Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-749/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər; sonuncu iş: civə üsulu ilə xlor və kaustik soda istehsalatında təmirçi çilingər) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Dadaşov dan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Cavid Əhmədovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddiaçıya xx xxxx 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-611/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Aşur Əlif oğluMəmmədov xx.xx.1961-ci il tarixdə Masa llı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı ona xx xxxx 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx xxxx 2016-cı il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdehə təqd im etmiş, cavabdeh xx.xx.2018-ci il tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1961-ci il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçı xx xxxxxx 1979-cu il tarixdən xx xxxxxx 1983-cü il tarixədək X2 Etilen-politelen zavodunda çilingər, xx xxxx 1983-cü il tarixdən xx xxxxxx 1984-cü il tarixədək X3 Birliyi PMK33-də fəhlə, xx xxx 1984-cü il tarixdən xx xxxxxx 2012-ci il tarixədək X4 zavodunda təmirçi çilingər vəzifəsində işləmiş, həmçinin xx xxxxxx 2012-ci il tarixdən bu günə kimi X2 Etilen-politelen zavodunda çilingər vəzifəsində işləyir. Bundan sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona xx xxxx 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(85)-2746/2018 nömrəli (sədrlik edən hakim Zaur Pirverdiyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx xxxx 2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(105)-118/2019 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Zaur Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)1906/2019nömrəli (hakimlər Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Xəqani Məmmədov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cuil tarixli 2-1(105)-118/2019 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)-611/2019 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(105)-611/2019 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Telman Quliyev və Gülnarə Tağızadə) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətionunla əsaslandırılmışdır ki,ƏPQ-nin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçı pensiya yaşına çatmalı, minimum sığorta stajı və həmin sığorta stajından qanunvericilikdə qeyd edilmiş müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməlidir. ƏPQ-nin 9.1-ci maddəsində xx.xx.2017-ci il tarixə qədər olan mətni iddiaçıya şamil edilə bilməz. Belə ki, ƏPQ xx.xx.2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı 45 olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçının həmin maddənin qeyd edilən tarixə qüvvədə olan yaşı maddədə qeyd edilən 57 pensiya yaşından aşağı olmuşdur. Həmçinin, iddiaçının hal-hazırda 58 yaşı olduğundan ona ƏMQnin hazırda qüvvədə olan 9.1-ci maddəsi şamil edilə bilməz. Belə ki, xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla həmin maddədə qeyd edilən pensiya yaşı 57-dən 60-a qaldırılmışdır. Bundan başqa, ƏPQ-nin 9.8-ci maddəsində qeyd edilənlər də iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Yəni qeyd edilən maddədən də göründüyü kimi, iddiaçıya münasibətdə "Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-611/2019 nömrəli qərarının ləğv edilməsini, iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili C.Əhmədov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasa siya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunm asına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,ƏPQ-nin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçı pensiya yaşına çatmalı, minimum sığorta stajı və həmin sığorta stajından qanunvericilikdə qeyd edilmiş müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməlidir. ƏPQ-nin 9.1-ci maddəsində xx.xx.2017-ci il tarixə qədər olan mətni iddiaçıya şamil edilə bilməz. Belə ki, ƏPQ xx.xx.2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı 45 olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçının həmin maddənin qeyd edilən tarixə qüvvədə olan yaşı maddədə qeyd edilən 57 pensiya yaşından aşağı olmuşdur. Həmçinin, iddiaçının hazırda 58 yaşı olduğundan ona Ə MQ-nin hal-hazırda qüvvədə olan 9.1-ci maddəsi şamil edilə bilməz. Belə ki, xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla həmin maddədə qeyd edilən pensiya yaşı 57-dən 60-a qaldırılmışdır. Bundan başqa, ƏPQ-nin 9.8-ci maddəsində qeyd edilənlər də iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Yəni qeyd edilən maddədən də göründüyü kimi, iddiaçıya münasibətdə "Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd ediləndəlillər əsassızdır. Belə ki, xx.xx.1980-ci il tarixli ИТ-1 ******* saylı əmək kitabçasına əsasən iddiaçının xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlaması və hal-hazır a kimi müxtəlif idarələrdə müxtəlif vəzifələrdə işləməsi, xx xxxx 2018-ci il tarixli 261 saylı arayışdan iddiaçının xx.xx.1984-cü il tarixdən – xx.xx.1996-cı il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun sənaye çirkab sularının neytrallaşdırılması və təmizlənməsi sexində təmirçi çilingər vəzifəsində işləməsi, xx.xx.2018-ci il tarixli 262 saylı arayışından iddiaçının xx.xx.1996-cı il tarixdən – xx.xx.1996-cı il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun xlorparafin-470, kalsium-xlorid və dəmir-xlorid məhlulu istehsalı sexinin lokal təmizləyici qurğular sahəsində təmirçi çilingər vəzifəsində işləməsi, xx.xx.2018-ci il tarixli 263 saylı arayışından iddiaçının 05.07. 1996-cı il tarixdən – xx.xx.1997-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyin in keçmiş “X4” zavodunun diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatında təmirçi çilingər vəzifəsində işləməsi, xx.xx.2018-ci il tarixli 264 saylı arayışından iddiaçının xx.xx.1997-ci il tarixdən – xx.xx.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində təmirçi çilingər vəzifəsində işləməsi, xx.xx.2018-ci il tarixli 265 saylı arayışından iddiaçının xx.xx.2006-cı il tarixdən – xx.xx.2012-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatında təmirçi çilingər vəzifəsində işləməsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusi yanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci tələbinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qayda da məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sıgorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rə smiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin qaydaların 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 aymı həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nöm rəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx.xx.1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İş materiallarından görünür ki, xx.xx.1997-ci ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə 12 il 6 ay və 25 il ümumi stajı olarsa, iddiaçının 55 yaşdan pensiya hüququ yaranacaqdır, yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə 12 il 6 ay və 25 il ümumi stajı olarsa, onun (5 5+2) 57 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olur. İddiaçı əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdən başlamış və hazıra kimi müxtəlif idarələrdə müxtəlif vəzifələrdə işləmişdir. O cümlədən xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun buxar enerjisi sexində çilingər vəzifəsində (3 il 5 ay 18 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1996cı il tarixədək (11 il 8 ay 25 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun sənaye çirkab sularının neytrallaşdırılması və təmizlənməsi sexində təmirçi çilingər vəzifəsində (göstərilən peşə AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının X bölməsinin 2-ci bəndinin 2110A020 şiffinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir), xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (5 ay 4 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun xlorparafın-470, kalsium-xlorid və dəmir xlorid məhlulu istehsalı sexinin lokal təmizləyici qurğular sahəsində təmirçi çilingər (göstərilən peşə Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının X bölməsinin 2-ci bəndinin 2110A020 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir), xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 10 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatında təmirçi çilingər vəzifəsində (göstərilən peşə AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə t əsdiq olunmuş 2 saylı Siyahının VHİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir), xx.xx.1997ci il tarixdən xx.xx.2005-ci il tarixədək (8 il 5 ay 17 gün) “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində təmirçi çilingər vəzifəsində (göstərilən peşə AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir) işləmişdir. Göründüyü kimi, iddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuş, xx xxxx 2018-ci il tarixdə 57 yaşı tamam olmuş, iddiaçı xx xxxxxx 2006-cı il tarixədək 25 il 1 ay 14 gün sığorta stajına malik olmuş və həmin müddətin 21 il 7 ay 26 gününü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahı üzrə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajı na malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikası nın Qanununun 1.16-cı bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli, 543-VQD №-li Qanun qüvvəyə minənədək iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamışdır və iddiaçıya 60 yaşdan yox, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda Ali Məhkəmənin İnzibati Kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli, 543-VQD №-li Azərb aycan Respublikasının Qanunuyla bağlı hesab edir ki, həmin Qanun iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ hüquqi akt olmadığından iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyə n hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiya hüququ yaranmışdır ki, cavabdeh iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edil məsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-611/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-749/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-749/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver