Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-747/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: istifadədə olan tikilinin sökülməsinə dair kompensasiya tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 15.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)-475/2019 saylı, 5 dekabr 2019-cu il tarixli qərarından cavabdeh və üçüncü şəxsin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən ünvan 0.04 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ cavabdehlə bağlanmış 4 fevral 2015-ci il tarixli 77 nömrəli icarə müqaviləsi və 26 aprel 2016-cı il tarixli 3M-741 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin 8 may 2018-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçıya məxsus tikilinin onun əməkdaşları tərəfindən sökülməməsini və bu barədə hər hansı inzibati aktın qəbul olunmamasını əsas gətirərək, iddiaçının kompensasiyanın ödənilməsi barədə müraciətinin təmin olunmasından imtina etmişdir. “xxxx” MMC-nin 25 mart 2019-cu il tarixli “Qiymətləndirmə hesabatı”ndan görünür ki, ünvan 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və hasarın 25 mart 2019-cu il tarixə dəyəri 13.850 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 15.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla ə saslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən” çıxarışa əsasən Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və orada iddiaçı fərdi yaşayış evi tikmişdir. 2016-cı ilin yay aylarında iddiaçıya məxsus fərdi yaşayış evi içində olan əşyalar ilə bir yerdə qanunsuz olaraq cavabdehin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən və qanuni əsas olmadan sökülərək məhv edilmişdir. Beləliklə, ev tam yararsız vəziyyətə düşmüş və cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri ilə iddiaçıya zərər dəymişdir. Bu faktla bağlı iddiaçı polis orqanlarına müraciət etmişdir. Polis orqanlar ı tərəfindən aparılmış araşdırmaya əsasən iddiaçının sahibliyində olan evin cavabdehin əməkdaşları tərəfindən qanunsuz olaraq sökülməsi öz təsdiqini tapmışdır. İddiaçının evinin qanunsuz sökülməsində cavabdehin Sərviz Süleymanov, Almaz, Akif və Qara adlı əməkdaşları və digərləri iştirak etmişlər. Cavabdehin əməkdaşları içində olan əşyaları ilə məhkəmə qərarı olmadan iddiaçının evini sökərək ona 15.000 manat məbləğində zərər vurmuşlar. İddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı cavabdeh tərəfindən xəbərdarlıq edilməmiş və onunla bu haqda söhbət aparılmamışdır. Evinin qanunsuz inşa edilməsi və sökülməsi barədə məhkəmə qərarı mövcud deyildir və bu haqda hər hansı qurum tərəfindən müvafiq qaydalara uyğun olaraq məhkəməyə müraciət edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçıya m əxsus tikilinin onun tərəfindən sökülməməsini bildirsə də, iddia ərizəsinə etirazında (səh 33.) iddiaçıya məxsus ünvan 0.04 ha torpaq sahəsinin X15 aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və həmin torpaqlarda əsaslı tikinti işləri aparılmasının qanunvericiliyə görə yolverilməz olduğunu vurğulayır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(085)-79/2019 saylı iş) 9 aprel 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyana görə 13.850 manat məbləğində kompensasiyanın cavabdeh tərəfind ən dövlət büdcəsi hesabına iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evi və hasar cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya ödənilmədən cavabdehin əməkdaşlarının göstərişinə əsasən sökülmüşdür. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 9 aprel 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər Məmmədov Zaur İkram oğlu-məruzəçi, X8 və X6, 2-1(105)-475/2019 saylı iş) 5 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 22 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs 3 fevral 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətlərinin dəlilləri: Cavabdeh kasasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ərazisində yerləşməklə mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evini qanunsuz olaraq Cavabdeh əməkdaşlarının göstərişi ilə söküldüyü bildirilir. İddiaçı tərəfindən ona məxsus evin məhz cavabdehin əməkdaşları tərəfindən sökülməsinə dair konkret fakt, sübut təqdim olunmamışdır. Məhkəmə işin bütün hallarını araşdırmadan yalnız X3 və X2 ifadələri əsasında qərar qəbul etmişdir. Guya həmin şahidlər söküntü aparılan zaman cavabdehin əməkdaşları Sərviz Süleymanov, Akif Əliyev, Qara Qurbanov və digərlərinin iştirakı və tapşırığı əsasında iddiaçıya məxsus evin söküldüyünü bildiriblər. Əslində isə iddiaçı tərəfindən ona məxsus fərdi yaşayış evinin kim tərəfindən söküldüyünü müəyyən etmək üçün Abşeron RİH-nə edilmiş müraciət əsasında ona RİH-də qeyd olunan ərazilərə nəzarət edilməsi üçün yaradılmış komissiyanın tərkibi haqqında məlumat verilmiş və bildirilmişdir ki, komissiya tərəfindən sözügedən ərazilərdə torpaqdan təyinatına uyğun istifadə etməyən icarəçilər müəyyən edilir və onlar barəsində hüquqi vasitələrdən istifadə edilməklə torpaqların istifadəsiz sa xlanılmasının qarşısı alınır. Lakin həmin komissiyanın söküntü işləri həyata keçirmək kimi səlahiyyəti yoxdur və həmin torpaq sahələri Cavabdeh idarəçiliyində olsa da, Bakı şəhərinin inzibati ərazisi daxilində yerləşir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq rayon icra hakimiyyətləri öz inzibati ərazi hüdudlarında tikinti işlərinə razılıq verməyə səlahiyyətlidirlər. İddiaçı və onunla bu iş üzrə şahid qismində cəlb edilmiş X5 və X4 isə öz növbəsində komissiya üzvləri ilə tanış olduqdan sonra məhkəmədə tikilinin məhz onların göstərişi əsasında söküldüyünü iddia etmişlər. Halbuki, cavabdeh tərəfindən Bakı şəhərinin inzibati ərazisinin hüdudları daxilində söküntü işləri aparması ağlasığmazdır və belə bir hal baş verməmişdir. Bir daha iddiaçının inşa etdiyi ti kilinin Abşeron RİH-ti və onun əməkdaşları tərəfindən sökülmədiyini məhkəmənin diqqətinə çatdırmaqla yanaşı bildirirlər ki, ümumiyyətlə cavabdehdə iddiaçının icarəsində olan 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilisinin (evinin) olub-olmaması barədə məlumat olmamışdır. Üçüncü şəxs kasasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən torpaqların məqsədli təyinatı- torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrü fatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi- tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan baş qa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq üzərində fiziki və hüquqi şəxslərin hüquqlarına xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikint iyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini 4 pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İş materiallarından görünür ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi Abşeron rayonu, Türkan üzümçülük sovxozunun ərazisində yerləşir. Həmin torpaq sahəsi X15 aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsi iddiaçı tərəfindən təyinatına uyğun olaraq istifadə edilməmiş, həmin sahədə fərdi yaşayış evi tikilmişdir. Bu isə özbaşına tikili hesab olunur. Mülkiyyət hüquqları rəsmi dövlət qeydiyyatına alınmamış tik iliyə görə hər hansı kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. “Büdcə sistemi haqqında” Qanunun 15-ci maddəsinə görə dövlət büdcəsi qanunla təsdiq olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində inzibati təsnifata uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilir. Dövlət büdcəsinin vəsaitləri təsdiq edilmiş xərc istiqamətləri üzrə büdcə təşkilatları tərəfindən yalnız təyinatı üzrə istifadə olunur. Dövlət büdcəsinin xərc maddələri müvafiq il üzrə qanunla təsdiq olunur və büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği konkret müəyyə n edilir. Büdcə vəsaitlərinin həmin il üzrə təsdiq olunmuş xərc istiqamətlərindən kənar məqsədlər üçün ayrılması qanunla qadağan olduğundan sözügedən məhkəmə qərarında bu tələbin müəyyən edilməsi qanunvericiliyə ziddir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6- cı bəndinə görə yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalarla yanaşı büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh və üçüncü şəxsin kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmam ası üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. İddiaçı istifadəsində olan torpaq sahəsində inşa etdiyi yaşayış sahəsinin sökülməsinə görə maddi ziyan tələb etmişdir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. İddiaçının Abşeron rayonu, Türkan Üzümçülük sovxozu ərazisində 0,04 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin qanunsuz olaraq cavabdehin əməkdaşlarının göstərişi ilə söküldüyünü bildirərək ona dəyən ziyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya məxsus evin məhz onun əməkdaşları tərəf indən sökülmədiyini, bu barədə işdə sübut olmadığını bildirib iddianın əsaslı olmadığını bildirmişdir. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, ünvan 0.04 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ cavabdehlə bağlanmış 4 fevral 2015-ci il tarixli 77 nömrəli icarə müqaviləsi və 26 aprel 2016-cı il tarixli 3M-741 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpağın təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, həmin torpaq sahəsində iddiaçıya məxsus yaşayış sahəsi olmuşdur. İddiaçıya məxsus fərdi yaşayış evi və hasar cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı, eyni zamanda hər hansı dövlət və ya ictimai ehtiyac olmadan, qabaqcadan əvəzi ədalətli kompensasi ya ödənilmədən cavabdehin əməkdaşlarının göstərişinə əsasən sökülmüşdür. Cavabdeh iddiaçıya məxsus tikilinin onun tərəfindən sökülməməsini bildirsə də, iddia ərizəsinə etirazında iddiaçıya məxsus ünvan 0.04 ha torpaq sahəsinin X15 aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və həmin torpaqlarda əsaslı tikinti işləri aparılmasının qanunvericiliyə görə yolverilməz olduğunu vurğulamışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə bu isə tikintinin cavabdeh tərəfindən sökülməsini dolayısı ilə təsdiqləyir. Digər tərəfdən üçüncü şəxs özünün apelyasiya şikayətində Torpaq Məcəlləsinin tələblərinə istinad etməklə Abşeron rayonu, Türkan üzümçülük sovxozunun ərazisində iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin X15 aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasını, torpaq sahəsin in iddiaçı tərəfindən təyinatına uyğun olaraq istifadə edilməməsini, həmin sahədə tikilmiş fərdi yaşayış evinin özbaşına tikili olduğunu və mülkiyyət hüquqları rəsmi dövlət qeydiyyatına alınmamış tikiliyə görə hər hansı kompensasiyanın ödənilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu bildirməklə, tikilinin cavabdeh tərəfindən sökülməsini bilavasitə təsdiqləyir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin 31-ci səhifəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2 mart 2018-ci il tarixli qərarında təhqiqatçı aparılmış təhqiqat araşdırılması nəticəsində müəyyən etmişdir ki, ünvan daş hasara alınmış və dəmir darvaza qoyulmuş 0.04 ha torpaq sahəsi üzəri ndə inşa edilmiş yaşayış evi, hasar və darvaza cavabdehin müvafiq əməkdaşları tərəfindən heç bir xəbərdarlıq edilmədən qanunsuz olaraq sökülüb tam yararsız vəziyyətə salınmışdır. Göründüyü kimi, iddiaçıya məxsus tikilinin cavabdehin əməkdaşları tərəfindən sökülməsi işdə olan sübutlarla təsdiqini tapmışdır. Qiymətləndirmə hesabatına əsasən, ünvan 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və hasarın 25 mart 2019-cu il tarixə dəyəri 13.850 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daş ıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “X9rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin mara ğın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X9rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. İddiaçıya məxsus tikilinin sökülməsi nəticəsində onun mülkiyyət hüquqlarına (inşa edilmiş materiallara) müdaxilə olmuşdur. Odur ki, tikiliyə görə adekvat ziyanın ödənilməsi kompensasiya edilməsi üçün yetərlidir. Bəhs olunanlara əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kasasiya şikayətləri təmin edilə bilməz. Kasasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)475/2019 saylı, 5 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-747/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-747/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver