Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-749/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-296/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında 03 may 2013-cü il tarixdə bağlanılmış “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 81 nömrəli müqaviləyə görə, podratçı ("xxxx" MMC) ünvan 1 ünvanında inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində 4 ot aqdan ibarət 22 nömrəli 210 kv.m sahəsi olan mənzilin tikilib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən mənziliqəbul edib haqqının ödənilməsini öhdələrinə götürmüşlər (1.1-ci bənd). Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m-nin qiyməti – 1100 manat həcmində müəyyən olunmuşdur (2.1-ci bənd). Müqavilənin qiyməti 231000 (iki yüz otuz bir min) manat olmaqla, dəyişməz olaraq qalır (2.2-ci bənd). 2. xx.xx.2013-cü il tarixli, AXU seriyalı 85 nömrəli kassa mədaxil orderinə görə, iddiaçı 03 may 2013-cü il tarixli, 81 saylı müqavilə üzrə ödənilməli olan 231000 (iki yüz otuz bir min) manat məbləğində pul vəsaitini podratçı "xxxx" MMC-yə ödəmişdir.
3. Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nəsimi RİH-nin 1 oktyabr 2004-cü il tarixli, 01-04/368 saylı razılıq məktubu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli, A/01 saylı müraciəti nəzərə alınaraq, ünvan 2 ünvanında qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələndirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmiş, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. 4. 5 mart 2006-cı il tarixli "xxxx" MTK ilə (sifarişçi) "xxxx" MMC (podradçı)arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinə görə: 1.1-ci bənd – “Sifarişçi”nin ("xxxx" MTK) tapşırığı ilə “Podratçı” ("xxxx" MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH Başçısının 237 nömrəli, 12 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədə qeyri-yaşayış obyektinin-Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində, Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m olan yaşayış binasının və sahəsi 2.220 kv.m olan ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smetasənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; 3.1.12-ci bənd - Podratçı obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payıhesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr "xxxx" MTK tərəfindən bağlanır.
5. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, X24 (üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, X2, X18, X4, X19, X5, X29, X20, X43, X1, X12, X13, X21, X10, X22, X3, X6, X7, X14, X15, "xxxx" MMMC olmaqla) qarşı “cavabdeh X16 vurulmuş ziyan ilə bağlı 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi, cavabdeh "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyətinin "xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş rəhbəri X32 ilə bağlanılmış 05 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin etibarsız hesab edilərək ləğ v edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, ünvan 2də qeyri yaşayış obyektinin-Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair etdiyi hərəkət və hərəkətsizliyin nəticəsində olmuş və ola biləcək nəticələrin etibarsız hesab edilərək ləğv edilməsi, Bakı şəhəri, ünvan 2də qeyri-yaşayış obyektinin -Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsində Dilarə Əliyeva küçəsinə çıxan 1 girişli, zirzəmili, mansardlı 17 mərtəbəli yaşayış binasına dair cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və digər 3-cü şəxslər tərəfindən iddiaçı "xxxx" MTK-nın sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə törədilmiş və törədilə biləcək maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nın apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 22(113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, iş üzrə digər kassasiya şikayəti verilməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1362/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayışbinasında 90, 210, 140.6 və 94.2 kv. metrdən ibarət 21, 22, 23 və 24 saylı mənzillər barədə iddiaçı X11 ilə və həmin yaşayış binasında 90, 210, 140.6, 94.2, 90, 210, 140.6 və 94.2 kv. metrdən ibarət 37, 38, 39, 40, 41, 42, 43 və 44 saylı mənzillər barədə iddiaçı X17 ilə bağladığı 04 aprel 2007-ci il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrdə” qeyd edilən texniki göstəricilərinə və hazırki dəyərlərinə uyğun olaraq başqa mənzillərin iddiaçılar X11 və X8 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Həmin qətnamədən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5285/2020 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1362/2020 sayl ı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsinialmışdır.
7. İddiaçı 03 sentyabr 2021-ci il tarixində cavabdehə müraciət edərək, Nəsimi rayonu, D. Əliyeva küçəsi, 717-ci məhəllə ünvanında yerləşən 22 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
8. Cavabdeh 17 fevral 2021-ci il tarixli, **********26 saylı imtina məktubunda bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdud-laşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraa t
9. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1də inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının 8 mərtəbəsində, 4 otaqlı, 22 nömrəli, 210 kv.metr sahəsi olan mənzilə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla podratçı "xxxx" MMC arasında 03 may 2013-cü ildə "xxxx" MMC-nin ünvan 1də inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 8 mərtəbəsində, 4 otaqlı, 22 nömrəli, sahəsi 210 kv.metr mənzilin tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, mənzil sahəsinin hər 1 kv.metr üçün qiyməti 1100 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bən dinə əsasən, müqavilənin qiyməti 231000 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına tam ödənilmiş, bunu təsdiq edən kassa mədaxil orderi və maliyyə arayışı ona verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq podratçı "xxxx" MMC sözügedən mənzili tikib iddiaçıya təhvil vermişdir. Göstərilənlərə əsasən, iddiaçının həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh əsassız olaraq bundan imtina etmişdir.
11. Cavabdeh imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-5261/2021 nömrəli qərarı ilə (hakim Səlma Salahova) iddia təmin edilmiş, iddiaçının ünvan 1 ünvanında inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində 4 otaqdan ibarət 22 nömrəli 210 kv.m sahəsi olan mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK bu müqaviləni mübahisələndirmiş, digər tələblərlə yanaşı 0 5mart 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə qanuni qüvvəyə minməsə də, müqavilənin ləğv edilməsinin müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmadığını, tərəflərin öhdəliklərinə ləğv edilmə anından xitam verildiyini, onun nəticələrinin müqavilənin ləğv edilməsindən sonraya şamil olunduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin müqavilə ləğv olunsa belə, bu hal "xxxx" MMC-nin 2013-cü ildə iddiaçı ilə bağladığı müqavilənin ləğvi üçün əsas təşkil edə bilməz. Digər tərəfdən, hazırkı məhkəmə qərarının 17-19-cu hissələrindən də görünür ki, xx.xx.2006-cı il tarixli müqaviləyə əsaslanaraq "xxxx" MMC-nin mübahisəli mənzili iddiaçıya satması, iddiaçının buna görə müvafiq ödəniş etməsi və onun vicdanlı əldə edən olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunmuşdur. Həmçinin mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi çıxış edən 03 may 2013-cü il tarixli, 81 nömrəli müqavilə ləğv olunmamışdır və hazırda qüvvədədir, "xxxx" MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə olan halda, "xxxx" MMC ilə iddiaçı arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 03 may 2013-cü il tarixdə bağlanmış 81 nömrəli müqavilə, 22 nömrəli mənzil üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir.
14. Üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər M. N. Tağızadə-sədrlik edən, hakimlər X. A. Cəmilova və A. P. Oruczadə) üçüncü şəxsin a pellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-5261/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, müvafiq məhkəmə qərarları ilə iddiaçının "xxxx" MMC ilə bağladığı müqavilənin qanuniliyi və mötəbərliliyi tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadı-ğından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı həmin müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, ona mülkiyyəthüququ əldə etmişdir. Mülki Məcəllənin 139-1 m addəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. İş üzrə üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili olaraq, "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü maddəsinə əsasən, mənzillərin satışının yalnız "xxxx" MTK tərəfindən aparılmalı olduğundan, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin ümumiyyətlə hüquqi qüvvəsinin olmadığı qeyd edilmişdir. Bu dəlilə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(113)-731/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MTK 5 mart 2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırm a müqaviləsini mübahisələndirmiş, digər tələblərlə yanaşı qeyd edilən müqavilənin etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 22(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)783/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İş üzrə başqa kassasiya şikayəti verilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, “... iddiaçı ("xxxx" MTK) p odratçı ("xxxx" MMC) tərəfindən müqavilə öhdəliklərinin pozulmasına istinad edərək inşası "xxxx"MMC-yə həvalə edilmiş binanın inşası başa çatdırılanadək həmin müqavilənin ləğv edilməsi barədə iddia irəli sürə bilərdi. Binanın inşası tam başa çatdıqdan və bina istismara verildikdən sonra, iddiaçının həmin binanın inşası ilə əlaqədar bağlanmış podrat müqaviləsinin ləğvi barədə tələb irəli sürməsi əsassızdır.” Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə "xxxx" MTK-nın "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsini mübahisələndirmək hüququnun olmadığı təsdiq edilmişdir.
17. Eyni zamanda məhkəmə kollegiyası vurğulamışdır ki, "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.12-ci bəndi, obyekti n tikintisini 50% yerinə yetirdikdən sonra Podratçının öz 50% payı hesabına mənzil bağışlamaq və satışından nağd pul götürə bilmək hüququnu, 3.1.14-cü bəndi isə mənzillərin satılması üçün alıcılarla müqavilələrin "xxxx" MTK tərəfindən aparılmasını nəzərdə tutur. Hazırki mübahisə üzrə iddiaçı (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında alqı-satqı müqavilələri deyil, podrat müqavilələri bağlanmış, "xxxx" MMC müvafiq müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində 4 otaqdan ibarət 22 nömrəli, 210 kv.m sahəsi olan mənzili tikib R. Şəmmədovaya təhvil verməyi, R. Şəmmədova isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Podrat müqaviləsinin predmeti konkret göstəricilərə malik, başqa əşyalardan ya lnız özünə xas əlamətlərə görə ayrılan mənzil – yəni, əvəz edilən deyil, fərdi-müəyyən əşya olduğundan həmin müqavilələrə alqı- satqı qaydaları tətbiq edilə bilməz.
18. Üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları sadalanmış, bundan əlavə qeyd edilmişdir ki, iddiaçı üçüncü şəxsə məxsus binanın mənzilinə dair adına çıxarışın verilməsini iddia edir və həmin mənzilə dair heç bir hüququ olmayan "xxxx" MMC ilə bağladığı müqaviləyə və mənzilin dəyərini "xxxx" MMC-yə ödə məsinə dair sənədə istinad edir. Halbuki, "xxxx" MMC ümumiyyətlə həmin binanın mənzillərin satılmasına ixtiyarsız olmuş və hüququ olmamışdır. ünvan 1də 1 girişli, zirzəmili, 17 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus olmuş, binada olan mənzillərin və digər sahələrin "xxxx" MMC-nin ümumiyyətlə təkbaşına satmasına səlahiyyəti olmamışdır.
20. Bundan başqa, üçüncü şəxs onunla (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin müddəalarına istinad edərək hesab edir ki, mənzillərin satışı yalnız "xxxx" MTK tərəfindən aparılmalıdır. Ona görə də, iddiaçı ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 03 may 2013-cü il tarixində bağlanılmış 81 saylı müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, sözügedən binanın tikintisinin aparıldığı bütün müddətdə "xxxx" MTK binanın tikintisində hər hansı formada iştirak etməmiş, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 05 mart 2006-cı il tarixli «Müştərək fəaliyyət üçün razılaşdırma» müqaviləsi əsasında "xxxx" MMC tərəfindən aparılan tikinti işlərinə heç vaxt müdaxilə etməmiş, binanın mənzillərinin "xxxx" MMC tərəfindən vətəndaşlara satılması məsələlərinə heç vaxt qarışmamış, "xxxx" MMC ilə mənzil sahibləri arasında bağlanmış «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqavilələri və həmin müqavilələr əsasında "xxxx" MMC tərəfindən mənzil sahiblərinə verilmiş kassa mədaxil orderlərini, maliyyə arayışl arını keçən 16 il müddətində heç vaxt heç bir yerdə mübahisələndirməmişdir.
22. Digər tərəfdən "xxxx" MTK xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizələrlə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 1 girişli, zirzəmili, 17 mərtəbəli (+mansarda) yaşayış binasının 54 mənzili üzərində, o cümlədən həmin binanın 8-ci mərtəbəsində yerləşən 22 saylı mənzilin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********44 nömrəli məktub la sözügedən yaşayış binasında yerləşən 12 ədəd mənzil və ümumi sahəsi 2116,3 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində ayrıayrı şəxslərin hüquqlarının məhkəmə qərarları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını əsas gətirərək binanın qalan 54 mənzili, o cümlədən 22 saylı mənzili üzərində "xxxx" MTK-nın hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan sonra, "xxxx" MTK Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzillərin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-7440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və iddiaçıya izah edilmişdir ki, qanunvericilikdə mənzil-tikinti kooperativinin deyil, onun üzvlərinin pay haqqını tam ödəmələri şərti ilə həmin şəxslərin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmələri nəzərdə tutulur. Belə olan halda isə qeyd olunan mənzillər üzərində kooperativin mülkiyyət hüququnun qeydə alınmasını tələb etməyə subyektiv hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin həmin qərardadı qanuni qüvvəsini almışdır. Qeyd edilən inzibati iş üzrə, o cümlədən 22 saylı mənzilin sahibi olaraq İddiaçı da üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudla şdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-) 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlə nməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi - 112.1-ci maddəyə əsasən, mənzil- tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; -113.3-cü maddəyə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdəbarəsində sərəncam vermək üçün əsasdır.
25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun ti kildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -Maddə 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3 bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidi r.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuşprosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhk1əmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçiv əsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının 8-ci mərtəbəsində, 4 otaqlı, 22 nömrəli, 210 kv.metr sahəsi olan mənzilə dair hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması məsələsini lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının mənzil üzərində hüququ onunla "xxxx" MMC arasında bağlanılmış müqaviləyə, yəni hüquqmüəyyənedici sənədə əsaslanır. Başqa sözlə, həmin müqavilənin-hüquqmüəyyəne dici sənədin qüvvədə, beləliklə də, etibarlı olduğu müddətdə iddiaçı müqavilə predmeti olan mənzil üzərində hüququnu saxlayır və həmin hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlı sayılmalıdır. Digər tərəfdən, iddiaçı hətta çıxarışın ləğv olunduğu təqdirdə belə, həmin mənzil üzərində müqaviləyə əsaslanan hüququnu saxlamaqda davam edir.
36. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, məhkəmə qərarı iddiaçının hüquqmüəyyənedici sənədə əsaslanan tələb hüququnu və cavabdehin iddiaçı qarşısında qeydiyyata alma öhdəliyinin olduğunu, məhz bu səbəbdən qeydiyyatın aparılması vəzifəsini təsbit edir.
37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəblərdən, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-296/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.