Məhkəmə qərarları › İş №2-1(102)-747/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-747/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-747/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər Balakən rayonu Mahamalar bələdiyyəsi və Balakən bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; bələdiyyə qərarı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan iba rət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə (üçüncü şəxslər Balakən rayonu Mahamalar bələdiyyəsi və Balakən bələdiyyəsi) qarşı “iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alğı-satqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə, faktiki istifadə ilə üst-üstə düşən hissədə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-532/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli Sərəncamından görünür ki, Mahamalar kənd sakini İddiaçı həyətyanı üçün torpaq sahəsi tələbi nəzərə alınmış, Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan, kəndin perspektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə 0,10 ha torpaq sahəsinin həyətyanı üçün iddiaçıya verilməsi qərara alınmışdır.

2. Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Mahamalar kənd sakini İddiaçı həyətyanı üçün torpaq sahəsi tələbi nəzərə alınmış, Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan, kəndin perspektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yolu ilə 0,10 ha torpaq sahəsinin həyətyanı üçün iddiaçıya verilməsi qərara alınmışdır.

3. A QS seriyalı 029795 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə 0,10 ha torpaq sahəsinin alqı-satqısı üçün Qazbinə bələdiyyəsinin hesabına 382 manat ödəniş etmişdir.

4. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Balakən rayon şöbəsi tərəfindən yerquruluşu planı təsdiq edilmişdir.

5. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 151 nömrəli məktubunda qeyd olunmuşdur ki, Balakən rayonu Qazbinə Bələdiyyəsinin protokollar kitabında 28 dekabr 2007-ci il tarixli 12 saylı iclas protokolu qeyd edilmişdir və həmin protokolda İddiaçı torpaq sahəsi verilməsi barədə qeydiyyat aparılmamışdır.

6. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-294/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Balakən r ayonu, Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas qərarı ilə İddiaçı Balakən rayonu, Qazbinə kəndi ərazisindən ayrılmış 0,10 ha torpaq sahəsi 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarında öz əksini tapan kompleks yerquruluşu layihələrinə əsasən kəndin perspektiv inkişafı üçün ayrılmış yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün nəzərdə tutulmuş torpaqlara və TEKUİS məlumat bazasına əsasən isə kənd təsərrüfatı təyinatlı əkin ərazisinə düşür. Həmin torpaq sahəsi Balakən İnzibati Ərazi Dairəsinin hüdudları daxilində naturada sahəsi 0,10 ha olmaqla Balakən bələdiyyəsinin mülkiyyətinə aiddir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən üst-üstə düşür. Mübahisəli torpaq sahəsi torpaq sa həsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

7. Cavabdehə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlanaraq, mütəxəssis rəyində göstərilən uyğunsuzluğun aydınlaşdırılması məqsədilə mübahisəli torpaq sahəsinin hansı kateqoriya və uqodiyaya aid olması (həmçinin məlumat bazalarından hansının əsas götürülməli olması barədə), kənd təsərrüfatı təyinatlı torpaq sahəsidirsə, kənd təsərrüfatına yararlı, yararsız və ya az yararlı olması barədə dəqiqləşdirilmiş məlumatın məhkəməyə göndərilməsi xahiş olunmuşdur.

8. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1565/2023 nömrəli sorğuya cavab məktubunda qeyd etmişdir ki, mübahisəli ərazi kənd təsərrüfatı təyinatlı torpaqlara bitişik ərazidə yerləşdiyindən, fiziki sərhədləri və hər-hansı bir hissə sində mərz nişanları olmadığından, naturada həyətyanı məqsədi üçün istifadə edilmədiyinə görə TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi işlənilmişdir. Daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış yerquruluşu işləri ilə bağlı tərtib edilmiş (TEKUİS) xəritələri əsasında aparılır.

9. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2620/2023 nömrəli məktubunda qeyd etmişdir ki, TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi keyfiyyət qrupu İİ, banitet balı 67 olmaqla kənd təsərrüfatına yararlı torpaqlara aid edilmişdir.

10. Üçüncü şəxs Balakən rayon Mahamalar bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 197 nömrəli arayışında qeyd etmişdir ki, Mahamalar kənd inzibati ərazi dairəsində iki bələdiyyə fəaliyyət göstərirdi. Azərbaycan Respublikasının 2011-ci il 6 may tarixli 106-İVQ nömrəli Qanununa və “Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 6 may tarixli 106-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentininin 7 iyun 2011-ci il tarixli Sərəncamına əsasən Balakən rayonunun inzibati ərazi bölgüsün də qismən dəyişiklik edilmişdir. Qazbinə və Mahamalar bələdiyyələrinin xeyli ərazisi, əhalisi və təsərrüfatları şəhərə birləşdiyindən azalmışdır. Qazbinə və Mahamalar bələdiyyələrinin birləşməsi zərurəti yaranmışdır. 19 May 2015-ci ildə Balakən rayon Mahamalar və Qazbinə bələdiyyələri ləğv edilmiş və yeni Mahamalar bələdiyyəsi yaranmışdır. Qazbinə bələdiyyəsindən Mahamalar bələdiyyəsinə ötən illərə aid torpaq alqı-satqısı barədə heç bir sənəd təhvil verilməmişdir. İddiaçı həyətyanı məqsədi ilə ayrılmış 0,10 ha torpaq sahəsinə aid Mahamalar bələdiyyəsinin arxivində heç bir sənəd yoxdur

11. İddiaçının nümayəndəsi və vəkili hazırkı tələblə cavabdehə müraciət etmiş, və cavabdeh xx.xx.2022-ci il tarixli **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sözügedən 0,10 ha torpaq sahəsinə d air təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunan 0,10 ha torpaq sahəsinin bilavasitə satılması barədə Balakən rayonu Qazbinə bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixlidir. Həmçinin həmin torpaq sahəsinin satılması barədə müvafiq “Torpaqların alqı-satqısına dair akt” sənədi ərizəyə əlavə olunmamışdır. Halbuki, mövcud olmuş qanunvericiliyin tələbinə görə bələdiyyə tərəfindən bilavasitə satılmış qeyd olunan torpaq sahəsinə dair bələdiyyənin qərarı 30 noyabr 2007-ci il tarixinədək qəbul olunmalı və həmin qərara müvafiq alğı-satqı aktı 30 noyabr 2007-ci il tarixinədək Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq olunaraq qeydiyyata alınmalı idi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alqısatqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 dekabr 2007-ci ildə Balakən rayonu Qazbinə (Mahamalar) Bələdiyyəsindən 0,10 ha həyətyanı torpaq sahəsi almışdır. Buna dair 15 dekabr 2007-ci il tarixli Balakən rayonu Qazbinə bələdiyəsinin sərəncamı və Qazbinə Bələdiyyəsinin həmin tarixli 12 saylı protokolundan çıxarış vardır. Eyni zamanda 0,10 ha həyətyanı torpaq alqı-satqısı ilə bağlı iddiaçı Balakən rayonu Qazbinə Bələdiyyəsinin hesabına 382 (üç yüz səksən iki) manat pul köçürmüş və buna dair kassa mədaxil qəbzi AQSN 029795 vardır. Həmçinin həmin torpaq sahəsinin perspektiv inkişafı üçün torpaq sahəsinin yerquruluşu planı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsi tərəfindən təsdiq edilmiş və möhürlənmişdir. Balakən rayonu Qazbinə Bələdiyyəsindən aldığı torpaq sahəsinin vergisini də 2007-ci ildən başlayaraq iddiaçı ödəyir. İddiaçının nümayəndəsi və vəkili hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********55 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sözügedən 0,10 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunan 0,10 ha torpaq sahəsinin bilavasitə satılması barədə Balakən rayonu Qazbinə bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixlidir. Həmçinin həmin torpaq sahəsinin satılması barədə müvafiq “Torpaqların alqı-satqısına dair akt” sənədi ərizəyə əlavə olunmamışdır. Halbuki, mövcud olmuş qanunvericiliyin tələbinə görə bələdiyyə tərəfindən bilavasitə satılmış qeyd olunan torpaq sahəsinə dair bələdiyyənin qərarı 30 noyabr 2007-ci il tarixinədək qəbul olunmalı və həmin qərara müvafiq alğı-satqı aktı 30 noyabr 2007-ci il tarixinədək Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayo n şöbəsi tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq olunaraq qeydiyyata alınmalı idi.

14. Cavabdeh xx.xx.2022-ci il tarixli **********90 nömrəli etiraz məktubunda iddiaçının nümayəndəsi və vəkilinə ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirməklə iddia tələbinə dair münasibətini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəmə daxil olmuş ərizəsində iddia tələbini dəqiqləşdirərək, “iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alğısatqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə, faktiki istifadə ilə üstüstə düşən hissədə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-583/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

17. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2531/2022 nömrəli qərardadı ilə Balakən rayonu Mahamalar bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

18. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-583/2023 nömrəli qərardadı ilə Balakən bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

19. Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(116)-583/2023 saylı qərarı ilə (hakim F.S.İsmayılzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtis adiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “iddiaçının Balakən rayonu Qazbinə bələdiyyəsindən 2007-ci ildə alqı-satqı yolu ilə aldığı 0,10 ha həyətyanı torpaq sahəsinə sənəd üzrə, faktiki istifadə ilə üst-üstə düşən hissədə hüquqların dövlət qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın təmin edilməməsi qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclasının qərarı ilə satıldığını iddia etsə də, həmin bələdiyyənin 12 saylı iclası xx.xx.2007-ci il tarixdə keçirilmişdir. İclas protokolunun arxiv nüsxəsinə əsasən müəyyən olunmuşdur ki, həmin iclasda iddiaçıya torpaq sahəsinin satılması nə müzakirə edilməmiş, nə də ki, belə bir məsələ üzrə qərar qəbul edilməmişdir. İddiaçının qərar qismində istinad etdiyi sənəd isə Balakən rayonu Qazbinə bələdiyyəsinin sədrinin xx.xx.2007-ci il tarixli Sərəncamından (nömrəsi göstərilməmişdir) ibarətdir. Bununla bağlı məhkəmə xüsusilə qeyd edir ki, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunveric iliklə müəyyən edilməmişdir. Digər tərəfdən işin hallarının araşdırılması çərçivəsində mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin sahəsi qismində İİ keyfiyyət qrupuna aid, bonitet balı 67 olan kənd təsərrüfatına yararlı torpaqlara aiddir.

21. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(116)-583/2023 nömrəli qərarının ləğv edib, yenidən işə baxılması və qanuni qərar qəbul edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-532/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: V.İ.Məlikov, ha kimlər: E.Ş.Hüseynov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(116)-583/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2- l(107)-532/2023 nömrəli qərarını ləğv edib, yenidən baxılması və qanuni qərar qəbul edilməsi üçün işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o hüquqi cəhətdən savadsız bir adamdır. O bu prosedurları hardan bilə bilərdi ki, 15 dekabr 2007-ci il tarixdə Qazbinə bələdiyyəsi tərəfindən verilmiş sərəncam saxtadır və yaxud həmin sərəncam protokollar kitabına işlənməyib və arxivdə saxlanılmır? Məhkəmə iş üzrə məhkəmə tikinti torpaqşünaslıq ekspetizası təyin etmədən işi tam obyektiv və hərtərəfli araşdırmadan qanunsuz və əsassız qəbul etmişdir. Belə ki, iş üzrə alınmış mütəxəssis rəyini vermiş yerquruluşu üzrə mütəxəssis Eldar Hasilov cavabdehin işçisi, Məmməd İsmayılov isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisidir. Cavabdeh bu işdə maraqlı olduğu halda həmin torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatından çıxarışın verilməsindən imtina etdiyi halda, cavabde hin mütəxəssislərinin verdiyi rəyi əsas tutaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə, mütəxəssis rəyinin qeyri-obyektiv və qərəzli olduğunu sübut edən dəlillərdən biri də ondan ibarətdir ki, mütəxəssis rəyi tam, aydın və hərtərəfli olmadığına görə məhkəmə bir neçə dəfə sorğu verməklə mütəxəssis rəyinə aydınlıq gətirmişdir. Buna inzibati işin materiallarına əlavə edilmiş cavabdehin 02 may 2023-cü il tarixli 3-21-347/21513/2023 saylı mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktubunda qeyd olunur ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı iclas qərarı ilə İddiaçı Balakən rayonu Qazbinə kəndi ərazisindən ayrılmış 0.10 ha torpaq sahəsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron baza məlumatlarında öz əksini tapan kompleks yerquruluşu layihələrinə əsasən kəndin perspektiv inkişafı üçün ayrılmış yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün nəzərdə tutulmuş torpaqlara və TEKUİS məlumat abzasına əsasən isə kənd təsərrüfatı təyinatlı əkin ərazisinə düşməsi ilə bağlı bildirirlər ki, mübahisəli ərazi kənd təsərrüfatı təyinatlı torpaqlara bitişik ərazidə yerləşdiyindən, fiziki sərhədləri və hər hansı bir hissəsində mərz nişanları olmadığından, naturada həyətyanı məqsədi üçün istifadə edilmədiyinə görə TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı əkin ərazisi kimi işlənmişdir. Daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı “Azərbaycan Respublikasında torpaq münasibətlərininin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezident inin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq aparılmış yerquruluşu işləri ilə bağlı tərtib edilmiş (TEKUİS) xəritələri əsasında aparılır. Kassasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, ona Qazbinə Bələdiyyəsinin tərəfindən həmin torpaq sahəsi verilərkən xx.xx.2007-ci ildə, hələ TEKUİS xəritələri yox idi. Ona həmin torpaq sahəsi həyətyanı sahə kimi verilmiş, hal-hazıra kimi həmin sahədən o etirazsız sahiblik edir və vergisini ödəyir. Hesab edir ki, cavabdehin bu mövqeyi və TEKUİS xəritələrinə əsasən yerquruluşu işləri aparılır, qanuni və əsaslı deyil. Həm birinci, həm də apell yasiya məhkəmələri indiyə kimi həmin torpaq sahəsindən həyətyanı torpaq sahəsi kimi istifadə etməyini, qonşulara da həmin ərazidən verilən torpaq sahələrini həyətyanı sahə kimi verildiyini nəzərə almadan əsassız qərar qəbul etmişdir. Həmçinin, mütəxəssislər verdikləri rəyə görə heç bir məsuliyyət daşımadıqları halda məhkəmə iş üzrə mühəndis tikinti torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti əsassız olaraq rədd edərək, mütəxəssis rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərba ycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtin a edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasın a səbəb olan hallar aradan qaldırılmadıqda. 30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitu tlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin ist ifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Maddə 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair al qı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:.

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyy ətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsini n baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir....

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 1

9. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyası nda) hazırlayır.

20. Yerquruluşu işləri (planlama) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hü quqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərə flərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

37. Mübahisəyə dair işin hallarından görünür ki, xx.xx.2007-ci il tarixli 12 saylı iclasının protokolundan çıxarışa əsasən Mahamalar kənd sakini İddiaçı həyətyanı üçün torpaq sahəsi tələbi nəzərə alınmış, Qazbinə bələdiyyəsinin mülkiyyətinə aid olan, kəndin perspektiv inkişafı üçün saxlanmış ərazidən alqı-satqı yo lu ilə 0,10 ha torpaq sahəsinin həyətyanı üçün iddiaçıya verilməsi qərara alınmışdır.

38. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş AQS seriyalı 029795 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə 0,10 ha torpaq sahəsinin alqı-satqısı üçün Qazbinə bələdiyyəsinin hesabına 382 manat ödəniş etmişdir.

39. Torpaq sahəsinin alqı-satqı Aktının Bələdiyyənin arxivində olmaması şəxsin deyil, müvafiq səlahiyyətli orqanın məsuliyyət sferasına aiddir. Bu baxımdan alqı-satqı aktının arxivdə olmaması şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz.

40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçının istinad etdiyi 12 saylı iclasının xx.xx.2007-ci il tarixdə keçirilməsi və həmin tarixdə isə iddiaçıya torpaq satılm aması ilə bağlı mövqeyini əsaslı hesab etməyərək bildirir ki, iddiaçının istinad etdiyi qərar 12 saylı olsa da, 15 dekabr 2007-ci il tarixlidir. 15 dekabr 2007-ci il tarixli qərarın isə arxivdə mövcud olmaması iş materialları ilə müəyyən edilməmişdir.

41. Həmçinin, apellyasiya məhkəməsi qərarın bələdiyyə sədri tərəfindən qəbul edildiyini bildirsə də, 15 dekabr 2007-ci il tarixli 12 saylı protokoldan çıxarışdan görünür ki, qərar bələdiyyə sədri tərəfindən deyil məhz Balakən rayonu Qazbinə bələdiyyəsi tərəfindən qəbul edilmişdir.

42. Torpaqların kənd təsərrüfatı təyinatlı əkin torpağı olmasına dair münasibətdə kollegiya bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Balakən rayon şöbəsi tərəfindən Balakən rayonu Qazbinə bələdiyyəsinin kəndin prespektiv inkşafı üçün ayrılmış ərazisindən M ahamalar kənd sakini İddiaçı alqı-satqı yolu ilə həyətyani torpaq sahəsinin verilməsi barədə yerquruluşu planı təsdiq edilmişdir.

43. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

44. Həmçinin qeyd olunmalıdır ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı torpaqların alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bu barədə qərarda ifadə olunur. Alqı-satqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və torpaq sahəsinin dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir.

45. Hazırkı mübahisə yə münasibətdə torpaq sahəsinə görə müəyyən olunmuş vəsaitin xx.xx.2007-ci il tarixdə Qazbinə Bələdiyyəsinin hesabına ödənilməsi də tərəflər arasında torpaq sahəsinin alqı-satqısının baş tutduğunun təsdiqi kimi qəbul olunmalıdır. 46. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, d əyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş v ə ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

48. Bununla belə kollegiya qeyd edir ki, yalnız torpaq sahəsinin ayrılmasına dair qərarın özünün mövcudluğu ilə kifayətlənməməli, həmçinin dəqiqləşdirilməlidir ki, sözügedən qərarda ayrılmış torpağın konkret ölçüsü göstərilmişdirmi və onun naturada harada yerləşdiyi müəyyən olunurmu? Xüsusilə nəzərə alınmalıdır ki, qərarda ayrılmış sahənin göstərilməsinə baxmayaraq, qərarın özündən və onunla bağlı icraat materiallarından torpağın naturada konkret harada yerləşdiyini dəqiq müəyyən etmək mümkün olmursa, bu hal, “İnzibati icraat haqqında” Qanunun 65.1.6-cı maddəsində nəzərdə tutulmuş (faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati aktlar) etibarsızlıq halını yarada bilər.

49. Kollegiya qeyd edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş torpaq sahəsinin ayrılmasına dair qərar yalnız “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsasların mövcud olmadığı hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Bu mənada, məhkəmələr bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə bağlı mübahisələrə baxarkən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanmış inzibati aktların etibarsızlığına gətirib çıxarın halların konkret iş üzrə mövcud olub-olmaması ətrafında araşdırma aparmalı, sözügedən hallardan hər hans ı birini müəyyən etdikdə isə inzibati aktın ayrıca mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq iddianı təmin etməməlidirlər.

50. Bəhs olunanlara əsasən kollegiya bu qənaətə gəlir ki, torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış, bələdiyyə qərarının mötəbər olmaması işdə olan hər hansı sübutla təsdiqini tapmamış və bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilən sahə olmuşdur.

51. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən sənədlər əsasında iddiaçıya ayrılan torpaq sahəsinin faktiki istifadə etdiyi sahə ilə üst-üstə düşübdüşməməsi ilə bağlı əlavə araşdırmaya zərurət olduğundan iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Balakən rayonu Qazbinə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrıldığı göstərilsə də, iş materiallarına əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışda ayrılmış torpaq sahəsinin naturada yerləşməsi ilə bağlı dəqiq sərhədlər göstərilməmişdir. İddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan sahənin naturada konkret olaraq harada yerləşdiyi məsələsi qeyri-müəyyən qalmışdır.

52. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-294/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən üst-üstə düşür.

53. İddiaçının fakitiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi işin düzgün həlli üçün ə həmiyyət daşıyır.

54. Odur ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi ayrılmış sahənin yeri ilə bağlı Balakən rayonu Qazbinə Bələdiyyəsinin yerquruluşu planından çıxarışı və onunla əlaqəli digər mötəbər sübutları tədqiq etməklə iddiaçıya ayrılmış sahənin naturada yerləşmə vəziyyətini dəqiq müəyyən etməli, üzərində mülkiyyət hüquqlarının qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxsin (şəxslərin) hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırmalı, əldə edilən nəticəyə əsasən qanuna müvafiq qərar qəbul etməlidir.

55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

56. Yuxarı da göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-532/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar