Məhkəmə qərarları › İş №2-1(102)-748/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-748/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-748/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əvvəl verilmiş bəyannamə əsasında tərtib edilmiş ekspert rəyinin dəqiqləşdirilmiş bəyannamə təqdim edildikdən sonra mötəbərliyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini n 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(105)-89/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla Kameral vergi yoxlaması üçün zəruri olan sənədləri (məlumatları) İddiaçı MMC-dən tələb etmişdir. 2. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 03 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC barəsində kameral qaydada yoxlama keçirilmiş və 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 116779.7 manat əl avə vergi hesablanmışdır. 3. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş kameral qaydada yoxlama nəticəsində 2022-ci ilin mənfəət vergisi üzrə 40233.56 manat məbləğində əlavə vergi hesablanmış və bu barədə 04 aprel 2023-cü il tarixli qərar qəbul edilmişdir. 4. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli qərar əsasında İddiaçı MMC-yə 2022-ci ilin mənfəət vergisi üzrə 40233.53 manat məbləğində əlavə vergi hesablanmışdır. 5. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli qərarla isə İddiaçı MMC-yə 2021-ci ilin mənfəət vergisi üzrə 110.409,34 manat məbləğində əlavə vergi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MM C cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2021-ci il mənfəət vergisi üzrə 03 mart 2022-ci il tarixli **********206800 saylı “Vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı müəssisəyə 03 mart 2022-ci il tarixli qərarla kameral vergi yoxlaması nəticəsində əlavə vergi borcu hesablanmışdır. Bundan əvvəl vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu ünvanlanmış və iddiaçı cavab olaraq bildirmişdir ki, 2-ci bəndə uyğun olaraq idxal olunan nəqliyyat vasitəsindən əlavə xx.xx.2021-ci il tarixdə X3 tərəfindən EBBP seriyalı 042581 n ömrəli e-qaimə ilə 367372.88 manat məbləğində nəqliyyat vasitəsi mədaxil olunmuş və həmin avtomobil müəssisənin əsas vəsaiti olaraq qeydiyyata alınmışdır. Nəqliyyat vasitəsinin invoys dəyəri 73950,00 manat, gömrük xərcləri isə 12021,32 manat olmuşdur. Belə ki, ümumilikdə 453344.20 manat dəyərində əsas vəsait alınmışdır. 3-cü bəndə uyğun olaraq idxal olunan nəqliyyat vasitəsinin əlavə e-qaimə ilə alınan nəqliyyat vasitəsinə də amortizasiya hesablanmışdır. 1-ci və 4-cü bəndlərdə qeyd olunan uyğunsuzluqla əlaqədar dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Mənfəət bəyannaməsinin 221.2-ci sətrində (sosial sığorta haqları) qeyd olunan 5581,50 manat məbləğ 2021-ci il üzrə təqdim edilən vahid bəyannamələrdə qeyd olunan sığorta haqlarının cəminə bərabərdir. Yaranan 291,19 manat fərq isə 4 rüb ü zrə icbari tibbi sığorta xərclərinin cəmidir. Xərclər əmək haqqı, sosial sığorta haqları, satılan malın maya dəyəri, icarə haqqı, bank xərcləri, əsas vəsaitin amortizasiyası, nəqliyyat xərcləri və gələn e-qaimələrə əsasən formalaşmışdır. Məhkəmədə iddia qaldırdıqdan sonra xx.xx.2022-ci il tarixdə cavabdeh təkrarən uyğunsuzluq məktubu göndərmiş və elə həmin gün əlavə vergi borcunun hesablaması barədə qərar qəbul etmişdir. Daha sonra məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixli qərar vergi orqanının özü tərəfindən ləğv edilərək eyni məzmunlu 04 aprel 2023-cü il tarixli qərar qəbul edildiyindən iddiaçı həmin qərarı mübahisələndirir.

8. Cavabdeh orqan iddia tələbinə etirazlarında qeyd etmişdir ki, 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən ƏDV-siz ümumi dəyəri 540783.35 manat olan dövriyyə üzrə elektron qaimə-faktura əldə edilmişdir. Həmin dövriyyənin 367372.9 manat məbləğində (ƏDV-siz) olan hissəsi “Mercedes Benz G63 AMG Minik” avtomobilinin alınmasına aid olmuşdur. Nəqliyyat vasitəsinin dəyəri istisna edilməklə elektron qaimə-faktura üzrə alış 173410,45 manat (5407xx.xx-367372.9=173410.45) təşkil etmişdir. Bundan başqa, 2021ci il ərzində 1616136,67 manat (ƏDV-siz) dəyərində mal idxal edilmişdir ki, həmin malların tərkibində də 1 ədəd dəyəri 91915,92 manat (ƏDV-siz) olan "BMW X5” markalı minik avtomobilinin idxal edildiyi müəyyən olunmuşdur. Minik avtomobilinin dəyəri istisna edilməklə 1524220.75 manat məbləğində (1616136,67-1915,92) idxal əməliyyatı həyata keçirilmişdir. Ümumilikdə elektron qaimə-faktura və idxal üzrə 459288.82 manat dəyərində nəqliyyat vasitəsi a lınaraq, 1 nömrəli əlavədə dövr ərzində əldə edilmiş nəqliyyat vasitəsi kimi qeyd edilmiş və 1697631.20 manat məbləğində (nəqliyyat vasitəsiz) alış və idxal əməliyyatı olmuşdur. Əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (219292,71 manat)+cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların məbləği*(173410,45 manat)+cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləği (1524220,75 manat) ilə 1 №-li Əlavənin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (53596,38 manat) çıxılması nəticəsində yaranan 1863327,53 manat məbləğin təqdim edilmiş bəyannamənin "Xammal və materiallar”, “Malın dəyəri”, “Enerji xərcləri", "Qaz xərcləri”, "Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, "Rabitə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” və "Digər xərclər” sətirlərində” göstərilmiş xərclərin cəmi məbləği ilə (2447226,41 manat) müqayisəsi nəticəsində 583898.88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Həmin məbləğin vergisi isə 116779.78 manat (583898,88*20%=116779.78) təşkil etdiyindən mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar olaraq vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” və 8, 10, 17 fevral və 2 mart 2022-ci il tarixl i **********268500, **********653900, **********615500 və **********562200 nömrəli məktublarla müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla bağlı əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmamışdır. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********206800 nömrəli Qərara əsasən vergi ödəyicisinə 116779,78 manat məbləğində əlavə vergi hesablanmışdır. Həmçinin, 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində aşağıdakı məzmunda kənarlaşmalar yaranmışdır:

1. İddiaçı tərəfindən bank çıxarışı təqdim edilmişdir. Lakin xarici valyutaların manata nisbətən məzənnəsinin dəy işməsindən yaranan 17844.98 mənfi fərq təqdim etdiyi sənədlərdə öz təsdiqini tapmamışdır. 2. xx.xx.2023-cü il tarixli **********761000 nömrəli müraciətində xx.xx.2022-ci il tarixində xarici nəqliyyat şirkəti (X8 ve Lojistik Dıs Ticaret Limited Sirketi) ilə 67000 USD (113900.00 AZN) dəyərində idxal olunan malların daşınması ilə əlaqədar müqavilə bağlanıldığı və xx.xx.2022-ci il tarixində müqaviləyə əsasən ödəniş edildiyi, mənfəət vergisi bəyannaməsinin 229.2-ci (Qeyri-rezident üzrə nəqliyyat xərci) sətrində xərc olaraq qeyd olunduğu bildirilsə də, nəqliyyat xidmətləri üçün ödəmələr ödəmə mənbəyində vergiyə cəlb edilməmiş, qeyd olunan nəqliyyat xərcləri xərc maddələrində göstərildiyi halda malın dəyərində təkrar göstərilmişdir. 3. 2022-ci il ərzində iddiaçı tərəfindən 280712,71 manat (ƏDV-si z) dəyərində EQF əsasında mallar, işlər və xidmətlər əldə edilmiş, vergi orqanında olan gömrük məlumatlarına əsasən invoys dəyəri 2676410,74 manat olan mallar idxal edilmişdir. Müraciətə uyğun olaraq əldə edilmiş mallardan 13460.80 manat dəyərini əsas vəsait təşkil etmişdir. Ümumilikdə il ərzində əldə edilmiş (əsas vəsaitlər istisna olmaqla) mallar, işlər və xidmətlərin ümumi dəyəri 2943662.65 manat müəyyən edilmişdir. 87267.63.0 manat təsdiqini tapmayan xərc müəyyən edilmişdir. 1-ci kənarlaşma üzrə yaranmış uyğunsuzluq vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsasında nəzərə alınmışdır. Vergi ödəyicisi 2022-ci il üçün 7 dəfə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, təqdim edilmiş bəyannamələrdə rəqəmlər kəskin fərqlənmiş, fərqli rəqəmlərlə hesabat təqdim edildiyindən vergidən yayınma kimi qiymətləndirilmişdir. Aparılmış təhlillər üzrə dəfələrlə uyğunsuzluq məktubları göndərilmiş, yazışmalar aparılmışdır. Kameral vergi yoxlamasına əsas olan 27 mart 2023-cü il tarixli **********346800 nömrəli uyğunsuzluq məktubu üzrə kənarlaşmalar üzrə qaneedici zəruri sənədlər təqdim edilmədiyi üçün 4 aprel 2023-cü il tarixli **********402000 nömrəli qərar əsasında 40233.56 manat mənfəət vergisi hesablanmışdır.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim etmiş, sonuncu ərizədə cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli və 04 aprel 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-180/2023 saylı, 01 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilərək, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 03 mart 2022-ci il tarixli **********206800 saylı və 04 aprel 2023-cü il tarixli **********402000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar ləğv edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən “Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”dir. Cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üz rə mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri əsasında iddiaçı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrü ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən bildirilir ki, tərəflər arasında mübahisə yaradan məbləğ cavabdeh tərəfindən avtomobillərin əldə edilməsi ilə bağlı xərclər amortizasiya qaydasında deyil, birbaşa xərclərə aid edilmişdir. Bu səbəbdən də həmin malların dəyəri xərclərdən çıxılmamışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instans iya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli və 03 sentyabr 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(105)-89/2024 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X2 və X1) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Mə hkəməsinin 01 iyun 2023-cü il tarixli, 2-1(118)-180/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli 3-21-2- 9/2-1271/2024 və 03 sentyabr 2024-cü il tarixli 3-21-2-9/2-20449/2024 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh vergi orqanının 2022-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3- 21-2-9/2-1271/2024 saylı, 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2- 9/2-20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul edərkən göstərdiyi əsaslar öz təsdiqini tapmadığı və cav abdeh orqanın inzibati icraat haqqında qanunun tələblərini pozaraq əsassız qərarlar qəbul etdiyi, xərclərin nəzərə alınmamasının düzgün olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən bununla bağlı müvafiq sənəd və izahatlar məhkəməyə təqdim edilmişdir. İddiaçının təqdim etdiyi təsdiqedici sənədlərdən görünür ki, 2021-ci il və 2022-ci il mənfəət vergisi üzrə xərclər doğrudur, ilkin sənədləri mövcud olmuş, inzibati orqan tam araşdırma aparmadan qərarlar qəbul etmişdir. Cavabdehin qeyd etdiyi sosial sığorta haqları ilə bağlı kənarlaşmaların ekspert rəyləri və ilkin sənədlərlə mövcud olmadığı müəyyən edilmişdir. İcbari tibbi sığorta xərcləri müəssisənin xərcləri hesab edilməlidir. Məhkəmə bəyannamələrdə göstərilən nəqliyyat xərclərini, o cümlədən bununla əlaqədar “X8 ve Lojistik Dıs Ticaret L imited” Şirkəti ilə bağlanan müqavilə, iş və xidmətlərin göstərilməsini təsdiq edən sənədlərlə müvafiq xərclərin öz təsdiqini tapdığı iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsi üzrə xərclərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. Qanunvericiliyə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclər nəzərə alınmalı və xərclərə aid olunmalıdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

17. Şikayətdə Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 16.1.7, 37.3, 67.1, 67.1.3, 67.1.6, 67.1.9-cu maddələrinə istinad edərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

18. Bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə xərc sənədləri təqdim edilməmiş, əvəzində iki ildən sonra xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə 2021-ci il üzrə və xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmiş, iddia ərizəsində qeyd olunan xərclərin tərkibini dəyişmiş, mübahisləndirilən inzibati aktlar ləğv edilmiş, hamin dövrlərlə bağlı yeni inzibati aktlar qəbul edilmişdir. Qeyd olunan xərc sənədləri xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunanadək nə cavabdeh vergi orqanına nə də ki, Sumqayıt İnzibati məhkəməsinə təqdim edilmidişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qərarında birinci instansiya məhkəməsi qərarına istinad edərək mahiyyət etibarilə eyni qərarlar mübahisələndi rilmiş, mübahisələnidirilən qərarların ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Hazırkı iş üzrə həmin qərarlarda mübahisələndirilən dövr və vergi növü dəyişməmiş, qərarların tarixləri dəyişdirilmədiyini qeyd etsə də, qeyd olunan xərc sənədləri xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamələr təqdim olunanadək nə cavabdeh vergi orqanına, nə də ki, Sumqayıt İnzibati məhkəməsinə təqdim edilmişdi, ekspert rəylərinə istinad olunsa da, ekspertizaya qeyd olunan sənədlər təqdim edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

37. Kameral verg i yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmə lərinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə

72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.... 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayi nə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə

87. Sübutların təmin edilməsi qaydası 87.1. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Ma ddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 iyul 2024-cü il tarixli və 03 sentyabr 2024-cü il tarixli qərarların l əğv edilməsinə yönəlmişdir.

26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı qənaəti ilə razılaşarkən qeyd etmişdir: “... cavabdeh vergi orqanı iddiaçının kameral vergi yoxlaması ilə əhatə olunan hesabat dövrü üzrə cavabdeh mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamanın əsaslı olmasını sübuta yetirə bilməmişdir. Sumqayıt inzibati məhkəməsinin iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyləri əsasında ididaçının 2021 və 2022-ci illər üzrə hesabat dövrünə görə mənfəət vergilərini düzgün hesabladığı müəyyən edilmişdir.

27. Birinci instansiya məhkəməsində məhkəmə-mühasibatlıq və əlavə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmiş və gəlir və xərclərə münasibət bildiril miş, 2021 və 2022-ci illər üzrə mənfəət vergisi hesablamalarının düzgün hesablanması və ya kameral hesablanmış vergilərin düzgünlüyünə hüquqi qiymət verilmiş, sonradan həmin dövrlər üzrə çıxarılmış, 2022-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-1271/2024 saylı; 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-9/2-20449/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ilə hesablanan vergilərin müəyyən edilmədiyi aşkar olunmuşdur”.

28. Beləliklə, apellyasiya instansiya məhkəməsinin nəticəsindən anlaşılır ki, iddianın təmin edilmə əsası birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə-mühasibatlıq və əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri olmuşdur.

29. Məhkəmə kollegiyası apellyasi ya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün yuxarıda adı çəkilən və iddianın təmini üçün əsas olan məhkəmə-mühasibatlıq və əlavə məhkəmə mühasibatlıq ekspertizalarının rəylərinin təhlil edilməsini məqsədə müvafiq hesab edir.

30. Belə ki, iş materiallarından da məlum olduğu kimi məhkəmə-mühasibatlıq ekspertizası birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmişdir. Bu zaman ekspert qarşısında 2 sual qoyulmuşdur:

1. İddiaçı MMC-yə vergi orqanının 03 mart 2022-ci il tarixli **********206800 saylı və 08 iyun 2022-ci il tarixli **********2400 saylı qərarları əsasında hesablanmış mənfəət və gəlir vergisi düzgün hesablanmışdırmı?

2. Düzgün hesablanmadığı təqdirdə həmin dövr üçün iddiaçının ö dəməli olduğu mənfəət vergisi və gəlir vergisi nə qədər təşkil etməsi müəyyən edilsin.

31. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5539 saylı rəyində iddiaçıya mübahisələndirilən qərarlar əsasında hesablanmış mənfəət vergisinin düzgün hesablanmaması müəyyən olunmaqla yanaşı vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin göstəricilərinin düzgünlüyünün müəyyən olunduğu qeyd edilmişdir (cild 1, iş vər 97-101).

32. Cavabdehin vəsatəti əsasında birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu ekspertiza zamanı ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı MMC-nin 2021-ci ilin yanvar ayına nə qədər mal qalığı olmuşdur? 2) iddiaçı yanvar 2021-dekabr 2021 tarixi aralığında cəmi nə qədər mal almış və idxal etmişdir (ƏDV-siz)? 3) iddiaçı yanvar 2021-dekabr 2021 tarixi aralığında cəmi nə qədər mal təqdim etmişdir (ƏDV-siz)? 4) İdxal olunan avtonəqliyyat vasitələri 2021-ci il ərzində hər hansı qaydada (istər EQF əsasında, istər BDYPİ-də alqı-satqı müqaviləsinə əsasən) təqdim edilməmişdirsə avtonəqliyyat vasitələrinin dəyəri gəlir üçün xərc kimi götürülə bilərmi? 5) vergi ödəyicisinin mənfəət gəliri bəyannaməsində maddələrin 221.4-cü sətrində 1689917.07 manat xərcin tərkibinə hansı mallar daxildir? 6) iddiaçı yanvar 2022-oktyabr 2022 tarixi aralığında cəmi nə qədər mal almış və idxal etmişdir (ƏDV-siz)?

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertiz asının xx.xx.2023-cü il tarixli ekspert rəyində iddiaçı MMC-nin 2021-ci ilin yanvar ayına olan mal qalığı 219292,71 manat, 2021-ci il üzrə aldığı və idxal etdiyi malların cəmi 1689917.08 manat və 2021-ci il üzrə təqdim etməsi (satış dövriyyəsi) 263321.93 manat müəyyən edildiyi; idxal olunan avtonəqliyyat vasitələri 2021-ci il ərzində hər hansı qaydada təqdim edilməmişdirsə Vergi Məcəlləsinin və bununla bağlı digər qanunvericilik normalarının tələblərinə əsasən avtonəqliyyat vasitələrinin dəyəri gəlir üçün xərc kimi götürülə biləcəyi; Alınmış və ya idxal olunmuş avtonqəliyyat vasitələrinin dəyəri həmin avtonəqliyyat vasitələrinin təqdim ediləcəyi təqdirdə ümumilikdə xərc kimi, təqdim edilməyəcəyi təqdirdə isə amortizasiya xərci kimi illər üzrə hissə-hissə nəzərə alına biləcəyi; Vergi ödəyic isinin 2021-ci ilin mənfəət vergisi bəyannaməsində maddələrin 221.4-cü sətrində göstərilən 1689917.07manat xərcin tərkibi “Şam ağacı materialından taxta”, “küknar ağacı materialından taxta”, “ağac lifli plitələr”, “qovaqağacı materialından taxta” və s. olmaqla meşə materiallarından ibarət olduğu; İddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından - 2022ci ilin oktyabr ayınadək ümumilikdə 2169147,46 manat məbləğində mal alınmış və idxal edilmişdir, o cümlədən 2057108,19 manat (ƏDV-siz) idxal edilmiş (2039708,19 invoys dəyəri + 17400,00 gömrük rüsumu), 112039,27 manat (ƏDV-siz) məbləğində isə e-qaimə ilə mal (iş və ya xidmət) alındığı, bundan başqa xx.xx.2022-ci il tarixli, 9/5339 nömrəli ilkin ekspert rəyində 2022-ci ilin mənfəət vergisi üzrə hesablama aparılarkən həmin hesablama vergi ödəyicis inin yanvar-aprel ayları üzrə təqdim etdiyi hesabatlara uyğun olaraq aparıldığı qeyd edilmişdir. Əlavə olaraq göstərilmişdir ki, hazırkı tədqiqata isə 2022-ci ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir ki, həmin bəyannamə göstəriciləri aşağıdakı kimi olmuşdur: ümumi gəlir - 3409657,00 manat, ümumi xərclər 3314631,99 manat, vergiyə cəlb olunan gəlir - 77180,03 manat, mənfəət vergisi 15436,01 manat (cild 1, iş vər 127-130).

34. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş həm ilkin, həm də əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardadlardan və həmin qərardadlar əsasında verilmiş rəylərdən görünür ki, rəylər iddiaçının təqdim etdiyi mənfəət vergisi haqqında bəyannamədə əks edilmiş məlumatlar əsasında verilmişdir.

35. Lakin i ş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə dəqiqləşmiş bəyannamə təqdim edərək hesabatda əvvəllər kameral vergi yoxlamasına səbəb olan sətirlərdə müvafiq dəyişikliklər etmiş, kameral vergi yoxlaması ilə əlavə hesablamanın aparılmasında fərqli kənarlaşmalar yaranmışdır və nəticə də əvvəlki kameral vergi yoxlaması ilə müqayisədə də fərqli vergi məbləği hesablanmışdır.

36. Başqa sözlə, ekspertiza üçün əsas olan və tədqiqat obyekti kimi əhəmiyyət kəsb edən mənfəət vergisi haqqında bəyannamə rəy verildikdən sonra iddiaçı tərəfindən dəyişdirilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi işin bu xüsusatına əhəmiyyət vermədən iddiaçının özü tərəfindən dəyişdirilmiş və düzgün hesab edilməmiş mənfəət vergisi barədə bəyannamələr əsasında qəbul edilmiş ekspert rəyini əsas gö türmüşdür.

38. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və qanunvericiliklə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin yuxarıda da qeyd edildiyi kimi apellyasiya instansiya məhkəməsi ləğv edilmiş bəyannamə əsasında verilmiş rəyi mötəbər sübut kimi qəbul etməklə yanaşı, iddianın təmini üçün əsas hesab etmişdir.

39. Odur ki, növbəti apelyasiya baxışı zamanı işin bu halı təhlil edilməli, zərurət yaranarsa sonuncu dəqiqləşdirilmiş bəyannamə əsasında məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

42. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(105)-89/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar