Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-751/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı iş üzrə Açar sözlər: əlilliyə görə əmək pensiyası, pensiya kapitalı, iş stajı 17.06.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin vəkili Hümbətov Əli Surxay oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsinə qarşı onun xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Komvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-593/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur və hazırda Abşeron rayonun Qobu qəsəbəsində yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsindən sonra ona xx.xx.2018-ci il tarixdən üçüncü dərəcəli ə lillik təyin edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə DSMF-nin Abşeron rayon şöbəsinə müraciət edərək, ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Abşeron rayon şöbəsi iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2018-ci il tarixli 20/4566 saylı məktubla cavab verərək bildirmişdir ki, ona əlilliyə görə pensiya təyin olunması üçün 14 il sosial sığorta stajı və 14.650,20 manat pensiya kapitalı tələb olunur. Lakin onun təqdim etdiyi sənədlərə asasən onun 14 il sosial sığorta stajı və 8.305,40 manat pensiya kapitalı toplanmışdır. Həmçinin xx.xx.1997-xx.xx.2012-ci illərdə işlədiyi “Bakı Kamvol Kombinatının Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı Filialına təhvil verdiyi sənədlərdə vətəndaşın xx.xx.1996-ci il tarixdə işə daxil olmas ı barədə əmrə rast gəlinsə də, 2012-ci ilin əmrlər kitabı, 1997-2012-ci illərin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən işdən azad olunması barədə əmrlər və əmək haqları barədə məlumatlar arxiv arayışında qeyd olunmadığı və 01.01 2006-ci il tarixdən sonra fərdi hesabının sığorta hissəsinə heç bir pensiya kapitalı toplanmadığı səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil olunması mümkün deyildir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Kamvol Kombinatında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaç ının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. 1997-ci ildən 2012-ci ilədək Bakı Kamvol Kombinatının nəqliyyat sahəsində işləməsi onun əmək kitabçasında qeyd olunmuşdur. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri, iddiaçıya pensiya təyin etməkdən imtina etmək barədə xx.xx.2018-ci il tarixli 20/4566 saylı məktubda göstərilən dəlillərlə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı (hakim V.Əzizova) ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək Bakı Kamvol Kombinatında işləməsi onun əmək kitabçası ilə təsdiq olunur. Əmr kitab larının arxivə təhvil verilməməsi və sənədlərin natamam olması iddiaçının hüquqlarını pozmamalıdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 21(105)173/2019 saylı qərarı ilə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(102) 1/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(105)173/2019 saylı qərarı ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, apelyasiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını sonadək işə düzgün tətbiq etməmişdir. Məhkəmə İİİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Cavabdehin imtinasından müəyyən edilir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilə bilmək üçün 14 650,02 manat pensiya kapitalı tələb olunduğu halda, cəmi 8305,40 manat pensiya kapitalı toplamışdır. Odur ki, təkrar apelyasiya baxışı zamanı məhkəmə digər şərtin, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsini araşdırmalıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-593/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2578/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan kassas iya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə e tdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Onun Bakı Komvol Kombinatında işləməsi, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surəti ilə təsdiqini tapır. Hətta onun xx.xx.1997-ci il tarixli, 12/kş saylı əmrlə xx.xx.1996-cı il tarixdən nəqliyyat şöbəsinə sürücü vəzifəsinə qəbul olunması barədə arxiv məlumatı da mövcuddur. Sonradan hər hansı səbəbdən onun işlədiyi müəssisə tərəfindən sənədlərin lazımi qaydada sənədləşdirilməməsi, zəruri məlumatların aidiyyəti qurumlara verilməməsi və ya hər hansı səbəbdən müəssisənin fəaliyyəti barədə məlumatın olmaması onun təqsiri kimi qiymətləndirilə bilməz və həmin hallar, yəni başqasının təqsiri konstitusion hüquq olan sosial təminat hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Vəkil əlavə olaraq bildirdi ki, işə baxılarkən iddiaçının bütün əmək fəaliyəti dövrü nəzərə alınmamışdır. Məhkəmənin nəzərə aldığı staj dövründən əlavə iddiaçı 1984-1988-ci illərdə cəzaçəkmə müəssisəsində də əmək fəaliyyəti ilə məşğu l olmuşdur və həmin dövr də onun əmək fəaliyyəti dövrü kimi nəzərə alınmalıdır. Əgər bu dövr nəzərə alınarsa və «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinə əsasən pensiya kapitalına çevrilərsə, iddiaçının əlilliyə görə zəruri olan pensiya kaptialı olacaqdır. Cavabdehin vəkili Hümbətov Əli Surxay oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkü n sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunnmalı və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, əlilliyə görə pensiya təyin olunmasının hüquqi əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə ə mək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu normadan göründüyü kimi, üçüncü qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:
1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığo rta stajının olması;
2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən «əmək qabiliyyətli yaş dövrü» ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. İşə baxmış məhkəmə kollegiyası mübahisənin həlli üçün təqdim olu nmuş sənədlər əsasında, əlilliyə görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş şərtlərə uyğun olaraq işin hallarını təhlil etmiş, iddiaçının əmək kitabçasında əksini tapmış 1997-2012-ci illərdə Bakı Kamvol Kombinatında işlədiyi illərin də onun sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü qənaətinə gələrək, pensiya kapitalını hesablamış və iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan pensiya kapitalının olmaması əsasına görə iddianı təmin etməmişdir. İş materiallarından görünür ki, iddiaçıya pensiya təyin olunması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14.650,02 manat təşkil etməlidir. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində inzibati orqan tərəfindən hesablanmış kapital (iddiaçının 1997-2012-ci illərdəki s tajı da nəzərə alınarsa) 14.443,35 manat təşkil edir. Göründüyü kimi iddiaçının fərdi hesabında olan kapitalın məbləği ona pensiya təyin olunması üçün zəruri olan məbləğdən 206,67 manat azdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli 17/13-417 saylı arayışında göstərilir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1988-ci il tarixədək cəza çəkdiyi dövrdə islah-əmək müəssisələrində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin azadlıqdan məhrumedilmə müddətində məhkumların əmək fəaliyyəti ilə məşğul olduğu dövrün iş stajına daxil edilən əmək fəaliyyəti növlərinə aid olub-olmaması, həmin illərin iddiaçının sosial sığorta stajı kimi qəbul edilməsinin mümkünlüyü aşağı məhkəmələrin araşdırma predmeti olmamışdır. Bu dövr iddiaçının sosial sığorta stajına daxil edilərsə, pensiya kapitalının məbləğinə təsir edəcəkdir. Ona görə də iddiaçının təqdim etdiyi arayışda əksini tapmış məlumatların həqiqiliyi, həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkünlüyünün yoxlanılması, staja daxil edildiyi halda pensiya kapitalının yenidən hesablanması və onun əsasında iddianın həlli zəruridir. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qis mən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-593/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş materialları yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.