Məhkəmə qərarları › İş №2-1(102)-75/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-75/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-75/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak ın Dövlət Kadastr və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(105)-61/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Fərdi yaşayış evinə dair 1988-ci ilin iyul ayında Texniki inventarlaşdırma bürosu tərəfindən tərtib edilmiş fərdi yaşayış fondunun yaşayış evinin Texniki pasportundan (“технический паспорт на жилой дом индивидуального жилищного фонда”) görünür ki, həmin sənəddə yaşayış evinin 1959-cu ildə inşa edildiyi, onun ümumi sahəsinin 129.8 kv.metr, yaşayış sahəsinin 54 kv. metr, köməkçi sahəsinin 75,8 kv.metr olduğu və 4 yaşayış otağından ibarət olduğu barədə məlumatlar qeyd edilmişdir. Texniki pasportda tikilinin və torpaq sahəsinin planı əks olunmamış, torpaq sahəsinin ölçüsünün sənəd üzrə 2600,0 kv.m, faktiki 2646 kv.m olduğu göstərilmişdir.

2. JN223A seriyalı, 30315018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.34 hektar torpaq sahəsi həyətyanı sahə kimi X6 mülkiyyətinə verilmişdir.

3. Az-1 239851 nömrəli ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.2007-ci ildə vəfat etmişdir. Həmçinin xx.xx.2007-ci il tarixli, 01 reyestr nömrəli Vəsiyyətnaməyə əsasən mərhum X 14 adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir.

4. Quba rayon İHB-nin Zərqava İƏD üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli, 43 saylı arayışından görünür ki, X4 şəhəri, Zərqava kəndində yaşamış, 2007-ci ildə Quba şəhəri, Zərqava kəndində vəfat etmiş, vəfat etdikdən sonra onun təsərrüfatında olan 0.34 ha həyətyanı torpaq sahəsini, 0.25 ha özəl pay torpağını və evini nəvəsi İddiaçı idarə edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kodlu 30315018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kodlu 30315018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X7 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. X2 məxsus olan torpaq sahəsinin X13 tərəfindən zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır.

6. İddiaçı cavabdehə müraciət edərək Quba rayonu, Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

7. Cavabdeh 2016-ci il 10 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi ya şayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 2019-cu il 17 yanvar tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Quba rayonu, Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə və 0,25 ha pay torpağına nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının nənəsi X5 miras qalan torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Uzun müddət cavabdeh onun müraciətlərini əsassız olaraq cavablandırmamış və ya müxtəlif bəhanələrlə rədd etmişdir. Cavabdeh tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli, **********81 saylı cavab məktubu ilə iddiaçının müraciətindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, Zərqava kəndində yerləşən mərhum X8 məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasına dair cavabdehə daxil olmuş 2016-cı il 22 iyul tarixli, ********** qeydiyyat nömrəli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə uzun müddət ərzində süründürməçilik etmiş və nəhayətdə əsaslandırılmamış və qanunsuz cavab vermişdir. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi nənəsindən ona miras qalmışdır. O, həmin torpaq sahəsini və fərdi yaşayış sahəsini faktiki qəbul edərək onun dəyərli xassələrindən istifadə edir. Qonşu ilə mübahisənin olması nənəsinin torpaq sahəsinə və fərdi yaşayış evinə reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ərizənin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən 2016-cı il 10 avqust tarixli, **********81 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən,hüquqların dövlət qeydiyyatını aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyes trində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2-1(118)-33/2020 nömrəli qərarı (hakim X15) ilə id dia təmin edilmiş, Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının iddiaçının nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin X8 ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməməsinə dair gətirdiyi arqument öz təsdiqini tapmadı. Belə ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A, kod 30315018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsi JN-224A, kod 30315 018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X7 məxsus 0,15 ha torpaq sahəsi üst-üstə düşmür. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yəni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərar ın ləğv edilməsini xahiş etmişdir.

14. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2-1(105)-83/2021 nömrəli qərarı (hakimlər X18 -sədrlik edən və məruzəçi, X12 və X26) ilə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublika sı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2-1(102)-1136/2021 nömrəli qərarı (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X9 və X3) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 0.25 ha pay torpağı ilə bağlı inzibati orqana ümumiyyətlə müraciət etmədiyi barədə cavabdehin dəlilinə qarşı qeyd etmişdir ki, iddiaçının ümumiyyətlə bu iş üzrə subyektiv hüququ o səbəbdən mövcuddur ki, mərhum nənəsi vəsiyyətnaməyə əsasən adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət edərək vermişdir. İddiaçı da nənəsindən qalan bütün əmlaka dair mərhumun adına m ülkiyyət hüququnu əldə etmək üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarına əlavə edilmiş vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamədə iddiaçıya 0.35 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan ev və 0.25 ha özəl pay torpağı vəsiyyət edilmişdir. Cavabdeh inzibati orqanın həmin torpaq sahəsinə baxışa gəlməsinə əsas məhz iddiaçının müraciəti əsasında vəsiyyətnamə ola bilərdi. Vəsiyyətnamə ilə isə 0,34 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ilə yanaşı, 0,25 ha pay torpağının da X14 tərəfindən iddiaçıya vəsiyyət olunduğu aydın görünür. Digər tərəfdən isə, cavabdeh inzibati orqan etirazında 0.25 ha pay torpağı ilə bağlı müraciətin olmadığını qeyd etmədiyi halda, yalnız apelyasiya şikayətində həmin məsələyə toxunmuş, lakin bununla b ağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını İPM-in 12.1,12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

20. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspert rəyindəki cavablara hər hansı münasibət bildirməmiş, hazırkı məzmunda öhdəliyin cavabdehin üzərinə qoyulduğu nəzərə alındıqda, bunun mübahisəsiz, hər hansı izaha zərurət olmadan icra olunacağı imkanını nəzərdən keçirməmişdir. Halbuki, ekspert həmin nəticələri məhkəmənin qərardadında qoyulmuş suallara cavab olaraq müəyyən etmişdir. Məhkəmə həmin sualların araşdırılmasını iş üçün əhəmiyyətli hesab etmişdirsə, deməli mübahisənin düzgün həlli üçün onlara münasibət bildirməli idi. Hazırkı halda, həmin cavablarda göstərilən uyğunsuzluqlara aydınlıq gətirilməmiş, uyğunsuzluqların nədə ifadə olunduğu göstərilməmişdir. Ekspert rəyinə hər hansı plan, sxem və s. əlavə olunmamışdır, torpaq sahələrinin naturada, yoxsa sənəd üzrə üst-üstə düşmədiyi də aydın deyildir. X8 məxsus olan torpaq sahəsinin X13 tərəfindən zəbt olunmasını müəyyən etməyin mümkün olmadığı halda, ekspertin “torpaq sahələrinin sənədlərə əsasən naturada uyğun olmadığı”nı necə müəyyən etdiyi də araşdırmanın predmeti olmamışdır. Beləliklə, tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə qeyri-müəyyənlik aradan qalxmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022ci il tarixli, 2-1(105)-61/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2020- ci il tarixli, 2-1(118)-33/2020 nömrəli qərarı qismən – Quba rayonu Zərqava kəndində yerləşən 0,25 ha pay torpağı üzərində X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022ci il tarixli, 2-1(105)-61/2022 nömrəli qərarı (hakimlər: X17 (sədrlik edən və məruzəçi), X10 və X19) ilə Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum nənəsinə məxsus Quba rayonu Zərqava kəndində yerləşən fərdi ya şayış evinə dair inventar nömrəsi 21 olan “Texniki pasport” Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilsə də, həmin sənəd yuxarıda istinad edilən “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” deyil, müvafiq siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş “texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport”dur. İstinad edilən Fərmanın 2.4-cü bəndinə əsasən isə, həmin texniki pasport yalnız o halda həyətyanı torpaq sahəsinə münasibətdə daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd növü kimi çıxış edə bilər ki, texniki pasportda göstərilən yaşayış evinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış olsun. Hazırkı işdə isə Quba rayonu Zərqava kəndində yerləş ən fərdi yaşayış evi üzərində iddiaçının mərhum nənəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınmaması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş...vərəsəlik hüququ haqqında... şəhadətnamə (hazırkı halda mərhum X6 adına olan daşınmaz əmlakı İddiaçı vəsiyyət etməsi barədə xx.xx.2007-ci il tarixli, 01 reyestr nömrəli Vəsiyyətnamə əsasında verilmiş şəhadətnamə) yalnız vəfat edənə qədər iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərində hüquqların iddiaçının adına qeydiyyata alınması üçün əsas qismində çıxış edə bilər. Hazırkı halda isə iddiaçı nənəsinə məxsus olan daşınmaz əmlakın müvafiq vəsiyyətnamə əsasında öz adına qeydiyyata alınması deyil, ilkin hüquqmüəyyənedici sənədlər əsasında nənəsi Ə.Həsənovanın adına qeydiyyata alınması barədə cavabdeh inzibati orqana və məhkəməyə müraciət etmişdir ki, işin yuxarıda sadalanan hallarına və istinad edilən qanunvericilik normalarına əsasən, həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Belə olduğu halda isə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.

24. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə baxan məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, tətbiq olunmalı olan qanunun normalarını tətbiq etməmiş və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Belə ki, Quba rayon Aqrar İslahat Komissiyasının verdiyi JN 265 seriyalı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 verilmişdir, həmçinin JN 223A seriyalı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçü n X8 verilmişdir. Eyni zamanda fərdi yaşayış evinə dair Texniki pasportun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün ayrılmışdır.

26. Həmçinin iş materiallarında olan Az-1 239851 nömrəli ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.2007- ci ildə vəfat etmişdir. xx.xx.2007-ci il tarixli, 01 reyestr nömrəli Vəsiyyətnaməyə əsasən mərhum X14 adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət edərək vermişdir. İddiaçı Həsənov İddiaçı Əsli Nəqdəli qızının qanun üzrə vərəsəsi olduğundan, müvafiq olaraq əmlakların nənəsinin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 10 avqust 2018-ci il tarixli, **********81 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kodlu 30315018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kodlu 30315018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X7 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. X2 məxsus olan torpaq sahəsinin X13 tərəfindən zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Res publikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.

26. Bundan əlavə, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdi yyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, İstifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur ki, Quba rayon Aqrar İslahat Komissiyasının verdiyi JN 265 seriyalı, 30315018 nömrəli şəhadətnaməyə əsasən 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 verilmiş, həmçinin JN 223A seriyalı, 30315018 nömrəli Şəhadətnaməyə əsasən 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X8 verilmiş və X8 və ailə üzvlərinə fərdi yaşayış evinə dair Texniki pasport verilmişdir. Qeyd olunan torpaq sahələri və fərdi yaşayış evi İddiaçı istifadəsindədir. İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum X1 özünə məxsus t orpaq sahəsini nəvəsi olan İddiaçı vəsiyyət etmiş və Mülki Məcəllənin 1193-cü maddəsi ilə miras əmlakdan məcburi pay hüququ olan vərəsələr onlara çatası paydan notariat qaydada imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddia tələbi mərhum Əsli Həsənovanın adına ayrılmış torpaq sahəsinə və yaşayış sahəsinə mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi ilə əlaqədardır və İddiaçı öz adına miras əmlakın rəsmiləşdirilməsi ilə bağlı deyildir. kassasiya şikayətinə etirazın dəlilləri

27. Cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respubli kasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçmə sinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər ə şya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar ar adan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

29. İnzibati Prosessual Məcəllə Maddə

91. Müb ahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və bunun üzərindən tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

34. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022ci il tarixli qərardadı ilə Quba rayonunun Zərqava kəndində yerləşən 0,25 ha pay torpağı üzərində X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, r eyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə, həmin qərardadın aid olduğu hissə hazırkı məhkəmə baxışının predmeti deyildir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, məhkəmələr prosessual qənaət və səmərəli məhkəmə araşdırması prinsiplərinin tələbləri baxımından və yardımetmə vəzifəsi çərçivəsində iddiaçının ümumiyyətlə torpaq sahələri ilə bağlı tələbinin dəqiqləşdirilməsini də təmin etməli, torpaq sahələrinə dair X6 adına şəhadətnamələrin mövcudluğunu nəzərə alaraq həmin daşınmaz əmlak növlərinin də X8 məxsus olması barədə arayışın verilməsinin onun hüquqi marağı baxımından məqsəd əuyğun olduğunu ona izah etməli idilər. Belə ki, iş üzrə materiallardan həmin məsələnin həllinin də onun hüquqi marağı ilə ehtiva olunduğu görünür.

35. Hazırkı mübahisəyə münasibətdə iddiaçının yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(105)-61/2022 nömrəli qərarından kasasiya şikayəti verdiyini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, onun hazırkı işdə hüquqi marağı və məqsədi mahiyyət baxımından Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin nənəsi X8 məxsus olması barədə müvafiq sənədin-qanunvericiliyin tələbi anlamında arayışın əldə edilməsinə yönəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsinin tələbi baxımından əvvəlcə inzibati orqan, sonradan isə ən azından hazırlıq icraa tı mərhələsində məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi anlamında iddiaçının hüquqi marağının müəyyən olunması məqsədi ilə bu hissə üzrə də onun tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım etməli, eləcə də iddiaçının bununla bağlı cavabdehə müraciətinin məzmun və ifadə tərzi baxımından qeyd olunan daşınmaz əmlakın nənəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi kimi ifadə olunması məhkəmə tərəfindən onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından qiymətləndirilməli idi.

36. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X14 0,34 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüququna dair çıxarış almadan 2007-ci il tarixdə vəfat etmişdir. İddiaç ı X6 vərəsəsidir (bu hal mübahisələndirilmir).

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

39. Mübahisəyə dair iş üzrə ma teriallardan görünür ki, qeyd olunan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci il tarixdə X6 və ailə üzvlərinin adına “Fərdi mənzil fondunun yaşayış evinə dair” Texniki pasport tərtib edilmişdir. Həmin Texniki pasportda evin ümumi və yaşayış sahəsi, eləcə də torpaq sahəsinin ölçüsü barədə məlumatlar qeyd olunmuşdur.

40. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN 223A seriyalı, 30315018 nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.34 hektar torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi X6 mülkiyyətinə verilmişdir.

41. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarla şdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur.

42. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, qeyd olunan fərdi yaşayış evinə dair X6 və ailə üzvlərinin adına “Fərdi mənzil fondunun yaşayış evinə dair” Texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1988-ci il tarixdə tərtib edilmişdir. Həmin Texniki pasportda evin ümumi və yaşayış sahəsi, eləcə də torpaq sahəsinin ölçüsü barədə məlumatlar qeyd olunmuşdur. Həmin Texniki pasportun fərdi mənzil fonduna aid yaşayış evi ilə bağlı və X6 və ailə üzvlərinin adına tərtib olunduğu, eləcə də həmin sənəddə evin və həyətyanı torpaq sahəsinin ölçülərinin göstərildiyi diqqətə alınmalı və bu baxımdan həmin sənəd yuxar ıda istinad olunan Siyahının 1.11-ci bəndində nəzərdə tutulmuş anlamda yaşayış evi üzərində hüququn əldə edilməsini təsdiq edən pasport qismində qiymətləndirilməlidir. Bu zaman həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN 223A seriyalı, 30315018 nömrəli şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.34 hektar torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi X6 mülkiyyətinə verilməsi də nəzərə alınmalıdır.

43. Bundan başqa, həmçinin qeyd olunmalıdır ki, həmin evin X8 məxsus olmasının mübahisələndirildiyi mübahisəyə dair iş üzrə materiallardan və üçüncü şəxsin apelyasiya şikayətindən görünmür. Əksinə, üçüncü şəxs apelyasiya şikayətində X6 tək iddiaçının deyil, onun da nənəsi olduğunu, həmin evdə və torpaq sahəsində tək iddiaçının deyi l, onun da ailə üzvlərinin yaşadığını qeyd etmişdir.

44. İş üzrə materiallardan iddiaçı və üçüncü şəxs arasında mübahisənin evin X8 məxsus olması ilə deyil, onun miras əmlakı ilə bağlı olduğu görünür. İddiaçı və üçüncü şəxs arasında mübahisənin miras əmlakla bağlı olması kassasiya şikayətindən də görünür. Nəzərə almaq lazımdır ki, miras əmlakla bağlı mübahisənin həlli baxımından əvvəlcə həmin əmlakın vəfat etmiş X8 məxsusluğu müəyyən olunmalıdır. Belə ki, vərəsələrin mübahisə predmeti olan yaşayış evin iddia etməsi üçün həmin ev ən azından X6 miras aktivinin tərkibində olmalıdır. Miras əmlakla bağlı vərəsələr arasında yaranmış mübahisələrə yalnız bundan sonra baxıla bilər. Qeyd edilməlidir ki, miras əmlakla bağlı mübahisələr mülki-hüquqi xarakterli olduğundan ümumi məhkəmələrin səlahiyyəti nə aiddir və həmin mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

45. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə miras əmlakla bağlı vərəsələr arasında mübahisənin mövcud olması, eləcə də tikilinin ölçüləri barədə məlumatın olmaması həmin daşınmaz əmlakın vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsindən imtinaya səbəb ola bilməz. Bu baxımdan cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli və apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir.

46. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia tələbinin Quba rayonu, Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsi İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərinə zidd sayıla bilməz.

47. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh Quba rayonu, Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin mərhum X8 məxsus olması barədə arayışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

48. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından şikayət təmin edilməli, apellyasiya in stansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin olunmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(105)-61/2022 nömrəli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia təmin edilir. Quba rayonu, Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar