Məhkəmə qərarları › İş №2-1(102)-75/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-75/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-75/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməmiş hissəsinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1095/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyeklərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Cavabdeh müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 019140 nömrəli FM seriyalı qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət üzrə 10/20 hissədən ibarət 5 otaq xx xxxx 2001-ci il tarixində 30/1533 qeydəalınma nömrəsi ilə 191 nömrəli kitabın 9890-ci səhifəsində İddiaçı adına qeydiyyatına alınmışdır.

3. İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli AN-İ-0723526 nömrəli «Daşınmaz əmlakın» alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən «satıcı» İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 528.35 kv.m, yaşayış sahəsi 374.2 kv.m, yardımçı sahəsi 143.35 kv.m olan 29 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 10/20 hissədən 5 otağı Bakı şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilənin 4-c ü bəndinə əsasən alıcı Bakı şəhəri Cavabdeh satıcı İddiaçı satdığı 10/20 hissədən 5 otağı ondan 235.838 manat qiymətinə almışdır.

4. İddiaçı cavabdehə müraciət edərək ona məxsus əmlakın 3 mərtəbli olduğunu, yalnız 2-ci və 3-cü mərtəbələrə görə kompensasiya ödənildiyini, 1-ci mərtəbəyə görə ödənilmədiyini bildirirmiş və mülkiyyətində və istifadəsində olan sahələr üzrə tam kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən ərizə icra edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, M.A.Əliyev küçəsi, 34 saylı ev 1-ci mərtəbəsinə yerləşən 5 yaşayış otağının kompensasiyasının ödənilməmiş hissəsinin ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qə rar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinə əlavə təqdim edərək, iddiaçının mülkiyyətində və istifadəsində olmuş ünvan 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m. sahəsi üzrə 186.900 manat; AR Prezidentinin Fərmanına uyğun olaraq 84.380 manat; çətinliyə görə 42.190 manat; torpaq sahəsinə dair istifadə hüququ üzrə 1-ci mərtəbənin 124.6 kv.m. olması nəzərə alaraq 186.900 manat, vəkil xərcinə görə ödənilmiş 210 manat vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün iddiaçının yaşadığı ünvan 2 saylı ünvana həmin söküntü zonasına yerləşdiyindən cavabdehin təşkil etdiyi komissiyada dəfələrlə olmuş, göstərilən ünvanın 1-ci mərtəbəsində yerləşən 5 yaşayış otağından ödənilməmiş kompensasiyanın ödənilməsinə dair xx xxxxxx 2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə cavabdehin təşkil etmiş komissiyaya dəvət edilmiş, orada ona bir daha kompensassiyanın ödənilməmiş hissəsinin iddiaçıya məxsus evin birinci mərtəbəsində olan 5 yaşayış otağının kompensassiyası ona ödənilməmişdir.

8. Cavabdeh iddia tələbinə dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və iddiaçıya onun mülkiyyətində olan əmlaka dair 235838 manat kompensasiya ödənilmişdir. İddia tələbindən tam şəkild ə aydın olur ki, iddiaçı mübahisəli sahəni alqıstqı müqaviləsi əsasında Yasamal rayon İra Hakimiyyətinin hesabına özgəninkiləşdirilmişdir. Tərəflər arasında əqd, yəni müqaviləi münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3- cü maddəsinin norması əsas verir ki, məbləğində asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifaə etmiş və bununla da onu mübahisələnirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müvaqilə (əqd) üzrə narazılığını ifaə edən şəs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonr a şəxs (iddiaçı) məsələni mübahisləndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam zərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin alqıdlarını bir-birinə tam qaytarılması prosedurudur. Başq sözlə işin bu halınd iddiaçı aldığı 235.838 manatı tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Daşınmaz əmlaka kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Əgər ətrafdakı yaşayış sahəsinə yükəsk kompensasiya hesablanırsa, bu həmin sahənin təmir vəziyyəti (mövcud şəraiti) və digər xüsusiyyətlərinə görə daha yüksək qiymətləndirilməsini və həmin əmlaka sosial ədalət prinsipi əsasında ya naşmanı zəruri edir. Belə olan halda hər bir daşınmaz əmlaka onun xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirmə aparılır. Əlavə kompensasiyaların hesablanması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, daşınmaz əmlak qiymətləndirilərkən «daşınmaz əmlaka dair əlavələr» qiymətləndirmə zamanı nəzərə alınan yeganə xüsusiyyətdir ki, istisnasız olaraq bütün daşınmaz əmlaka bu xüsusiyyət tətbiq eilir və həmin əlavələr isə yekun kompensasiyanın tərkibində əksini tapır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-71/2020 saylı) xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsində yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi AR Nazirlər Kabin etinin 142 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli qərarın təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdehlə iddiaçı arasında müqavilə imzalanmışdır. Həmçinin iddiaçıya məxsus daşınmaz əmlak üçün “xxxx” MMC tərəfindən tərtib edilmiş Qiymətləndirmə hesabatından çıxarışa əsasən 20 faiz məbləğ, 2 aylıq kirayə haqqı, köçmək xərci hesablanmış və ödənilmişdir. Eyni zamanda kompensasiya məbləği hesablanarkən 123.21 kv.m. əsas sahə, 32.93 kv.m. köməkçi sahə, 1.57 kv.m. taxta pilləkən də nəzərə alınmışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X4 və X5) xx xxxxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

13. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

14. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarını iddiaçı xx.xx.2020-ci il tarixdə almış, və xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının mülkiyyətində 3 mərtəbəli əmlak olmuş, 1-ci mərtəbəyə dair mülkiyyət hü ququnu təsdiq edən reystrdən çıxarışa əsasən alqı-satqı rəsmiləşdirilmiş, ekspert tərəfindən yalnız 2 və 3-cü mərtəbələr üçün hesablama aparılmış, 1-ci mərtəbəyə görə isə kompensasiya ödənilməmişdir. İş materillarındakı sübutlar da bu halları təsdiq edir. Lakin işə baxan məhkəmələr bunu nəzərə almamışlar. Çıxarışda qeyd olunan sahə faktiki sahəni əhatə etmir. Hal-hazırda əmlakın faktiki olaraq sahəsi 339 kv.m., torpaq sahəsinin sahəsi isə 230.9 kv.m.-dir. Mülkiyyətçi MMC-nin ekspertizası ilə əmlakın dəyəri 806700 manatdır. Lakin təklif olunan kompensasiya ədalətli deyil və real bazar qiymətindən iki dəfə azdır. Bundan əlavə, qanunvericiliyə əsasən 20 faiz məbləğində əlavə haqq və çətinliyə görə 10 faiz məbləğində əlavə haqq ödənilməlidir.

16. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün al ınması haqqında” Qanunun 7.3.1, 66.4.4-cü maddələrinə, Mülki Məcəllənin 246.5-ci maddəsinə, AR Konstitusiyasının 13,25,29-cu maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı Cavabdeh tərəfindən etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası: 25-ci maddənin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddənin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 26-cı maddənin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddənin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddənin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddənin V bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 21. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: -4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. -4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz tor pağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 29.2-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zər uri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. -35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. -35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

22. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİN İN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Belə ki, işin apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ün van 3 ünvanında yerləşən fərdi yaşayış evinin 10/20 hissəsi-5 otaq paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olmuş və cavabdeh tərəfindən dövlət ehtiyacları ilə bağlı satın alınmışdır.

27. İddiaçı iddia tələbində bəyan edərək bildirmişdir ki, mülkiyyətindəki olan əmlak 3 mərtəbədən ibarət olmuş, cavabdeh yalnız 2-ci və 3-cü mərtəbələri ödəmiş, 1-ci mərtəbə üçün kompensasiya alqı-satqı müqaviləsində nəzərdə tutmamışdır.

28. Lakin iş materiallarında olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev,34 ünvanda yerləşən yaşayış evi üçün «xxxx» MMC tərəfindən tərtib edilmiş «Qiymətləndimə hesabatından çıxarış»da Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesa blanmış və iddiaçıya cavabdeh tərəfindən ödənilmişdir, eyni zamanda kompensasiya məbləği hesablanarkən 123,21 kv metr əsas sahə, 32,93 kv metr köməkçi sahə, 1,57 kv metr taxta pilləkən də nəzərə alınmışdır.Bundan sonra isə İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli AN-İ-0723526 nömrəli «Daşınmaz əmlakın» alqı-satqı müqaviləsi bağlanmışdır.

29. Göründüyü kimi, hazırkı qərarın 20-22-ci bəndərində qeyd edilmiş normaların tələblərinin işin faktiki hallarına tətbiqi zamanı görünür ki, Cavabdeh iddiaçıya məxsus mənzili dövlət ehtiyacları üçün alarkən yuxarıdakı maddi hüquq normalarının tələblərinə riayət etmişdir.

30. Belə ki, iddiaçı «xxxx» MMC tərəfindən tərtib edilmiş «Qiymətləndimə hesabatından çıxarış»la tanış olmuş, hansı sahələrin alınma nın təsirinə məruz qaldığını, həmin sahələrə görə ödəniləcək kompensasiya məbləği barədə ekspert rəyində yazılanlardan məlumatlı olmuş, bu halları bu və ya başqa qaydada mübahisələndirməmiş və razılaşmışdır.

31. Bundan sonra, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli AN-İ-0723526 nömrəli «Daşınmaz əmlakın» alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci bəndinə əsasən «satıcı» İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 528.35 kv.m, yaşayış sahəsi 374.2 kv.m, yardımçı sahəsi 143.35 kv.m olan 29 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 10/20 hissədən 5 otağı Bakı şəhəri Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən alıcı Bakı şəhəri Cavabdeh sa tıcı İddiaçı satdığı 10/20 hissədən 5 otağı ondan 235.838 manat qiymətinə almışdır.

32. Göründüyü kimi, iddiaçı öz iradəsi ilə cavabdehlə alqı-satqı müqaviləsi bağlamış, həmin müqaviləni mübahisələndirməmiş, müqavilənin onun iradəsinə zidd olaraq bağlandığını iddia etməmiş, müqavilədə yazılanlarla razı olmuşdur.

33. Belə olan halda isə, iddiaçının kompensasiaunın məbləğinin düzgün hesablanmamasına dair dəlilləri əsaslı hesab edilə bilməz. 34.Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1095/2020 nömrəli qərarı d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar