Məhkəmə qərarları › İş №2-1(102)-751/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-751/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-751/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə üzrə qərardaddan verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunve riciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2651/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 15 yanvar 2019-cu il tarixli, **********174290 nömrəli qərarı ilə iddiaçıda növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: 1 sentyabr 2016 – 1 dekabr 2018) keçirilmiş və yoxlamanın nəticəsi 25 sentyabr 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Cavab dehin 1 noyabr 2019-cu il tarixli, **********192561 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçıya 2016-cı il mənfəət vergisi üzrə hesabat dövrü üçün 36.417,35 manat əlavə vergi məbləği və 18208.68 manat maliyyə sanksiyası, 2016-cı il əlavə dəyər vergisi üzrə hesabat dövrü üçün 160.752,57 manat əlavə vergi məbləği və 60.070,89 manat maliyyə sanksiyası, 2017-ci il mənfəət vergisi üzrə hesabat dövrü üçün 104.483,81 manat əlavə vergi məbləği və 52.241,91 manat maliyyə sanksiyası, 2017-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü üçün 525.984,89 manat əlavə vergi məbləği və 262.992,45 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü üçün 510.702,22 manat əlavə vergi məbləği və 255.35 1,11 manat maliyyə sanksiyası olmaqla, cəmi 1.338.340,84 manat əlavə vergi məbləği və 648.865,04 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat

3. İddiaçı 28 yanvar 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 1 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarının ləğv olunmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 8 iyul 2021-ci il tarixli, 2-1(112)-589/2021 nömrəli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqınd a” 1 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərar ləğv edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, cavabdehin 1 noyabr 2019-cu il tarixli, **********192561 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrası ilə bağlı iddiaçının bank hesabına qoyulmuş 18 noyabr 2019-cu il tarixli, **********D saylı sərəncamının icrasının dayandırılması və bank hesabına təkrar sərəncam qoyulmasının cavabdehə qadağan olunması barədə dərhal icra edilməli olan qərardad çıxarılması nı xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(103)-2651/2021 nömrəli qərardadı (hakimlər X2 -sədrlik edən və məruzəçi, X5 və X3) ilə ərizə təmin edilmiş, cavabdehin 1 noyabr 2019-cu il tarixli, **********192561 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrası məqsədilə iddiaçının bank hesabına qoyulmuş 18 noyabr 2019-cu il tarixli, **********D saylı sərəncamının icrası dayandırılmışdır.

8. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2-1(103)-2651/2021 nömrəli qərarı (hakimlər X2 -sədrlik edən və məru zəçi, X5 və X3) ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 8 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)-751/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inziba ti akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kolleg iyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 dekabr 2021-ci il tarixli, 2-1(103)-2651/2021 nömrəli qərardadından verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şikayət üzrə icraata xitam verilməsi aşağıdakı səbəblərdən irəli gəlir.

14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)-751/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla da cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 1 noyabr 2019-cu il tarixli, **********192561 saylı qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş dir.

15. İnzibati Prosessual Məcəllənin bu qərarın 12-ci bəndində istinad olunan 41.4cü maddəsinə əsasən, inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır.

16. Həmin Məcəllənin bu qərarın 12-ci bəndində istinad olunan 44.4-cü maddəsinin müddəalarına görə, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.

17. Hazırkı mübahisəyə münasibətdə iddia ilə bağlı işə mahiyyəti üzrə baxılması başa çatmış, iddia tələbi təmin edilmiş və bununla bağlı məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Bu baxımdan iddiaçının cavabdehin həmin qəra rından məhkəmə qaydasında müdafiəsinə ehtiyac da artıq aradan qalxmışdır. Başqa sözlə, mübahisələndirilən qərarın ləğvi iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə olan hüquqi marağını istisna edir.

18. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə apelyasiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair iş üzrə müvəqq əti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin qərardadından verilmiş kassasiya şikayəti üzrə icraata xitam verilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar