Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-751/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonun Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddia çının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli 2-1(105)-193/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsisini xahiş etmiş, cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-345/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilməmişdir.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, həmçinin apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunmasını xah iş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli 2-1(105)-193/2021 nömrəli qərardadı ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və H.Babayeva) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)345/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-345/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmamış və apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qə rarın surəti 22 oktyabr 2020-ci il tarixli müşayiətedici məktubla tərəflərə göndərilmiş və cavabdehin ünvanına göndərilmiş məktub 01.11.2020-ci il tarixdə təqdim edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 30.11.2020-ci il tarixdə bitmişdir.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 8.Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı məhkəmənin bildiriş gondərdiyi qeyd olunan Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 57, mənzil 20-də rəsmi qeydiyyatda olsa da, 2008-ci ildən ailə qurduqdan sonra həmin binanın mənzil 11 -də ailəsi və uşaqları ilə birlikdə yaşayıb. Bu barədə bütün sənədləri təqdim etsədə məhkəmə araşdırma aparmamışdır. Bundan başqa Abşeron rayon Novxanı Bələdiyyəsinin 27.02.2007-ci il tarixli qərarı ilə Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsini qanuni yolla almağı bir daha sübut olunur. Lakin buna baxmayaraq məhkəmə bələdiyyəni işdə iştirak etməyə cəlb etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildi rişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərard adları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzürə materiallara əlavə olunur. Maddə 22.1. bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzürə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzürə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzürə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, apelyasiya şikayətinin mümkün hesab edilməməsi barədə düzgün nəticəyə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
18. Apelyasiyanın mümkünlüyü əsasları dedikd ə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür.
19. Ona görə də apelyasiyanın mümkünlüyü məsələsinin həlli, apelyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir.
20. Apelyasiya instansiyası məhkəməsi də bu normalar əsasında hərəkət edərək apelyasiyanın mümkünlüyü əsaslarını yoxlamış və məsələnin həlli üçün əhəmiyyətli olan işin faktiki posessual halları kimi müəyyən etmişdir ki, iddiaçı apelyasiya şikayəti vermə müddətini buraxmışdır.
21. Məhkəmənin müəyyən etdiyi bu prosessual hallar iş materiallarına uyğundur. Be lə ki, iş materiallarının 88-ci səhifəsində olan müşayiət məktubundan və 90-cı vərəqində olan xəbərnamədən görünür ki, iddiaçıya birinci instansiya məhkəməsinin qərarı 02.11.2020-ci il tarixdə verilmişdir.
22. Çünki Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir.
23. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin qərarı onun yaşadığı ünvana 02.11.2020-ci il tarixdə çatdırılmışdır. Bu barədə xəbərnamə işin 90-cı vərəqinə tikilmişdir.
24. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi 02.11.2020-ci il tarixdən başlanmışdır və 02.12.2020-ci ildə başa çatmışdır. Lakin iddiaçı tərəf qərardan şikayəti 22.12.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir.
25. Göründüyü kimi iddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülmüşdür.
26. Apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi isə, onu vermiş şəxs üçün neqativ hüquqi nəticə törədir.
27. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
28. İddiaçının məktubu onun deyil, anasının alması ilə bağlı kassatorun dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də apelyasiya instansiyasının fərqli nəticəyə gəlməsinə əsas vermirdi.
29. Çünki Azərbaycan Respublikası İPM-nin təqdimetmə qaydaların ı müəyyən edən 20-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qarardadları, sərəncamları (bundan sonra –məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur (20.1-ci maddə).
30. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
31. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzürə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
33. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
34. Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsində deyilir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxslər həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
35. Göründüyü kimi, iddiaçın ın üzürlü səbəb kimi nəzərə alınmasını xahiş etdiyi fakt, müddətin bərpa olunması üçün qanunauyğun sayılan fakt deyildir.
36. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri).
37. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkünsüz sayılarkən iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli 2-1(105)-193/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.