Məhkəmə qərarları › İş №2-1(102)-748/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-748/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-748/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya, arayış əsasında güzəştli stajın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalin in Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-513/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma, hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1980-ci il tarixdə 27№-li Kirovabad şəhər X15 məktəbinə (indiki Sənaye və Texnologiyalar üzrə X16 Təh sil Mərkəzinin əsas korpusuna) “Təmirçi çilingər “ixtisası verən qrupa daxil olmuş, xx.xx.1981-ci il tarixdə əyani təhsil almaqla bitirmiş, xx.xx.1981-ci il tarixdə 3-ci dərəcəli “Təmirçi çilingər” ixtisası üzrə 8080 №-li attestat almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müddətli hərbi xidmətdə olmuşdur. Bundan əlavə iddiaçı xx.xx.1990-xx.xx.1981, xx.xx.1983-xx.xx.1998, xx.xx.1998xx.xx.2006-cı il tarixlərdə əmək fəaliyyəti il məşğul olmuşdur.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 16 fevral 2023-cü il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun işlədiyi vəzifələr güzəştli vəzifəyə uyğun olmamış, nəticə e tibarı ilə güzəştli iş stajı 12 il 6 aydan az təşkil etmişdir. Bu səbəbdən də onun güzəştli şərtlərlə pensiya hüququ mövcud deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövrdə, mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövrdə X1 və təmiri sexində usta, böyük usta, xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrdə sex rəisinin müavini vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1963-cü ildə Tərtər rayonu Borsunlu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1983-cü ildə “Azərbaycan DRES”də Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər kimi başlamışdır. xx.xx.1989-cu ildə Mərkəzi təmir sexində 5-ci dərəcəli buxar qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə, xx.xx.1989-cu ildə Mərkəzi təmir sexində usta vəzifəsinə, xx.xx.1993-cü ildə X1 və Təmiri sexinə usta vəzifəsinə, xx.xx.1994-cü ildə həmin sexdə böyük usta vəzifəsinə keçmiş və xx.xx.1998-ci ilə kimi həmin vəzifədə işləmişdir. xx.xx.1998-ci ildən həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçərək xx.xx.2008-ci ilə kimi işləmişdir. xx.xx.2019-cu ildə Mingəçevir İSİS 45\5 saylı 112-ci məhəllə qazanxanaya mövsümü olaraq əməliyyatçı peşəsinə qəbul edilmiş və xx.xx.2020ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə kimi əməliyyatçı kimi işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş işin xarakteri haqqında arayışa əsasən Mütəllim Nuriyev işlədiyi 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün iddiaçıya xx.xx. 1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmiş və əmək məzuniyyətinə əlavə məzuniyyət günü əlavə edilmişdir. Həmçinin iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 24-cü bölməsinin a və b bəndlərinə uyğundur. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın hüquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

7. Sonradan iddiaçı iddia tələbinin də qiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasında dövrdə mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövrdə X1 və təmiri sexində usta, böyük usta, xx.xx.1998- xx.xx.2006-cı il tarixləri arasındakı dövrdə sex rəisinin müavini vəzifəsində işlədiyi müddət nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir

8. Şəki İnzibati Məhkəməsinin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2-1(116)-1670/2023 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fo ndu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtinası əsassız olmuşdur.

11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-513/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X9 və X6) apelyasiya şikayəti t əmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 iyun 2023-cü il tarixli, 2-1(116)1670/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə, eləcə də “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

16. Kassator bildirmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı tələbi üzrə ona 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa g örə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı; xx.xx.2006-cı il tarixədək 12 il 06 ay güzəştli iş stajı.

17. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 28 avqust 2020-ci il tarixli 07-93 nömrəli arayışında İddiaçı xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə Mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1993- xx.xx.2008ci il tarixləri arasındakı dövr ərzində X1 və təmiri sexində usta, böyük usta, sex rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sexlər və vəzifələr sözügedən arayışda istinad edilən, yu xarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sexlərə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 ay (xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrind ə olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı 2.4.1. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışması na dair iş yerinin arayışı təqdim olunur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şik ayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüq uqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;

3. Ümumi iş stajı minimum 25 il olmalıdır.

30. Kassasiya şikayətinin mahiyyətindən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmə səbəbi kimi iddiaçının işlədiyi sahələrin “Güzəştli şər tlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmadığı olmuşdur.

31. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin mövqeyi iş materiallarına uyğun deyildir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 07-93 nömrəli işin xarakteri haqqında arayışdan görünür ki, X5 (xx.xx.1963-cü il təvəllüdlü) xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azərbaycan DRES”- nın Mərkəzi təmir sexində 2-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №657 xx.xx.1983), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin sexdə 3-cü dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №470 xx.xx.1984), xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 4-cü d ərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №7 xx.xx.1986), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə 5-ci dərəcəli maşın avadanlıqlarının təmiri üzrə çilingəri vəzifəsində (Əmr №49 xx.xx.1988) xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində (Əmr №40/K xx.xx.1989), xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə usta İ qrup vəzifəsində (Əmr №106/K xx.xx.1989) xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X1 və təmiri sexində Usta İ qrup vəzifəsində (Əmr №224/K xx.xx.1993) xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək həmin sexdə böyük usta İ qrup vəzifəsində (Əmr №169/K xx.xx.1994), xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixə dək həmin sexdə sex rəisinin müavini vəzifəsində (Əmr №31/K xx.xx.1998) işləmişdir. xx.xx.2008-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№137/Ş xx.xx.2008) X4 zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur.

32. Zərərli iş sahəsində işlədiyi üçün X4 xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək aylıq məvacibinin 12% miqdarında, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək aylıq məvacibinin 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmiş dir. X3 xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur.

33. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-117 nömrəli işin xarakteri haqqında arayışında qeyd edilmişdir ki, X3 işlədiyi illər ərzində xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək tutduğu maşın avadanlıqlarının təmiri üzrə çilingər, buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər, enerji blokun böyük maşinisti, sexin böyük maşinisti, növbə rəisi vəzifələri, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək tutduğu usta İ qrup, böyük usta İ qrup vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə (vəzifə kodu 2140000a-18455), “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qazturbini) yanacaqötürülmə, tozhazırlama) vəzifəsinə (vəzifə kodu 2140000b-23398) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan vəzifə xüsusiyyətlərinə uyğundur. Həmin sahədə iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 14 il 07 ay 15 gün təşkil edir. "xxxx" MMC-də zərərli sahədə ümumi iş stajı 14 il 07 ay 15 gün təşkil edir.

34. Həmçinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-118 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışında iddiaçının mərkəzi təmir sexində maşın avadanlıqlarının təmiri üzrə çilingər, buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifələrində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi qeyd edilmişdir. Həmin vəzifələr üzrə sosial sığorta stajı 05 (beş) il 9 (doqquz) ay 1 (bir) gün təşkil edir.

35. Zərərli sahədə səs-küy, titrəmə, nəmlilik, havanın cərəyan sur əti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-a bəndinə və 2140000a-18455 vəzifə koduna uyğundur.

36. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-119 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, X5 Mərkəzi təmir sexində və X1 və təmiri sexində xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işləmişdir. Həmin vəzifələr üzrə sosial sığorta stajı 08 (səkkiz) il 10 (on) ay 14 (on dörd) gün təşkil edir.

37. Zərərli sahədə səs-küy, titrəmə, nəmlilik, hava nın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-b bəndinə və 2140000b-23398 vəzifə koduna uyğundur.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına malik olması iş materiallarında olan arayışlarla təsdiq edilir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin gös tərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

40. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, apellyasiya instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndi rərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddia tələbini təmin edərkən qanuni və əsaslı nəticəyə gəlmişlər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-513/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar