Məhkəmə qərarları › İş №2-1(102)-749/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-749/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-749/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Mərkəzi-Aran regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Şükürova (Salmanova) Şərqilə Azay qızının (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Mərkəzi Aran regional filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-251/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 198 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1975-1976-cı illərdə Kürdəmir rayonu “R.Axundov” adına kolxozunda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır.

2. İddiaçıya məxsus İT-İ ******* n ömrəli əmək kitabçasına əsasən, o: - xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon “Üzüm İstehsalı və Emalı Müəssisəsi”ndə fəhlə; - xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kürdəmir rayon Xınıslı kənd kitabxanasında xadimə işləmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialının (hazırda cavabdeh 1 saylı Mərkəzi Aran regional filialı) xx.xx.2021-ci il tarixli, **********1 nömrəli arayışına əsasən, iddiaçıya xx.xx.2018-ci il tarixdən müddətsiz olmaqla, yaşa görə sosial müavinət təyin edilmişdir.

4. İddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətindən cavabdehin 30 sentyabr 2021-ci il tarixli **********3 nömrəli məktubu ilə imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabças ında qeyd olunan, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1998-ci ilədək işlədiyi X2 Emalı Müəssisəsinin şəxsi heyətə dair əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanıldığı hüquqi ünvan məlum olmadığı üçün qarşılıqlı üzləşdirmək, həmin idarədə sosial sığorta stajını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən, həmin dövrlərin sosial sığorta stajı kimi qəbul edilməsi və beləliklə, tələb olunan azı 25 il sosial sığorta stajının təsdiqlənməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 1975-1976-cı illərdə Kürdəmir rayonu “R.Axundov” adına kolxozda, xx.xx.1977xx.xx.1998-ci illər də X2 Emalı Müəssisəsində, xx.xx.2014-xx.xx.2018-ci illərdə Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi iş illərini sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu il təvəllüdlü olduğu üçün pensiya yaşına çatanda, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Hesab edir ki, əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Ca vabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur.

7. Cavabdeh iddia tələbinə yazılı etirazında imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq göstərmişdir ki, məsələnin obyektiv araşdırılması üçün Milli Arxiv İdarəsinə sorğu göndərilmişdir. Milli Arxiv idarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon “Üzümçülük” sovxozunun arxiv sənədləri Kürdəmir rayon Arxiv idarəsinə təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən, qarşılıqlı yoxlama zamanı əmək haqqı kitablarına baxış keçirilərkən 1977-ci ildə 5 ay, 1978-ci ildə 6 ay, 1982-ci ildə 5 ay, 1983-cü ildə 5 ay, 1984cü ildə 9 ay, 1985-ci ildə 2 ay, 1986-cı ildə 2 ay, ümumilikdə isə cəmi 34 ay əmək haqqı alması təsdi q olunmuşdur. Digər illərdə isə əmək haqqı cədvəllərinə ətraflı baxış keçirilsə də, 1979, 1980, 1981, 1987-1997-ci illərdə əmək haqqı almadığı aşkar olunmuşdur. Mübahisələndirilməyən illər – iddiaçının Kürdəmir rayon Xınıslı kənd kitabxanasında işlədiyi illər (xx.xx.2014 - xx.xx.2018) 4 il 24 gün, mübahisələndirilən illər – “R.Axundov adına kolxoz”da işlədiyi illər (1975 -1976), Üzüm İstehsalı və Emalı müəssisəsində işlədiyi illər (1977-1998), ümumilikdə 22 il 10 ay 26 gün təşkil edir. Üzüm İstehsalı və Emalı müəssisəsində işlədiyi illərdə yalnız 2 il 10 ay əmək haqqı almışdır. Mübahisələndirilən və mübahisələndirilməyən illər cəmi 26 il 11 ay 19 gün təşkil edir. İş materiallarından aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta s tajı tamamlanmır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçının ümumilikdə 4729.2 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 288** manat təşkil edir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X1 İdarəsinin 3 dekabr 2021-ci il tarixli, 602 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək X1 İdarəsinin Kürdəmir MKS-nin Xınıslı kənd kitabxanasının xadiməsi işində çalışmışdır. Onun illər üzrə əmək haqqı cədvəldə qeyd edilmişdir.

9. Məhkəmə sorğusuna cavab olaraq Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2022ci il tarixli, 119 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı Kürdəmir rayon Üzümçül ük Sovxozunda işləyərək əmək haqqı qazanmışdır. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Üzümçülük Sovxozu və Üzüm emalı zavodunun şəxsi hesaba aid olan əmrlər və əmək haqqı kitablarına əsasən bildirilir ki, qoşma vərəqələrdə göstərildiyi kimi, onun adına əmək haqqı cədvəli və işə daxilolma əmri qeyd olunmuşdur. Sovxoza aid bəzi əmək haqqı kitabları qismən təhvil verilmişdir. 1977-1978-ci illər üzrə əmək haqqı siyahısında soyad “Salmanova” kimi qeyd olunmuşdur. Məktuba əlavə edilmiş 1977-1978-ci illərə aid olan işçilərin qazanc cədvəlinin siyahısında isə 4-cü, 183-cü,192-ci, 221-ci sıralarda Salmanova Şərqiyə, 1982-ci ilə aid olan 40 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 20-ci sırada İddiaçı,1983-cü ilə aid olan 10 nömrəli Briqadanın işçilərin q azanc cədvəlinin siyahısında 16-cı sırada İddiaçı, 1984-cü ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 12-13-cü sırada İddiaçı, 1985-1986-cı ilə aid olan 10 nömrəli Briqadanın işçilərin qazanc cədvəlinin siyahısında 16cı sırada İddiaçı göstərilmiş və 1977-1986-cı illər üzrə İddiaçı Kürdəmir rayon Üzümçülük Sovxozunda işləməsi barədə əmək haqqı cədvəli tərtib edilmişdir. xx.xx.1998-ci il tarixdə müəssisə tərəfindən Respublikada aparılan özəlləşdirmə və Torpaq islahatı ilə əlaqədar olaraq müəssisə üzrə həmin işlərin aparılması üçün xx.xx.1987-ci il tarixli 85 saylı əmrə uyğun olaraq əmr imzalanmışdır.

10. Şirvan İnzibati Məhkəməsinin (hakim: A.A.Hüseynova) 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)-552/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiy a hüququnun yarandığı gündən, yəni 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 1975-1976-cı illərdə R.Axundov adına kolxozda, xx.xx.1977xx.xx.1998-ci illərdə Üzüm İstehsalı və Emalı müəssisəsində işlədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2**6-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. İddiaçının 1975-1976-cı illərdə R.Axundo v adına kolxozda, xx.xx.1977-xx.xx.1998-ci illərdə Üzüm İstehsalı və Emalı müəssisəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçası mötəbər sübut hesab edilir. İddiaçının xx.xx.1977-ci ildən xx.xx.1998-ci ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə sovxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmamas ı müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, Z.M.Allahyarov və O.N.İsmayılov) 23 noyabr 2022-ci il tarixli, 2-1(106)-251/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(120)552/2022 nöm rəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Cavabdehin kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Cavabdeh təkrar olaraq göstərmişdir ki, iddiaçın ın R.Axundov adına kolxozda işlədiyi müddət əmək kitabçasında qeyd olunmadığından, Üzüm İstehsalı və Emalı müəssisəsinin əmək haqqı ödəniş cədvəllərində əmək haqqı hesablanması barədə məlumat olmadığından, həmin müddətlər sosial sığorta stajına daxil edilə bilməz. Belə olan halda, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

20. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir..

21. Azərba ycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici ki mi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.... 23. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qan ununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli 2205****191 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2**6-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquq i şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassas iya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qər arlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisələndirdiyi – iddiaçının 1975-1976-cı illərdə Kürdəmir rayonu “R.Axundov” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək isə Kürdəmir rayon “Üzüm İstehsalı və Emalı Müəssisəsi”ndə işlədiyi dövrlər ilə bağlı əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etməkdə haqlı olmuşdur.

33. Belə ki, iddiaçının Kürdəmir rayonu “R.Axundov” adına kolxozda və Kürdəmir rayon “Üzüm İstehsalı və Emalı Müəssisəsi”ndə işlədiyi dövr (1975-1976 və 1977-1998-ci illər) “ Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2**6-cı ilədək olan dövrə aid olduğundan, bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalıdır. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsas müəyyən edilməmişdir.

34. Eyni zamanda, nəzərə almaq lazımdır ki, iddiaçı Kürdəmir rayon “Üzüm İstehsalı və Emalı Müəssisəsi”ndə əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə başlamış və fasiləsiz olaraq xx.xx.1998-ci ilə qədər həmin müəssisədə işləmişdir. Cavabdeh arxiv arayışlarına əsasən iddiaçının həmin müəssisədə sadəcə olaraq 2 il 10 ay əmək haqqı aldığı dövrləri qəbul etsə də, digər dövrləri, habelə kolxozda işlədiyi dövrü arxiv sənədlərinin və əmək haqqı cədvəllərinin olmaması əsası ilə qəbul etmə mişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, adıçəkilən müəssisənin və kolxozun arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz.

36. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, müəssisənin və kolxozun arxiv sənədlərinin təhvil verilməməsi vətəndaşın qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

37. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

38. Beləliklə, inzibat i orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

39. Qərarın 23-cü bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2**6-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarix li, 2-1(106)-251/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar