Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-748/2020 10.03.2020 ALİ MƏHKƏMƏ iddiaçı “X” kəndli fermer təsərrüfatının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: torpaq sahəsindən istifadə hüququnun qeydə alınması və çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı iddiaçı “X” kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə (üçüncü şəxs – “üçüncü şəxs” ASC, K ürdəmir rayon İcra Hakimiyyəti) qarşı “75 hektar torpaq sahəsinə iddiaçı “X” kəndli fermer təsərrüfatının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.11.2019-cu il tarixli, 2-1(106)77/2019 qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 mart 2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 29.03.1991-ci ildə Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin 84 nömrəli qərarı ilə “X” kooperativinin yaradılması məqsədəmüvafiq hesab edilməklə nizamnaməsi təsdiq edilmiş, keçmiş Kürdəmir X II hissə istifadəsində olan torpaq sahə sindən kooperativə daimi istifadə üçün 75 ha. torpaq sahəsi ayrılmış, həmin kooperativ 1 il fəaliyyət göstərdikdən sonra Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 19.03.1992-ci il tarixli, 124 nömrəli sərəncamına əsasən “X” kooperativi ləğv edilmiş, onun bazasında iddiaçı “X” kəndli fermer təsərrüfatı yaradılmış və həmin 75 ha. torpaq sahəsi sonuncu təsərrüfatın daimi istifadəsinə verilmiş, 18.06.1996-cı ildə vergi ödəyicisi kimi dövlət reyestrinə daxil edilmiş, 21.11.1997-ci ildə isə qeydiyyata alınmışdır. Əkinçilik məqsədi ilə bağlı zərurət yarandığından iddiaçı “X” kəndli fermer təsərrüfatı, daimi istifadəsində olan 75 ha. torpaq sahəsinə çıxarış və texniki pasport almaq məqsədi ilə DƏDRX-in 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh ərizəni təmin etməmiş və ona istinad etmişdir ki, həmin torpaq sahəsi Kürdəmir X ASC-nin adına olan 1499,5 ha. torpaq sahəsinin üzərinə düşür, habelə Kürdəmir rayon XDS İK-nin 19.03.1992-ci il tarixli, 124 saylı qərarına əsasən iddiaçı “X” kəndli fermer təsərrüfatının adına torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı barədə məlumat ləğv edilmiş, DTXK-dən təhvil götürülmüş arxiv sənədlərində və qeydiyyat kitablarında qeydiyyatın olmadığı müəyyən edilmişdir. İddiaçı, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının 75 ha. torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Məhkəmələrin mövqeyi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2018-ci il tarixli, 2-1(086)-236/2018 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2-1(106)-77/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 28.08.2018-ci il tarixli, 2-1(086)-236/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı “X” kəndli fermer təsərrüfatının istifadəsində olan 75 hektar torpaq sahəsinin “Kürdəmir X” ASC-yə məxsus torpaq sahələri ilə üst-üstə düşmür və çıxarışı n verilməsindən imtina edilməsi üçün əsas yoxdur. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini cavabdeh əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamış, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmuş, torpaq sahəsinin naturadakı vəziyyətinin elektron baza məlumatlarına uyğun olub-olmaması araşdırılmamış, məhkəmələr torpaq sahələrinin naturada üst-üstə düşmədiyi qənaətinə gələrkən hüquqların dövlət qeydiyyatı aparılan zaman verilən plan-ölçü sənədinin elektron kadastr məlumat bazasında müvafiq qeydiyyat aparıldıqdan sonra verildiyi məhkəmələr tərəfindən nəzərə alınmamış, iddiaçı “X” kəndli fermer təsərrüfatının adına t orpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktının verilməsi əsası olan Kürdəmir XDS İK-nin qərarının qüvvədə olub-olmaması araşdırılmamışdır. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 90-99-cu, Mülki-Prosessual Məcəlləsinin 418.1-ci, Mülki Məcəlləsinin 44-cü maddəsini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.11.2019-cu il tarixli, 21(106)-77/2019 nömrəli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı ol madan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 26.11.2019-cu il tarixli, 2-1(106)-77/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə hansı maddi hüquq normalarına istinad edilməli olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublik asının Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə mübahisəli torpaq sahəsinə hüquq 1991-ci ildə yarandığından məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan Torpaq Məcəlləsinin müddəaları şamil edilməlidir. Belə ki, həmin Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırma qaydası ilə həyata keçirilirdi. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən, rayon və şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitələrinin torpaq sahələrin i istifadəyə vermək səlahiyyətləri var idi, 66-cı maddəsinə əsasən, həmin kənd təsərrüfatı təyinatlı torpaqları müddətsiz kənd təsərrüfatı üçün kolxozlara, sovxozlara, digər kənd təsərrüfatlarına verilirdi, Həmin Məcəllənin 23, 24 və 25-ci maddələrinə əsasən, torpaq sahələri naturada sahənin hüdudları müəyyən edilməklə verilirdi və torpaq istifadəçisinin hüquqları XDS İK tərəfindən verilmiş dövlət aktı ilə rəsmiləşdirilirdi. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarından görünür ki, göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq mübahisəli 75 ha. torpaq sahəsi iddiaçı “X” kəndli fermer təsərrüfatının daimi istifadəsinə verilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, 25.03.1991-ci ildə Kürdəmir rayonu Xlı-Sallaqxananın ərazisində “X” kooperativinə torpaq sahəsinin ayrılması məqsədilə baxış keçirilmiş, Kürdəmir Xlı-Sallaqxananın II-hissə sahəsindən Qax rayonunun qış otlaq sahəsi ilə həmsərhəd olan ərazisindən 75 hektar örüş sahəsindən “X” kənd təsərrüfatı məhsulları istehsal edən kooperativə kənd təsərrüfatı məhsulları yetişdirmək məqsədi üçün seçilmiş, bu barədə akt tərtib olunmuş, həmin aktı X1-aqrokombinatın baş yer quruluşçusu, X1 0RİK-in baş memarı, X2 -Rayon Təbiəti Mühafizə cəmiyyətinin sədr müavini, X3 -Rayon SES-in baş həkimi, X4 -Rayon Dövlət Yanğından Mühafizə Müfəttişliyinin rəisi, X5 -Kürdəmir Xlı-Sallaqxananın direktoru, X6 -“X” kənd təsərrüfatı məhsulları istehsal edən kooperativin sədri tərkibdə olan komissiya üzvləri imza etmiş və həmin akt Kürdəmir rayon XDS İK-nin sədri tərəfindən təsdiq olunmuşdur. B undan sonra, 29.03.1991-ci il tarixli, 84 nömrəli qərar əsasında Kürdəmir rayon XDS İK-nin nəzdində kənd təsərrüfatı məhsulları istehsalı üzrə “X” kooperativinin yaradılması məqsədə müvafiq hesab edilmiş və ona 75 ha. torpaq sahəsinin ayrılması (ayrıc aktına uyğun olaraq) təsdiq edilmişdir. Bundan sonra “X” kooperativi iddiaçı “X” kooperativinə çevrilmiş və iddiaçı “X” kooperativinin 75 ha. torpaq sahəsinin daimi istifadə hüququ Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Lakin, cavabdeh inzibati orqan həmin torpaq sahəsinin Kürdəmir X” ASC-nin adına olan 1499,5 hektar torpaq sahəsinin üzərinə düşdüyünü əsas gətirərək çıxarışın verilməsindən imtina etmişdir. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən halı araşdırmamış, torpaq sahələrinin üst-üstə düşməsini nəzərə almamış və bununla da bununla da Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in göstərilən maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiya sı məhkəməsi həmin halın araşdırılması məqsədi ilə ekspertiza təyin etmiş və ekspert rəyi ilə iddiaçı “X” kəndli fermer təsərrüfatının istifadəsində olan 75 hektar torpaq sahəsinin naturada yeri müəyyən edilərək mübahisəli 75 hektar torpaq sahəsinin “Kürdəmir XASC ilə üst-üstə düşməyi müəyyən olunmamışdır. Kassasiya şikayətində qeyd olunan “Kürdəmir XDS İK-nin qərarının qüvvədə olubolmamasının araşdırılmaması” məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi həmin mübahisələrə 09.11.1991-ci il tarixli Torpaq Məcəlləsi şamil olunur və apellyasiya instansiya məhkəməsi də işin hallarını həmin normanın tələblərinə uyğun olaraq araşdırmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi hazırki mübahisə predmeti ilə bağlı ekspertiza təyin etmiş, t orpaq sahələrinin üst-üstə düşməsi məsələsini, həmçinin apellyasiya şikayətinin digər dəlillərini araşdırmış və müəyyən etmişdir ki, cavabdeh inzibati orqan Kürdəmir rayon XDS İK-nin qərarına əsasən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının ləğv edilməsi barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçını n arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində iddiaçının öz tələbini əsaslandırdığı hallar təsdiqini tapmış, inzibati orqan mübahisəli torpaq sahələrinin üst-üstə düşdüyünü və Dövlət Aktının ləğv edildiyini iddia etsə də buna dair heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır və təmin oluna bilməz. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.11.2019-cu il tarixli, 2-1(106)-77/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2-1(102)-748/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-748/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver