Məhkəmə qərarları › İş №2-1(102)-75/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-75/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-75/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan X1rşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə görə ödənilən kompensasiya Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-389/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarınd an cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona 27.02.2007-ci il tarixli, **********34 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış verilmişdir.

2. İddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü ill ər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüş və eyni zamanda həmin torpaq sahəsinin iddiaçıda qalan hissəsinin magistral yola giriş-çıxış yolu bağlanmışdır.

3. İddiaçı torpaq sahəsinin bir hissəsinin yolun tikinti altına düşməsi və həmin torpaq sahəsinin yola giriş-çıxış yolu bağlanması nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 31.08.2018-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 275,63 kv.m hissəsinin “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyünü etiraf etm iş, müstəqil qiymətləndirici tərəfindən tikinti altına düşən 275.63 m2 hissəsinə dəymiş ziyana görə 16.537,80 manat kompensasiya hesablandığını, layihə çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğunu və vəsait ayrıldığı zaman kompensasiya ödənişi məsələsinin öz həllini tapacağını bildirmişdir. 4. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Binəqədi-Novxanı-Corat avtomobil yolunun layihələndirilməsi və tikintisi” ilə əlaqədar, yolun tikintisi altına düşən və ƏMDK tərəfindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin qiymətləndirilməsi smetasından görünür ki, iddiaçının **********34 saylı çıxarışa əsasən yolun tikinti altına düşən 275,63 kv.m hissəsi müstəqil ekspert tərəfindən orta-b azar qiyməti ilə 16.537,80 manat hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 28 yanvar 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə bazar qiymətləri ilə məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli kompensasiyanın, habelə faizlərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha ölçüdə sahəsi və yaşayış məntəqələrinin torpaqları kateqoriyasına, həyətyanı istifadə növünə aid olan torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Müvafiq torpaq sahəsinə aid DƏDRX tərəfindən 27.02.2007-ci il tarixli, **** ******34 reyestr nömrəli çıxarışı vardır. Həmin torpaq sahəsinin bir hissəsi "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Cavabdeh tərəfindən ona ünvanlanmış bir neçə məktublardan görünür ki, müvafiq orqan ona dəymiş ziyanı ödəməyi yubadır. Halhazırda dəymiş ziyan ödənilməmişdir. Hesab edir ki, məhkəmə vasitəsilə cavabdehdən onun əmlakına dəymiş ziyanın məbləği alınıb ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1265/2019 saylı, 29 iyul 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Sonradan iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri. Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşməsi nəticəsində qeyd olunan torpaq sahəsinin giriş hissəsi avtomobil yolunun altında qalmış, bu səbəbdən də həmin torpaq sahəsinə daxil olmaq ümumiyyətlə qeyri-mümkün olmuşdur. Başqa sözlə, mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi qeyri- mümkün olmuşdur. Torpaq sahəsi üç tə rəfdən qonşu bağ sahələri ilə əhatə olunur, dördüncü - giriş hissəsi isə, yuxanda qeyd etdiyi kimi, avtomobil yolunun altında qalmış, həmin yol torpaq sahəsinə nisbətdə 5-6 metr hündürlükdə olduğundan sahəyə girişi qeyri-mümkün etmişdir. Mübahisəli torpaq sahəsinə daxil olma qeyri-mümkün edən avtomobil yolunun tikintisi nəticəsində ona məxsus torpaq sahəsindən məhrum olmuşdur. Ona məxsus torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun altına düşməsi, sahənin bölünməsi nəticəsində digər hissəsindən istifadəni qeyri-mümkün etdiyindən də ədalətli kompensasiya ödənilməlidir. Başqa sözlə, dəymiş ziyanın məbləği 70.000 manat hesablanmalıdır. Bundan başqa yolun tikintisindən 3 il yarımdan çox müddət keçib, bu müddət ərzində kompensasiya ödənilməyib. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş faiz dərəcəsi hazırda 12 faizdir, üstə gəl qanunla müəyyən edilmiş bir faiz, bu da edər 13 faiz, hər il ərzində 70.000 manat pulun ödənilməməsi nəticəsində 9.100 manat ziyan vurulmuş, 3 il yarım müddət ərzində isə bu edər cəmi 31.850 manat. Beləliklə iddiaçıya məxsus Sumqayıt şəhəri. Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin "Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyindən iddiaçının xeyrinə qeyd olunan torpaq sahəsinin yararsız hala düşməsi nəticəsində 70.000 manat kompensasiyanın, habelə 31.850 manat faizlərin, ümumilikdə 101.850 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir.

10. Daha sonra iddia əri zəsinə dəqiqləşdirmə verərək cavabdehdən tikinti altına düşən hissəyə görə 19.250 manat, iddiaçıda qalan sahəsinə giriş-çıxış yolunun tikintisi üçün tələb olunan 21.750 manat, ümumilikdə 41.000 manat kompensasiya məbləğinin tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktuba rəsmi cavabda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə qeyd edilən yolun tikintisinin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayr ıldığı təqdirdə öz həllini tapacaqdır. Hesab edilir ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibat aktları), və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanin ödənilməsindən ibarətdir ki, hamin növ iddiaya mahiyyəti üzrə baxılması üçün da müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. İPM-nin 35.1-ci maddəsində göstərilir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən maraqli şəxs kompensasiyanin ödənilməsindən imtina olunması haqqinda inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X5, 2-1(118)-23/2021 saylı iş) 30 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin tikinti altına düşən hissəsinə görə 19.250 manat, iddiaçıda qalan torpaq sahəsinə giriş çıxış yolunun tikinti si üçün tələb olunan 21.750 manat, ümumilikdə 41.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdehin verdiyi cavabdan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənişi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 74-cü maddəsinə əsasən, hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Apelyasiya instansiyası məhkəməsind ə icraat zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, hazırda iddia tələbinin həcmi dəqiqləşdirilməlidir (azaldılmalıdır). Belə ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Həmin tikinti altına düşən düşmüş hissəsinin sahəsi 2,7563 sot (275,63 kv.metr) müəyyən edilmişdir. Hazırki iddia predmeti üzrə cavabdeh tərəfindən torpaq sahəsinin mülkiyyətçisinə dəymiş maddi ziyanın məbləği elə həmin Agentlik tərəfindən müstəqil qiymətləndirici vasitəsilə müəyyən edilmiş və hər sotunun dəyəri 6000 manat olmaqla ümumi dəymiş maddi ziyan 16.537,80 manat civarında müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Odur ki, məhkəmə kollegiyasına iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinin “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən cavabdehdən iddiaçının xeyrinə qeyd olunan torpaq sahəsinin 2,7563 sot (275.63 kv.metr) hissəsinə görə 16.537,80 manat pul vəsaitinin tutulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin qal an hissəsinin geri götürdüyünü bildirmişdir.

16. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3məruzəçi, X6 və X8, 2-1(105)-389/2021 saylı iş) 25 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçıya mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652A nömrəli bağ sahəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin tikinti altına düşən 0.0275 ha hissəsinə görə 16.537,80 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Odur ki, iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

19. Cavabdeh 1 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 28 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

20. Hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır.

21. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olmaqla mülkiyyətindədir.

22. Apellyasiya instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəlik lər yaradır.

23. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.

24. Şikayət əsaslandırılarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3, 36.1-ci, İnzibati-Prosessual Məcəllənin 12-ci, 58-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 26. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

27. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya ç əkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 24 6.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bə lədiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 29. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torp ağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilə n kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

30. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin tə min edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

31. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34. 27 fevral 2007-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivi B-652 A nömrəli ünvanda 0.1 ha həyətyanı torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

35. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsinin 275,63 kv.m hissəsinin “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyünü, müstəqil qiymətləndirici tərəfindən tikinti altına düşən 275.63 kv.m hissəyə dəymiş ziyana görə 16.537,80 manat kompensasiya hesablandığını, layihə çərçivəsində mülkiyyət sahiblərinə dəymiş ziyanla bağlı kompensasiyanın ayrılması məsələsinin həlli üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunduğunu və vəsait ayrıldığı zaman kompensasiya ödənişi məsələsinin öz həllini tapa cağını bildirmişdir.

36. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin yolun tikinti altına düşən torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır, yəni torpaq sahəsi iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Məhkəmə torpaq sahəsinin təyinatı üzrə iddiaçı tərəfindən istifadə olunmasını araşdırmamışdır.

37. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

38. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan 0.10 ha torpaq sahəsinin 275.63 kv.m hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi” layihəsi ç ərçivəsində tikinti altına düşmüşdür. İddiaçının adına olan torpaq sahəsinə görə dəymiş ziyan müstəqil qiymətləndirici tərəfindən 16537.80 manat dəyərində qiymətləndirilmişdir. “Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi” altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş maneələrə görə sahiblərinə dəymiş ziyanla əlaqədar müstəqil ekspert tərəfindən hesablanmış və Nəzarət Orqanı ilə razılaşdırılmış kompensasiyanın ödənilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Nazirlər Kabinetinə 2018-ci il 11 yanvar tarixli 2/16-166 saylı məktubla müraciət olunmuşdur (səh.127).

39. Cavabdeh ayrı-ayrı sənədlərində yolun tikinti altına düşən hissəsi ilə bağlı torpaq sahəsinin qiymətləndirmə smetasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 276,63 kv.m hiss əsinin “Binəqədi-Novxanı-Corat avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü və 16.537,80 manat müəyyən edildiyi qeyd edilmişdir (səh191-193, 209, 227, 230, 234).

40. Həm cavabdeh, həm də üçüncü şəxs iddiaçının mülkiyyətində olan iddia tələbində qeyd edilən 276,63 kv.m torpaq sahəsinin yolun tikintisi altına düşdüyünü təsdiq etmişlər.

41. Odur ki, torpaq sahəsinin yolun tikinti altına düşməsinin apelyasiya məhkəməsi tərəfindən araşdırılmaması barədə şikayətin dəlilləri əsaslı olmamışdır.

42. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompen sasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

43. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər” (Qərarın 54-cü bəndi).

44. İddiaçının mülkiyyətində olan torpaq sahəsi yolun tikintisi altına düşdüyündən, cavabdeh tərəfindən kompensasiya ödənilmədiyi üçün iddiaçının tələbi əsaslı olduğundan apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

45. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-389/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar