 manat, ödəmə mənbəyində tutulan verginin hesabatda göstə rilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166.32 manat yayındırılmasına görə 50 faiz miqdarında yəni 83.16 manat maliyyə sanksiyasının, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

3. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara əsasən vergi yoxlaması nəticəsində gəlir vergisinin 429.270,91 manat, ƏDV-nin 9.538,94 manat və ödəmə mənbəyində tutulan verginin 166.32 manat məbləğində azaldılması müəyyən edilərək vergi məsuliyyətinə cəlb edilmiş, cəmi, 439.976,17 manat hesablanmış vergilər və 219.528,09 manat vergi qanunvericil iyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır.

4. DVX-nin xx.xx.2021-ci il tarixli **********477800 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********477800 nömrəli qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq tələbin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilmiş, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun şəxsi hesab vərəqində silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci illər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.

9. Yoxlamanın nəticəsi olaraq xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla iddiaçı cəmi 658.504,26 manat vergi və maliy yə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir.

10. İddiaçı bütün mühasibatlıq sənədlərini yoxlayıcıya təqdim etdiyini bildirərək hesablamanın düzgün aparılmadığını bildirmiş və yuxarı vergi orqanına şikayət ərizəsi ilə müraciət etmiş, DVX-nin xx.xx.2021-ci il tarixli **********477800 nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələbini cavabdeh orqan tərəfindən vergilərin düzgün hesablanmaması, yoxlamanın dayandırıldığı dövrdə bir sıra prosessual hərəkətlərin aparılması ilə əsaslandırmışdır. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazında xx.xx.2020-ci il tarixli **********137412 nömrəli səyyar vergi yoxlaması aktında qeyd edilm iş məlumatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 14.886.273 manat (ƏDV-siz) dəyərində 20 vergi ödəyicisindən mal alındığı, bundan 14.120.099,62 manat (ƏDV-siz) malın "xxxx" MMC ilə iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli “Distributor” müqaviləsinin 4.2-ci bəndinə əsasən distributorun malları satıcının müəyyənləşdirdiyi yerdə distributora bildirdiyi qiymətə satmalı olduğu halda vergi ödəyicisinin aldığı mallara ticarət əlavəsi tətbiq edilməklə satdığı müəyyən olunmuşdur. Eyni zamanda, 2019-cu il üzrə pərakəndə ticarət üzrə 6.190,10 manat, topdansatış üzrə 266.372,50 manat fərqin olması müəyyən edilmişdir. Sun Food MMC və Qida-AGRO MMC-lərə ərzaq məhsullarının rəflərdə sərgiləndirilməsi xidməti üzrə 585.129,10 manat elek tron qaimə faktura təqdim edilmiş və nəticədə 329.414,05 manat fərq aşkar edilmişdir. Pərakəndə ticarət obyektinə aylar üzrə verilmiş mallara görə uçot qurulmamış, vergi ödəyicisinin narazılıqları ilə bağlı gətirdiyi sübutlar öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 477.874,65 manat vergi məbləği və maliyyə sanksiyası hissəsində ləğv edilmiş və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdehin xx.xx.2020-ci i l tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının 180.629,61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi hissəsində iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarla iddiaçıya hesablanmış vergi məbləğinin düzgün hesablanmaması cavabdeh orqan tərəfindən təqdim edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/210 nömrəli rəyi ilə müəyyən olunur. Belə ki, rəyin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilən hesablamalar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan vergilərin 438.976,17 manat (429.270,91 manat gəlir vergisi + 9.538,94 manat ƏDV + 166.32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə verginin məbləği 120.419,75 manat (73.250,78 manat ƏDV+47.002,65 manat gəlir vergisi + 166,32 manat ödəmə mənbəyində tutulan vergi) müəyyən olunur.

14. Sözügedən rəydən görünür ki, ekspert aktda qeyd edilmiş hesablamalar və mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə həm səyyar vergi yoxlaması aktı, həm də mütəxəssis rəyi ilə hesablanmış əlavə verginin məbləğinə münasibətdə hesablamanın düzgün aparılması qənaətinə gəlmişdir.

15. Məhkəmə xx.xx.2021-ci il tarixdə fərdi sahibkar İddiaçı vergi məbləğinin dürüstləşdirilməsi məqsədilə “Mütəxəssis cəlb edilməsi haqqında” qərar qəbul edilməsini və mütəxəss is rəyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin ekspertiza tədqiqatına 10 cilddən ibarət cinayət işi materiallarının təqdim edilməsini nəzərə alaraq, iddiaçının vergi borcunun hesablanması ilə bağlı sonuncu hesablamanı, yəni mütəxəssis tərəfindən müəyyən edilmiş vergi borcunun məbləğinin sübuta yetirilməsi qənaətinə gəlir.

16. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə 2-1(116)-144/2022 nömrəli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

17. Ekspert tərəfindən xx.xx.2022-ci il tarixli vəsatət təqdim edilərək iddiaçının fəaliyyəti üzrə hesablanmış ver gilərə dair ilkin mühasibatlıq sənədləri (qaimə fakturalar, VHF-lər, ödəniş sənədləri), gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, baş kitab, dövriyyə cədvəlləri, NKA-nın fiskal hesabatları və s. təqdim edilməsi xahiş edilmişdir.

18. Tələb edilən sənədlər iddiaçıdan istənilmiş, iddiaçı özündə olan bütün sənədləri təqdim etdiyini bildirmişdir. İddiaçının təqdim etdiyi bütün sənədlər ekspertiza tədqiqatına verildiyindən əlavə sənədlərin ekspertə təqdim edilməsi mümkün olmamış, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından xx.xx.2022-ci il tarixdə imtina edilmişdir.

19. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı mühasibatlıq sənədlərinin olduqca çox olmasını bildirməsinə baxmayaraq, əlavə sənədlərin təqdim edilməsini təmin etməmişdir. Odur ki, məhkəmə yuxarıda qe yd edildiyi kimi 10 cilddən ibarət cinayət işi üzrə təqdim edilmiş sənədlər əsasında verilmiş mütəxəssis rəyini iş üzrə obyektiv həqiqətin aşkar edilməsi üçün yetərli hesab edir.

20. Belə olan halda, mübahisələndirilən qərar 477.874,65 manat vergi borcunun hesablanması hissəsində ləğv edilməli, 180.629,61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə isə əsaslı hesab edilməlidir.

21. Yoxlamanın dayandırıldığı dövrdə tələbnamənin verilməsi, götürülmə və inventarizasiyanın aparılması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, müvafiq hərəkətlər edilməzdən əvvəl dayandırılmış səyyar vergi yoxlaması bərpa edilmişdir.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən cavabdehin xx.xx.2020-ci il tarixli, *** *******142468 nömrəli qərarının 180.629,61 manat vergi məbləği və maliyyə sanksiyasına münasibətdə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir b. apellyasiya instansiyası məhkəməsində icraat

24. İddiaçı ərizə verərək cavabdehin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-116/2023 nömrəli qərarı ilə iddia çı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilən ittihamla bağlı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin böyük dövlət vergi müfəttişi Mübariz Kazımov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış ümumilikdə gəlir vergisinin, ƏDV və ÖMV məbləği 120.419,75 manat (73250,78+47002,65+166,32) müəyyən edilmişdir.

27. Zaqatala Rayon Məhkəməsi tərəfindən səyyar vergi yoxlaması nəticəsində müəssisə üzrə yoxlamanın əhatə etdiyi dövrdə aparılmış əməliyyatlara görə Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə hesablanmış vergi borcunun ödənilməməsinə dair cinayət əməlini törətməkdə təqsirləndirilməsi barədə cinayət işi üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7806 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, hazırkı tədqiqatla xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alındığı təqdirdə həmin mütəxəssis rəyində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən vergi orqanı tərəfindən müəyyən olunmuş dövriyyələr (müvafiq vergilər üzrə), vergilər və s. arasında fərqlilik müəyyən olunmadı. Yəni tədqiqatla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış vergilərin ümumilikdə məbləği 120.419,75 manat (73.250,78 (ƏDV) + 47.002,65 (gəlir ) + 166,32 (ÖMV)) müəyyən edilir. Həmçinin bildirilir ki, İddiaçı barəsində itt iham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində (cild 12 səh: 52) və şəxsi hesab vərəqəsində (cild 11, səh: 11-18) öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişləri vergi orqanı tərəfindən hesablanan 120.419,75 manat məbləğindən çıxılmalı olduğu halda çıxılmamışdır. Həmin məbləğdən yəni 120.419,75 manat əlavə hesablanan vergi məbləğindən çıxılmalı olan ödənişlər hazırkı rəyin ikinci və üçüncü suallarında göstərilmişdir. İkinci və üçüncü suallar üzrə: Hazırkı rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində (cild 12 səh: 52) və şəxsi hesab vərəqəsində (cild 11, səh: 11-18) öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişlərinin (ödəniş v ə artıq ödəniş) nəzərə alınmaması müəyyən olunur. Həmçinin qeyd edilir ki, həmin ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcunun olmaması müəyyən olunur.

28. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, mütəxəssis rəyi vermiş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin mütəxəssisi ilə ibtidai istintaqı aparan orqan arasında xidməti asılılığın mövcudluğunu nəzərə almadan, işin faktiki hallarını tam araşdırmadan, əlavə sənədlərin tələb edilməsi ilə bağlı sorğular etmədən, araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergi borcunun düzgün hesablanıb-hesablanmaması ilə bağlı ekspert rəyi almadan qərar qəbul etməklə İPMin 12 və 48-ci maddələrində mü əyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələblərini pozmuşdur.

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, Vergi İdarəsi tərəfindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyi əsasında ibtidai istintaqı aparan orqanın əldə etdiyi xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq İddiaçı yoxlanan dövr üzrə 120.419,75 manat vergi borcu olduğuna görə ona qarşı ittiham irəli sürülmüş, bundan başqa ibtidai istintaqı aparan orqanın əldə etdiyi rəyə əsaslanaraq iddiaçıya qarşı cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının hesablanmış 477.874,65 manat vergi məbləği hissəsində imtina etməsinə baxmayaraq, cavabdeh inzibati orqan Şəki İnzibati Məhkəməsinin x x.xx.2022-ci il tarixli 2-1(116)-144/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən apellyasiya şikayəti formal mülahizələrə əsaslanaraq əsassız olaraq, sırf şikayət verilməsi xatirinə verilmişdir.

31. Məhkəmə kollegiyası tərəfindən işə əlavə edilmiş sənədlərin və iş üzrə keçirilmiş rəylərin araşdırılması nəticəsində əldə edilmiş sübutlardan da müəyyən edildiyi kimi, iddiaçının cavabdehin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə hesablanmış vergi borcunun olması öz təsdiqini tapmamışdır.

32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

33. Şəki Apellyasiya Məhkəməsinin mövqeyi və qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar düzgün deyil və aşağıdakı faktları qeyd edilməlidir.

34. İddiaçı faktiki olaraq sahibkarlıq fəaliyyətini həyata keçirdiyi müddətdə, ümumilikdə xeyli miqdar təşkil edən 120.419,75 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasında təqsirli bilinərək, barəsində toplanmış materiallar ittiham aktı ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən Zaqatala Rayon Məhkəməsinə verilmişdir.

35. Zaqatala Rayon Məhkəməsində cinayət işinin istintaqı aparılaraq yekunlaşmış və nəticədə məhkəmə tərəfindən mülki iddia m əbləğinin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli, 1(033)-1/2023 saylı hökm çıxarılmışdır.

36. Məhkəmə istintaqı dövründə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7806 nömrəli və xx.xx.2023-cü il tarixli 9/814 nömrəli rəyləri mötəbər sübut kimi qəbul edilmiş və Zaqatala Rayon Məhkəməsi də məhz həmin ekspert rəylərinə əsaslanaraq, mülki iddia məbləğini baxılmamış saxlamışdır.

37. Şəki Apellyasiya Məhkəməsi də öz növbəsində sırf Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 1(033)-1/2023 saylı hökmə istinad edərək, xx.xx.2023-cü il tarixli, 2-1(107)-116/2023 saylı əsassız qərar qəbul etmişdir.

38. Yuxarıda qeyd olunan, məhkəmə istintaqı dövründə verilmiş hər iki rəy birbirinin tək rarı olmuş (ziddiyyətli məqamlar olmaqla), ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək, səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində vergi ödəyicisi İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 120.419,75 manat (73.250,78 (ƏDV) + 47.002,65 (Gəlir vergisi) + 166,32 (ÖMV)) vergi məbləğinin müəyyən edildiyini, lakin vergi ödəyicisi tərəfindən həyata keçirilmiş və onun şəxsi hesab vərəqəsində əks olunmuş vergi ödənişləri mülki iddia məbləğindən çıxıldıqda borcunun olmadığını, həmçinin qeyd edilənlərin davamı olaraq vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə ümumiyyətlə borcunun olmasının müəyyən olunmadığını qeyd etmişlər.

39. Vergi Məcəlləsinin 88-ci maddəsində borcların ödənilmə qaydası (ödəniş ard ıcıllığı) müəyyən edilmişdir. Həmin maddənin məzmununa əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

40. Ekspertlər rəy verərkən nəzərə almamışlar ki, təqsirləndirilən şəxs tərəfindən xx.xx.2019-cu il tarixdən başlayaraq ödənişlər edildikcə paralel olaraq hesabatlar da verilmişdir ki, nəticədə edilmiş ödənişlər VM-nin 88-ci maddəsinə əsasən yaranma ardıcıllığı ilə hesablanmış vergilər hesabına aid edilmişdir.

41. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsa s olmuş işin faktiki halları barədə heç bir məlumat verilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

42. İddiaçı ərizə ilə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(107)-17/2024 nömrəli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(033)-1/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlandığını bildirmiş, cavabdehin hazırkı iş üzrə kassasiya şikayətinin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-116/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etd ikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, cinayət məhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə aktı, həmin aktın qəbulu zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığı inzibati məhkəmənin baxış (yoxlama) predmeti deyil. Bu səbəbdən, cavabdehin şikayətində həmin qanunvericiliyin tələblərindən irəli gələn dəlilləri apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyinin yoxlanılması zamanı nəzərə alınmır.

47. Şikayətin mübahisələndirilən qərarla bilavasitə bağlı dəlillərinə gəldikdə, şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

48. Yuxarıda istinad olun an prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

49. Məhkəmə kollegiyası nəzərə alır ki, İPM-in 58.8-ci maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

50. H azırkı işdə apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən istinad etdiyi iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdi.

51. Bununla yanaşı, hökmün qanuni qüvvəyə minməməsi inzibati icraat üzrə işə baxan məhkəmənin həmin cinayət işi üzrə əldə edilmiş sübutlardan istifadə etmək imkanına təsir etmir. Bu halda, həmin sübutlar inzibati işdə olan digər sübutlarla birlikdə tədqiq olunduqdan və qiymətləndirildikdən sonra qərarın əsası kimi onlara istinad edilə bilər.

52. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, işə əlavə edilmiş Vergi Cinayətlərinin İbt idai Araşdırılması Departamentinin Audit Şöbəsinin mütəxəssisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla fərdi sahibkar İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx-2020ci il tarixədək olan dövr üzrə dövlət büdcəsinə hesablanmalı və ödənilməli olan vergi məbləğinin müəyyən edilməsi ilə bağlı cinayət işi üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktında və xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuş əlavə hesablamaların hansının nəzərə alınmasına istintaq orqanı tərəfindən qiymət verilməlidir. Belə ki, səyyar vergi yoxlaması aktında göstərilən hesabla malar əsaslı hesab olunduğu təqdirdə dövlət büdcəsinə ödənilməli olan əlavə vergilərin 438.976,17 manat (429.270.91 manat gəlir vergisi + 9.538,94 manat əlavə dəyər vergisi + 166,32 manat ödəmə mənbəyində tutulan vergi), mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduğu təqdirdə isə dövlət büdcəsinə ödənilməli olan əlavə vergilərin məbləği 120 419,75 manat (73.250.78 manat əlavə dəyər vergisi + 47.002.65 manat gəlir vergisi + 166.32 manat ödəmə mənbəyində tutulan vergi) məbləğində müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyi ilə İddiaçı araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış ümumilikdə gəlir vergisi xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini tərtib etmiş olan mütəxəssis X2 isə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin böyük dövlət vergi müfəttişi olduğundan ibtidai istintaqı aparan orqanın əməkdaşıdır. Belə olan halda, rəyi vermiş mütəxəssis ilə ibtidai istintaqı aparan orqan arasında xidməti asılılıq mövcud olduğundan kollegiya belə qənaətə gəlir ki, həmin asılılığın mövcudluğu onun verdiyi rəyin mötəbərliyini şübhə altına alır. Bu da öz növbəsində onu işin nəticəsində maraqlı şəxsə çevirir. Halbuki, rəy vermiş mütəxəssislə inzibati icraat zamanı proses iştirakçıları arasında heç bir xidməti və sair cəhətdən asılılıq mövcud olmamalıdır. Belə olan halda mütəxəssisə etiraz edilməlidir (İnzibati icraat haqqında Qanunun 43.2.1-ci maddəsi). Bununla bağlı məhkəmə kollegiyas ı qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı rəyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsasında verilməsi həmin ekspert rəyinin mötəbərliyinə bilavasitə təsir etdiyindən, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

53. Bu qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7806 saylı rəyinə istinadla qeyd etmişdir ki, rəyin tədqi qi hissəsində göstərildiyi kimi, hazırkı tədqiqatla xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alındığı təqdirdə həmin mütəxəssis rəyində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən vergi orqanı tərəfindən müəyyən olunmuş dövriyyələr (müvafiq vergilər üzrə), vergilər və s. arasında fərqlilik müəyyən olunmadı. Yəni tədqiqatla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış vergilərin ümumilikdə məbləği 120.419,75 manat (73.250,78 (ƏDV) + 47.002,65 (gəlir ) + 166,32 (ÖMV)) müəyyən edilir. Həmçinin bildirilir ki, İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış fiziki şəxs (fərdi sahibka r) İddiaçı ödənişləri vergi orqanı tərəfindən hesablanan 120.419,75 manat məbləğindən çıxılmalı olduğu halda çıxılmamışdır. Həmin məbləğdən yəni 120.419,75 manat əlavə hesablanan vergi məbləğindən çıxılmalı olan ödənişlər hazırkı rəyin ikinci və üçüncü suallarında göstərilmişdir. İkinci və üçüncü suallar üzrə: Hazırkı rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində (cild 12 səh: 52) və şəxsi hesab vərəqəsində (cild 11, səh: 11-18) öz əksini tapmış fiziki şəxs (fərdi sahibkar) İddiaçı ödənişlərinin (ödəniş və artıq ödəniş) nəzərə alınmaması müəyyən olunur. Həmçinin qeyd edilir ki, həmin ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcunun olma ması müəyyən olunur.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142468 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə hesablanmış vergi borcunun olması öz təsdiqini tapmamışdır.

55. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

56. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən, xx.xx.2022-ci il tarixli rəyi tərtib etmiş mütəxəssis X1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Audit Şöbəsinin böyük dövlət vergi müfətti şi olduğundan, birinci instansiya məhkəməsinin həmin mütəxəssis rəyi əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2110 saylı ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmədiyini qeyd etsə də, digər tərəfdən, özünün istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7806 saylı rəyində də ekspert xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini nəzərə almaqla nəticəyə gəlmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə əlavə olaraq hesablanmış vergilərin ümumilikdə məbləğinin 120.419,75 manat (73.250,78 (ƏDV) + 47.002,65 (gəlir ) + 166,32 (ÖMV)) müəyyən edildiyini qey d etmiş, bu zaman həmin nəticəyə gələrkən hansı metoddan istifadə etdiyini göstərməmiş, rəyi ümumiyyətlə əsaslandırmamışdır.

57. Həmin rəydə ekspert məhz 120.419,75 manat məbləğə əsaslanaraq qeyd etmişdir ki, İddiaçı barəsində ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək hesabdan çıxarış sənədlərində və şəxsi hesab vərəqəsində öz əksini tapmış ödənişlər vergi orqanı tərəfindən hesablanan 120.419,75 manat məbləğindən çıxılmalı olduğu halda çıxılmamışdır; həmin ödənişlər nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə borcunun olmaması müəyyən olunur.

58. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, vergi orqanının mübahsələndirilən qərarı onun qəbul edildiyi tarixə inzibati icraatla müəyyən edilmiş vəziyyəti əks etdirir. Həmin tarixdən sonra baş verənlər (hazırkı halda, vergi ödənişlərinin icrası) mübahisələndirilən qərarın qanuniliyini (ən azından, istinad edilən ödənişlərin məbləğinə münasibətdə) özü-özlüyündə aradan qaldırmır.

59. Apellyasiya instansiyası məhkəməsi, həmçinin nəzərə almalı idi ki, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli, **********142468 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış borcun (439.976,17 manat hesablanmış vergilər və 219.528,09 manat maliyyə sanksiyası) şəxsi hesab vərəqində silinməsi barədə qərar qəbul edilməsini tələb etmişdir. İddiaçının öz tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsində icraat zamanı təqdim etdiyi ərizəsi də ilkin tələbin həcminə təsir etməmişdir. Belə ki, o, hər bir halda, iddianın təmin olunmasını tələb etmişdir. Cavabdeh də apell yasiya şikayətində məhz həmin məzmunda (məbləğdə) iddianın rədd edilməsini tələb etmişdir. Buradan, apellyasiya baxışının predmetini vergi orqanının mübahisələndirilən qərarı və həmin qərarla hesablanmış verginin ümumi məbləği təşkil etmişdir. Həmin məbləğin qanuniliyi və ya hazırkı məzmunda iddianın əsasları (həmçinin iddiaçının apellyasiya şikayətinin dəlilləri) isə əsaslı şübhələrdən azad, mötəbər sübutlarla yoxlanılmalı idi. Hazırkı işdə bu, baş verməmişdir.

60. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

61. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üç ün həmin məhkəməyə göndərilməlidir.

62. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-116/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar