Məhkəmə qərarları › İş №2-1(102)-75/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-75/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-75/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(104)-18/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qər arı qəbul etdi. İŞİN HALLARİ 1. 8024 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Gəncə şəhər XDS-nin İKnın xx.xx.1987-ci il tarixli, 77 nömrəli qərarı ilə Q.Hüseynli küçəsində sahəsi 213,8 kv.m olan yaşayış evi Rauf Rzayev, Yusif Rzayev və İddiaçı verilmişdir. 2. **********36-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, faktiki torpaq sahəsinin 0,1042 ha, tikintialtı sahənin 0,02333 ha olduğu qeyd edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında 0,0346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 166,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 4. xx.xx.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Q.Hüseynli küçəsi 0,0346 ha torpaq sahəsində yerləşən 19A nömrəli ümumi sahəsi 166,8 kv.m, yaşayış sahəsi 97,3 kv.m, yardımçı sahəsi 69,5 kv.m olan fərdi yaşayış evi X1.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 166,8 kv.metr olan fərdi yaşayış evi ünvan 3iat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015ci il t arixli, **********36 reyestr nömrəli çıxarış verilmişdir. ünvan 4 ünvanında yerləşən ümumi fərdi yaşayış evinə İdarənin mühəndisi tərəfindən müayinə baxışı keçirilmiş, baxış zamanı ərazidə fərdi yaşayış evinin yararsız və uçuq vəziyyətdə olduğu, torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər üzrə 0,346 ha, faktiki vəziyyətə görə isə 0,0533 ha olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin daşınmaz əmlak üzərində qeydiyyat aparılan zaman X4 adına rəsmiləşdirilmiş çıxarış torpaq sahəsi kimi verilmişdir.

6. İddiaçı ona kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

7. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə bağlı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın v erilmədiyi və bu səbəbdən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dəymiş 150000 manat maddi zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 6 ünvanında özünə fərdi yaşayış evi tikdirərək orada yaşamış, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin qeyd olunan fərdi yaşayış evi Cavabdeh başçısı olmuş Elmar Vəliyevin və Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyevin qanunsuz hərəkətləri nəticəsind ə başqa yaşayış evi tikdirmək adı ilə aldadılaraq sökülmüş və iddiaçıya 150000 manat zərər vurulmuşdur. İddiaçı onun mənzillə təmin edilməsi və yaxud ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh əsl cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 17 yanvar 2022-ci il tarixli, 2-1(114)-79/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdehdən 150000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla, eləcə də tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi əlindən alınmış və həmin torpaq sahəsinin üzərində inşa edilən fərdi yaşayış evi heç bir xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən cavabdeh orqanın əməkdaşları tərəfindən sökülmüşdür. Göründüyü kimi, iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, bununla yanaşı belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh orqan sübut edə bilməmişdir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və mütəxəssis tərəfindən 0,0346 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixə bazar dəyərinin 70000 manat və sökülmüş fərdi yaşayış evinin bərpa edilməsi üçün tələb olunan vəsaitin isə 82500 man at, ümumilikdə isə 152500 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin torpaq sahəsinə və sökülmüş fərdi yaşayış evinə görə 150000 manat kompensasiya tələb edildiyindən, iddia tələb həddində təmin olunmalı və 150000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti əsl Cavabdeh ilə əvəz edilmişdir.

15. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən həmin ərazidə heç bir söküntü işləri aparılmamış və şəxsə heç bir kompensasiya təklif edilməmişdir.

16. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatında iddiaçı bildirmişdir ki, ev əvvəlki başçı Elmar Vəliyevin vaxtında sökülmüşdür və ona heç bir kompensasiya ödənilməmişdir. Bundan sonra o, evi söküldüyündən torpaq sahəsini ucuz qiymətə Mühit adlı şəxsə satmışdır. Alıcı kimi Mühit olsa da, əsas şəxs onun dayısı Natiq müəllim idi və torpaq sahəsini o almış, pulu da o, ödəmişdir. Fərdi yaşayış evi söküldüyündən torpaq sahəsini 2015-ci ildə 24000 manata satmış, torpağı satanda üzərində ev olmamışdır. Belə ki, o, ancaq torpaq sahəsini satmışdır. Söküntü olduqdan sonra ona kompensasiya ödənilməmişdir və o, hazırda da kirayədə yaşayır.

17. İş üzrə apellyasiya icraatı zamanı şahid qismində di ndirilmiş X3 ifadəsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini o almışdır və adına bir çox yerdə əmlak olduğundan, qardaşı oğlu Mühitin adına rəsmiləşdirmişdir. Yəni real alıcı və pulu ödəyən şəxs odur, qardaşı oğlu Mühitin həmin torpaq sahəsindən xəbəri yoxdur. Həmin ərazi Gəncə şəhərinin mərkəzində yerləşir və orada xeyli torpaq sahələri var. Təxminən 2015-ci ildə iddiaçının torpaq sahəsini satdığını bilmiş və həmin sahəni almışdır. Alqı-satqı müqaviləsində evin satılması qeyd edilsə də, torpaq sahəsi tamamilə boş olmuş və o yalnız torpaq sahəsinin pulunu iddiaçıya ödəmişdir. Başqa sözlə, ev söküldüyündən yalnız torpaq sahəsini almış və 24000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsi bağlananda torpaq sahəsinə baxış keçirmiş və orada olan tiklinin tamamilə uçurulmuş olmasını müə yyən etmişdir. Hazırda da həmin sahə boşdur və heç bir tikinti işləri aparılmamışdır. Onu da qeyd edir ki, torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlananda iddiaçı adına olan çıxarışı yeniləməmiş və notariusda alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin alqısatqı müqaviləsindən sonra Əmlak xidməti gəlib yoxlayanda evin olmadığını müəyyən etdiyindən, Mühitin adına yalnız torpaq sahəsinə dair çıxarış verilmişdir.

18. İş üzrə apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində qeyd etmişdir ki, iddiaçı ilə qonşudur və qeyd edilən torpaq sahəsində iddiaçının fərdi yaşayış evi olmuşdur. Lakin sonradan ona və digər qonşulara məxsus ev icra hakimiyyəti tərəfindən sökülmüş və yerində hər hansı bir ev inşa olunmamışdır. Söküntü işlərindən sonra iddiaçıya məxsus ev yenidən in şa olunmamışdır və hazırda da həmin torpaq sahəsi boşdur. İddiaçı evi söküləndən sonra torpaq sahəsini satıb köçüb getmişdir. Hazırda orada heç kim yaşamır və heç bir bərpa işi aparılmamışdır.

19. İş üzrə apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/404 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahələri 314,1 kv.metr olan fərdi yaşayış evinin, mətbəxin, əl damının, ayaqyolunun və çardağın 1 kv.metr sahəsinin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi dəyəri 275 manat olmaqla, sərf olunmalı ümumi vəsaitin (2014-cü il üzrə qiymət əsas götürməklə) 86377 manat (314,1x275) təşkil etdiyi müəyyən edilir.

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Afiq Hüseynzadə) 24 may 2023-cü il tarixli, 2-1(104)-18/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 86377 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, fərdi yaşayış evi söküldükdən sonra özgəninkiləşdirilmişdir və iddiaçı mülkiyyətində olan əmlakın cavabdeh tərəfindən sökülməsinə dair kompensasiya tələb etmək hüququna malikdir. Göründüyü kimi, i ddiaçının mülkiyyətində olan daşınmaz əmlakın hazırkı vəziyyətinin sökülmüş tikili olması, onun bütövlüyünün pozulması sübut olunmuşdur və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması isə işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıdan alınmadığından və o, həmin sahəni satdığından, iddianın torpağa dair kompensasiya tələbi hissəsi təmin edilə bilməz və birinci instansiya məhkəməsi qeyd olunan hissə üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci və 4.11-ci bəndlərində yer li icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəaların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyəti başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkət sizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırkı halda iddiaçının fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.

22. Vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən notariat kontorlarına müvafiq sorğular göndərilmişdir. 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinin xx.xx.2022-ci il tarixli, 597 nömrəli, Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 390 nömrəli məktublarında ünvan 2 ünvanı ətrafında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin rəsmiləşdirilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzini n eksperti tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, 10/404 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən ümumi sahələri 314,1 kv.metr olan fərdi yaşayış evinin, mətbəxin, əl damının, ayaqyolunun və çardağın 1 kv.metr sahəsinin bərpası üçün aparılmalı təmir-tikinti işlərinin təqribi dəyəri 275 manat olmaqla, sərf olunmalı ümumi vəsaitin (2014-cü il üzrə qiymət əsas götürməklə) 86377 manat (314,1x275) təşkil etdiyi müəyyən edilir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, əmlakın alındığı vaxt üçün müəyyən edilən məbləğə əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə görə iddiaçıya ekspert rəyində göstərilən (alınma dövrü üzrə) 86377 manat ödənilməli, torpaq sahəsi artıq özgəninkiləşdirildiyindən iddianın qeyd olunan hissəsi təmin edilməməlidir.

23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Heç kəs məhkə mənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.). Maddə 109 7.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etd ikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəmə sinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi i lə də razılaşır.

37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 1 ünvanında 0,0346 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. İddiaçı 2014-cü ildə şəhər ərazisində aparılan yenidənqurma işləri zamanı ona məxsus evin sökülməsi nəticəsində kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı hər hansı qərar və ya sərəncam qəbul edilmədiyini bildirərək onun müraciətinin təmin olunmasından imtina etmişdir.

39. Bu qərarın 26-27-ci bəndlərində istinad olunan normalara gör ə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

40. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

41. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəz ərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

42. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 27-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirl ər (əldən çıxmış fayda) başa düşülür.

43. Bu qərarın 28-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

44. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hər əkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.

45. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və bu qərarın 44-cü bəndində qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.

46. Qanunvericinin bu qərarın 28-ci bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.

47. Məhkəmə kollegiyası eyni zamanda hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini bazar qiymətinə uyğun və ədalətli hesab edir. Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sökülməsi belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.

48. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meya rlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu fərdi yaşayış evinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Mənəvi zərər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir.

49. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(104)-18/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar