Məhkəmə qərarları › İş №2-1(102)-750/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-750/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-750/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar sözlər: (dövlət nümunəli diplomun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom blankının tanınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 yanvar 2020-ci il tarixli 2-1(103)259/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra-iddiaçı) 2004-cü ildə Gürcüstan Respublikası Marneuli rayonunda yerləşən Kvamakatli Universitetinin ibtidai təhsilin pedaqoqika və metodikası fakültəsinə qiyabi təhsil üçün daxil olmuşdur.

2. İddiaçı 2005-ci ildə təhsilini davam etdirmək məqsədilə həmin universitetdən Azərbaycan X1 filialına köçürülmüş və 2009-cu ildə həmin filialı qiyabi olaraq bitirmişdir. 3. 2010-cu ildə iddiaçı B N 168233 nömrəli diplom almış, Cəlilabad rayonunda müxtəlif vəzifələrdə çalışmış, 24 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə Komissiyada test imtahanı vermişdir. 9 aprel 2014-cü il tarixdə və 15 aprel 2015-ci il tarixdə ixtisas dəyişmək üçün o vaxtkı TQDK-da müva fiq qəbul imtahanlarında iştirak etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B seriyalı, 168233 nömrəli diplom blankının hüquqi əsası olan kimi tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı iddia tələbini onula əsaslandırmışdır ki, təhsil aldığı dövrdə filialın rektoru Ramiz Məmmədov, fakültə dekanı Nəzmiyyə Axundova olmuş, təhsil aldığı 551-ci qrupda Quliyev Hafiz, Əliyeva Afaq, Mirzəyeva Vüsalə, Hacıyeva Ülkər, Arzu, İlham, Fəridə, Sara və Fərid adlı tələbələr də təhsil almışlar. Dövlət Qulluğunda müvəffəqiyyətlə çalışmışdır. Çalışdığı müddət ərzində heç bir nöqsana yol verməmiş, daima müsbət xarakterizə edilmişdir. 2015- ci ildə dövlət qulluğunda çalışdığı vaxtda iddiaçı Baş prokuror yanında Korrupsiyaya qarşı Baş İdarəsində dəvət edilərkən ona bildirilmişdir ki, həmin diplom arxivdə qeydiyyatdan keçməmişdir. Bu barədə həmin idarədə ifadə verərkən bildirmişdir ki, iddiaçı qanuni əsaslarla ali təhsil almışdır və ona verilmiş diplomun arxivdə qeydiyyatdan keçməməsinin səbəbləri ona məlum deyil. Sonra dövlət qulluğunda işini davam etdirmişdir. Daha sonra cavabdehə rəsmi ərizələrlə müraciət edərək müvafiq yoxlamalar aparılmasını, yaranmış anlaşılmazlığın aradan qaldırılmasını və qanuni əsaslarla təhsil aldıqdan sonra əldə etdiyi diplomun həqiqiliyinin təsdiq edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçının adına filial tərəfindən yazılmış diplom blankının hüq uqi əsası yoxdur. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2516/2019 saylı qərarı ilə (Rauf Daşdəmirov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya müvafiq təhsil müəssisəsi tərəfindən verilmiş diplomun dövlət nümunəli olmaması əsası ilə onun diplomunu qəbul etməməsi qanunsuz sayılmamalıdır.

9. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 yanvar 2020-ci il tarixli 2-1(103)-259/2020 nömrəli qə rarı ilə (sədrlik edən:V.Ağayev, hakimlər: A.Nuriyeva və C.Yusifov) apellyasiya şikayətin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 oktyabr 2019-cu il tarixli 2-1(82)2516/2019 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilir ki, məhkəmə çoxsaylı qanun pozuntularına yol vermiş, Bakı İnzibati Məhkəməsinin səhvlərini təkrarlamaqla işini bitmiş hesa b etmişdir. Məhkəmələr onun ali təhsil almadığıma dair nə cavabdeh, nə də özü tərəfindən heç bir sübut əldə edə bilməmiş, sadəcə olaraq kimlərinsə bəzi qeydiyyat məsələlərində səhvliklərə yol verməsini əsas tutmuşlar. Məhkəmə işin hallarını ümumiyyətlə araşdırmamış, onun həmin müəssisədə təhsil aldığını, çoxsaylı tələbə yoldaşları ilə birgə davamiyyətlərə əməl etdiyini, müəyyən yaxşı və kafi qiymətlər aldığını, diplom biankının nömrəsinin hansısa ona aid olmayan səbəbdən düzgün gəlməməsini, bəzən də qeydiyyatdan keçib-keçməməsini dəqiqləşdirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Təhsil haqqında” Qanun: 5.1-ci maddə. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılm asına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 26.1-ci maddə. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. 26.1-1-ci maddə. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 27-ci maddə. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

16. Azərbaycan Respublikasının 7 oktyabr 1992-ci il tarixli Təhsil Qanununun (qüvvədən düşmüşdür) 8-ci maddəsi. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərə cəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. 11-ci maddə. Təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur: Məktəbəqədər tərbiyə. Ümumi təhsil: ibtidai təhsil, əsas təhsil, orta təhsil. Peşə ixtisas təhsili, texniki-peşə təhsili, orta ixtisas təhsili, ali ixtisas təhsili. Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s). Magistratura. Doktorantura. Məktəbdənkənar təlim və tərbiyə. Sərbəst təhsil. İxtisasartırma və kadrların yenidən hazırlığı.

17. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8-ci bəndinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi: - (8.5-ci bənd) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir; - (8.26-cı bənd) mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir.

18. İnzibati Prosessual Məcəllə: M addə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qayda sında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçini n tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və yeni qərarın qəbulunu şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

22. İddiaçı X5 2009-cu il tarixdə ona verilmiş d iplomun tanınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, cavabdeh onun adına yazılmış B seriyalı 168233 nömrəli diplom blankının hüquqi əsası olmaması əsası ilə diplomu tanımaqdan imtina etmişdir.

23. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər X2 direktorunun 30 aprel 2009-cu il tarixli əmrində qeyd edilmişdir ki, ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə qiyabi şöbənin aşağıda göstərilən tələbələri 2008/2009-cu tədris ilində bakalavr təhsil pillələri üzrə təhsillərini başa vurmuş hesab edilsinlər, onlara bakalavr dərəcəsi və adi diplomlar verilsin. Tələbələrin siyahısı əmrə əlavə edilsin. İddiaçının adı 551ci qrupda 10-cu sırada qeyd edilmişdir. 24. 2010-cu ildə iddiaçının adına tərtib edilmiş diplomda Dövlət Attesta siya Komissiyasının 19 mart 2009-cu il tarixli qərarı ilə ona maarif ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bitirməsi, Dövlət Attestasiya Komissiyasının sədri, rektor A.H.Naxçıvanlı tərəfindən imzalanması və Müəllimlər İnstitutunun möhürü vurulması əks etdirilmiş, qeydiyyat nömrəsi 2/1602 qeyd edilmişdir.

25. Göründüyü kimi, işin hallarına görə iddiaçı 2004-cü ildə Gürcüstan Respublikası Marneuli rayonunda yerləşən Kvamakatli Universitetinin ibtidai təhsilin pedaqogika və metodikası fakültəsinə qiyabi təhsil üçün daxil olmuş, 2005-ci ildə təhsilini davam etdirmək məqsədilə həmin universitetdən Azərbaycan X1 Filialına köçürülmüş və 2009-cu ildə filialı bitirmiş, 2010-cu ildə iddiaçıya ali təhsil haqqında dövlət sənədi hesab edilən diplom verilmişdir.

26. İşin bəhs olunan ha lları cavabdeh tərəfindən mübahisə olunmamışdır.

27. Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil üzrə prorektorunun 23 sentyabr 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “tələbə-məzun” dövlət elektron məlumat sistemində, Azərbaycan Müəllimlər İnstitutunun “diplom verilməsi barədə” 13 aprel 2009-cu il tarixli 02/38 nömrəli əmrində institutun Gəncə filialı üzrə məzunların siyahısında, həmçinin diplomların verilməsinin 2009-cu il üzrə qeydiyyat kitabında iddiaçının adı və diplom qeyd olunmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2004-cü ildə Azərbaycan Respublikasında ali məktəbə qəbul olunmadığından onun adı “tələbə-məzun” dövlət elektron məlumat sistemində ola bilməzdi və onun ali məktəbə qəbulu Gürcüstan Respublikasında həyata keçirilmiş, 2005-ci ildə X1 Filialı na köçürülmüşdür. Bundan başqa, 2009-cu ildə ali məktəbi bitirməsi barədə Müəllimlər X2 direktorunun 30 aprel 2009-cu il tarixli əmrində iddiaçının da adı qeyd olunmuş və bu əmr qüvvədə olmuşdur.

29. Cavabdeh bir cümlə ilə (diplom blankının hüquqi əsası yoxdur) iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun müraciətlə bağlı inzibati icraat açmamış, gəldiyi nəticəni əsaslandırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları, habelə qanun və digər normativ aktları göstərməmiş, məhkəmələrə də etirazının əsası kimi hər hansı sənəd təqdim etməmişdir.

30. Məhkəmə kollegiyası bəhs olunanlara və yuxarıda sadalanan hüquq normalarına görə hesab edir ki, iddiaçı təhsil almaq üçün tələb olunan şərtləri yeri nə yetirməsinə baxmayaraq cavabdeh bu halın əksinin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.

31. İddiaçı qanuni əsaslarla Azərbaycan X1 Filialını bitirdiyindən iddia təmin edilməli, B seriyalı, 168233 nömrəli diplom blankının tanınması cavabdeh Təhsi l Nazirliyinə həvalə edilməli, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.

32. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-259/2020 saylı iş üzrə 7 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı adına tərtib edilmiş Ali təhsil haqqında B seriyalı, 168233 nömrəli qeydiyyat nömrəsi 2/1602 olan 2010-cu ildə verilmiş diplom blankının tanınması cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar