Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-750/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinin planı və ölçüsündə olan uyğunsuzluğun aradan qaldırılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X9, X4 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X6, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin vəkili Vəkil iştirakı i lə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdeh tərəfindən 09.09.2014-cü il tarixdə verilmiş “torpaq sahəsinin planı və ölçüsü”ndə iddiaçının xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X16 Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 KODLU Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun ar adan qaldırılaraq, iddiaçıya torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)751/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, №: 0496017) əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsini 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, Satıcılar- Xanım Əliyeva, Mehman Əliye v və Pirəli Əliyevdən əldə etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 KODLU Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Satıcıların mülkiyyətində ümumilikdə 0,26 ha torpaq sahəsi olub. Satıcılar qeyd edilən torpaq sahəsindən 0,16 ha sahəsini JN 2932, KOD 30800086 saylı Dövlət Aktı əsasında 09.02.2007-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında X2. İddiaçıya isə Satıcılar qeyd edilən Dövlət aktı əsasında mülkiyyətlərində olmuş torpaq sahəsindən 0,097774 ha torpaq sahəsini 30.08.2014-cü il tarixdə satıblar. Qeyd edilən Dövlət aktında Satıcılara məxsus olan torpağın koordinatları dəqiq göstərilib. Onun Satıcılardan aldığı torpaq hissəsinə dair 2014-cü ildə cavabdeh tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində isə torp aq sahəsinin göstərilmiş koordinatları, Satıcıların JN 2932, KOD 30800086 saylı Dövlət Aktı əsasında ona satmış olduqları torpaq sahəsinin koordinatları ilə uyğunsuzluq təşkil edib. İddiaçı məhz bu uyğunsuzluq səbəbindən, ona məxsus torpaq sahəsinin hazırda çəkilən Bakı (Bilgəh)- Sumqayıt avtomobil yolunun tikintisi üzərinə düşdüyünü sübut edə bilməmiş və “xxxx” ASC-dən mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsinə görə kompensasiya əldə edə bilməmişdir. Bu səbəbdən, ona məxsus torpaq sahəsinin koordinatlarındakı uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti isə 29 sentyabr 2017-ci il tarixli məktub u ilə ona 2014-cü ildə cavabdeh tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin koordinatlarının müəyyən edildiyini bildirərək, ərizəsini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən 09.09.2014-cü il tarixdə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə Satıcılar - Xanım Əliyeva, Mehman Əliyev və X16 Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 KODLU Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında ona satm ış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, ona Torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5160/2017 saylı, 5 dekabr 2017ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh tərəfindən 09.09.2014-cü il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə iddiaçının xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş ko ordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X16 Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 KODLU Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış olduqları torpaq 3 sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, iddiaçıya “torpaq sahəsinin planı və ölçüsü”nə dair yeni sənədin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ 09.09.2014-cü il tarixdə dövlət qey diyyatına alınıb. Qeyd edilən torpaq sahəsi hazırda çəkilən Bakı (Bilgəh)- Sumqayıt avtomobil yolunun tikintisi zamanı “xxxx” ASC tərəfindən qabaqcadan ədalətli əvəz ödənilmədən zəbt edilib. Kompensasiyanın ödənilməsi ilə bağlı “xxxx” ASC-yə etdiyi müraciətlərinə “xxxx” ASC-nin 19 mart 2015-ci il tarixli, V-4/16-1496 saylı məktubu ilə cavab verilib ki, ona məxsus torpaq sahəsi hazırda tikintisi aparılan Bilgəh-Sumqayıt yolunun tikintisi altına düşmür. Halbuki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin iddiaçıya ünvanlamış olduğu 12 yanvar 2015-ci il tarixli məktubunda bildirilib ki, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçiriblər və ölçü işləri zamanı müəyyən olunub ki, mülkiyyətində olan q eyd edilən torpaq sahəsinin 0,0240 ha hissəsi “xxxx” ASC-nin inşa etdiyi yol tikinti sahəsi üzərinə düşür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin qeyd edilən məktubunu əsas götürərək, “xxxx” ASC-yə qarşı dövlət ehtiyacları üçün alınan torpağın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli qətnaməsi iddia tələbi təmin edilmişdir. “xxxx” ASC-nin Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 4 avqust 2017-ci il tarixli məktubla cavab verilmiş və bildirilmişdir ki, onun mülkiyyətində olan 0,097774 ha torpaq sahəsi hazırda çəkilən Bakı-Sumqayıt avtomobil yolunun tikinti sahəsinin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yuxarıda qeyd edilən məktubları ziddiyyət təşkil etdiyindən, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin hazırda çəkilən Bakı (Bilgəh)- Sumqayıt avtomobil yolunun hüdudlarından kənarda yerləşib-yerləşmədiyinin müəyyən edilməsi üçün torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilərək, uyğunsuluğun aradan qaldırılmasına ciddi ehtiyac yaranıb. Bu səbəbdən, uyğunsuzluğun aradan qald ırılması üçün 15 sentyabr 2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilərək, müvafiq sənədin ən qısa müddətdə ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 sentyabr 2017-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilib. Məktubda bunun səbəbi kimi göstərilib ki, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə torpaq sahəsinin planı və ölçüsü sənədində Abşeron ra yonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin koordinatları qeyd edilmişdir”. İddiaçı hesab edir ki, qeyd edilən əsasla ərizəsinin təmin edilməsindən imtina edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilmiş rəy əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti torpaq sahəsinin 0.01 hektarı naturada Bilgəh-Sumqayıt Avtomobil yolunun tikintisi zamanı aparılmış qazıntı işləri nəticəsində yolun kənarında yaranmış yamaca düşərək istifadəyə tam yararsız hala düşmüşdür. Yerdə qalan 0.0877 hektarı isə aparılmış qazıntı işləri zamanı yaranmış hündür təpənin üzərinə düşür. Eyni zamanda ekspert rəyində qeyd olunur ki, ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı mülkiyyətində olan torpaq sah əsinin yeri barədə ortofoto görüntüsü rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(085)-55/2019 saylı iş) 4 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 09.09.2014-cü il tarixdə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində iddiaçının xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********19) Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsinin göstərilmiş koordinatları ilə satıcılar- Xanım Əliyeva, Mehman Əliyev və X16 Torpaq və Xəritəçəkmə Komitəsinin JN 2932, 30800086 KODLU Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 30.08.2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış olduqları torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılaraq, iddiaçıya torpaq sahəsinin planı və ölçüsünə dair yeni sənədin təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə iddiaçının alqı-satqı ilə əldə etdiyi torpaq sahəsinin yerləşdiyi sahə müəyyən edilmişdir. İddiaçının qanunvericiliyə uyğun olaraq alqı-satqı qaydasında torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyi halda, inzibati orqanın texniki səbəblərdən əmələ gəlmiş qeyri müəyyənliyə əsasən imtina etməsi və nəticədə torpaq sahəsindən istifadə imkanının itirilməsi və kompensasiya əldə edə bilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülkiyyət sənədlərində göstərilən texniki göstəricilərin müəyyən olunması əsası vətəndaş ın hər hansı bir məsuliyyəti ilə müəyyən olunmadığına görə, sırf bu əsaslara görə iddiaçının öz hüququnu məhkəmə qaydasında əldə edə bilməsini məhkəmə, inzibati orqan tərəfindən iddiaçının hüquqlarının əsassız yerə pozulması kimi qiymətləndirir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər Məmmədov Zaur İkram oğlu-məruzəçi, X12 və X10, 2-1(105)-751/2019 saylı iş) 25 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 19 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 16 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xah iş etmişdir. kasasiya şikayətinin dəlilləri: Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən X8 verilmiş JN-2932 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı əsasında 0.257774 ha torpaq sahəsi notarial qaydada alqısatqı olunaraq 0.16 ha hissəsi X1, 05.03.2007-ci il tarixdə **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Sonradan **********18 reyestr nömrəli 0.16 ha torpaq sahəsinin plan-ölçüsünə əsasən yerində (naturada) 0.1289 ha hissəsi Bilgəh-Sumqayıt yolu ilə üstüstə düşdüyü üçün həmin hissə çıxılaraq, yerdə qalan 0.0311 ha hissəsində mülkiyyətçiyə 5 04.12.2014-cü il tarixdə torpaq sahəsinin plan-ölçüsü və çıxarışı verilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DT və XK-nın Ab şeron rayon şöbəsi tərəfindən X8 verilmiş JN-2932 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı əsasında 0.257774 ha torpaq sahəsi notarial qaydada alqısatqı olunduqdan sonra yerdəqalan 0.097774 ha hissəsi 05.03.2007-ci il tarixdə **********19 reyestr nömrəsi ilə X7 adına qeydiyyata alınmışdır. X3 mülkiyyətində olan 0.097774 ha torpaq sahəsi notarial qaydada alqı-satqı olunaraq iddiaçıya satılmışdır. 