Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-750/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayəti verilmədən prosessual müddətin bərpası barədə ərizənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1rşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri barədə” iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)179/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarınd an iddiaçının verdiyi kassasiya şikayəti üzrə müddətin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-548/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) İddiaçı cavabdeh X1rşı “vəzifəli şəxslərin qeyriqanuni hərəkətləri barədə” iddia tələbi təmin edilməmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-179/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və A.A.Mahmudov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-548/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı ərizə verərək apellyasiy a məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda penitensiar müəssisədə saxlanılır və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı uzun müddət ona təqdim edilməmişdir.
4. İddiaçı tərəfindən verilmiş ərizə ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi tərəfindən məhkum İddiaçı təqdim olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinə hüquqi yardımla bağlı 17 yanvar 2023-cü il tarixli məktub ünvanlanmışdır. Məktubda göstərilmişdir ki, qanunvericiliyin tələblərinə görə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə kassasiya şikayəti də təqdim edilməlidir. Halbuki kassasiya şika yəti ərizə ilə birlikdə təqdim edilməmişdir. Ərizəçiyə kassasiya şikayətini Ali Məhkəməyə göndərmək təklif edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. İnzibati Prosessual Məcəllə: Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilə bilməz.
7. Belə ki, İPM-in 24.3-cü maddəsinin imperativ tələbinə görə iddiaçı tərəfindən verilmiş ötürülmüş kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəyə baxılmas ı yalnız həmin ərizə kassasiya şikayətinin özü ilə birlikdə verildikdə mümkündür.
8. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı müddətin bərpasına dair ərizə versə də, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-179/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayəti verməmişdir. Bununla bağlı olaraq iddiaçıya Şəki Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli məktubu ilə yardım edilmiş və ona kassasiya şikayətini Ali Məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Lakin iddiaçı kassasiya şikayəti verməmişdir. Ona görə də, müddətin bərpasına dair ərizə təmin edilməməli və kassasiya mümkün sayılmamalıdır.
9. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış p rosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-179/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın, şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.