Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-748/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçuya xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixl i, 2-1(103)311/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı (Ş/V: AA*******, FİN: xxxxxxx) xx xxxx 1993-cü ildə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
2. İddiaçı 9 fevral 2018-ci il tarixdən Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olmaqla Bakı Beynəlxalq Aeroportunda “Nəzarətçi” kursunu keçmişdir. 28 aprel 2018-ci il tarixdə zabit-nəzarətçi vəzifəsinə təyin olunmaqla xidmətini davam etdirmək üçün “Biləsuvar” sərhəd nəzarət məntəqəsinə göndərilmişdir. 1 noyabr 2019cu il tarixdə DSX-da həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır.
3. İddiaçı cavabdehə müraciət edərək ödənilməli olan, lakin ödənilməmiş bütü n ödənişlərin ödəmələrini xahiş etmişdir. Cavabdeh 13 may 2020-ci il tarixdə 10/68 nömrəli məktubla yerdəyişmə müavinətinin ödənilməsi üçün iddiaçının Sərhəd Nəzarətinə müraciət edilməsi bildirilmişdir.
4. İddiaçı 16 iyun 2020-ci il tarixdə Sərhəd Nəzarətinə müraciət etmişdir. Lakin 7 sentyabr 2020-ci il tarixli 33/232 c/c-845 nömrəli məktub ilə ödənişdən imtina edilərək bildirilmişdir ki, iddiaçı xidmət etdiyi dövr ərzində yalnız “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində xidmət etmişdir və xidməti yerdəyişmə etmədiyindən heç bir ödəniş olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı ona xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
6. İddia onun la əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndi ilə xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri aylıq maaşlara üstəlik verilən pul təminatı növü kimi təsdiq edilmişdir. Lakin 28 aprel 2018-ci il tarixdə zabitnəzarətçi vəzifəsinə təyin olunmaqla xidmətini davam etdirmək üçün onun “Biləsuvar” sərhəd nəzarət məntəqəsinə göndərilməyinə və elə həmin tarixdən Biləsuvar rayonuna köçməyinə baxmayaraq, xidməti yerdəyişməyə görə yol xərci müavinəti ona ödənilməmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları nın pul təminatı haqqında Əsasnamənin (Yol təminatı. Xidməti yerdəyişməyə görə yol xərci müavinəti) 6.1-ci maddəsinə əsasən hərbi qulluqçuların (müddətli hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişilməsi ilə əlaqədar xidməti yerləri dəyişildikdə (faktiki olaraq hərbi hissənin və ya bölmənin daimi yaşayış məntəqəsindən başqasına keçməklə və yaşayış yerini dəyişməklə) yol xərci müavinəti ödənilir. İddiaçı xidmət etdiyi dövr ərzində yalnız «Biləsuvar» sərhəd nəzarət məntəqəsində xidmət etmiş və xidməti yerdəyişmə etmədiyindən ona heç bir ödəniş edilməmişdir. Qeyd olunana əsasən, iddianın əsassız olduğunun nəzərə alınmasını və təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 1 0 avqust 2021-ci il tarixli, 2-1(112)-3321/2021 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin qənaətinə görə, iddiaçının “Nəzarətçi heyətinin hazırlığı” kursunu başa vurduqdan sonra “Biləsuvar” X2 zabit nəzarətçi vəzifəsinə təyin olunması xidməti yerdəyişmə kimi deyil, ilkin təyinat qismində qiymətləndirilməlidir, iddiaçının cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidmətindən həmin təyinatla əlaqədar “xidməti yerdəyişmə üzrə yol xərci”ni tələb etməkdə haqlı sayılmır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tar ixli, 2-1(103)-311/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər – Aytən Orucova və Xəyalə Cəmilova) Bakı İnzibati Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2-1(112)-3321/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, 28 aprel 2021-ci il tarixdə iddiaçının vəzifəyə təyin edilmə əmri verilən vaxt Dövlət Sərhəd Xidməti hərbi qulluqçularına ödənilməli olan ödəni ş növlərinin siyahısını, həmin ödəniş növlərinin miqdarını və verilmə qaydasını tənzimləyən normativ hüquqi akt Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli, 220 nömrəli “Pul təminatı haqqında” Əsasnamə idi.
15. Həmin əsasnamənin 37.3.2-ci bəndinə əsasən ehtiyatdan çağırılaraq təhsil müddəti 1 il və daha az olan xüsusi təyinatlı təhsil müəssisəsini bitirərək xüsusi təyinatlı təhsil müəssisəsinin dislokasiya məntəqəsində və ya başqa məntəqələrdə yerləşən hərbi hissələrdə (bölmələrdə) vəzifələrə təyin olunan hərbi qulluqçulara, əgər hərbi xidmətə qəbul olunanadək daimi yaşadıqları məntəqədən 25 km-dən artıq olan məsafədə yerləşən hərbi hissələrə (bölmələrə) təyin olunarlarsa həmçinin onlara da bu Əsasnamənin 37.1-ci bəndində müəyyən edilmiş qaydada və həcmlərdə yol xərci müavinəti ödənilir. 37.1-ci maddəsinə əsasən isə hərbi qulluqçulara, o cümlədən hərbi qulluğa ehtiyatdan qəbul edilənlərə, hərbi vəzifəyə təyin olunmaları ilə əlaqədar başqa yaşayış məntəqələrində yerləşən yeni xidmət yerinə faktiki yaşayış yerini dəyişməklə köçənlərə yol xərci müavinəti ödənilir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə
2. Hərbi qulluqçu statusuna malik şəxslər
1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə
3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. M addə
20. Müavinətlər və başqa güzəştlər almaq hüququ
1. Hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər. 18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun Maddə
2. Bu Qanunda istifadə olunan əsas anlayışlar (...) 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Maddə
27. Hərbi xidmət vəzifələri nin icrası (...) 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; (...) Maddə
38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri (...) 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 ayda n artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. 38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir.
19. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanva rın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən:... xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri.
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsi nin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçının kursu başa vurduqdan sonra “Biləsuvar” X2 zabit nəzarətçi vəzifəsinə təyin olunması xidməti yerdəyişməsi deyil, ilkin təyinatı olmuşdur.
25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 167 ş/h nömrəli əmri ilə 9 fevral 2018ci il tarixdən Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmətə başlamış və Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olmaqla Bakı Beynəlxalq Aeroportunda “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmişdir. 26. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.3-cü maddəsinin tələbi nəzərə alındıqda, iddiaçının sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir. Başqa sözlə, iddiaçı təlim kurslarına cəlb olunduğu vaxtda hərbi xidmətdə olmuş, xidmətin dislokasiya yeri isə Bakı şəhəri olmuşdur.
27. Dövlət Sərhəd Xidməti rəisinin 28 aprel 2018-ci il tarixli 618 ş/h nömrəli əmri ilə iddiaçı hərbi vəzifəyə təyin olunmuş, xidmət yeri Biləsuvar rayonuna dəyişdirilmişdir.
28. Beləliklə, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2-1(103)311/2021 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilərək iddiaçının xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə goyulmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2-1(103)-311/2021 nömrəli qərarı ləğv edilsin. Cavab dehin üzərinə iddiaçıya xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi öhdəliyi qoyulsun. Qərar qətidir.