30.08.2014-cü il tarixdə iddiaçının müraciəti ilə əlaqədar olaraq **********19 reyestr nömrəli 0.097774 ha torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan 09.09.2014-cü il tarixli, **********19 reyestr nömrəli, 0.097774 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən 0.097774 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq olduğu müəyyən edilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 09.09.2014-cü il tarixli, **********19 reyestr nömrəli, 0.097774 ha torpaq sahəsi planölçüdəki koordinatlara əsasən hal-hazırda Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşmür, lakin göstərilən torpaq sahəsi tam olaraq Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşür. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9, 11, 15, 23-cü maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vək ili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin ilkin mülkiyyətçilərin adlarına verilən plan və ölçü ilə sonradan öz adına tərtib edilmiş plan və ölçünün koordinatları arasın dakı uyğunsuzluğun aradan qaldırılaraq, torpaq sahəsinin əvvəlki planı və ölçüsünə dair yeni sənədin verilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə torpaq sahəsinin planı və ölçüsü sənədində Saray qəsəbəsində yerləşən torpaq sahəsinin koordinatları qeyd edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərdən görün ür ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,097774 ha torpaq sahəsini 30.08.2014-cü il tarixli saylı alqı-satqı müqaviləsinə əsasən, satıcılar Xanım Əliyeva, Mehman Əliyev və Pirəli Əliyevdən əldə etmişdir. Əvvəlcə satıcıların adına, daha sonra isə iddiaçının adına 0,097774 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18.07.2019-cul il tarixli ekspert rəyi ilə mübahisə predmeti torpaq sahəsinin 0,01 hektarının naturada Bilgəh-Sumqayıt Avtomobil Yolunun tikintisi zamanı aparılmış qazıntı işləri nəticəsində yolun kənarında yaranmış yamaca düşərək istifadəyə tam yararsız hala düşməsi, yerdə qalan 0,0877 hektarın isə aparılmış qazıntı işləri zamanı yaranmış hündür təpənin üzərinə düşməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyin də qeyd olunmuşdur ki, ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yeri barədə ortofoto görüntüsü rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İddiaçının alqı-satqı qaydasında aldığı torpaq sahəsinə cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınması, iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınması işin mübahisələndirilməyən hallarındandır. İşin mübahisələndirilən halı iddiaçının torpaq sahəsinin koordinatlarının ilkin sənədlərdəki koordinatlarla uyğunsuzluğunun olmasıdır. İddiaçı nə torpaq sahəsindən istifadə imkanının olmadığını, nə də torpaq sahəsi ilə bağlı kompensasiya əldə edə bilmədiyini bildirir və bunu aldığı torpaq sahəsinin ilkin koordinatlarının müəyyən edilməsində olan uyğunsuzluqla əlaqələndirir və haz ırda mövcud uyğunsuzluqların aradan qaldırılaraq, aldığı torpaq sahəsinin ilkin koordinatları əsasında plan ölçü sənədi əldə etmək istəyir. İddiaçının alqı-satqı qaydasında aldığı və mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsi olsa da, həmin torpaq sahəsindən istifadə edə bilməməsi və eyni zamanda müvafiq kompensasiyanı əldə edə bilməməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsinin koordinatlarının müəyyən olunmasını tələb etmək onun hüququdur. Ekspert rəyi ilə də iddiaçının alqı-satqı ilə əldə etdiyi torpaq sahəsinin yerləşdiyi sahə müəyyən edilmişdir. Belə ki, torpaq sahəsinin 0,01 hektarı naturada Bilgəh-Sumqayıt Avtomobil Yolunun tikintisi zamanı aparılmış qazıntı işləri nəticəsində yolun kənarında yaranmış yamac a düşərək istifadəyə tam yararsız hala düşmüş, yerdə qalan 0,0877 hektarı isə aparılmış qazıntı işləri zamanı yaranmış hündür təpənin üzərinə düşmüşdür. Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). To rpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünv an Reyestri Xidməti haqqındaƏsasnamənin 3.0.9-cu bəndində qeyd edilir ki, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələrinə aiddir. Əsasnamənin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Bəhs edilənlərə əsasən, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılmasını torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Kasasiya şikay əti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)751/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-750/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-750/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver