Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-751/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 23.05.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı (üçüncü şəxs Kərimova/X4) “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-704/2022 nömrəli, 1 dek abr 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək onun Xaçmaz şəhəri Arif Səlimov küçəsi, 44 ünvanında yerləşən yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmiş və bildirilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3267/2016 nömrəli qətnaməsinə əsasən Xaçmaz şəhəri, Arif Səlimov küçəsi,44 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun tanınması, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)4127/2018 nö mrəli qərarı ilə qətnamənin qüvvədə saxlanılması barədə məhkəmə qərarlarında onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması barədə qərar qəbul edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarlarının sözügedən ünvana qeydiyyatı üçün əsas olub-olmaması barədə Xaçmaz rayon Məhkəməsinə sorğu göndərilmiş, lakin bu barədə izah verilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığı bildirildiyindən onun pasport qeydiyyatına alınması mümkün olmamışdır. Odur ki, ünvan 4 ünvana pasport qeydiyyatına alınması barədə məhkəmə qərarını təqdim etdikdən sonra onun müraciəti müsbət həllini tapacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 16 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsin ə müraciət edərək, “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Cavabdeh üzərinə iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə rəsmi nikah bağlamaqla X2 ilə ailə həyatı qurmuş və həmin tarixdə də ərinin valideynlərinə məxsus Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən evə gəlin köçmüşdür. 2006-cı ildə ailəsi, yəni əri Kamran, o və 2005-ci il təvəllüdlü oğulları Amin əri Kamranın babası olan Əlövsət Pənahova məxsus Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən evə Əlövsət Pənahovun razılığı ilə köçmüşlər və hal-hazıra kimi həmin evdə yaşayırlar. Həmin evdə onların 2009-c u ildə əkiz övladları Nuray və Asim anadan olmuşlar. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(067)-3267/2016 saylı qətnaməsi ilə ailə üzvlərinin, o cümlədən iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən evdə yaşama hüquqları tanınmışdır. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Xaçmaz rayon Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4127/2018 saylı, 14 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamələri ilə onun və ailə üzvlərinin Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüquqları tanınmışd ır. İddiaçı yuxarıda göstərilən məhkəmə qərarlarını əlavə etməklə ərizə ilə ünvan 6 ünvanda yerləşən evə qeydiyyata alınmasını xahiş etmiş və cavabdeh müraciətin icrasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1397/2022 nömrəli, 4 iyul 2022-ci il tarixli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1397/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini cavabdehə təqdim etməmişdir. Yəni, iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətinin icrasından imtina etmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-704/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1397/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının Xaçmaz şəhəri, Arif Səlimov küçəsi, 44 nömrəli fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4127/2018 nömrəli qərarına istinad edərək qeyd etmişdir ki, “...həmin qərarla iddiaçı ilə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X4 ara sında olan mülki mübahisənin mahiyyətini, iddiaçının ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun tanınmasını və beləliklə həmin qətnamənin iddiaçı və üçüncü şəxs üçün preyudisiallığını nəzərə alan kollegiya hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli qətnaməsi iddiaçının qeyd edilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas qismində çıxış edir”.
11. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1-ci maddəsinə istinad etməli olduğu halda, həmin Qanunun 2.5 və 8-ci maddələrinə istinad edərək düzgün nəticəyə gəlməmişdir. Belə ki, Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır.
13. Göründüyü kimi, Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınmasıdır. Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
14. İddiaçı isə ünvan 9 ünv anda pasport qeydiyyatındadır. Onun eyni yaşayış məntəqəsində yenidən pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir.
15. Bundan başqa, qeyd edilmişdir ki, iddiaçı üçüncü şəxsə məxsus evdə qeydiyyatsız yaşasa da, mülkiyyətçi olaraq üçüncü şəxsin həmin evə köçüb yaşamağına imkan vermir və o, Xaçmaz rayonunun Qaraqurtlu kəndində yaşamaq məcburiyyətindədir.
16. Həmçinin qeyd edilmişdir ki, əgər iddiaçı üçüncü şəxsə məxsus evə qeydiyyata düşərsə, o, ümumiyyətlə öz mülkiyyətindən birdəfəlik məhrum olacaq. Mülkiyyət isə qanunla qorunur və dövlət mülkiyyətin toxunulmazlığına zəmanət verir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və old uğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyya ta alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi... Maddə
8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsi ndə müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələbinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiy yata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
24. Normanın məzmunundan göründüyü kimi qanunverici yaşayış yeri üzrə qeydiyyata alınmaq istəyən şəxs üçün alternativ hüquqi imkanlar nəzərdə tutur: (a) yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya (b) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim olunması. Həmin alternativ imkanlardan hər hansı birinin mövcudluğu şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas verir.
25. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı birinin mövcudluğu «razılıq ərizəsi» şərtini istisna edir.
26. İddiaçı öz tə ləbinin əsası kimi məhkəmə qətnaməsinə istinad etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4127/2018 nömrəli qərarı ilə müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli, 067-3267/2016 nömrəli qətnaməsi ilə X2 və İddiaçı Bahəddin qızının azyaşlı uşaqları X5, X6 və X3 ilə birlikdə ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evində yaşamaq hüquqları tanınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2018-ci il tarixli, 2(105)-678/17 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli qətnaməsi qarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli, 2(102)-4127/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(105)-678/17 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Kamran və Amaliya Mövsümovlar mübahisəli evə 2006/2007ci ildə köçüb daimi yaşadıqlarından, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən azyaşlı uşaqları ilə birlikdə həmin evdə istifadə hüququ əldə etmişdirlər.
28. İstinad edilən məhkəmə aktları mülki məhkəmə icraatı qaydasında qəbul edildiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsini xatırlatmağı zəruri hesab edir. Həmin normaya əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
29. Xaçmaz Rayon Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli, 067-3267/2016 nömrəli qətnaməsi ilə iddiaçının ünvan 10 ünvanda yerləşən yaşayış evində yaşamaq hüququ tanınmış və təsdiq edilmişdir.
30. Hazırkı işdə iddiaçı onun qeydiyyata alınmaq üçün tələb olunan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, yaxud orderə, icarə və ya kirayə müqaviləsinə malik deyil. Ona görə də qeydiyyata alınm aq məqsədilə onun yuxarıda istinad olunan müddəada nəzərdə tutulmuş mənada təqdim edə biləcəyi sənəd qismində yalnız «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş mənada “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” nəzərdən keçirilə bilər.
31. Bu baxımdan, Xaçmaz Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinin bu cür sənəd qismində çıxış edə bilib-bilməməsi sualı yaranır.
32. Bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinad etdikdə, əks nəticə qismində həmin qətnamənin qeydiyyata alınma üçün əsas qismində çıxış etməsi qəbul oluna bilər. Belə ki, həmin müddəaya əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam v erilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarır. Ona görə də şəxsin yaşayış sahəsindən istifadə hüququnun tanınmasına/təsdiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin sözügedən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş mənada “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” kimi müvafiq şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas qismində götürülə bilməsi mümkün hesab edilməlidir.
33. Beləliklə, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
34. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-704/2022 nömrəli, 1 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.