Məhkəmə qərarları › İş №2-1(102)-749/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-749/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-749/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyi natı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-583/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının xx.xx.2021-ci tarixdə 65 yaşı tamam olmuşdur.

2. İddiaçıya məxsus diploma, hərbi biletə əsasən müəyyən edilir ki, xx.xx.1973xx.xx.1975-ci il tarixində Bakı plan-iqtisad texnikumunda əyani təhsil almış, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.

3. Ağsu Rayon Dövlət Arxivinin 23 dekabr 2022-ci il tarixli 107 saylı arxiv arayışından görünür ki, X8 “Komsomol” kolxozunda əmək iştir akı norması 1972-ci ildə 24, 1973-cü ildə 90, 1978-ci ildə 306, 1979-cu ildə 341, 1980-ci ildə 366, 1981-ci ildə 365, 1982-ci ildə 364, 1983-1996-cı illərdə 312 gün olmuşdur.

4. Ağsu Rayon Dövlət Arxivinin 14 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Ağsu rayon “Komsomol” kolxozunda kişilər üçün adam günü norması 240 gün olmuşdur.

5. Ağsu rayon Hacıuşağı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli əmr kitabından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə bələdiyyənin mühasibi seçilmiş və xx.xx.2004-cü il tarixdə vəzifədən azad edilmişdir. İddiaçı həmçinin, 2000-2001-ci illər ərzində də həmin bələdiyyədə işləmişdir.

6. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 01 mart 2022-ci il tarixli məktubla müraciətin təmin olunması ndan imtina etmiş və qeyd etmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsinə əmək kitbçasının əsli və ya notarial qaydada təsdiq olunmuş surətinin X15 regional filialına təqdim etdikdən sonra baxıla bilər. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “Sosial müavinətlər haqqında” AR Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən ona xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddi açı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 01 mart 2022-ci il tarixli **********59 saylı imtinasının əsassız hesab olunması və yaşa görə əmək pensyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Ağsu rayonu Hacıuşağı kəndində anadan olmuşdur. 1972-ci il Haçıuşağı kəndində, “Komsomol” kolxozuna kolxozçu qəbul olmuşdur. 1973-1975-ci illərdə Bakı plan-iqtisad texnikumunun əyani şöbəsində təhsil almışdır. Noyabr 1975-dekabr 1977-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra 1978-ci ilin mart ayında yenidən Hacıuşağı kəndinə “Komsomol” kolxozuna işə qəbul olmuşdur. 1996-cı ilə kimi həmin kolxozda mühasib vəzifəsində işləmişdir. Bələdiyyə orqanları fəaliyyətə başladığı vaxtdan, 20002004-cü illərdə Hacıuşağı bələdiyyəsində mühasib olmuşdur. Ümumilikdə 26 il sığorta stajı var. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Bununla bağlı cavabdeh ona xx.xx.2022-ci il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir.

9. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı S.Y.Baxşıyevin 1972-1996-cı illər ərzində “Komsomol kolxozu”nda 2000-2004-cü illər ərzində Hacıuşağı kənd bələdiyyəsində mühasib işlədiyi dövrlər əmr kitabçasında qeyd olunmadığından və umumilikdə iddiaçı əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, o cümlədən 25 il sığorta sıtajına malik olmadığı üçün iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

10. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) 2-1(116)-421/2023 saylı, 16 avqust 2023-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbayc an Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, arxiv sənədlərinə və iddiaçının təhsil sənədinə, hərbi biletinə əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən kişilər üzrə pensiya yaşı 65 il olmuşdur. İddiaçı xx.xx.1956-cı il doğumlu olduğundan onun yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaranmışdır.

12. Cavabdeh tə rəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-583/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və G.İ.Cavadova) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-ci il tarixli, 2-1(116)-421/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən inzibati orqana əmək kitabçası təqdim edilməmiş, yalnız Ağsu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 13 saylı arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışından görünür ki, İddiaçı 1972-ci il tarixdən 1996-cı il tarixədək “Komsomol kolxozu”nda, 2000-2004-cü illər ərzində Hacıuşağı kənd bələdiyyəsində mühasib işlədiyini iddia etdiyi dövrlər arxiv arayışında qeyd olunmasına baxmayaraq, həmin illər ə mək kitabçasında öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı iddiaçının işlədiyini iddia etdiyi “Komsomol adına kolxoz”un sənədləri cinayət işi ilə əlaqədar Ağsu Rayon Məhkəməsində olmuşdur. Məhkəmə tərəfindən iş üzrə qərar qəbul edilərkən Ağsu rayon Məhkəməsinə sorğu ünvanlanaraq əldə olunan arxiv sənədlərinə əsaslansa da, həmin sənədlərin Ağsu Rayon Məhkəməsinin icraatında hansı predmet üzrə məhkəmə araşdırmasının əsasını təşkil etdiyi tam aydınlaşdırılmamışdır. Belə olan halda sözügedən arxiv sənədlərinin mötəbərliyi şübhə doğurur. Sözügedən cinayət işinin başlanmasına səbəb və əsas, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 93 saylı arxiv arayışına müdir X9 tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsi, eləcə də vətəndaş X4 iş stajı ilə bağlı 197 2-ci ildən 1996-cı il tarixədək olan dövrü əhatə edən arxiv kitablarında staja dair həqiqi rəqəmlərin dəyişdirilərək təhrif edilməsi faktı üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli xüsusi qərardadı olmuşdur. Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxs X9 tərəfindən verilmiş saxta arayışlar əsasında X5 (FİN: 41QCKKY) xx.xx.2016-cı il tarixli qərarla 20 il 3 ay əvəzinə 23 il 3 ay sosial sığorta stajı ilə 01 noyabr 2016-cı il tarixdən 01 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində 1532,58 manat, X2 (FİN: 800TF4C) xx.xx.2016-cı il tarixli qərarla 20 il 6 ay əvəzinə 23 il sosial sığorta stajı ilə 15 sentyabr 2016-cı il tarixdən 01 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində 231 manat, X6 (FİN: 567CX63) xx.xx.2018-ci il tarixli qərarla 23 il əvəzinə 27 il s osial sığorta stajı ilə 01 oktyabr 2018-ci il tarixdən 01 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində 588 manat olmaqla, ümumilikdə 2351,58 manat qanunsuz pensiya ödənişləri həyata keçirilmiş və bununla da Azərbaycan Respublikası Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna maddi zərər vurulmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs X7 üzərinə 2351,58 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi öhdəliyi qoyulmuşdur. Qeyd olunmuş cinayət işinin ittiham aktında ibtidai istintaq zam anı Şəki İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş Ağsu rayon “Komsomol” kolxozunda iş stajına dair 1972-1996-cı illəri əhatə edən 26 ədəd arxiv kitablarında qaralamaların aşkar olunması öz əksini tapmışdır. İbtidai araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Ağsu Rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləmiş X1 tərəfindən 1995-2012-ci illər ərzində Ağsu rayon “Komsomol” kolxozuna dair kitablarda düzəlişlər edilərək ayrı-ayrı şəxslərə saxta arxiv arayışları verilmişdir, lakin X1 vəfat etdiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin xüsusatlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir. İbtidai araşdırma mərhələsində keçirilmiş ekspert iza zamanı bir sıra şəxslərin adlarında düzəlişlər olduğu qeyd edilmiş və həmin şəxslərdən 52 nəfərin hal-hazırda əmək pensiyası aldığı müəyyən olunmuşdur. Hesab edirlər ki, yuxarıda qeyd olunan xüsusatlar mövcud olmasına baxmayaraq bu hallar nə işə birinci instansiyası qismində baxmış Şəki İnzibati Məhkəməsi, nə də apellyasiya instansiyası qismində baxmış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən araşdırılmışdır. Məhkəmə tərəfindən iddiaçının iddia tələbinin əsası kimi götürülmüş və iş üzrə mötəbər sübut kimi qiymətləndirilmiş arxiv arayışının mötəbərliyini şübhə altına alan halların tam şəkildə araşdırılmaması iş üzrə səhv qərarın qəbul olunmasına gətirib çıxarmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınmaqla q eyd edilməlidir ki, İddiaçı 1972-1996-cı illər ərzində “Komsomol kolxozu”nda, 2000-2004-cü illər ərzində Hacıuşağı kənd bələdiyyəsində mühasib işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığından, həmçinin təqdim olunan arxiv sənədlərinin mötəbərliyi şübhə doğurduğundan və ümumilikdə iddiaçı ona əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin yaşla bağlı tələbinə cavab versə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, o cümlədən 25 il sığorta stajına malik olmadığı üçün iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 1.0.2. sosial sığorta stajı (bundan so nra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığor ta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına da xil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (qüvvədən d üşmüşdür): Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməkl ə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Maddə

117. Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qa nunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun müvafiq iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırı lmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Be lə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

30. İddiaçının pensiya yaşına çatması (65 yaş) işin mübahisəsiz halıdır. Cavabdeh imtinasında iddiaçının 1972-1996-cı illər ərzində “Komsomol kolxozu”nda, 2000-2004-cü illər ərzində Hacıuşağı kənd bələdiyyəsində işləməsi barədə əmək kitabçasında qeydlərin olmadığını, həmçinin təqdim olunan arxiv sənədlərinin mötəbərliyi şübhə doğurduğunu əsas gətirərək bu müddətin on un sığorta stajına daxil edilməsini əsassız hesab edir və ona görə də tələb edilən 25 il sığorta stajı tamamlanmadığı üçün pensiya təyin edilməsinin mümkünsüz olduğunu bildirir.

31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmək kitabçasının olmaması və ya əmək kitabçasında müvafiq qeydlərin olmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.

32. Həmin Qaydalarda “Əm ək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.

33. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbayc an Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

34. Ağsu Rayon Dövlət Arxivinin 23 dekabr 2022-ci il tarixli 107 saylı arxiv arayışından müəyyən edilir ki, “Komsomol” kolxozunda minimum əmək iştirakı norması 240 gün olmuşdur. İddiaçı 1978-1996, 1976-cı illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. İddiaçı 1972- ci və 1973-cü illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1972c i ildə 24 gün, 1973-cü ildə 90 gün). Ona görə də həmin illər ona tam əmək stajı (24 ay) kimi deyil, 1972-ci il (24*365):250=37 gün (01 ay 7 gün); 1973-cü il (90*365):240=137 gün (04 ay 17 gün) 5 ay 24 gün hesablanmalıdır. İddiaçının Ağsu rayon “Komsomol” kolxozunda iş stajı 19 il 5 ay 24 gün təşkil edir.

35. Beləliklə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

36. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən arxiv arayışındakı, əmr kitabındakı məlumatl arın həqiqətə uyğun olmadığını şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

37. Ağsu Rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləmiş X1 tərəfindən 1995-2012ci illər ərzində Ağsu rayon “Komsomol” kolxozuna dair kitablarda düzəlişlər edilərək ayrıayrı şəxslərə saxta arxiv arayışları verilməsinin mötəbərliyini şübhə altına alması ilə kassasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin cinayət işinin hazırkı pensiya işi ilə əlaqəli olması müəyyən edilməmiş, hazırkı iş üzrə iddiaçı ilə bağlı təqdim edilmiş arxiv arayışının mötəbərliyini şübhə altına qoyacaq dəlillər cavabdeh tərəfindən təqdim olunmamışdır.

38. Göründüyü kimi iddiaçının təhsil (01 il 09 ay 14 gün), hərbi xidmət (02 il 06 gün), kolxozda işlədiyi (19 il 5 ay 24 gün) və Ağsu rayon Hacıuşağ ı bələdiyyəsində işlədiyi dövr (04 il 06 ay 16 gün) nəzərə alınmaqla sığorta stajı 25 ildən artıqdır.

39. Odur ki, ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-583/2023 saylı, 26 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar