Məhkəmə qərarları › İş №2-1(102)-752/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-752/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-752/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:ayrı-ayrı illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması, yaranmış fərqin ödənilməsi, arxiv arayışının nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə(bundan sonra cavabdeh) qarşı “Kirovneft” Neft və qazçıxarma İdarəsində 01.12.1975-ci ildən 30.06.1980-ci ilədək olan iş dövrünün və Laçın rayon Rabitə Qovşağında 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək olan iş dövrünün sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanıb müəyyən edilməsi və 24.01.2019-cu il tarixdən yaranmış fərqin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)643/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi k asasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1957-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial ekspert komissiyasında müayinəyə dair sənədlə iddiaçıya 24.01.2019-cu il tarixdə “Digər formalı beyin infarktı, sol beynin yarımkürəsində kəskin işemik insult. Spastik hemiplegiya, sağ tərəfli dərin hemiparez. Hemihipesteziya. Kənar şəxsin yardımına ehtiyacın olması. Disfaziya və afaziya, dizartiriya” diaqnozu ilə ümumi xəstəliyə görə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 08.02.2019-cu il tarixli arxiv arayışında qeyd olunur ki, iddiaçı 05.02.1975 -ci ildə (əmr №119k, 05.02.1975-ci il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin Elektrik avadanlıqlarının təmiri və kirayəsi sexinə (EAT və KS) 1-ci dərəcəli yükləyici peşəsinə işə qəbul edilmiş, 01.12.1975-ci ildə (əmr №650, 24.11.1975-ci il) yükləyici peşəsinə keçirilmiş, 27.10.1976-cı ildə (əmr №1497k, 26.10.1976-cı il) Sovet ordusu sıralarına çağrılması ilə əlaqədar işdən azad olunmuşdur. 31.011979-cu ildə “Kirovneft” NQÇİ-nin EAT və KS-nə yükləyici peşəsinə işə qəbul edilmiş, 13.09.1979-cu ildə (əmr №1337k, 18.09.1979-cu il) Quyuların əsaslı və yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir. 30.06.1980-ci ildə (əmr №828k, 30.06.1980-ci il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. ИТ-2182205 s aylı (dublikat) əmək kitabçasında iddiaçının 1 noyabr 1980-ci ildən 15 may 1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işlədiyi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin filialı Laçın rayon Rabitə Qovşağının 3/38 saylı, 01 may 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 01 noyabr 1980-ci ildən 15 may 1992ci ilədək Laçın rayon Rabitə Qovşağında iqtisadçı vəzifəsində işləmiş və rayonun işğalı ilə bağlı vəzifəsi dayandırılmışdır. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin Milli operatorunun Baş direktorunun müavini tərəfindən məhkəməyə ünvanlanmış 02.07.2019-cu il tarixli məktuba əlavə olunmuş arayış da da İddiaçı 01 noyabr 1980-ci ildən 15 may 1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında iqtisadçı vəzifəsində işlədiyi, rayonun işğalı ilə bağlı vəzifəsi dayandırıldığı qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilən dövlərin onun sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlı 5 fevral 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin 22.02.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi iş stajının əmək kitabçasına əsasən hesablanmalı olması və İTİ ******* saylı əmək kitabçasında 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işləməsi barədə qeyd olsa da, həmin müddətin əmək kitabçasında qanuna uyğun işə qəbul olunma və ya işdən çıxma barəsində əmrlərin olmamasından həmin dövrün sosi al sığorta stajı kimi götürülmədiyi göstərilmişdir. İddiaçı 18 mart 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək “Kirovneft” Neft və qazçıxarma idarəsində 01.12.1975-ci ildən 30.06.1980-ci ilədək olan iş dövrünün və Laçın rayon Rabitə Qovşağında 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək olan iş dövrünün sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanıb müəyyən edilməsi və 24.01.2019-cu il tarixdən yaranmış fərqin ona ödənilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci qrup əlildir və ona 24.01.2019-cu il tarixdən 124.82 manat pensiya təyin edilmişdir. Ona pensiya təyin edilərkən əmək stajı düzgün hesablanmayıb və pensiyası az məbləğdə müəyyən olunub, stajına uyğun deyil. Cavabdeh təşkilatın imtinasının heç bir əsası yoxdur, qanunsuzdur. Belə ki, o, 1992-ci il tarixində Laçın rayonundan gəlmiş məcburi köçkündür, əmək kitabçasını Laçın rayonundan gələndə gətirə bilməmiş, kitabça orada qalmışdır. Buna görə də SOCAR Baş ofisindən oradakı iş stajı haqqında arxiv arayışı almışdır ki, "Kirovneft" Neft və qazçıxarma idarəsində 01.12.1975-ci ildən 30.06.1980-ci il ilədək işləmiş və bu arayışı cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat bu arayışı nəzərə almalı idi. Bundan başqa, onun əmək kitabçasında 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işləmiş olması barədə qeyd vardır. Lakin, işə qəbul və işdən çıxma barədə əmrlər yoxdur, çünki o həmin qeydi kö çkün gələndən sonra işlədiyi növbəti iş yerində yazdırmışdır. Yəni əmək kitabçasını gətirə bilmədiyindən onu burada təzə əmək kitabçası alanda yazdırmışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etirazda göstərilir ki, vətəndaş iddiaçıya 24.01.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq 01.01 2006-cı il tarixədək olan 15 il 7 ay sosial sığorta stajı və fərdi hesabın yığım hissəsində toplanmış 5976.72 manat pensiya kapitalı nəzərə alınmaqla 124.82 (SH-81.51+YH-43,31 =124,82) manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rə smiləşdrilməsı, baxılması və saxlanılması Qaydalarının 3.11-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən vətəndaşın SOCAR “Kirovneft" Neft və qazçıxarma idarəsində 01.12 1975-ci ildən 30.06.1980-ci ilədək işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması qanunvericiliyə zidd olduğundan nəzərə alınmamışdır. Həmçinin İT-İ ******* saylı əmək kitabçasında 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işləməsi barəsində qeyd olsa da, həmin müddəti əmək kitabçasında qanuna uyğun işə qəbul olunma və ya işdən çıxma barəsində əmrlərin olmamasından həmin dövrdə sosial sığorta stajı kimi götürülməmişdir. Sumqayıt İnzibati-İqti sadi Məhkəməsinin (hakim X4, 2-1(085)-784/2019 saylı iş) 24 iyul 2019-cu il tarixli qərarı iləiddia qismən təmin edilərək iddiaçının 05.02.1975-ci ildən 27.10.1976-cı il tarixədək, 31.01.1979-cu il tarixdən 30.06.1980-ci il tarixədək “Kirovneft” Neft və Qazçıxarma İdarəsində və 01.11.1980-ci il tarixdən 15.05.1992-ci il tarixədək Laçın rayon Rabitə Qovşağında işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı 24.01.2019-cu il tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki,SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 08.02.2019-cu il tar ixli arxiv arayışında iddiaçının iddia tələbində göstərilən dövrlərdə tam olaraq deyil, Sovet ordusu sıralarına çağrılması və hərbi xidməti başa vurduqdan sonra yenidən müəyyən müddətdən sonra həmin idarədə əmək fəaliyyətinə başlaması ilə əlaqədar müəyyən fasilə ilə, konkret olaraq 05.02.1975-ci ildən 27.10.1976-cı il tarixədək və 31.01.1979-cu il tarixdən 30.06.1980-ci il tarixədək işləməsi öz təsdiqini tapır. İddiaçının 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işləməsi barədə əmək kitabçasında müvafiq qeyd olmaqla yanaşı, onun həmin müəssisədə işləməsi və iş stajı həmçinin hazırda fəaliyyət göstərən Laçın rayon Rabitə Qovşağının 3/38 saylı, 01 may 2019-cu il tarixli arayışı və həmin Qovşağın yuxarı təşkilatı olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin Milli operatoru tərəfindən verilmiş 02.07.2019-cu il tarixli məktuba əlavə olunmuş arayışla da təsdiq olunur. Əmək pensiyası hüququ olan şəxslərin bu hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması üçün müraciəti nəzərə alınaraq pensiya məbləği hesablandığı halda yaranmış fərq əmək pensiyası alan şəxsin mülkiyyəti hesab edilir və yaranmış fərq ona ödənilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X2, 2-1(105)-643/2019 saylı iş) 25 noyabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını d əyişdirmədən saxlamışdır. Cavabdeh 27 dekabr 2019-cu il tarixdə qərarın surətini almış, 22 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümum i iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.1.1 -ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3. 1.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək siğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ayrı-ayrı illərin iş stajı nəzərə alınmaqla təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehə görə iddiaçının iş illəri əmək kitabçasında əksini tapmadığından həmin dövr pensiya təyini za manı nəzərə alınmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşdə olan sənədlərdən görünür ki, 2019-cu ildə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01.12.1975-ci ildən 30.06.1980-ci ilədək “Kirovneft” Neft və qazçıxarma İdarəsində, 01.11.1980-ci ildən 15.05.1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işləmişdir. Bu dövr onun əmək kitabçasında yazılmamışdır. Bununla belə idd iaçının 01.12.1975-ci ildən 30.06.1980-ci ilədək “Kirovneft” Neft və qazçıxarma İdarəsində işləməsi SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş 08.02.2019-cu il tarixli arxiv arayışı, 1 noyabr 1980-ci ildən 15 may 1992-ci ilədək Laçın rayon Rabitə Qovşağında işləməsi əmək kitabçasının dublikatı ilə yanaşı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin filialı Laçın rayon Rabitə Qovşağının 1 may 2019-cu il tarixli arayışı ilə bir daha təsdiq edilir. İddiaçının “Kirovneft” Neft və Qazçıxarma idarəsində və Laçın rayon Rabitə Qovşağında işlədiyi dövrlərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “b” bəndin ə görə iş yerindən verilmiş arayışlar, “v” bəndinə görə həmin fəhlə və qulluqçunun işləmiş olduğu sistem üzrə yuxarı təşkilatların arayışları, “q” bəndinə görə isə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsas ən müəyyən edilir. O da qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir (23.1-ci maddə).1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir (23.2-ci maddə). İddiaçının keçmiş SSRİ-nin ərazisində “Kirovneft” Neft və qazçıxarma idarəsində işlədiyi 05.02.1975-ci ildən 27.10.1976-cı il tarixədək və 31.01.1979-cu il tarixdən 30.06.1980-ci il tarixədək olan dövrlər arxiv arayışı ilə, 01.11.1980-ci ildən 15.05.1992-ci il 6 tarixədək Laçın rayon Rabitə Qovşağında işlədiyi dövr isə hazırda da fəaliyyət göstərən həmin təşkilat və yuxarı təşkilat tərəfindən verilmiş arayışlarla təsdiq olunduğundan həmin dövrləri iddiaçının iş stajına daxil edərkən məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının pensiya hüququ 14 aprel 2008-ci ildə yarandığından, həmin vaxt qüvvədə olan normalara uyğun mübahisə həllini tapdığından kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(105)643/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar